Milli fəlsəfə tariximizin təşəkkülü və Firidun bəy Köçərli...
Oxunub: 2022
29 Mar 2020 | 10:27
Milli fəlsəfə tariximizin təşəkkülü və Firidun bəy Köçərli...
4. Yazı

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Firidun bəy Köçərli bir tərəfdən “Allaha təvəkkül” düşüncəsinə qarşı çıxıb, Allahın hamını bərabər yaratdığını, ancaq bərabərsizliyin insanların özü tərəfindən yaradıldığını iddia etməklə yanaşı, digər tərəfdən də insanın iqbalının, bəxtinin bağlı ya da açıq olması təqdirdə bəzi hallarda onun səy, zəhmətkeş və çalışqan olub olmamasının əhəmiyyətsiz olduğuna da inanırdı. O, yazırdı: “Bu həqir bəndə həmişə bu etiqad üzrədir ki, əksəri-ovqatda şəxsin xoşbəxt və rahat olması öz səyi ehtimamına bağlıdır. Hər bir iş insanın elm və kəmalından, bilik və təcrübəsindən asılıdır. “Zəhmət çəkməyən bal yeməz”, “cəfa çəkməyən səfa görməz”. Bu etiqadda ola-ola həqir bu doğrunu da inkar edə bilməz ki, insanın iqbalı açılanda və bəxti gətirəndə zəhmətsiz və məşəqqətsiz də hər tərəfdən onun üstünə dövlət və nemət axıb tökülür, her yerdə ona hörmət və izzət görsənilir. Və bu bəxt gətirən vaxt onun mal və dövlətini, cah və cəlalını saxlamağa “bir tarimuy” kifayət eləyir. Amma vay o gündən ki, bəxt insandan üz çevirə, iqbal gətirməyə. Bu halda adam nə qədər çalışıb-əlləşə və nə qədər canını zəhmət və cəfa oduna yaxsa, yenə də axırda biçiz və əliboş qalacaqdır... İnsandan dövlət və hörmət üz döndərib gedəndə, filhəqiqə, nəinki zəncir ilə, bəlkə heç bir qüvvə ilə onu saxlamaq mümkün olmaz”. 
Köçərli əxlaq məsələsinə də diqqət yetirmiş, cavan yaşındakı insanla yaşlı bir insanın həyata baxışını müqayisə etməyə çalışmışdır. O, yazırdı: “Əyyami-cavanlıqda az adam tapılır ki, həyatın qədrin bilib, onu bihuidə sərf eləməsin və şairin zəbunü pərişan halını pirlik mövsümündə öz vücudunda hiss eləməsin, hirs, tamah, hübbi-cahi, mərtəbə, hübbi-malü miknət, löhvü ləəb, büğzü ədavət, məniyyət, sərkeçlik, büxlü həsədvə zülmü sitəmə adət və sair övsafi-zəmimə və əxlaqi-rəzilə ki, cümləsi avamlıq və cəhalət nəticələridir, cismü ruhumuzu bir növ zəbtü təsərrüf edibdir ki, həqqü həqqaniyyətdən, insafü mürvvətdən və əsl bəşəriyyət və insaniyyət nə olduğundan bilküliyyə qafil və bixəbərlik. Ancaq axır nəfəsimizdə qəflətdən gözümüzü açıb, ölümü önümüzdə görüb xövfü əndişəyə düşürük və və şairin dili ilə bu günə tövbə və istiğfar eləyirik. Əgərçi axırki peşmanlıq fayda verməz, vəli tövbə və inabədən başqa bir çarəmiz yoxdur”. 
Köçərliyə görə, əsil insana yaraşan sifət odur ki, zahiri zəhətdən özünü göstərməklə deyil mənəvi və əməli baxımdan igid olsun: “Çul və çuxaya bəzənib zahirlərinə zinət və sığal verənlərə kişi demək şayəstə deyil. Həqiqətdə mərd igid o kəsdir ki, özünü dağa-daşa toxuyub haqq yolunda mərdanə dava eləsin”. O, hesab edirdi ki: “...insanın başına qisim-qisim bəlalar gəlməsə və o, cürbəcür bəlalara və müsibətlərə mübtəla olmasa, ənvai-təcrübə və imtahanlar sınaq olunmasa, ruzigarın kürəsində əriyib dəsti-qəza ilə vurulan çəkiclər altında döyülməsə, qəllü qəşdən hərgiz pak ola bilməz və dərəceyi-kəmala irişməz”. 
Deməli, insanın kamilləşməsi üçün cavanlıqda başına gələnlər, eyni zamanda həyatda qazandığı bir çox təcrübələr mühüm rol oynayır. Burada ən vacib olan məsələlərdən biri də odur ki, insan öz yanlış və doğru hərəkət və davarnışlarını bilməlidir. O, yazırdı: “Doğrudan da öz eyib və qəbahətini görməyib, qeyriləri eyibləndirən və özglərə töhmət edən şəxsdən nə hörmət və  mərifət təmənna eləmək olar? Öz pozğunluqlarını görməyən, çirkin və nasəza əməllərindən utanıb şərm və həya etməyən adam, söz yoxdur ki, özgədən də utanmaz və bişərmanə sevmədiyi adamın haqqında hər qisim iftira və böhtanı söylər. Bu qisim adamlardan kənar dolanmaq eyni-məsləhətdir”. 
Onun fikrincə, bəziləri hesab etsələr də ki, “hər bir vücud qabili-tərbiyə və təlim ola bilməz. Elə bir cövhərsiz, gövdən və fürumayə şəxslər var ki, gövdən və fürmayə şəxslər var ki,  nə qədər onlara təlimü tərbiyə olunsa, yenə də avamlıqda və sərf heyvaniyyətdə qalıb, ruhaniyyət və mənəviyyat cəhətincə tərəqqi edə bilməzlər... Girdəkan yapışmayan kimi, tərbiyət də nahəlü dənitəb şəxsə təsir edə bilməz”. Köçərliyə görə, bu müəyyən qədər doğru görünsə də, ancaq insan elm və tərbiyə sayəsində ədəblə əxlaqında tərəqqi tapa bilər. Belə ki, insan üçün səadət mayasının əsası tərbiyədir və tərbiyətsiz elmin də faydası yoxdur. 
Köçərli belə bir qənaətə gəlmişdir ki, dünyanın yaranmasından bu günə qədər insan keçdiyi həyat yolunda daha çox müsbətə deyil, mənfi amillərə meyil göstərmişdir: “Dünya yaranandan bu anacan Adəm atanın övladı öz şəxsi mənfəətlərini mülahizə edib dövlət və sərvət sahiblərindən qisim-qisim təmənna nəzərdə tutub doğrunun üzünə yalanın qara pərdəsini çəkməyə mötad olublar. Müflis və miskinlərin hünəri olmayıbdır ki, doğrunu kəmali-cürət ilə söyləyib düruğu və hiyləbaz münəccimlərin yalanlarını batil eləsin və haqqı yetirsin. Belə ittifaqlarda hər tərəfdən onun üstünə tənpərvər və nəfspərəst dəni və fürmayə şəxslər hücum edib ağzını qapayırlar və özünü də xalq içində bihörmət və biabır ediblər. Ol səbəbdəndir ki, müsəlman qardaşların arasında yalan söyləmək və haqqı gizlətmək adi bir şey olubdur və hətta bəzi ittifaqlarla hünər sayılır. Bu minval haqqa güc və zor edib kizb və yalana rövnəq verməyin adını “düruği-məsləhətamiz” qoyublar”. 
Köçərli şairlərin cəmiyyətdəki mövqeyini də ifadə etməyə açlışmışdır. Onun fikrincə, şairin əsas peşəsi odur ki, doğrunu doğru, əyrini də əyri yazsın, yalançı və məddah olmasın. O, yazırdı: “Həqiqi şairin və həqiqi ədibin yazmaqdan və şer deməkdən başqa bir şüğlü sənəti gərək olmasın. Əgər şair peşəkar və əhli-sənət olsa, o sənət və peşə şairin yazmağına, şerlər vasitəsilə yoxdan xəlq etməyinə, onun təbinin açılıb barvər olmağına mane olardı. Şairin sərmayəsi haaq-taala ona bəxşü əta qıldığı təbi-səlimdir ki, ondan nəşət edib zühura gələn  cəvahirlərin hər birisinin ərbabı nəzərində qədrü qiyməti ziyadədir”. O, daha sonra yazırdı: “Həqiqi hüsnə və mərifətüllahə vasil olmaq istəyən adaməzəl şəmsini gərək axtarın bulsun, çünki məcazi dilrüba və məhvişlərin hüsnü lətafəti daim deyil, müvəqqəti, boş bir şeydir. Ona mübtəla olmaq layiq və şayəstə deyil və insan üçün kəsri-şəndir. Əsil həqiqiətə və mənəviyyətə talib olan kəs gərəkdir hərimi-Kəbə ilə səhni-deyrdə bir təvafüt görməsin və bu müqəddəs məqamlara da bir nəzər ilə baxsın. Şair əsl hürriyyətpərəst olub, azadeyi-əfkar və hürriyyəti-dinü etiqad onun baş arzularından birisi idi. Şair üçün məscid, kəlisa, künişt və deyr arasında əsla təfavüt yoxdur. Bunların cümləsi Allahın evi mənzələsində müqəddəs və pak məqamlardır ki, ibadət və mərifətüllah üçün bina olunubdur”. 
Ona görə, həqiqi şairin baş vəzifəsi mənanı yetirməkdir: “Çünki hər bir qissəvü hekayətin ruhu inun içindəə olan məna və məzmundur. Nə qədər ki, şairin başında doğan təzə fikirlər aydın, açıq və salamat olsa, bir o qədər də onları bəyan etmək asan olur. Çətini ancaq fikrin başda doğub pərəvəriş tapmağıdır. Dolaşıq və qarışıq fikirlərin zühura gəlməsi də dolaşıq olur və bəzi şairin yazılarının kəlamə o qədər qarışıq və bulaşıq olur ki, o qədər ağır və qəliz ibarələrlə malamal olur ki, elə ölçüsüz və biçiksiz yaraşılmayan dona geyinilir ki, onları oxuyanlar bir şey fəhjm edə bilmir və bu kəlamı yazmaqdan şairin ümdə məramı nə olduğunu anlayıb başa düşmürlər. Zənn edirəm ki, əgər şairin və ya dəibin özündən dəxi soruşulsa ki, cənab filan, sizin bu kəlamı yazmaqda əsl məramınız nə olubdur və bunun ruhu, canı nədədir, hansı mətləbi ifadə etmək istəyibsiniz, ol cənab bu suallara cavab verməkdə aciz qalsın..”. 
Köçərliyə görə, şairin-mütəfəkkirin əsas silahı isə “Söz”dür. Çünki dünyadan öncə də, dünyanın özünün də, dünyada nə varsa hamısının da, o cümlədən bütün məxluqatın da vücuda gəlməsinə səbəb “Söz” olmuşdur. Ona görə “Söz”ün meydanı o qədər vüsətlidir ki, onun sərhəddi və əndazəsi təsəvvürə gəlməz. O, yazırdı: “Sözsüz cümlə məsələlər və sirrlər aləmdə iləl-əbəd puşidə qalardı və insanın heyvanat və nəbatat qismindən artıq bir fərqi və təfavütü olmazdı və aləmdə cümleyi mafissüvər olan gənci-xəmüşandan zühur etməzdi. Bəs, nə vaxtdan ki, dünya yaranıbdır, onda vüqua gələn əlamətlərin cümləsində sözdən bir əsər var.  Məhfəzeyi-nitqdə söz canbəxş olan bir gövhəri-dilkəşdir və sətri-zəmayr ona bağlı olub, kəşfi-bəyanı ondan asılıdır. Insanın fikrində yengi doğub təşkil bulan qissələri ən əvvəlcə  bilən və onları əlvan libas geydirib aləmə göstərən sözdür və nə qədər ki, dünyada söz köhənavəzdir, vəli yengi doğduqda yenə tərü təzədir və Şeyx Nizaminin dediyi haqdır ki, bizim həyatı məmatımız söz varlığına və yoxluğuna vabəstdir”
Oxşar xəbərlər
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:41, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb - YENİLƏNİB + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək