Rusiyanın siyasi eksperti Semyon Bağdasarov Türkiyənin Suriya siyasəti və bu yöndə atdığı addımlarla bağlı maraqlı açıqlama ilə çıxış edib.
Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, açıqlamasında rəsmi Ankaranın İdlib problemini sülh yolu ilə yanaşı, həm də hərbi müstəvidə həllinə hazırlaşdığına diqqət çəkən ekspert, Putin hökumətini Ərdoğandan ibrət almağa, onun kimi böyük oynamağa səsləyib:
“Türkiyə İdlibdəki problemin diplomatik yolla həllində maraqlı olduğunu bildirir. Lakin buna baxmayaraq, Ankara həm də bölgəyə 70 tank, 200-dən çox zirehli texnika və digər qüvvələr cəmləşdirməkdədir. Bu isə o deməkdir ki, Türkiyə İdliblə bağlı maraqlaırnı təmin etmək üçün hər cür fədakarlığa hazırdır.
Ərdoğan oynadığı kimi böyük oynamalıyıq: Əks təqdirdə itirəcəyik!”
Rusiyalı ekspert ABŞ-ın İdlibdəki hava hücumundan müdafiə qüvvələrini də böyük təhlükə kimi dəyərləndirib. O, qeyd edib ki, ABŞ-ın bu şəhərdəki hava hücumundan müdafiə qüvvələri həm Suriya, həm də Rusiya üçün təhlükə mənbəyidir. Ekspert, son 10 gündə Suriya ordusuna məxsus iki helekopterin məhz bu qüvvələr tərəfindən vurulduğunu bildirib.
Seymur ƏLİYEV