28 ildir "Ana harayı" Azərbaycan ordusunu köməyə haraylayır...
Hadisə
Oxunub: 1429
26 Feb 2020 | 01:02
28 ildir
Xocalı soyqırımından 28 il ötməsinə baxmayaraq Azərbaycan tərəfinin bu qanlı olayı dünyaya layiqincə tanıtmaması, düşmənin cavabını hərb meydanında verməməsi Ermənistanın həm Qarabağda, həm də informasiya müharibəsində hələ ki qalib durumda olmasına açıq şərait yaradır.

Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən məlum debat zamanı bu mövzuda Ermənistanı müdafiə etmək üçün dolayısı ilə günahı Azərbaycan Respublikasının birinci Prezidenti Ayaz Mütəllibovun üstünə atması, əslində erməni xislətinə bələd olanlar üçün təəccüb doğurmamalıdır. 
Erməni "paşasının" "Dağlıq Qarabağ digər İttifaq respublikaları kimi keçmiş Sovet ölkəsindən ayrılaraq müstəqillik əldə edib" deməsinə gəlincə isə, Ayaz Mütəllibov bu günlərdə moderator.az saytına verdiyi açıqlamasında bu "ermənibaşın" əsl böhtançı olduğunu tutarlı faktlarla sübuta yetirdi. 

O, öz açıqlamasında - "DQMV, digər müttəfiq respublikalarla birlikdə Sovet İttifaqını tərk etmək məsələsini həll etmək hüququna malik deyildi. Belə ki, bundan ötrü həmin muxtariyyətin heç bir qanuni  səlahiyyəti yox idi" deyə, Paşinyanın yalan danışdığını bildirir. 

A.Mütəllibovun sözlərinə istinad etsək, o zaman ki Ermənistan prezidenti Ter-Petrosyan hətta Dağlıq Qarabağla bağlı bir kəlmə belə artıq söz deməyib. Halbuki, onun özü Qarabağ münaqişəsinin yerli təşəbbüskarı, ssenaristi və rejissoru olub. Ter-Petrosyan bütün MDB prezidentləri kimi Azərbaycanı mövcud sərhədlərdə, yəni Sovet dövründə olan sərhədləri çərçivəsində tanıyıb və digər dövlət başçıları ilə birlikdə bu sənədi imzalayıb. Sonra həmin sənəd əsasında Azərbaycan BMT-yə qəbul edilib. Bu o deməkdir ki, Paşinyan və ya digər "yanlar" nə qədər yansalar da Dağlıq Qarabağ Azərbaycanın həm tarixi, həm də hüquqi baxımdan ayrılmaz hissəsidir.
 
Ancaq Paşinyan özü keçmiş bir jurnalist kimi yəqin ki, britaniyalı jurnalist Tomas de Vaalın 2000-ci ilin dekabr ayında Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Serj Sarkisyanın Karneqi Fondunun saytında yerləşdirilmiş müsahibədə Xocalı soyqırımını bilərəkdən törətdiklərini etiraf etdiyini oxumamış deyil. Bu müsahibə ilə Sarkisyan həmin vaxta qədər hətta Azərbaycanda belə bir çox şübhəli fikirlərə səbəb olan mübahisələrə son qoydu. O, Xocalıda 613 nəfər dinc sakinin ölümü ilə nəticələnmiş soyqırımın məsuliyyətini Ermənistan ordusunun üzərinə götürərək - "Bilirsiniz, belə şeylər barədə yüksəkdən danışmırlar. Nə mümkündür, onu danışırlar. Mən də belə davranıram... Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, ermənilər sadəcə zarafat edirlər. Azərbaycanlılar bu fikirdə idi ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu fikirləri dağıtmaq lazım idi" - deyə, hər şeyi özü açıq etiraf edir. Bu isə o deməkdir ki, Paşinyanın Münhendə Xocalı soyqırımının günahını "küçə söhbəti" səviyyəsində Ayaz Mütəllibovun üstünə atdığı yalanını elə onun küçə hay-küyünə salıb devirdiyi Sarkisyan bu müsahibəsi tamamilə alt-üst edir. 

Bu gün Ermənistanın istər erməni cəmiyyəti, istərsə də siyasi elitası hər hansı bir ədalətli mövqe bildirməkdən uzaqdırlar. Onlarla hansısa şərtlərlə, yəni Dağlıq Qarabağa təklif olunan ən yüksək statusla sülhə nail olmaq mümkün deyil. Əksinə bu kimi təkliflər onları daha da radikal addımlar atmağa sövq edir və yalnız öz xeyirlərinə hesablanmış, Azərbaycana qarşı kəskin şərtlərlə çıxış edirlər.  

Baxın, belə olmasaydı erməni saytlarından birinə açıqlamasında Şuşanın işğalına rəhbərlik etmiş "meşə tülküsü" ləqəbli  general-mayor Arkadi Ter-Tadevosyan - "Ermənistan Qarabağın təhlükəsizliyinin qarantıdır. Bundan əlavə, "Artsax" - Ermənistanın tərkib hissəsidir. Bakıda bunu çox yaxşı bilirlər və buna görə də "Artsax"a qarşı hər hansı bir addımın Ermənistana qarşı bir addım olduğunu və bunun cavabsız qalmayacağını da anlayırlar. Buna görə də Azərbaycan "Artsax" ərazilərini unutsa, daha yaxşıdır. Heç kim Bakıya heç nə verməyə hazırlaşmır" deyərdimi? 

Əslində hamı çox gözəl bilir ki, ermənilərin dünyada hara bir "xaçkar" qoymaları kifayət edir ki, o məkanı həyasızcasına "qədim Ermənistan" torpağı adlandırsınlar. Diqqət edin, əgər Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan Slovakiyanın xarici işlər naziri ilə birgə verdiyi mətbuat konfransında Ermənistan adından İsrailin Yerusəlim şəhərinə iddialı olduğunu elan edirsə, onların az qala 30 ildir işağla məruz qoyduqları Azərbaycanın Dağlıq Qarabağına iddiasından nə vaxtsa əl çəkəcəkləri nə qədər inandırıcı görünə bilər? Bu arada onu qeyd edək ki, Yerusəlimin gələcək statusu ilə bağlı verilən suala Mnatsakanyan - "Ermənistan Yerusəlimin statusu ətrafında baş verən hadisələri xüsusi diqqətlə izləyir, bu, ermənilərin Müqəddəs şəhərdə çoxəsrlik mövcudluğu, zəngin erməni tarixi və mədəni irsi, həmçinin Erməni Apostol Kilsəsinin bu müqəddəs yerlərin kilsələrindən biri olması ilə bağlıdır. Ermənistan hesab edir ki, Yerusəlimin son statusu maraqlı tərəflər arasında aparılan danışıqlar nəticəsində müəyyən edilməlidir və o maraqlı tərəf həm də Ermənistandır" - deyə cavablandırıb.
Odur ki, nə qədər gec deyil, Azərbaycan düşməni beynəlxalq siyasi arenada susdurmaq, öz ərazi bütövlüyünü bərpa etmək üçün düşmənə layiq olduğu cavabı gecikdirməməlidir. İstər Dağlıq Qarabağı azad etmək, istərsə də Xocalı soyqırımını dünyaya tanıtmaq üçün beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Yəni, beynəlxalq hüquqa görə, soyqırım - sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və beynəlxalq cinayətdir. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 saylı qətnaməsində göstərilir ki, soyqırım insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Bundan başqa, BMT-nin 1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilən və 1951-ci ildə qüvvəyə minmiş "Genosid cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya"da soyqırım cinayətinin hüquqi əsası təsbit olunub. Konvensiyaya qoşulan dövlətlər isə sülh və yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq genosidin beynəlxalq hüququn normalarını pozan cinayət olduğunu təsdiq edərək onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürüblər. Bu mənada Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı adıçəkilən Konvensiyada təsbit olunan soyqırım cinayətlərinin əsasını təşkil edən bütün əməllər təsdiq olunub.

Təəssüf ki, 28 il ötməsinə baxmayaraq Xocalı soyqırımını törədənlər, onun təşkilatçıları və icraçıları hələ də cəzadan kənarda qalıblar. Bütün dünya bilir ki, Xocalı soyqırımı cinayətkar erməni siyasətçiləri və onlara dəstək olan güclərin birgə fəaliyyəti nəticəsində baş verib və XX əsrin sonunda baş vermiş bu soyqırım təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.  

Bu gün doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın  rayonlarına səpələnmiş Xocalı sakinləri ilə birlikdə Azərbaycanın bütün vətənpərvər insanları Ermənistanın Azərbaycana qarşı quldur təcavüzünə son qoyulması, Dağlıq Qarabağda yurd salmış terrorçularının məhv edilməsi, Xocalı soyqırımının intiqamının alınmasını, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, məcburi köçkünlərin isə öz doğma yurdlarına qayıtmaq ümidi ilə yaşayırlar.

Bu arada qeyd edək ki, Xocalı soyqırımına məruz qalmış günahsız insanların xatirəsini əbədiləşdirmək üçün Azərbaycan dövləti paytaxtda "Ana harayı" adlı abidə ucaldıb. Amma abidənin yerləşdirildiyi məkan coğrafi mövqeyinə görə və turizm işi ilə məşğul olan şirkətlərin məsuliyyətsizliyi üzündən turistlərin diqqətindən kənarda qalır. Bununla yanaşı, həmin abidə Azərbaycana gələn xarici ölkələrin rəsmiləri tərəfindən protokol qaydada ziyarət edilmir. Buna üzdən də Xocalı soyqırımını əks etdirən "Ana harayı" abidəsinin yerinin dəyişdirilərək Şəhidlər xiyabanı ərazisinə köçürülməsi, Azərbaycana  qarşı törədilmiş soyqırımını əyani təsvir və təbliğ edən hadisələr barədə müasir standartlara cavab verən məlumatların yerləşdiyi Muzey yaradılmasına böyük ehtiyac var. Bundan əlavə, Azərbaycana gələn xarici ölkə rəsmilərinin "Ana harayı" abidəsini ziyarət dövlət və rəsmi səfərlərin protokollarına daxil edilməsi daha yaxşı olar. Azərbaycanda turizm fəaliyyətini həyata keçirən şirkətlər isə turistlər üçün gəzinti turları müəyyən edərkən bu abidəsinin də həmin marşrut üzərində olmasına diqqət yetirmələri xalqın bu qanlı faciəsini dünyaya tanıtmaq baxımından yaxşı bir addım olar.  Məgər, ermənilər özlərindən uydurduqları "erməni soyqırımı" adlandırdıqları abidələrinin qarşısında ölkələrinə gələn hər bir rəsmi qonağı yalandan əyildib-düzəltmirlərmi?! Yüz ilin tarixi hadisəsindən uydurma "soyqırım" yoğurub  dünyaya yağlı tikə kimi yedizdirmirlərmi? Haqq həmişə güclünün tərəfində olub. Bu güc isə Azərbaycanda var, zaman gözləmir, illər ötüb gedir, 28 ildir "Ana harayı" Azərbaycan ordusunu köməyə haraylayır...

Mübariz Azərbaycanlı, müstəqil jurnalist
Oxşar xəbərlər
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
GÜNLÜK
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA