Suriyada türk əsgərinə xain hücumun pərdəarxası - Putinlə Ərdoğan nədən danışıb?
Oxunub: 1546
29 Feb 2020 | 10:00
Suriyada türk əsgərinə xain hücumun pərdəarxası -  Putinlə Ərdoğan nədən danışıb?
Türkiyənin İdlibdə 33 əsgər itirməsi dünyanın gündəmini dəyişdi - ABŞ və Avropadan Ankaraya dəstək gəldi; Rusiya baş verənlərə görə məsuliyyəti üzərinə götürmür, amma...
Fevralın 27-dən 28-nə keçən gecə İdlibdə Türkiyə Silahlı Qüvvələrinə xain hücum  nəticəsində 33 nəfər həlak olub, xeyli sayda hərbçi yaralanıb.

Hadisədən dərhal sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada, Beştəpədəki Prezident Administrasiyasında  müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidanın, yüksək vəzifəli məmurların iştirakı ilə 6 saat davam edən toplantı keçirib.

İclasdan sonra H.Akar, Quru qoşunları komandanı Ümit Dündar və Hava qüvvələri komandanı Həsən Küçükalyüz Suriya ilə sərhəddə gediblər. Müdafiə naziri deyib ki, Rusiya tərəfi ilə müzakirələr davam edir və ümid edirlər ki, tərəflər İdlib probleminin həlli üçün cəhdlər göstərib münasib nəticəyə gələcəklər.

General Akar əlavə edib ki, ABŞ müdafiə naziri Mak Esperlə danışıqlar və müzakirələr aparacaq, tərəflərin telefon vasitəsilə danışıqları planlaşdırılıb.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun iclasda verilən qərarları açıqlayıb, Suriyadakı qeyri-qanuni rejimə qarşı artıqlaması ilə cavab verilməsinin qərara alındığını bildirərək deyib: “Hava və qurudan atəşə dəstək qüvvələrimizlə rejimin bütün bəlli hədəfləri atəş altına alınıb və belə də davam edəcək”.

Türkiyə suriyalı mühacirlərə Avropanın qapılarını açıb.

İdlipde
Musavat.com-un məlumatına görə, bu iddia ilə “Reuters” agentliyi çıxış edib. “Reuters”in yüksək vəzifəli türk məmuruna istinadən xəbərinə görə, Türkiyə suriyalı mühacirlərin istər dəniz, istərsə də quru yolu ilə Avropaya keçməsinə mane olmamaq barədə qərar qəbul edib.

Xəbərdə bildirilir ki, İdlibdən mühacir axını olacağı halda, Türkiyə mühacirlərin Avropaya keçməsinə müdaxilə etməyəcək, həmçinin bu qərar Avropaya gedəcək olan suriyalılarla məhdudlaşmayacaq, digər mühacirlərə də şamil olunacaq.

“Hərbçilərimizin Suriyanın şimalında, İdlib vilayətində hücuma məruz qalmasından sonra 200-ə yaxın hədəfə havadan və qurudan zərbə endirilib”.

H.Akar
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu H.Akar deyib.

“Nəticədə 5 helikopter, 23 tank, iki zenit-raket kompleksi və 309 rejim əsgəri məhv edilib”, - deyə nazir vurğulayıb.

O qeyd edib ki, Türkiyə hərbçilərinin olduğu yerlər əvvəlcədən Rusiyanın səlahiyyətli şəxsləri ilə koordinasiya edilməsinə baxmayaraq, bu hücum həyata keçirilib: “Hücum zaman hərbçilərimizin ətrafında heç bir silahlı qrupun olmadığını vurğulamaq istəyirəm”.

“Türkiyə dünyada ən çox qaçqına ev sahibliyi edir. Ölkəmizin miqrantlarla bağlı siyasətində hər hansı dəyişiklik yoxdur”. APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hami Aksoy deyib.

O bildirib ki, İdlibdə baş verənlər Türkiyədəki qaçqınlara təsir göstərməkdədir.

“Məlum hadisələrdən narahatlıq keçirən ölkəmizdəki bəzi qaçqınlar qərb sərhədlərimizə doğru hərəkət etməyə başlayıblar. Vəziyyətin pisləşməsi nəticəsində bu risk artmağa davam edəcək”, - deyə H. Aksoy vurğulayıb.

“İdlibdə davam edən eskalasiyanı təcili dayandırmaq lazımdır”. APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell twitterdə bildirib.

Cozep
“İdlibdə baş verənlərin genişmiqyaslı açıq beynəlxalq hərbi qarşıdurmaya çevrilmə riski var. Ayrıca, baş verənlər dözülməz humanitar çətinliklərə səbəb olur və mülki insanları təhlükəyə atır. Avropa İttifaqı bütün tərəfləri gərginliyi azaltmağa çağırır və itkilərə görə təəssüflənir. Avropa İttifaqı təhlükəsizlik maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri nəzərdən keçirəcək. Bütün müvafiq tərəflərlə əlaqə saxlayırıq”, - deyə C. Borrell vurğulayıb.

ABŞ Dövlət Departamenti də xüsusi açıqlama ilə çıxış edib.

“İdlibdə türk əsgərlərinin itkiləri ilə nəticələnən hücumdan çox narahatıq. Əsəd rejimi Rusiya və İran tərəfindən dəstəklənən güclərin alçaq hücumlarına dərhal son verməlidir. Türkiyəni bu böhranda ən yaxşı formada dəstəkləyə biləcəyimizə dair variantlara baxırıq”,- Dövlət Departamenti bəyan edib.

Dövlət Departamenti əlavə edir ki, Türkiyə məqamları ilə təmas halındadır. Hadisə ilə bağlı Türkiyənin ünvanına çoxlu sayda başsağlığı verilib.

Prezident
Prezident İlham Əliyevin Ərdoğana verdiyi başsağlığında deyilir: “Hörmətli cənab Prezident, əziz qardaşım, türk əsgərlərinin şəhid olması xəbərini dərin kədər hissi ilə qarşıladım. Baş vermiş bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Azərbaycanın Xarici İşlər Nazirliyi  qurumun twitter səhifəsi üzərindən başsağlığı verib. Azərbaycanın müdafiə naziri Zakir Həsənov H.Akara və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Qeyd edək ki, türk əsgərlərinə hücumun hansı qüvvələr tərəfindən edildiyi tam məlum deyil. Doğrudur, nəzərlər daha çox Suriyadakı Bəşər Əsəd qüvvələrinin üzərində cəmləşib. Amma Rusiyanın da adı az keçmir. Hətta İranın belə adı çəkilir.

Vladimir
Günün ikinci yarısında Rusiya prezidenti Vladimir Putinlə Ərdoğan arasında telefon danışığı olub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O, telefon danışığının Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutduğunu qeyd edib.

“Telefon danışığı zamanı İdlibdəki vəziyyət ətraflı müzakirə olunub. Telefon danışığı İdliblə bağlı indiyədək əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə həsr olunub. Bundan başqa, yaxın vaxtlarda bu və ya digər səviyyələrdə təmasların mümkünlüyü müzakirə edilib”, - deyə Rusiyanın XİN başçısı vurğulayıb.

Eyni zamanda Rusiyanın Müdafiə Nazirliyi də bəyanatla çıxış edib. Nazirlik bəyan edib ki, Türkiyə Rusiyaya həmin bölgədə əsgərlərinin olub-olmadığına dair informasiya verməyib: “Suriya müxalifəti bu bölgədə böyük hücum hazırlayırdı. Türkiyə bu bölgədə türk əsgərlərinin olduğu haqda bizə informasiya verməyib. Hava hücumunda Rusiya təyyarəsi iştirak etməyib. Rusiya atəşkəsin davam etməsi üçün əlindən gələni edib”.

Onu da bildirək ki, Əsəd rejiminə Türkiyənin verdiyi ultimatum bu gün bitir. Bu faciənin baş verməsindən və vaxtın bitməsindən sonra rəsmi Ankaranın necə hərəkət edəcəyi ciddi suallar doğurur. Rusiyanın Soçi və Ankara anlaşmalarına əməl etməməsinin fonunda proseslərin necə cərəyan edəcəyi barədə fərqli mövqelər səslənir.

Politoloq
Politoloq Əhəd Məmmədli türk əsgərlərinə edilən hücumun qarşılığının artıq verildiyini söylədi: “Türkiyə İdlib vilayətini yenidən tam nəzarətə götürmək üzrədir. İki gün ərzində iki strateji şəhər qaytarıldı, M4-M5 yolu ələ keçirildi. Hələ bütün bunlar Türkiyə Silahlı Qüvvələrinin rəsmi hərbi əməliyyatda iştirak etməməsi ilə baş verir. Fevralın 29-da Əsədə verilən vaxt bitir. Törətdikləri bu hadisə ilə guya öz ağıllarında Türkiyəni fakt qarşısında qoymaq istəyiblər. Çünki yaxşı bilirlər ki, şəhid məsələsində qardaş ölkə necə həssasdır. Xain hücumun qarşılığı artıq verilib. Əsədin İdlibdə və bu vilayətin xaricində mövqeləri hava və qurudan çarpaz atəşə tutulub.  Türk ordusu iş başına keçəndən sonra əsədçilər Osmanlı tokatının nə olduğunu çox yaxşı hiss edəcəklər. Özü də təkcə əsədçilər bunu hiss etməyəcəklər... Gözlənildiyi kimi, Rusiya rəsmən ”biz türk əsgərlərini vurmamışıq və danışıqlara açığıq" dedi. Təbii ki, Əsəd Rusiyaya arxalanmasaydı, türk əsgərinə atəş açmaq cəsarətində olmayacaqdı. Razıyam, ortada rusların türkləri vurma faktı yoxdur, amma bütün bunlara rəğmən Moskva Ankaranın təpkisini anlamalı və Əsədi ayağına bağlamalı idi. Ərdoğanın köməkçisi Məsud Haqqı Rusiyanın ünvanına sərt sözlər deyib. Prezident köməkçisi Suriya uğrunda müharibəyə hazır olduqlarını deyib. Onun fikirlərindən sitat gətirirəm: “Rusiya ilə 16 dəfə müharibə etmişik və bunu təkrarlamağa hazırıq. Türkiyənin qisası amansız olacaq. Unutmayaq ki, Rusiyada 25 milyon müsəlman yaşayır və onlar ölkəni içindən parçalayacaq”. İndi görün proseslər hara doğru gedə bilər?! Bütün bunları Kreml daha əvvəl düşünməli idi. İdlib Donbas, Türkiyə ordusu da Ukrayna ordusu deyil. Bunu çox yaxın zamanlarda ruslara Suriyada türklər anladacaqlar. Türkiyə suriyalı köçkünlərinə qapılarını açıb. İndi gerisini Avropa düşünsün. Rusiya Suriyada Türkiyəyə hava alanını açmasa, Türkiyə də Rusiyaya Bosfor və Dardanel boğazlarını bağlayacaq. Bundan sonra da Suriya hava məkanında hər an türk və rus qırıcıları üz-üzə gələ bilərlər. Bu da rəsmən türk-rus müharibəsi deməkdir. Ərdoğan Suriyada hava məkanı problemini həll edəcəyik söyləmişdi. Xain hücumdan sonra bu proses daha da tezləşəcək".

İdlipde
Politoloq proseslərin gələcəyi barədə təxminlərini də bölüşdü: “Moskva Əsədə ”dur" deyib geri çəkilməsə, hər an türk və rus əsgərləri üz-üzə gələ bilər. Bunun olmaması üçün ya Əsəd dayandırılmalıdır, ya da Rusiya Əsəd rejimi ilə Türkiyəni təkbətək qoymalıdır. Belə olan halda isə Əsəd rejimi tez bir zamanda ən azından İdlibdə türk ordusu tərəfindən darmadağın ediləcək. Hər variantda Türkiyə İdlibdə sona qədər gedəcək. Ankara İdlibi güzəştə gedən deyil. İdlib əməliyyatı təxirə salınmayıb ki, yarımçıq da qalsın. Bu əməliyyat daha miqyaslı şəkildə davam edir. Türkiyə Rusiya ilə müttəfiq deyil, tərəfdaşdır. Bu tərəfdaşlığın davam etməsi və ya dayandırılması Kremldən asılıdır. Ola bilsin ki, bəzi generallar Putinin iradəsindən  kənar Türkiyə ilə qarşıdurmaya getməyə meyllidirlər. Burada ABŞ, Britaniya, İsrail, hətta İranın da əli və birgə iştirakı ola bilər. Çünki sadaladığım ölkələrin heç biri Türkiyə-Rusiya yaxınlaşmasında maraqlı deyillər. Hələ gec deyil, Moskva simasını qoruyaraq geri çəkilib, Ankara ilə bir masa arxasında məsələləri həll edə bilər".(musavat.com)
Oxşar xəbərlər
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
GÜNLÜK
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli