Fərəc Quliyevdən xaricdə yaşayan soydaşlarımıza və mütəxəssislərimizə müraciət - VİDEO
Oxunub: 1462
06 Apr 2020 | 11:13
Fərəc Quliyevdən xaricdə yaşayan soydaşlarımıza və mütəxəssislərimizə müraciət  -  VİDEO

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev xaricdə yaşayan soydaşlarımıza və mütəxəssislərimizə videomüraciət edib. 

Həmin videomüraciəti və müraciətin mətnini təqdim edirik:

"Dəyərli soydaşlarım hər vaxtınız xeyir olsun. Mən yenə də obyektiv səbəblərdən çətinliklər yarandığı üçün söz verdiyim kimi hər həftə  virtual və KİV vasitəsi ilə sizinlə ünsiyyətdə olub təkliflərimi verməyə çalışıram. Keçən dəfə ərzaq təhlükəsizliyi ilə bağlı verdiyim təkliflərin hesab edirəm ki, bir qismi nəzərə alınmağa başlayıb. Bunu mən Cənab Prezdentin İqtisadiyyat nazirini qəbulu zamanı  hiss etdim. İqtisadiyyat nazirinin də verdiyi təkliflər, planlar istəyimizlə üst üstə düşür. Hesab edirik ki, bütün təkliflər səslənməlidir və bütün təkliflər də nəzərdən keçirilərək saf çürük olunub lazım olanlar həyata keçməlidir. Ərzaq təhlükəsizliyi ilə bağlı bütün ölkələrdə tədbirlər görülür.   Keçən həftə müraciətimdə  əsas istiqamətlər bunlar idi:- dövlət dəstəyi ilə məşğulluq təmin olunsun,xüsusən iş yerləri bağlandığına görə əyalətlərə gedən əhalimiz işsiz qalmasın ,həm  çalışıb qazanc əldə etsin, həm də gələcəkdə Azərbaycanın istehlak mallarının özümüzdə istehsal olunmasını təmin edilsin. Bunun üçün də kənd təsərrüfatı sahəsində çalışacaq bu insanlara  stimul verici yanaşma  olsun.  Fransa artıq 100 mindən çox bu cür əyalətə qayıdanlarla bağlı olaraq stimulverici tədbirlər görməyə başlayıb. İtaliyada,İspaniyada başqa ölkələrdə pandemiya ucbatından işsizliyin 20%-ə qədər artması və  bunu kənd təsərrüfatına insanları cəlb eləməklə konpensasiya etmək nəzərdə tutulub . Azərbaycanın münbit imkanları kənd təsərrüfatı sahəsində təklif etdiyimiz tədbirlərin daha rahat həyata keçirilməsini  mümkün edir. 

Artıq bəşəriyyətin sağlamlığı və  qlobal iqtisadiyyatı təhdid edən  pandemiya bir çox məsələlərə və münasibətlərə yenidən baxmağı özündə ehtiva edir.  Artıq çox ciddi  məsələlər baş verir və hətta Avropa Birliyi ruhu çökür. İspaniya, İtaliya siyasətçilərinin son vaxtlar verdiyi bəyanatlar bunu açıq şəkildə göstərir . Bu ölkələrin Avropa Birliyindən gözləntiləri özünü doğrultmadığından çox qəribə bir ifadə işlətdilər –“ Avropa Birliyi ilanlarla çaqqallar yuvasıdır”. Əlbəttə biz bu fikri dəstəkləməsək də hər halda eşitdiyimiz bu aqressiv firkin arxasında pandemiyadan sonra bu ölkələrin Avropa Birliyində qalıb qalmama məsələsi müzakirə mövzusu kimi ortaya  qoyulur. Göründüyü qədər artıq əksəriyyət milli dövlətlər öz divarları arasındadı, öz millətlərinin birliyini axtarmaq, güvənini öz içərisində tapmaq və özünə güvənc sistemi qurmaq haqqında düşünürlər. Məncə biz də bu məsələlərdən müəyyən  nəticələr çıxarmalıyıq. Bu gün milli birliyə həddən artıq böyük ehtiyac var. Milli birliyin əməldə bərqərar olması üçün bütün umu- küsülüləri kənara qoymaq vacibliyi yaranıbdı. Hesab edirəm ki, xaricdəki soydaşlarımızla Azərbaycan dövləti arasında qarşılıqlı himayə mexanizminin  bu gün daha ciddi şəkildə işə düşməsinə ehtiyac vardır. Nə səbəbdən olursa olsun ,ölkədən  çıxıb getmiş xaricdə yaşayan bəzi insanlarımızın müəyyən obyektiv yaxud da subyektiv səbəbdən ölkəmizin taleyinə biganə qalması,proseslərdən ya  kənarda qalması, və ya xeyir vermək istəməməsi və yaxud da bir aqressiya səbəbindən zərər vermək istəməsi təbii ki, davamlı ola bilməz.  Hesab edirəm ki, artıq kənarda olan insanlarımız toparlanmalıdırlar. Bütün  millətlər kimi artıq bir ailənin, dövlətin sütunlarını möhkəmlətmək və milli dövlətimizin immunitetini möhkəmlətmək üçün səfərbər olmalıdırlar. Bunun üçün imkanlar vardır. Bəlkə bu yaranmış şərait o umu -küsünün aradan qaldırılması üçün bir vəsilədir. Diaspora komitəsinin rəhbərli Fuad Muradovla  parlamentdə uzun müddət kolleqa olmuşuq. Bilirəm ki, çox təmənnasız, işini bilən və millətini sevən, dövlətçi bir adamdır. Onun vasitəsi ilə, onun xaricdə qurduğu strukturlar vasitəsi ilə bu istiqamətlə ordakı soydaşlarımız ilə danışıqlar aparıla bilər.  İlkin anlaşma ilə  hər kəsin  fəaliyyətinin dövlət naminə, millət naminə xeyli dərəcədə faydalı iş əmsallarını artırmaq imkanına malik ola bilər. Yaşadığınız ölkələrdə əlaqəli fəaliyyət göstərməklə bəlkə Azərbaycanda yaşayanlardan daha çox fayda verə bilərsiniz Azərbaycana. Məsələn ,orda yaşayan alimlərin, xüsusən indiki məqamda tibb sahəsindəki alimlərin təcrübəsi haqqında Azərbaycana məlumatın verilməsi, xaricdə yaşayan, işləyən müxtəlif səbəblərdən ölkəmizi tərk edib getmiş alimlərimizin, hocalarımızın artıq ölkəyə qayıtması ilə bağlı müəyyən tədbirlər görmək mümkündür. Mən Parlamentdə və mətbuatda dəfələrlə təklif etmişəm  ki, Azərbaycandan kənara tələbələr göndərilir və təbii ki, bu çox təqdirə layiq haldır ki, dövlət hesabına gənclərimiz  təhsil alır, amma artıq o zaman yetişibdi ki, bizim xeyli sayda xaricdə hocalarımız yetişibdilər. Onları bura məktəb olaraq gətirmək və burda onların ətrafında tələbələri hazırlamaq həm iqtisadi cəhətdən səmərəli olar, həm də o yerlərin təcrübəsini bura gətirmək baxımından çox əhəmiyyətli ola bilər. 

Artıq dünyanın hər yerində  ,digərlərinin təcrübələrindən yararlansalar da, öz divarları arasında sırf özünəməxsus  tədbirlər görülməsinə üstünlük verilir.

Türkiyəni örnək göstərə bilərik.Pandemiya ilə bağlı  Türkiyə  218 səhifəlik bir rapor hazırladı. Məndə olan məlumata görə 150-dən çox müxtəlif vəzifədə olan dövlət məmurları bura cəlb olundular. Onlar   xüsusi tibbi qrup hazırladılar və pandemiya ilə bağlı olaraq  önləyici tədbirlər görməyə başladılar.

 Azərbaycan  tərəfi də indiki dövrdə bir neçə mərhələdə çox lazımlı tədbirlər görə bildi. Pandemiyanın dərman tapılmayan dövrü üçün  tədbirlər, karantin sisteminin, vətəndaşlarımızın ölkəyə qayıtma mexanizminin qurulması, ölkə daxilində səhiyyə işçilərinin səfərlər olunması, Nazirlər Kabinetində xüsusi komissiyanın yaranması və qərargahın fəaliyyəti çox təqdir olunan haldır. Məncə,bundan sonrakı dönəmdə  pandemiyanın gedişatını nəzarətdə saxlamaq günlük siyasət kimi nəzərdə tiutulmalı,   gözlənilməz şərtlər ,hətta təcrid şəraitində belə fəaliyyət göstərə biləcək  özünəməxsus  səhiyyə sistemimizi qurmaq haqqında  vacib addımlar atılmalıdır. Bu artıq  dövrün çağırışına çevrilib. Necə ki ,sənaye 4,0 bir çağırışdır və bütün dünya bunun üzərində düşünür və necə ki ,bu pandemiyaya qarşı hər bir ölkə özü daxilində müəyyən özünəməxsus fəaliyyət  ilə pandemiyaya qarşı mübarizə aparır , hesab edirəm ki, biz də artıq özünəməxsus  səhiyyə sistemimizi qurmağımız üçün müəyyən addımlar atmalıylıq. Aydın məsələdir ki, xüsusən indiki halda proseslərə Azərbaycanda olan alimlərimiz, həkimlərimiz cəlb olunubdu . Amma həm də xaricdə  olan alimlərimizin də- virusoloqların, qan üzrə mütəxəssislərimizin, toksiqoloqlarımızın, başqa sahənin mütəxəssislərinin, genetika ilə məşğul olan alimlərimizin virtual formada olsa da  həftədə bir dəfə müşavirə  keçirməsi mümkündür. Elektron formada artıq bir qərargahın yaranması mümkündür. Onlar yaşadıqları ölkələrdə olan təcrübəni bir-biri ilə bölüşərək Azərbaycanda bir sistemin qurulmasına kömək edə bilərlər. Bunu  ölkədə yaradılmış qərargahın nəzdində   ciddi şəkildə daimi fəaliyyət göstərən bir quruma da çevirmək mümkündür. İnternet üzərindən bu fəaliyyəti göstərmək məncə çətin deyil. Xüsusən molekulyar biologiya ,genetika ilə məşğul olan alimlərimizin axtarışlarını stimullaşdırmaq lazımdır. Biz başqalarından çox şey gözləməyək.  Məsələn ,ikinci dünya savaşında Yusif Məmmədəliyevi örnək götürək. Oktan ədədi ilə bağlı etdiyi yenilik və ixtira ,reaktiv mərmilərin hazırlanması ilə bəlkə də dünyanın   taleyini  yaxşıya dəyişdi. Tibb sahəsindəki  alimlərimiz də dərmanların tapılması, vaksinlərin hazırlanması üçün müəyyən işlər görə bilərlər .Artıq müəyyən tədbirlər görülməlidir ki, gələcəkdə biz bioloji silaha qarşı mübarizə mərkəzinin  yaranması ilə bağlı  indidən bir təməl qoyaq. Düşünürəm ki, gələcəkdə Müdafiə Nazirliyinin, və ya Fövqəladə Hallar Nazirliyinin nəzdində daimi və məxfi fəaliyyət göstərən belə bir mərkəzin olması vacibdir.  Xüsusi xəstəxanaların yaradılması haqqında yəqinki düşüncələr vardır. Cənab Prezidentin  yeni açılan xəstəxananı məhz pandemiyaya qarşı mübarizə üçün səfərbər olunmuş bir resurs kimi istifadəyə verilməsi təqdirə layiq bir haldır. Önləyici tədbirlərin görülməsi üçün bugünkü virusun yoluxmuş adamlardan materialların götürülüb kantenirlərdə yerləşdirib gələcəyə saxlamaq vacibdir. Gələcəkdə bu virusun özünün müəyyən qədər dəyişikliyə uğraması mutasiyadan sonra yeni növlərin ortaya çıxması məqamında bu lazım ola bilər. Biz müharibə aparan ölkəyik. Bizi təhdid edən şəraitlərdə biz bu materiallardan  , bioloji silahlara qarşı  işilədilə biləcək  müəyyən dərmanların hazırlanması üçün istifadə edə bilərik .Hər halda sistemli tədbirlər görməliyik, hazırlığımız olmalıdır. Hesab edirəm ki, Azərbaycanda kifayət qədər güclü alimlər vardır. Azərbaycandan kənarda yaşayan xeyli alimlərimiz var k,i bu sahədə çalışırlar. Bu sahəni bilirlər. Ən ciddi qurumlarda çalışan adamlarımız vardır. Azərbaycan tərəfinin belə iradəsi vardır ki, Azərbaycan az itki ilə bu məsələdən çıxsın. Mən bu günkü çağırışımla əsasən qərargahın işini, görülən işləri təqdir edərək ,həm də gələcəyə- pandemiya sonrakı dönəmə hazır olmaq üçün iki məsələni gündəmə gətirməyə çalışdım:

Birinci, Dünyamızda  insanlığa qarşı yaranmış sağlamlıq təhdidi və qlobal iqtisadi təhdid qarşısında bütün soydaşlarımızın  umu küsülüləri bir kənara buraxıb milli həmrəyliyə gerçəkdən nail olmaq yollarını axtarmaq və buna gerçəkdən nail olmaq. Bütün resurslarımızı səfərbər eləmək  çağırışı;

İkinci , həkimlərimizi, yuxarıda  sadaladığımız sahənin mütəxəssislərini, bir mərkəzdə - kənarda olanları vitual vəziyyətdə,  ölkədə olanları da real vəziyyətdə bir mərkəzdə toplayaraq gələcəkdə daim çalışan bir sistemin qurulması və gələcəkdə hər hansı xəstəliklərdən və yaxud da bioloji silah hücumlarından, təhdidlərdən müdafiə olunmaq üçün hazırlıqların başlanılması üçün artıq bir təməl qoyulmasının vacibliyi çağırışı. 

Mən ola bilər ki, bu məsələlərdə mütəxəssis sözü deyə bilməyim ,amma bir vətəndaş kimi mütəxəssislərimizin öz sözünü deməyi üçün artıq bir zərurət yarandığını hesab edirəm.  Hesab edirəm ki, toparlanaraq bu çağırışlara da cavab vermək vacibdir. Mən millətimi bir daha birliyə çağırıram. Mən bütün həkimlərimizə, polis əməkdaşlarımıza, qərargahın çağırışlarına əməl edən vətəndaşlarımıza, könüllülərə, siyasi baxışlarından asılı olmayaraq  pandemiyanın çətinliklərini aradan qaldırmaq üçün təbliğat işi görən ictimai fəallara, hər kəsə təşəkkür edirəm və bir daha əminliyimi bildirirəm ki, biz birlikdə bütün bu çətinliklərdən çıxacağıq .Hamınıza sağlam həyat və xoş gələcək arzu edirəm. 

Sağolun."
Oxşar xəbərlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:53, Bu gün
"Ən mühüm problemimizlə bağlı ABŞ-dan dəstək ala bilməmişik"
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO