Keçmiş nazir İsmət Abbasova cinayət işi açıla bilər – hüquqşünas şərhi
Oxunub: 1214
29 Feb 2020 | 09:57
Keçmiş nazir İsmət Abbasova cinayət işi açıla bilər –  hüquqşünas şərhi
Xəbər verildiyi kimi, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində apardığı yoxlama nəticəsində ciddi nöqsanlara yol verildiyi, 2006-2019-cu illərdə lizinqə verilmiş kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq və damazlıq heyvanlar üzrə gecikdirilmiş borcların yarandığı, kənd təsərrüfatı məhsulları istehsalçılarının sifarişləri əsasında alınmış texnoloji avadanlıqların dəyərinin sifarişçilər tərəfindən ödənilmədiyindən anbarlarda saxlanaraq təyinatı üzrə istifadə edilmədiyi aşkar edilib.

Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalar zamanı aşkar olunan bəzi nöqsanların ciddiliyi nəzərə alınaraq “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üzrə əvvəlki illərdə texnoloji avadanlıqların və damazlıq heyvanların alınması üçün köçürülmüş 11 milyon 259,4 min manat məbləğində vəsaitin müqabilində malları təhvil verməyən və ya vəsaiti geri qaytarmayan şirkətlər barədə materiallar hüquqi qiymət verilməsi üçün müvafiq hüquq mühafizə orqanlarına göndərilib.

“Aqrolizinq”

“”Aqrolizinq" ASC-də aparılan yoxlamaların materialları borcların 2006-cı ildən bu günə qədər yarandığını göstərir. Ancaq söhbət korrupsiya və mənimsəmə barədə deyil, fermerlərin və şirkətlərin ASC-dən aldıqları borcların qaytarılması ilə bağlıdır. Bu borcların yaranmasına gəlincə, çalışdığım dövrdə texnoloji avadanlıqlar, ümumiyyətlə, alınmayıb. Texnoloji avadanlıqlar üzrə bütün borclar əvvəlki vaxtda verilib".

Beləliklə, məlum olur ki, “Aqrolizinq”də aşkarlanan pozuntular İsmət Abbasovun nazir olduğu dönəmdən qalandır. Qeyd edək ki, İ.Abbasov 2004-2013-cü illərdə kənd təsərrüfatı naziri, 2013-2018-ci illərdə isə baş nazirin müavini işləyib.

“Aqrolizinq”
Rəsmi məlumatlara əsasən 2005-2013-cü illərdə “Aqrolizinq” ASC tərəfindən 274,45 milyon manat dəyərində 17304 ədəd kənd təsərrüfatı texnikası alınıb. 156,75 milyon manat dəyərində 11370 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 314 ədəd taxılyığan kombayn, 3991 ədəd traktor, 108 ədəd ekskavator və 6957 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikası 6536 nəfər hüquqi və fiziki şəxsə lizinqə verilib və ya lizinq yolu ilə satılıb.  2005-2013-cü illərdə “Aqrolizinq” ASC tərəfindən 133,3 milyon manat dəyərində 151 dəst texnoloji avadanlıq, o cümlədən 17 dəst istixana, 19 dəst damcılı suvarma sistemi, 19 dəst quşçuluq və 96 dəst müxtəlif təyinatlı texnoloji avadanlıqlar, soyuducu kameralar üçün komplektləşdirici məmulatlar alınıb. Qeyd olunan dövrdə təkcə kənd təsərrüfatı istehsalçıları üçün mineral gübrələrin alınmasına 121,15 milyon manat sərf olunub.

“Aqrolizinq”də mənimsəmə imkanları bunlarla bitmir. Belə ki, 2009-2013-cü illər ərzində Prezidentin Ehtiyat Fondundan ASC-yə ayrılmış 29,8 milyon manat büdcə və Cəmiyyətin 5,85 milyon manat təkrar istifadə vəsaitləri hesabına 35,65 milyon manat dəyərində 10590 baş damazlıq iribuynuzlu və 2120 baş xırdabuynuzlu heyvan alınıb gətirilərək dəyərinə 50 faiz güzəştlə 3 il müddətinə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinq yolu ilə satılıb.

Redaksiyamıza daxil olan məlumata görə, İ.Abbasovun vaxtında ölkəyə gətirilən kənd təsərrüfatı texnikasının əhəmiyyətli bir hissəsi keyfiyyətsiz olduğuna görə tezliklə sıradan çıxıb. Bundan əlavə, lizinq yolu ilə satılmaq üçün gətirilən texnikanın bir qismi “Aqrolizinq”in yerli filialları vasitəsilə işlədilib, əldə olunan gəlir isə rəsmiləşdirilməyərək şəxsi ciblərə axıb. Aydın məsələdir ki, bu vəsaitlərdən nazirliyin rəhbərinə çatmaması şəraitində milyonlarla manatlıq texnikanın sıradan çıxarılması mümkün deyildi. Məhz rəhbərliyin məlumatı və iştirakı ilə ayrı-ayrı şəxslərə guya ki, güzəştli qaydada satıldığı rəsmiləşdirilən texnika əslində rayonlarda fermerlərə pullu xidmətə cəlb olunub, sonda isə “alıcı”nın ödəmə qabiliyyətinin olmadığı əsas gətirilməklə onların “Aqrolizinq”ə “qaytarılması” təmin edilib. Hazırda bu texnikaların mühüm bir qismi yararsız halda Ucarda yerləşən bazada saxlanılır.

“Aqrolizinq”
Göründüyü kimi, İ.Abbasovun dövründə yol verilmiş nöqsanlar üzündən dövlətə milyonlarla manat zərər dəyib. Maliyyə Nazirliyinin hüquq-mühafizə orqanlarına göndərdiyi faktlar əsasında sabiq nazirə cinayət işi açıla bilərmi? Açılarsa, onu hansı cəza gözləyər?

Hüquqşünas Əkrəm Həsənov mövzunu “Yeni Müsavat”a şərh edərkən deyib ki, İ.Abbasovun nazir olduğu dövrdə ölkəyə gətirilən texnikanın lizinq yolu ilə satılandan sonra geri qaytarılmasının səbəbləri araşdırılmalıdır: “Bu texnika əgər keyfiyyətsiz olubsa, burada onu gətirən qurum günahkardır, məsuliyyəti də bu qurum daşıyır. Amma əgər texnika keyfiyyətli olubsa, alan tərəf ödəmələri yubadıbsa, günahkar alan tərəfdir, məsuliyyəti də o daşıyır. Burada incə bir nüans var. Belə ki, əgər alan tərəf ödəniş etmədiyi üçün lizinqə verilən texnika geri alınıbsa, onda ”Aqrolizinq" dövlətə dəyən zərəri həmin alıcıdan tələb etməli idi. Almayıbsa, bu, artıq hərəkətsizlikdir və onun nəticəsində dövlətə zərər dəyib. Daha sonra aydınlaşdırılmalıdır ki, geri alınan texnika niyə ehtiyacı olan digər tərəflərə satılmayıb, anbarlarda saxlanıb? Ölkədə texnikaya tələbat hələ də yüksək olaraq qalır. Burada artıq səhlənkarlıq görünür. Niyə həmin avadanlıq, texnika yenidən satışa çıxarılmayıb"?

Əkrəm
Hüquqşünasın fikrincə, prosesdə qəsd (korrupsiya və sair) ehtimalı da böyükdür: “Belə ola bilər ki, avadanlıq, texnika ucuzdur, ”Aqrolizinq" onu məqsədli razılaşma ilə şişirdib. Bu halda ASC dəyərindən baha olan texnikanı heç kimə sata bilmir, özü kimlərisə tapır, sənəd üzərində lizinq yolu ilə “satış” təşkil edilir. Bir müddətdən sonra isə “alıcı” ödəniş etmədiyi üçün texnikanı geri qaytarır. Bax, bu kimi iddiaları, variantları hüquq-mühafizə orqanları ciddi şəkildə araşdırmalıdır. Aydınlaşdırılmalıdır ki, gətirilən texnikaya tələbat nə qədər yüksək olub? Onu alanların ödəniş qabiliyyətinin olub-olmadığı nə qədər dəqiq araşdırılıb, lizinq həqiqi lizinq olub, yoxsa yox və sair. Bütün bu qeyd etdiklərim ortada iki əməlin olmasını göstərir: dövlət əmlakına münasibətdə səhlənkarlıq, yaxud da korrupsiya. Bunları aydınlaşdırandan sonra hüquq-mühafizə orqanları müvafiq maddələr üzrə cinayət işi qaldıra bilər".

Ə.Həsənovun sözlərinə görə, iş üzrə cinayət işləri bir neçə maddə ilə qaldırıla bilər: “İlk növbədə iqtisadi xarakterli məsələ olduğuna görə Cinayət Məcəlləsinin 179-cu maddəsi üzrə iş qaldırıla bilər: etibar edilmiş özgə əmlakını talama. Söhbət külli miqdarda dövlət əmlakından getdiyinə görə iş 179.3.2-ci maddə üzrə tövsif edilə bilər. Bu maddə üzrə maksimum cəza 10 ilədək azadlıqdan məhrum edilmədir. Korrupsiya cinayətləri aşkarlanarsa, vəzifə səlahiyyətlərindən sui-istifadə (Cinayət Məcəlləsinin 308-ci maddəsi, maksimal cəza 7 il), 308.1-ci maddə(maksimal cəza 6 il) və sair cəzalar var. Rüşvətalma aşkarlanarsa 311-ci maddə ilə 12 ilədək azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər. Amma bir məqam da var ki, mütləq qeyd etmək lazımdır. Bu, Cinayət Məcəlləsinin 75-ci maddəsidir - vaxtın keçməsi ilə əlaqədar cinayət məsuliyyətindən azadetmə. Sadaladığım maddələr üzrə 7, 12 illik müddətlər var. Bu maddəyə əsasən əgər törədilən cinayətə görə 7 illik cəza nəzərdə tutulursa və cinayətdən bu qədər vaxt keçibsə, şəxsi cinayət məsuliyyətinə cəlb etmək olmaz. Səhlənkarlıqdırsa, İ.Abbasovun nazir vəzifəsindən alındığı müddət 7 ildən yuxarı olduğu üçün məsuliyyətə cəlb oluna bilməz. Yox, digər maddələr olarsa, cinayətdən 12 il keçərsə məsuliyyətə cəlb oluna bilməz. Yəni müddət məsələsi burada mühüm rol oynayır. Mən, ümumiyyətlə, təklif edirəm ki, korrupsiya cinayətləri ilə bağlı işlərdə müddət məsələsi ya tamam ləğv olunsun, ya da daha uzun müddət - 20 il, 30 il müəyyənləşdirilsin. Daha bir məsələ hətta səhlənkarlıq və korrupsiya təsdiqlənsə belə, İ.Abbasovun məsuliyyətini sübut etmək xeyli çətin ola bilər. Çünki o, birbaşa ”Aqrolizinq"in rəhbəri olmayıb, müqavilələrdə imzası yoxdur və sair".(musavat.com)
Oxşar xəbərlər
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:58
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:07
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
04 May 2024 | 13:15
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
04 May 2024 | 13:03
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
04 May 2024 | 13:13
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
04 May 2024 | 13:33
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
04 May 2024 | 13:29
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:58
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:07
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
04 May 2024 | 13:15
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
04 May 2024 | 13:03
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
04 May 2024 | 13:13
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
04 May 2024 | 13:33
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
04 May 2024 | 13:29
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO