“Axtarışda olan cəhənnəm sərkərdəsi, "doktor” ləqəbli cəlladın YARADICILIĞI...
Oxunub: 4257
09 Mar 2020 | 19:29
“Axtarışda olan cəhənnəm sərkərdəsi,
Moderator.az bir aya yaxındır ki, dünyaca məşhur şəxsiyyətlərin bilinməyən sirlərinin, hobbiləri və şəxsi keyfiyyətlərinin ictimaiyyətdən gizli saxlamağa çalışdıqları tərəflərinin oxuculara təqdimatına başlayıb. 

İlk olaraq haqlı olaraq "Sirr dağarcığı" hesab olunan SSRİ rəhbəri Yuri Vladimiroviç Andropovu oxuculara daha da yaxından tanıtmağa çalışdıq. Ondan sonra Mustafa Kamal Atatarük və Bülent Ecevitin ömür yoluna qısaca ekskurs etdik. İndi isə Bosniya müsəlmanlarının qatili, 8372 günahsız müsəlmanın cəlladı, sonradan Haaqa Məhkəməsində məhşər ayağına çəkilən Radovan Karaciçin çoxlarına naməlum xarakteristikasını oxuculara təqdim edirik:

"Bir zaman ona “axtarışda olan cəhənnəm sərkərdəsi” adını vermişdilər. Radovan Karaciç öz ölkəsini beynəlxalq aləmdə nüfuzdan salan, serbləri Bosniya türklərinə qarşı vətəndaş müharibəsinə sürükləyən, minlərlə Bosniya müsəlmanının qətlində birbaşa iştirak edən, qatil kimi yadda qalan sonuncu Serbiya prezidenti, siyasətçi və şairdir. Onun həmyerliləri, yaxınlarını, əzizlərini bu qanlı müharibədə bosniyalılar kimi itirənlər, hələ də bu genosid damğasının ağrısını yaşayan sadə serblər uzun illərdir ki, artıq bu terrorçu barədə danışmağa utanırlar. 
“Doktor“ ləqəbli cəlladın reytinqi çoxdan aşağı düşüb. Müxtəlif illərdə Qərb mediasının, alman və fransız informasiya agentliklərinin, eləcə də nüfuzlu “Euronews“ telekanalının keçirdiyi sorğuların nəticələrinə baxanda belə qənaətə gəlmək olar ki, zaman ötdükcə qanlı düşmənçiliyin aradan getməsinə çalışan, bosniyalılarla isti münasibətlər qurmağa meyl edən yeni bir toplum formalaşıb. Sorğularda iştirak edən serbiyalıların təqribən yetmiş faizi Karaciçi “xalq qəhrəmanı” hesab etmədiyini, öncə onun elə serb xalqının düşməni olduğunu qeyd ediblər.
Haqlı olaraq Karaciçi ortaq tarixə, həmçinin keçmiş Yuqoslaviya xalqlarına düşmən sanan insanlardan fərqli olaraq beynəlxalq miqyaslı qatilin əvvəllər Çernoqoriyada, Petnisa kəndində yaşayan anası bir vaxt xalqına üz tutaraq oğlunun serblər və bosniyalılar qarşısında günahsız olduğuna inandırmağa çalışmışdı. Serbiyanın ilk prezidentinin anası oğlunun cinayətkar olması faktı ilə barışa bilmədiyindən belə söyləmişdi: “Mənim oğlum qatil ola bilməz! Bəlkə də pis adamlar onu aldadıblar, bəlkə də onu yolundan azdırıb şeytanlar, bilmirəm, ancaq oğlum həmişə sözəbaxan uşaq olub. Kiçik yaşından işləməyə vərdiş etmişdi, ev və çöl işində anasına kömək edərdi. Hər zaman özündən böyüklərə ehtiram göstərər, sinif yoldaşlarına dərs hazırlamaqda yardım edərdi. Radovan gəncliyində elə gözəl şeirlər yazardı ki, hamı onun böyük istedad olduğunu söyləyərdi. Onu məndən soruşursunuz? Neçə ildir ki, mən öz doğma övladıma həsrətəm, siz isə onun qatil olduğu barədə boşboğazlıq edirsiniz”. 
Məhz həmin dövrlərdə onun üçün dualar edən gözüyaşlı anasını tək qoyan serb cəlladı, prezident, psixiatr və şair Radovan Karaciç beynəlxalq axtarışda olduğuna görə ədalət məhkəməsindən gizlənirdi. 
İrəlidə isə onu Beynəlxalq Haaqa Məhkəməsi gözləyirdi. Vaxt gələcək serb qatil hərbi tribunalda etdiyi cinayətlərə görə 12 maddədən ibarət ittihamlar üzrə cavab verəcəkdi. 
1992-1996-cı illərdə Serbiyanın ilk prezidenti olmuş Radovan Karaciç 1945-ci ilin 19 iyununda Çernoqoriyanın ucqar dağ kəndi Petnisada doğulub. Gənc yaşlarından poeziyaya xüsusi həvəs göstərib və uzun illər yerli mətbuatda şeirləri ilə çıxış edib. 1971-ci ildə Sarayevo Dövlət Universitetinin tibb fakültəsinə əla qiymətlərlə imtahan verib qəbul olan Radovan burada nevroz və depressiya üzrə mütəxəssis kimi yetişib. Təhsilini bitirəndən sonra Sarayevo xəstəxanasında işləyib, bir müddət sonra yerli “Sarayevo” futbol klubunda yüksək maaşla məsləhətçi psixiatr ştatında işə götürülüb. 
Bu dövrlərdə yazmağı yadırğamayan, lakin onu tanıyan şairlərin “ortabab şair” adlandırdığı Radovan ədəbi mühitə iddia ilə atılan Kosovo şairlərinə örnək olmaq üçün tez-tez eksperimentlər etsə də, bu bədii nümunələr onu növbəti dəfə ədəbi uğursuzluğa düçar edir. Öncə ailəsinin qəribə tarixçəsini qələmə almağı düşünsə də, nədənsə sonra bu fikrindən daşınır, halbuki çoxlarının söylədiyinə görə bu maraqlı hekayət əla ədəbiyyat materialına çevrilə bilərdi. 
Radovanın atası, İkinci Cahan savaşı iştirakçısı olan Vuk Karaciç könüllülər sırasında hərbi müqavimət hərəkatında vuruşarkən əsgərlərlə birlikdə əsir düşür. Onu başqa əsirlərlə birgə güllələyib gedirlər, lakin özünü ölmüş kimi göstərən, vurulan güllələrdən möcüzə nəticəsində sağ qalan Vuk Karaciç “o dünyanı görüb gələn” yeganə savaşçı kimi yoldaşlarının yanına dönə bilir. Sonralar titovçular tərəfindən həbs edilən, fəaliyyəti şübhələrə səbəb olan Vuk beş il məhkumluq həyatı yaşayır. Radovan Karaciç isə atasının üzünü ilk dəfə altı yaşına keçəndə görür. Bu illərədək anası Yovanka Karaciçin himayəsində yaşayan balaca oğlan ilk dəfə atasını - “bu yad kişini” görəndə təəccüblə onun kim olduğunu soruşur. 
O bu maraqlı ailə tarixçəsindən sadəcə imtina etdi. Bəlkə də buna görə uşaqlığını, gənclik illərini, müəmmalı keçmişini xatırlamağı heç vaxt sevməz, atasının haqlı, yaxud haqsız olması barədə kəlmə kəsməzdi. Həmişə onun qəliz adam olduğunu söyləyən ən yaxın dostları belə Radovanı səmimi adlandırmaqdan  çəkinərdilər. Bəziləri isə onda şəxsiyyətin ikiləşməsi prosesinin getdiyini deyərdilər. Çılğınlığı ilə hay-küy yaratmağı sevən, içki məclislərinə meylli olan, ədəbiyyatdan, öz şeirlərindən söz düşəndə inadkarlıq göstərib daima mübahisə edən və tez-tez özündən sitat gətirməyi xoşlayan, uzun-uzadı telefonla danışmaqdan bezməyən, ailədən, sədaqətdən söz düşəndə isə susmağa üstünlük verən Karaciçin öz ailəsi barədə söz açmaqdan zəhləsi gedərdi. Xurafatçı olmasa da, həmişə bəd nəzərdən çəkinər, bunun qarşısını almaq üçün hər vasitədən istifadə edərdi. Özünü tərifləməkdən usanmayan Radovan fəxrlə 1968-ci il tələbə hərəkatının iki-üç liderindən biri olduğunu, onun natiqlik məharətinə çoxlarının həsəd apardığını, 1974-1975-ci illərdə İREX fondunun ədəbiyyat, poeziya ilə tanışlıq məqsədilə yalnız ona təqaüd verdiyini və ABŞ-da, Kolumbiya Universitetində təhsil aldığını qürurla söyləyərmiş. Amma fırıldaqçı əməlinə görə tutulub məhkum edildiyini dilə gətirməz, bu barədə heç söz açmazmış. 
1983-cü ildə öz çevrəsində məşhur və savadlı fırıldaqçı kimi ad çıxaran Mamçila Kraşiniklə birlikdə törətdikləri kredit fırıldağının üstü açılanda hər ikisi ələ keçmişdi. Lakin 1985-ci ildə Karaciç Belqraddakı bəzi nüfuzlu şəxslərin müdaxiləsindən sonra həbsdən azad edildi, hətta məhkəmə təzyiqə davam gətirə bilməyib fırıldaqçı doktora bəraət də verməli oldu. Heç zaman xəstə təxəyyüllü milliyyətçi təsiri bağışlamayan, bir zamanlar “milliyyətçilik kommunizmdən də betər bəladır” söyləyən Radovan Karaciç ictimai-siyasi gündəmi də zəbt edə bilmişdi. Emosional çıxışları, kütləni ələ almaq bacarığı, verdiyi vədlər artıq onu liderə çevirmişdi. 
1989-cu ildə Karaciçin rəhbərliyi ilə qurulan Serb Demokratik Partiyası serblərin bu siyasətçiyə ümidini xeyli artırdı. Onun Rusiya ilə isti münasibəti, beynəlxalq pravoslav birliyinin tərəfdarı olduğu barədə açıqlamaları, eləcə də serb-yunan konfederasiyası yaratmaq təklifini dəstəkləməsi, ardınca isə vətəndaş müharibəsi qızışan bir ərəfədə, 1993-cü ildə Afinada bölünməz və yenidən bərpa edilən federativ Yuqoslaviya arzusunu dilə gətirməsi alovlanan milli münaqişəni daha da coşdurdu. İslam dinini, müsəlmanları hədəfə alan, antitürk əhvala köklənmiş Karaciçin belə siyasi keçid edib milliyyətçi təfəkkürlə dolmasını bəzi serb siyasətçiləri zəhərli ideyalarla ona təsir edən Serbiya siyasətçisi, qatı milliyyətçilik ideologiyasının yaradıcılarından biri sayılan akademik, hüquq müdafiəçisi Dobrits Çosiçlə bağlayırdılar. Sonralar qatı millətçi kimi formalaşan və Rusiyanın sevimlisinə çevrilən Karaciç bu yöndə fəaliyyətini yaradıcılığında da inkişaf etdirərək pravoslav dünyasının sevimlisinə çevrilmişdi. Məhz bu xidmətlərinə görə o, Eduard Volodin adına “İmperiya mədəniyyəti“ mükafatına, həmçinin şair kimi ədəbiyyat üzrə Şoloxov mükafatına layiq görülmüşdü.  
Canını xalqının, ölkəsinin müstəqilliyi yolunda qurban verəcəyini dəfələrlə söyləyən, minlərlə gənci savaşa yollayan Radovan Karaciçin öz ailəsində qətiyyən müharibə ab-havası yaşanmırdı. Oğlu prezident atanın himayəsi altında Belqrad şəhərində biznesə başlamışdı və prezident ata karyera qurmaq istəyən oğlunun həm də siyasi varis olduğunu bəhanə edərək onu cəbhəyə yollamamışdı. Qızına məxsus “Astra” teleradio stansiyası isə Bosniya ərazisindəki qış-xizəksürmə kurortunda – Paledə yerləşirdi. Bosniyalılara qarşı hərbi müdaxilə isə ara vermirdi. Artıq bütün dünyada, BMT-də Bosniya soyqırımından söz açırdılar. Beynəlxalq təşkilatlar bu müharibədə ölən bosniyalı vətəndaşların sayının 60 mindən çox olduğunu bəyan edirdi. Əsir və itkin düşənlərin sayının hələ dəqiqləşdirilmədiyi bir ərəfədə NATO ordusu tərkibində Türkiyə hərbi qüvvələri nəhayət hərəkətə keçməli oldu. Tezliklə Serbiya hərbi birləşmələri məğlubiyyətə uğradı və azad edilən ərazilərdə NATO-nun nəzarəti altında, türk hərbçilərin iştirakı ilə müvəqqəti hərbi üsul-idarə yaradıldı. Bu qanlı savaşdan tək Karaciç rejimi deyil, Serbiyanın müttəfiqi Rusiya da məğlub kimi ayrıldı. 
Radovan Karaciç Deyton sülh razılaşması ərəfəsində artıq siyasi və hərbi karyerasının son olduğunu anladı. İnsan cəlladı Haaqa Məhkəməsindən gizlənməyi qərara alaraq qaçmağı bacardı. Uzun müddət axtarışda olan, amma etibarlı yerdə gizlədilən “doktor“ ləqəbli qatil 1996-cı ilin soyuq fevralında onu müsahibəyə razı salan “Tayms” qəzetinə açıqlama verdi. Eks-prezident ədalət məhkəməsinə inanmadığını söyləyib dünyaya qiyam etməklə öz əməllərinə bəraət qazandırmağa çalışırdı. Jurnalistlə söhbət zaman Karaciç demişdi: “Əgər Haaqada ədalətli məhkəmə orqanı fəaliyyət göstərsəydi, mən, sözsüz ki, ora gedərdim, hələ televiziya ilə ifadə də verərdim, ancaq bu tribunal - siyasi institutdur. Və onlar bütün günahı serblərdə görürlər“.
Şəxsiyyətə pərəstiş xəstəliyinə tutulan, özünü milli qəhrəman sanan belə bir siyasətçiyə ən dəqiq qiyməti məhz bir zaman onun işlədiyi “Sarayevo“ futbol klubunun oyunçuları vermişdi. Futbolçular bu adamı televizorda görəndə heyrətlə bağırmışdılar:  “Axı bu savadsız əclaf, bu səfeh bizim konsultantımız idi, ondan nə prezident olacaqdı ki?“ Nəhayət, Karaciçə ən yaxın olan siyasətçi, ictimai xadim Kuqe də dillənib bu “xilaskar mələk“ barədə bildiyini söylədi. İki xalqı bir-birinə düşmən etdiyini və bu müharibədə ancaq özünün, ailəsinin var-dövlət qazandığını söyləyən Kuqe onun Rusiyada, Belarusda, yaxud da Çexiya və Yunanıstanda ola biləcəyini ehtimal etdiyini söylədi. 
Müharibə dayandırıldı, az keçmədi ki, Karaciç tərəfdarları parlamentdən də süpürüldü. Liberal və demokratik ənənələrə sadiq siyasətçilər Bosniya ilə barış təklifi ilə çıxış etməyə başladılar. 1998-ci ildə Serbiya normal seçkilər nəticəsində əmin-amanlıq dövrünə qədəm qoydu. Gizlənən qatilin isə axtarışı hələ davam edirdi. 
Draqan David Dabiç ad və soyadı, saxta vəsiqə ilə Belqrad şəhərində, Yuri Qaqarin küçəsindəki ikiotaqlı mənzildə gizlin yaşayan, onun yerini deyən, yaxud tapan şəxsə 5 milyon ABŞ dolları həcmində mükafat vəd edilsə də, tamamilə xarici görünüşünü dəyişən Karaciçi tanımaq xeyli çətin idi. Nəhayət, ABŞ xəfiyyəsinin casus raportları əsasında yerli kəşfiyyatçılar qiymətli məlumatlar əldə etmiş oldular. Qatil ələ keçdi. Onu Belqrad ətrafında yerləşən Bataynits adlı kiçik şəhərciyə gedən avtobusda, 18 iyul 2008-ci ildə həbs etdilər. 
Radovan Karaciç 21 iyulda Haaqaya ekstradisiya edilir. Serb cəlladı ömürlük (qərarda bu 40 il göstərilib) azadlıqdan məhrum olunur. Daha şeir yazmayan, memuar kitabını da bitirməyə macal tapan, kiçik hekayələr, “Harada möcüzə varsa, möcüzə yoxdur“, “Həmişəbahar“ kitablarının, eləcə də “Küldəki adam”, “Slavyan qonağı“, “Hamı ölür“ şeirlərinin müəllifi Radovan Karaciç etdiyi cinayətlərə görə hələ də məhkumluq yaşayır. Zaman-zaman Haaqa məhbusunun gümrah və nikbin olduğu barədə rus mətbuatında gedən informasiyalar isə sadəcə yalançı təsəllidən savayı bir şey deyil.

Mart ayı da ölür
öz cığırında, ölümün
startında bircə xəbərsiz insan
yaşayacaq. Dünya kürəyini çevirib
bizə, hamımız qorxa-qorxa,
cavab ver bizə, iblis!
Mən görmürəm, yoxsa
sənin yanında, kül topasında 
adammı zəhərlənmiş?..
Bumu böyük həqiqət,
hamı ölür, öldürür, nə edək..."

Oqtay QORÇU
Oxşar xəbərlər
12:02, Bu gün
32 il gözlədi, qızı ilə eyni parta arxasında oturdu: 53 yaşlı tələbənin təhsil sevgisi - FOTO/VİDEO
11:58, Bu gün
“BDU məzunları” layihəsi çərçivəsində Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş olub - FOTO
11:55, Bu gün
Təhsil müəssisəsində külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlandı
11:54, Bu gün
Dünyanın ən tənha işini boynuna götürən kişi kimdir?
11:49, Bu gün
"Ata-anam lal-kar olduğuna görə məni almadılar" - VİDEO
11:45, Bu gün
Lənkəranda meyiti tapılan qadınla bağlı təfərrüat məlum oldu
11:41, Bu gün
Küçədə çılpaq kişini cinsi orqanından güllələdilər
11:38, Bu gün
Blinkenin bu görüntüləri Qərbi ÇALXALADI - gecə klubu, pizza, cins şalvar... - VİDEO
11:35, Bu gün
Mehriban Xanlarovanın 24 kvadrat metrdəki həyatı - VİDEO
11:32, Bu gün
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başlayıb
11:29, Bu gün
Azərbaycanlı aktrisa elə görüntülərini yaydı ki... - VİDEO
11:26, Bu gün
Moskvadan rus sərhədçilərinin çıxarılması ilə bağlı AÇIQLAMA
11:19, Bu gün
Aeroport yolunda "yarışan" sürücülər 5000 manat cərimələndilər - VİDEO
11:17, Bu gün
Azərbaycanda tələbə vəfat etdi - FOTO
11:15, Bu gün
UNEC-də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Miqrasiya" dərsliyinin təqdimatı keçirilib - FOTO
11:12, Bu gün
Qanunsuz tikililərdən narazı qalan vətəndaşlar nə etməlidir? - AÇIQLAMA
11:08, Bu gün
Nazir müavini: "Rəqəmsallaşma istiqamətində 500 KOB subyektini dəstəkləyirik"
11:03, Bu gün
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi cari ilin sonuna kimi imzalana bilər”
10:59, Bu gün
Bədən ölçüsünü kiçildən qidalar
10:53, Bu gün
Daha bir şirkət yanğın təhlükəsizliyi qaydalarını pozub
10:48, Bu gün
Etibar Məmmədov deputatlığa namizəd olacaq?
10:41, Bu gün
Zümrüd: “İstəyirəm, maşın hədiyyə edən sevgilim olsun”
10:39, Bu gün
Zahid Oruc:” Qarabağda Gənc ailə, yaxud Gənclər şəhərciyi"nin salınmasını arzu edirik”
10:37, Bu gün
Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlandı
10:30, Bu gün
Akşin Ziyadov vəzifəsindən azad edildi
10:22, Bu gün
"FSB”-nin obyektinə od vuruldu...-FOTO
10:21, Bu gün
Rubl görün neçəyə oldu - MƏZƏNNƏ
10:15, Bu gün
Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır
10:09, Bu gün
Yaxın saatlarda şad xəbərlər eşidə bilərik – ANONS 
10:08, Bu gün
Tanınmış aparıcıya yüksək VƏZİFƏ VERİLDİ 
10:00, Bu gün
124 min peyğəmbərdən 7-si qadın olub? - Elşad Miridən SENSASİON AÇIQLAMA
09:51, Bu gün
SON DƏQİQƏ: Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ oldu 
09:42, Bu gün
“Laçındakı erməni kilsəsi Azərbaycan qanunları və beynəlxalq hüququn pozulması ilə tikilib...”
09:38, Bu gün
Komitə sədri Anar Quliyev Belarusun arxitektura və tikinti naziri ilə işgüzar görüş keçirib
09:33, Bu gün
Evdə üzərlik yandırmağın sağlamlığa FAYDALARI - VİDEO
09:28, Bu gün
RAZILIQ VERİLDİ! Paşinyan nümayəndə heyəti ilə Bakıya gələcək: HEYƏT VƏ TARİX BƏLLİ OLDU
09:21, Bu gün
Masa altında görülən işlər və vergiyə cəlb olunmayan şəxsi əməliyyatlar...
09:19, Bu gün
Tanınmış musiqiçi, "xarici agent" Andrey Makareviçə qarşı cinayət işi hazırlanır
09:00, Bu gün
"Əgər İsrail Rafaha hücum edərsə, ABŞ..."
08:44, Bu gün
Bankların yeni işbazlığı: “Camaata məcburi kredit kartı verilir” – VİDEO
08:26, Bu gün
Zoba faydalı - Möcüzəvi VASİTƏ
08:15, Bu gün
KİV: ABŞ yeraltı nüvə qurğularını məhv etmək üçün bomba istehsalını artırır
08:00, Bu gün
Arıqladan səhər yeməkləri - Fitnes məşqçilərindən TÖVSİYƏ
07:45, Bu gün
Bakıda Fəvvarələr meydanında ofisiantlar bıçaqlanıb
07:44, Bu gün
Rusiya ordusunun Ermənistan-Azərbaycan sərhədindəki postunun görüntüləri…-FOTOLAR  
07:29, Bu gün
Hər səhər 1 qaşıq yesəniz NƏTİCƏ ŞOK EDƏCƏK
07:21, Bu gün
Daha bir NATO ölkəsi Ukraynaya qoşun göndərə bilər
07:18, Bu gün
Fransa Ukraynaya indi də bu RAKETLƏRİ GÖNDƏRİR
06:54, Bu gün
Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə  təqdim edilir? - VİDEO
06:34, Bu gün
"160-a qədər nümayişçi saxlanılıb- bir nəfər də polis ittiham olunmayıb...-OMBUDSMAN
14 May 2024 | 23:50
Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı
14 May 2024 | 23:45
Qərbi Azərbaycan Xronikası: “Haylar anaları, bacıları ilə evlənirdilər və sonra buna qadağa qoyuldu” - VİDEO
14 May 2024 | 23:40
Peruda avtobusun toqquşması nəticəsində 13 nəfər ölüb
14 May 2024 | 23:25
Həkimlər 53 yaşlı jurnalistin həyatını xilas edə bilmədilər
14 May 2024 | 23:13
Bakıda təcili yardım maşını qəzaya düşüb: Yol bağlandı
14 May 2024 | 22:52
Putin Rusiya hökumətinin yeni tərkibini təsdiqlədi
14 May 2024 | 22:40
ABŞ-ın verdiyi zirehli gödəkçələr yüzlərlə əsgərin ölümünə səbəb oldu
14 May 2024 | 22:12
ABŞ Gürcüstana sanksiyalar tətbiq edə bilər
14 May 2024 | 21:50
Rusiya Müdafiə Nazirliyinin daha bir yüksək vəzifəli generalı həbs edilib
14 May 2024 | 21:43
Ədəbiyyat üzrə Nobel mükafatçısı öldü
14 May 2024 | 21:42
İtaliya millisinin futbolçusu AVRO-2024-dən kənarda qala bilər
14 May 2024 | 21:32
Xarkovun atəşə tutulması nəticəsində yaralananların sayı 18 nəfərə çatıb
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
14 May 2024 | 21:08
Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO
14 May 2024 | 21:06
Arvad evə əxlaqsız qadınlar gətirən kikboksçu ərini öldürdü - VİDEO
14 May 2024 | 20:38
Teatr sahəsində Azərbaycan-Türkiyə əməkdaşlıq əlaqələri müzakirə olunub
14 May 2024 | 20:36
Aparıcı Namidə İsayevaya vəzifə verildi
14 May 2024 | 20:33
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14 May 2024 | 20:20
Cinayətkarliq-tarixən dəyişən sosial və cinayət-hüquqi hadisədir
14 May 2024 | 20:15
Əsgərlərimiz 2031-ci ildə keçiriləcək Həbrçilərin Olimpiya Oyunlarını 2020-ci ildə udub
14 May 2024 | 20:11
Azərbaycanlı gənc Rusiyada qəzada həlak oldu - ANBAAN VİDEO
14 May 2024 | 20:07
Gürcüstan parlamentinin qarşısındakı aksiyada 13 nəfər saxlanılıb
14 May 2024 | 20:03
Qətlə görə saxlanılan şəxs direktor müavini imiş - YENİLƏNİB + FOTO
14 May 2024 | 19:52
Vəfa Şərifovanın külli miqdarda olan AYLIQ GƏLİRİ
14 May 2024 | 19:40
Luis Moreno Ocampo Argentinada oturub, İrəvanı qızışdırır
14 May 2024 | 19:35
Yunanıstan XİN başçısı: “Türkiyə ilə münasibətlərdə yeni mərhələ başlayıb”
14 May 2024 | 19:32
"Bakcell" “F1 Star” Azərbaycanda ən sürətli fiber internetini təqdim edir
14 May 2024 | 19:28
Sabah Sabirabadın 4 kəndinin qaz təchizatı dayandırılacaq
14 May 2024 | 19:20
Fransa millisinin və “Milan”ın hücumçusu rəsmən ABŞ klubuna keçib
14 May 2024 | 18:53
Azərbaycanda həkim vəfat etdi - FOTO
14 May 2024 | 18:30
Bir zənglə kartdakı yeddi min manatı ələ keçirdi
14 May 2024 | 18:29
İtaliya A seriyasına yüksələn komanda “Qalatasaray”ın ulduzunu istəyir
14 May 2024 | 18:19
Yaz yorğunluğu ilə mübarizə aparmağın sirri
14 May 2024 | 18:15
Türkiyə və Yunanıstan arasında "buzlar əriyir" - ŞƏRH + FOTO
14 May 2024 | 18:10
Bərdədə Beynəlxalq Ailə Günü münasibətilə bayram tədbiri keçirilib - FOTOLAR
14 May 2024 | 18:05
Azərbaycanda məktəb direktoru cərimələndi - FOTO
14 May 2024 | 18:00
Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq
14 May 2024 | 17:58
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
14 May 2024 | 17:55
Rafael Varan rəsmi olaraq “Mançester Yunayted”dən ayrıldı - FOTO
14 May 2024 | 17:52
Müsavat Partiyasının üzvünün qətli ilə bağlı rəsmi AÇIQLAMA
14 May 2024 | 17:50
ABŞ Rusiyadan uran idxalına qadağa qoyub
14 May 2024 | 17:47
Allergiya mövsümü: Nəyə diqqət edək və necə qorunaq? - VİDEO
14 May 2024 | 17:43
Masallıda DƏHŞƏT: Nənə nəvəsinin asılmış meyitini tapdı
14 May 2024 | 17:38
Seçici demokratiya: Qərb Tbilisi və İrəvanda aksiyalarda polis zorakılığına niyə fərqli reaksiya verir? - TƏHLİL
14 May 2024 | 17:34
“Rusiyada həmişə deyiblər ki, Fransanın müstəmləkəçilik metodları xoşumuza gəlir...”
14 May 2024 | 17:33
Laçın Hava Limanında tikinti işlərinin 65 %-i tamamlanıb
14 May 2024 | 17:29
Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14 May 2024 | 17:25
Müxtəlif növ heyvanlar arasında epizootoloji monitorinqlər keçiriləcək
14 May 2024 | 17:23
Həbs edilən rusiyalı generalın evindən qızıl sikkələr, bahalı əşyalar tapıldı - VİDEO
14 May 2024 | 17:21
Kann festivalına təqdim etdiyi filmə görə həbs cəzası verilən rejissor İrandan qaçdı - FOTO
GÜNLÜK
14 May 2024 | 14:48
Şuşaya köç edən sakinlərə mənzillərinin açarları təqdim edildi - YENİLƏNİB + FOTO/VİDEO
14 May 2024 | 13:06
Rəşad Dağlı əfv olunacaq? - "Hər şey ola bilər"
14 May 2024 | 12:42
“Ermənistanda revanşistlərin hakimiyyətə gəlmək şansı yoxdur...”
14 May 2024 | 13:50
İlham Əliyev Şen Yueyueni qəbul etdi - YENİLƏNİB + FOTO
14 May 2024 | 12:11
Xalq artistindən GİLEY: "Mən artıq bacarmıram"
14 May 2024 | 12:25
"Ukraynada müharibə kritik fazaya daxil olur" - "Politico"
14 May 2024 | 12:16
Əhaliyə ŞAD XƏBƏR: Maaşlarda ikirəqəmli artım gözlənilir
14 May 2024 | 12:45
Ceyhun Bayramov ATƏT sədri ilə regionda postmünaqişə dövründə vəziyyəti müzakirə edib - YENİLƏNİB + FOTO
14 May 2024 | 12:37
Orta aylıq əməkhaqqı artıb
14 May 2024 | 12:18
Putin Peskovla bağlı qərarını açıqladı - FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
14 May 2024 | 14:48
Şuşaya köç edən sakinlərə mənzillərinin açarları təqdim edildi - YENİLƏNİB + FOTO/VİDEO
14 May 2024 | 13:06
Rəşad Dağlı əfv olunacaq? - "Hər şey ola bilər"
14 May 2024 | 12:42
“Ermənistanda revanşistlərin hakimiyyətə gəlmək şansı yoxdur...”
14 May 2024 | 13:50
İlham Əliyev Şen Yueyueni qəbul etdi - YENİLƏNİB + FOTO
14 May 2024 | 12:11
Xalq artistindən GİLEY: "Mən artıq bacarmıram"
14 May 2024 | 12:25
"Ukraynada müharibə kritik fazaya daxil olur" - "Politico"
14 May 2024 | 12:16
Əhaliyə ŞAD XƏBƏR: Maaşlarda ikirəqəmli artım gözlənilir
14 May 2024 | 12:45
Ceyhun Bayramov ATƏT sədri ilə regionda postmünaqişə dövründə vəziyyəti müzakirə edib - YENİLƏNİB + FOTO
14 May 2024 | 12:37
Orta aylıq əməkhaqqı artıb
14 May 2024 | 12:18
Putin Peskovla bağlı qərarını açıqladı - FOTO