Makedoniyalı İsgəndər və Nadir şah Əfşar... -Tale oxşarlıqları...
Oxunub: 2523
20 Feb 2020 | 11:00
Makedoniyalı İsgəndər və Nadir şah Əfşar... -Tale oxşarlıqları...
Nadir şah Əfşar Asiyanın sonuncu böyük fatehi idi.

Napoleon Bonapart özünü yeni Nadir hesab edirdi. Onu Avropanın Nadir şahı da adlandırırdılar. Deyilənə görə, İosif Stalin Nadir şahı və rus çarı İvan Qroznını özünün müəllimləri bilirdi. Bütün ətraf xalqlar və öz təbəələri Nadir şah Əfşarın qarşısında tir-tir əsirdilər. O, Rusiya, Osmanlı və Böyük Moğol imperiyalarının ən qorxulu yuxusuna çevrilmişdi. Fransız alimi, türkoloq və yezuit Lui Bazen yazır: “Nadir şah sanki taxt-tac üçün doğulmuşdu. Qəhrəmanlara və böyük hökmdarlara xas olan keyfiyyətləri təbiət ondan əsirgəməmişdi”. Digər fransız alimi, yezuit Pierre Bayen: “Nadir şah Osmanlı imperiyasının dəhşəti, Hindistanın fatehi, bütün Asiyanın hökmdarı idi”.

Maraqlıdır ki, Səfəvi xanədanının hakimiyyətinə son qoymuş Nadir şah Əfşarı məhz Əhəmənilər sülaləsini süquta uğratmış Makedoniyalı İsgəndərə bənzədərək, ona Şərqin İsgəndəri ləqəbini vermişdilər. Bu iki fateh arasındakı digər oxşarlıqlara nəzər salaq:

1-ci paralel: – Əhəmənilər imperiyasının varlığına son qoymuş Makedoniyalı İsgəndər bu imperiyanın qurucusu Böyük Kirin vəfatından 174 il sonra – e.ə. 356-cı ildə anadan olmuşdur; – Səfəvilər imperiyasının varlığına son qoymuş Nadir şah Əfşar bu imperiyanın qurucusu Şah İsmayılın vəfatından 174 il sonra – 1698-ci ildə anadan olmuşdur (digər məlumata görə, o, 1688-ci ildə, başqa bir məlumata əsasən isə, 1689-cu ildə dünyaya gəlmişdir).

2-ci paralel: – Makedoniyalı İsgəndər oktyabr ayında (başqa ehtimala görə, iyul ayında) anadan olmuşdur; – Nadir şah Əfşar da oktyabr ayında anadan olmuşdur (onun noyabrda və ya avqust ayında doğulduğunu göstərən məlumatlar da vardır).

3-cü paralel: – Makedoniyalı İsgəndərin Orta Asiya yürüşü e.ə. 329-cu ildə başlamışdı. Politimet döyüşündə soğd əyanı Spitamenin başçılıq etdiyi 600 nəfər soğd süvarisi 4.000 hərbçidən ibarət güclü Makedoniya birləşməsini darmadağın etsə də, iki il davam etmiş inadlı mübarizədən və Spitamenin xəyanət nəticəsində həlak olmasından sonra İsgəndər Soqdiananı (Orta Asiyanın böyük bir hissəsini – indiki Özbəkistanı və Tacikistanı) fəth edə bilmişdi; – Nadir şah Əfşarın Orta Asiya yürüşü 1740-cı ildə başlamışdı. Buxara ətrafında özbək ordusu üzərində qələbə qazanan Nadir şah Buxara xanlığını ələ keçirmişdi. Pitnak döyüşündə isə Nadir şahın elçilərini qətlə yetirmiş Xivə xanı İlbarsın 30.000 nəfərlik ordusu darmadağın edilmiş, İlbars xan əsir alınaraq edam olunmuş, beləliklə, Orta Asiyanın böyük bir hissəsi (indiki Tacikistan, Özbəkistan və Türkmənistan) Nadir şah Əfşarın nəzarəti altına keçmişdi.

4-cü paralel: – Orta Asiyanın böyük bir hissəsini işğal etdikdən sonra Makedoniyalı İsgəndər şimal istiqamətində hərbi ekspansiyanı dayandırmış və saka çöllərinə (indiki Qazaxıstana) girməmişdi; – Orta Asiyanın böyük bir hissəsini ələ keçirdikdən sonra Nadir şah Əfşar şimal istiqamətində hərbi yürüşünü dayandırmış və qazax çöllərinə (indiki Qazaxıstana) girməmişdi.

5-ci paralel: – Makedoniyalı İsgəndər Əhəməni şahzadələri Statira və Parisatida ilə evlənmişdi; – Nadir şah Əfşar Səfəvi şahzadəsi Raziya Sultanla evlənmişdi.

6-cı paralel: – Əhəmənilərin sonuncu şahı V Artakserks Makedoniyalı İsgəndərin əmri ilə gələcəkdə tarixi Xorasan vilayətinin mərkəzi olacaq Bəlx şəhərində (Əfqanıstanda yerləşir) qətlə yetirilmişdi; – Səfəvilərin sonuncu şahı III Abbas Nadir şah Əfşarın oğlu Rzaqulu mirzənin əmri ilə tarixi Xorasan vilayətinin Səbzivar şəhərində (İranın Xorasan-Rəzəvi ostanında yerləşir) qətlə yetirilmişdi.

7-ci paralel: – Makedoniyalı İsgəndərin əmri ilə qətlə yetirilmiş V Artakserks Əhəmənilər sülaləsinin Əhəməndən başlanan birbaşa xəttinin 18-ci nümayəndəsi (şahı) idi; – Nadir şah Əfşarın oğlu Rzaqulu mirzənin əmri ilə qətlə yetirilmiş III Abbas Səfəvilər sülaləsinin Şeyx Səfi əd-Dindən başlanan birbaşa xətinin 18-ci nümayəndəsi (şeyxi, şahı) idi.

8-ci paralel: – Makedoniyalı İsgəndər e.ə. 329-cu ildə Əhəmənilər sülaləsinin hakimiyyətinə son qoymuş, bundan 2 il sonra – e.ə. 327-ci ildə Hindistan yürüşünə başlamışdı; – Nadir şah Əfşar 1736-cı ildə Səfəvilər sülaləsinin hakimiyyətinə son qoymuş, bundan 2 il sonra – 1738-ci ildə Hindistan yürüşünə başlamışdı.

9-cu paralel: – Makedoniyalı İsgəndərin Hindistan yürüşü e.ə. 325-ci ilədək – 2 il davam etmişdir; – Nadir şah Əfşarın Hindistan yürüşü 1740-cı ilədək – 2 il davam etmişdir.

10-cu paralel: – Makedoniyalı İsgəndərin ruhi durumunda problemlər e.ə. 327-ci ildən başlamış, kütləvi qətllərə və cəza tədbirlərinə əl atmışdı. Bu vəziyyət çarın ölüm tarixinə – e.ə. 323-cü ilədək, 4 il davam etmişdi; – Nadir şah Əfşarın ruhi durumunda problemlər 1743-cü ildən başlamış, kütləvi qətllərə və cəza tədbirlərinə əl atmışdı. Bu vəziyyət şahın ölüm tarixinə – 1747-ci ilədək, 4 il davam etmişdi;

11-ci paralel: – Bir fərziyyəyə görə, Makedoniyalı İsgəndər e.ə. 323-cü ildə öz sərkərdəsi Antipatr tərəfindən zəhərlənərək öldürülmüşdür (başqa ehtimallara əsasən, o, təsadüfi zəhərlənmədən, sətəlcəmdən, qaraciyər sirrozundan, tif və ya malyariya xəstəliyindən vəfat etmişdir); – Nadir şah Əfşar 1747-ci ildə özünün bir qrup sərkərdəsinin həyata keçirdiyi sui-qəsd nəticəsində qətlə yetirilmişdir.

12-ci paralel: – Makedoniyalı İsgəndər e.ə. 323-cü ilin iyun ayında ölmüş və ya öldürülmüşdür; – Nadir şah Əfşar 1747-ci ilin iyun ayında öldürülmüşdür.

13-cü paralel: – Makedoniyalı İsgəndər sonuncu Əhəməni şahları III Daranın qətlindən 7 il (e.ə. 330-cu il), V Artakserksin qətlindən isə 6 il (e.ə. 329-cu il) sonra ölmüş və ya öldürülmüşdür; – Nadir şah Əfşar sonuncu Səfəvi şahları II Təhmasibin və III Abbasın qətlindən 7 il sonra öldürülmüşdür.

14-cü paralel: – həm Makedoniyalı İsgəndərin, həm də Nadir şah Əfşarın bütün oğlanlarını onların ölümündən sonra öz yaxın adamları qətlə yetirmişdilər;

15-ci paralel: – Makedoniyalı İsgəndərin qurduğu nəhəng imperiya onun ölümündən 2 il sonra – e.ə. 321-ci ildə dağılmışdır (e.ə. 321–320-ci illərdə İsgəndərin sərkərdələri və yaxın qohumları arasında birinci vətəndaş müharibəsi baş vermiş, e.ə. 321-ci ildə bağlanmış Triparadisus sazişi ilə imperiyanın əraziləri həmin sərkərdələrin arasında bölünmüşdür); – Nadir şah Əfşarın qurduğu nəhəng imperiya onun ölümündən 2 il sonra – 1749-cu ildə dağılmışdır (sözügedən hadisə 1747–1748-ci illərin vətəndaş müharibəsindən və 1749-cu ildə Nadir şahın nəvəsi Şahrux şahın Mir Seyid tərəfindən devrilməsindən sonra baş vermişdir. 1750-ci ildə Şahrux şah hakimiyyət başına qayıdıb 1795-ci ilədək dövlətə rəhbərlik etsə də, bu, artıq imperiya deyil, əsasən Məşhəd şəhərini və onun ətrafını əhatə edən kiçik bir xanlıq idi).

Bu paralellərdən bəzilərinin daxili məzmunu zahirindən daha dərindir.

Məsələn, Makedoniyalı İsgəndərlə Nadir şahın aqoniya dövrünün 4 il davam etməsi… Müasirlərinin və tarixçilərin əksəriyyətinin qənaətinə görə, Nadir şahın psixoloji vəziyyəti oğlu Rzaqulu mirzəni kor etdirdikdən bir qədər sonra pisləşmiş, 1743-cü ildən etibarən özünü qabarıq şəkildə büruzə vermişdir. Nadir şahın nəhəng imperiyasının süqutu da həmin tarixdən başlamışdır. Lakin Nadirlə İsgəndərin oxşar cəhəti onların hər ikisinin tənəzzül və deqradasiya dövrünün dörd il çəkməsi deyil.

Sözsüz ki, tarixlərin üst-üstə düşməsi sırf təsadüfün nəticəsidir. Nadir şahla Makedoniyalı İsgəndəri eyniləşdirən əsas cəhət isə budur ki, onların hər ikisi qanuni sülalələri məhv etmiş, proseslərin təbii axarını pozmuş, formalaşmış sistemləri dağıtmışdılar. Lakin özləri də sistemin tərkib hissəsi olduqlarına görə həmin ictimai-siyasi mühitin məhvindən sonra qalıb inkişaf edə bilməzdilər. Fərq yalnız ondadır ki, Nadir Səfəvilərin noyonu (generalı) kimi əvvəldən sistemin içində idi, İsgəndər isə III Dara üzərində qələbədən sonra özünü Asiyanın və İranın şahı elan etməklə uçub-dağılmaqda olan sistemin içinə girmişdi.

O, makedoniyalıları iranlı və baktriyalı qızlarla ailə qurmağa məcbur etmiş, özü də yalnız Əhəməni şahzadələri ilə evlənmişdi. Makedoniyalı İsgəndərin dörd həyat yoldaşından Statira Əhəməni şahı III Daranın, Parisatida Əhəməni şahı III Artakserksin, Barsina Əhəməni nəslindən olan Ərtabazın, Roksana isə Əhəməni əyanı Oksiartın qızı idi. O, yaxın ətrafına, ordusuna keçmiş Əhəməni əyanlarını, zadəganlarını, iranlıları, orta asiyalıları yığmağa, sarayında Əhəməni mərasimlərini tətbiq etməyə, Şərq libasları geyinməyə başlamışdı. Beləliklə, Makedoniyalı İsgəndərin aqibətini batan gəmiyə minən adamın taleyinə də bənzətmək olar. Zənnimizcə, hətta sonuncu nominal Səfəvi şahlarının hakimiyyəti də fitri istedadına, cəsarətinə, liderlik keyfiyyətlərinə və xidmətlərinə rəğmən Nadir şahın hakimiyyətindən daha legitim olmuşdur. Bəlkə də Nadir şah Əfşarın özünün və sülaləsinin hakimiyyətinin uzunömürlü olmamasının səbəbi bunda idi. Səfəvilər bu hüququ 431 illik şeyxlik və şahlıqla qazanmışdılar.

Yazı Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər” kitabındakı faktlar əsasında hazırlanmışdır.

Araz Şəhrili

Oxşar xəbərlər
20:21, Bu gün
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
19:54, Bu gün
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
19:52, Bu gün
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
19:51, Bu gün
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
19:41, Bu gün
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
19:39, Bu gün
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
19:30, Bu gün
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
19:17, Bu gün
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
19:14, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
18:59, Bu gün
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
18:48, Bu gün
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
18:37, Bu gün
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
18:35, Bu gün
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
18:35, Bu gün
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
18:21, Bu gün
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
18:06, Bu gün
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
18:04, Bu gün
İstidən sərinləmək üçün suya girdi
17:59, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
17:56, Bu gün
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
17:56, Bu gün
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
17:53, Bu gün
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
17:49, Bu gün
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
17:45, Bu gün
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
17:43, Bu gün
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
17:40, Bu gün
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
17:36, Bu gün
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
17:33, Bu gün
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
17:28, Bu gün
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
17:24, Bu gün
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
17:23, Bu gün
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
17:19, Bu gün
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
17:13, Bu gün
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
17:10, Bu gün
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
17:07, Bu gün
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
17:05, Bu gün
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
17:00, Bu gün
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
16:56, Bu gün
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
16:55, Bu gün
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
16:51, Bu gün
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
16:46, Bu gün
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
16:43, Bu gün
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
16:40, Bu gün
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
16:37, Bu gün
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
16:35, Bu gün
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
16:32, Bu gün
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
16:26, Bu gün
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
16:21, Bu gün
Bu taksi şirkəti qiymətləri ARTIRDI
16:15, Bu gün
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
16:15, Bu gün
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
16:10, Bu gün
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
16:07, Bu gün
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:05, Bu gün
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
16:02, Bu gün
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
16:00, Bu gün
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
15:58, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:55, Bu gün
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
15:52, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
15:46, Bu gün
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
15:35, Bu gün
Peskov Putin və Paşinyanın görüşündən danışdı
15:31, Bu gün
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
15:25, Bu gün
Eddi İsrafilov “Neftçi”dən ayrılır
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:49, Bu gün
"Üçtərəfli bəyanat aktuallığını qoruyur" - Rusiya XİN-dən açıqlama
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
14:10, Bu gün
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” – Şok təfərrüat
14:08, Bu gün
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:06, Bu gün
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür 
14:02, Bu gün
Rasim Balayevdən Baş nazirə MÜRACİƏT
13:58, Bu gün
Putin Ukrayna üçün and içdi, Qərbə danışıq əlini uzatdı - TƏHLİL
13:54, Bu gün
“Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər” - Kamaləddin Qafarov
13:51, Bu gün
Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basdı - VİDEO
13:48, Bu gün
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - FOTO
13:44, Bu gün
Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”
13:40, Bu gün
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
13:36, Bu gün
Renat Dadaşovun çıxış etdiyi klubun stadionu dövlət tərəfindən müsadirə olunub
13:35, Bu gün
Prezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”
13:30, Bu gün
Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
13:28, Bu gün
Prezident: “Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:26, Bu gün
İlham Əliyev: “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”
13:22, Bu gün
Sabah bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
13:17, Bu gün
Məhkəmə Anar Məmmədlinin vəsatətini təmin etmədi
13:13, Bu gün
Azərbaycanla Bolqarıstan arasında dörd sənəd imzalandı - YENİLƏNİB
13:05, Bu gün
Vidadi İsayev Bərdənin Qurdlar kəndində səyyar qəbul-görüş keçirdi - FOTO
13:00, Bu gün
Pensiya alanların NƏZƏRİNƏ: Bakı, Sumqayıt və Abşeron üzrə ödənişlər edildi
12:57, Bu gün
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ
GÜNLÜK
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub