Fəlsəfə haqqında qeyri-standart düşüncələr...
Oxunub: 1603
19 Feb 2020 | 13:30
Fəlsəfə haqqında qeyri-standart düşüncələr...
Niyə İlham Məmmədzadə ilə fikir dartışmaları deyirəm, çünki mən tələbəyəm, öyrənənəm, O Fəlsəfə professorudur. Məndən küsməyəcək, inciməyəcək, dəqiq bilirəm. Diktatorial, repressiv  bir cəmiyyətdə, “Böyük həbsxanada”(Azərbaycan) “Fikir Həbsxanası”nda ( Fəlsəfə İnstitutu)  Liberal, demokratik xarakteri ilə, mənim kimi qeyri-standart düşünən insanlara dözmək və yola vermək,  həm də bir filosof kimi yetişməsinə çalışmaq, kömək etmək, qorumaq və bu qeyri-standart düşüncələrdən gələn təhlükələrə sinə gərmək bilirəm ki, çətindir. Açığı onunla mübahisə etmək, dartışmaq mənə zövq verir. Yazılarında və idarəetmə metodlarında (“Fikir həbsxanası”ndakı)  “müxtəliflik zənginlikdir” , “Müxtəliflik sərvətdir”(söhbət fikir və ideya müxtəlifliyindən gedir),  prinsipini qorumağa cəhd etdiyini(bacardı (mı?), ( fikrimcə, müxtəliflikləri qorumaq və xeyli də nail olmaq da  bir fəlsəfi fəaliyyətdir(mi) görmüşəm. Nə gözəl. Elə  Fəlsəfənin də missiyası, filosofun məqsədi- “Plüralistik kainat”ın (U.Ceymis), (“Plüralistik kainat” da insana öz azadlığını, yeniliyə olan istəyini, məhdudiyyətsiz yaradıcılığını ifadə etmək üçün imkan verilir- Ə. Abbasov),  “Çoxluqda  Təkin”,  “Təkdə Çoxluğ”un (Vəhdət-Əl Vücud), “Zərrədə tamın”, “Tamda zərrənin”,  “harmoniyada vəhdəti”ni(R.Ulusel)  insanlığa anlatmaqla  Yaradana  xidmətdir, “Yaradanı Yaradılanda  sevmək”dir (İbn Ərəbi, Mənsur Həllac).  Milləti (Türk Milləti- Böyük Avrasiyada İnsanlıq tarixinin bütün çağlarında yüksək dövlət, iyerarxiya, sosial nizam və  Turan mədəniyyət tipi, dünyagörüş tipi qurmuş, Şərqi də, Qərbi də öz dövlət fəlsəfəsində və mədəniyyət biçimində şəkilləndirmiş, yoğurmuş- təmsil etdiyim, pərəstiş etdiyim ali irq, və  bu, Yunan Roma+German  irqinin və mədəniyyətinin üstünlüyünü -Hellinizmin üstünlüyünü (oxu. Qərb mədəniyyəti) iddia edən Avropamərkəzçiliyin fikir babaları -Aristotel, Hegel, Nitsşe, Şopenhauer, Kant, Yaspers+..... kimi  onlarla  filosofların “Yaradılanların bərabərliyi”, “Plüralistik kainat” kimi universal ideyaları tapdalamasına cavab reaksiyasıdır, milli refleksdir, Avropamərkəzçiliyə, Aryançılığa, Slavyanofilliyə, Sarı İrqçiliyə qarşı formalaşdırılmış irqçi Turan antitezdir) dərindən tanımasada (“hansı milləti”sualını vermək və cavab axtarmaq imtiyazını sizə buraxıram.  Lakin bütün bunlar mənim subyektiv mülahizələrimdir, doğru olmaya da bilər və kaş ki, doğru olmasın) İnsanı (Yaradanın/Allahın Transendental məqsədi”ni Brian Baryy) dərindən tanıyıb sevdiyini, anladığını bilirəm. Əlbəttə ki, İnsanı sevəni və yüksəldəni mən də sevərəm.  İnsan ləyaqətini və şəxsiyyətini sındıran bütün ideologiyalara və idarəetmə formalarına, siyasət fəlsəfələrinə nifrət edirəm. Dövlətlər də, Prezidentlər də, qanunlar da, Siyasət fəlsəfələri  də “İnsanı yaşatmaq” imkanlarını “tanıdığı qədər” əhəmiyyətlidir, dəyərlidir.  İnsana xidmət etməyən bütün qeyri-humanist fəlsəfi ideyalar Şərə xidmət edir( Şər- zamanda və məkanda mövcud olan  Xaos, mənfi, dağıdıcı enerji).    Və həm də bir ənənənin əsasını qoymaq istəyirəm, həmkarlarımızla fəlsəfi diskurs açmaq, bu diskursları fəlsəfə institunun divarları arasından cəmiyyətə daşımaq, Fəlsəfə institunda yetişmiş çox dəyərli alimlərin fəlsəfi düşüncə və baxışlarını xalqımıza tanıtmaq, paylaşmaq, aşırı dərəcədə siyasiləşmiş və aqressivləşmiş cəmiyyəti “fəlsəfiləştirmək”lə yumşaltmaq, humanistləşdirmək... Bizdə həmkarlar arasında fəlsəfi mübahisələr aparmaq ənənəsi formalaşmayıb. Biz “fəlsəfi  cəmiyyət” yox , daha çox “siyasi cəmiyyət”ik. Halbuki, bir millətin, toplumun böyük strateji arzuları və siyasət fəlsəfələri “fəlsəfi cəmiyyət”lərdə doğular. Fikrimcə  Fəlsəfə həm də siyasətə humanizm dəyərləri yükləyən fəaliyyət tipidir.  Hər bir filosof    Haydeqqerin “Dasen”i (“düşünən ruh”), fikir adamı “suveren zəka”dır(Ə.Abbasov) . “Suveren zəka”lar “Fikir həbsxanası”ndan çıxaraq, “böyük həbsxananı” “nurlandırmalıdır”. Bütün Diktatorial cəmiyyətlərdə “Zəkanın nuru” “Fikir həbsxanaları”nda həbs edilir. “Suveren zəka”lar “nurlanma”dan, “nurlandırma”dan  əbədi susqunluğa məhkum edilir. “Suveren zəka”lar  “fikir həbsxanası”nda əzab çəkir. Diktatorlar “suveren zəka” ya (Ə. Abbasov) dözməz!!! 

Bir zamanlar Hegelin  “Fəlsəfə, təfəkkür haqqında təfəkkür elmidir”,  fikrini çox bəyənmişdim, indi isə, klassik rasional məntiqi təfəkkürü ifadə edən  bu fikri bəyənmirəm, Fəlsəfi ruhu, yaradıcı ruhu rasionalizmin, pozitivizmin və praqmatizmin həbsxanasından, çərçivəsindən çıxararaq “Azadlığa” qovuşturmaq istəyirəm. Yüzlərlə elmi hipotezlər və fəlsəfi konsepsiyaların, cərəyanların içində itib batmış, yox olmuş “Azadlığı” və “İnsanı” axtarıram. Fəlsəfi “izm”lərin içində itib batmış fəlsəfənin özünü axtarıram. İnsanı yüksəldən və yaradılmışların əşrəfi (Yaradanın/ Allahın “Transendental məqsədi”nin-Brian Baryy ) kimi, dəyər kimi qoruyan fəlsəfəni.  Mənə elə gəlir ki,  Elm və müasir Fəlsəfə Ruhi varlıq olan İnsanı (Yaradanın/ Allahın “Transendental məqsədi”nin-Brian Baryy ) öldürdü, onu Allahın və Təbiətin əlindən alaraq, intellekti və mütəxəss qabiliyyəti yüksək olan, dar və konkret sahələrdə ixtisaslaşan, böyük  şüşəli  ofislərdə oturan makinalara çevirdi. Rasionalizm, praqmatizm, pozitivizm Allahı,Təbiəti, İnsanı öldürdü. İlk əvvəl İnsanların şəhərindən Allahı çıxararaq qovdu, Allahı İnsan qəlbində və vicdanında  öldürdü (Nitsşe), sonra İnsanın təbiət üzərində qələbə çalmasına zəmin hazırladı və  İnsan öz anasını-Təbiəti öldürdü ( F. Bekon. Müasir ekoloji fəlakətlər), sonra isə makinaları yaratmaqla İnsanın özünü  öldürdü ( Texnotron era, industrial, post industrial çağ- K.Popper, E. Toffler). Düşünürəm ki, (Düşünürəm, deməli varam -Cogito ergo sum-R. Dekart  )  İnsan, Ruhi varlıq olan İnsanı (Haydeqqerin “dasein”ini (dasein-düşünən varlıq, düşünən ruh) öldürdü. Haydeqqerin “dasein”i (düşünən varlıq, düşünən ruh) transformasiyaya uğradı, düşünən ruh, ruhsuz, süni intellektli dəmir robotlara çevrildi(süni zəka, robotlar)  İnsan öldü və İnsan İnsanı (aksioloji baxımdan) öldürdü. Bəlkə də biz F.Fukuyamanın dediyi “Son İnsan”ların müasiriyik kim bilir. Mən  İnsanın ölməməsi üçün  Özümün  sistemsiz, subyektiv mülahizələrimlə və fəlsəfi biliklərimlə çarə axtarıram. Haydeqqerin “dasein”lərinin(düşünən ruhlar) faciəli ölümlərinə  təəssüflənirəm, çıxış yolu axtarıram. Çıxış yolu axtarmaq Fəlsəfi fəaliyyətdir(mi).( Düşünməkmi, axtarmaqmı fəlsəfi fəaliyyətdir, yoxsa yazmaqmı, bilmirəm) XXI əsr fəlsəfəsinin əsas problemi kimi( çox sevdiyim müəllimim Əli Abbasovun cavablandırmaq istədiyi sorular, həll etmək istədiyi problemlər) mən, makinaların və dövlətlərin, diktatorların, siyasi ideologiya və ekspansiyaların, kütləvi qırğın silahlarının öldürdüyü  İnsanın (Yaradanın/ Allahın “Transendental məqsədi”nin-Brian Baryy) diriliş imkanını (belə bir imkan qalıbmı) gündəmə gətirmək istərdim. İnsan (Yaradanın/ Allahın “Transendental məqsədi”nin-Brian Baryy) ölməməlidir, dirilməlidir,yaşamalıdır. İnsan İnsanı yaşatmalıdır. İnsan İnsanı necə yaşatmalıdır, Ruhi varlıq olan İnsan (dasein-düşünən ruh), “danışan heyvan”dan - hedonist İnsandan necə xilas olacaqdır.  Fikrimcə çıxış yolu Sevgidir( Sevgi-“Xaosdan Nizam yaradan substansiya”. Füzuli Qurbanov). İnsan ekoloji, siyasi, sosial və yüz minlərlə informasiya seli içərisində Özünü-Sevgini itirib. İnsan SEVGİDİR (Sevgi-“Xaosdan Nizam yaradan substansiya”. F. Qurbanov), sevgidən doğuldu.  Çıxış yolu İMANDIR.  İman dedikdə “universal etika”nı nəzərdə tuturam. (burada dini imandan söhbət getmir, İnsan- Cəmiyyət-Təbiət-Yaradanın/Allahın vəhdətinə inanan, Zərrənin Tamın bir parçası olduğuna inanan və Tamı pozmamaq üçün şüurlu fəaliyyət göstərən insan dünyagörüşündən gedir. Elm, İnsanı xoşbəxtmi etdi, yoxsa uçurumamı aparır sualları qarmaşıq cavablar doğurur. İnsanı (Yaradanın/ Allahın “Transendental məqsədi”ni-Brian Baryy)  yox olmağa aparan bütün elmi hipotezlərə qarşı fəlsəfi universal etikanı, əxlaqı və imanı necə müəyyənləşdirməliyik və onun arxasınca getməliyik,  İ.Kantın “Mən bilgini azaltdım ki, imana da yer qalsın” fikrini xatırla). “Universal etika”nı təmsil edən İmanlı  insanın (Kant) öldüyü çağdan Son insanın (F.Fukuyama) tarixi başlandı.  Bəlkə mənim Ruhi varlıq olan Sevən İnsanı ( Haydeqqerin daseini) axtarmağım daha insancıl, daha humanist bir cəhddir kim bilir...Bəlkə bütün elmi-fəlsəfi  “izm”lərin çərçivələrindən çəkib çıxarmaq istədiyim fəlsəfənin özüdür, bəlkə fəlsəfənin özünün bütün “izm”lərdən azad olmaq ehtiyacı var...Bəlkə insanla birlikdə fəlsəfi idrak  özü də ölür, elmi idrak və onun təntənəsi olan robot insan(süni zəka) qalib gəlir. Fikrimcə, Fəlsəfənin XXI əsr problemi   sevən insanı, azad insanı utilitar, hedonist insanın əlindən almaqdır. Nə qədər paradoksaldır ki, Əslində sevən insan, azad insan Qərbdə, Renessansdan bu yana azad insan və fərd fəlsəfələrinin doğurduğu ideologiyaların –liberalizmin və sosializmin qəfəslərində məhv oldu. Bu gün mən insanın insan cəmiyyətindən, dövlətdən, mentalitetdən, mürəkkəblikdən,makinalardan, informasiya selindən azad olunmaq cəhdini, “azadlıq ehtiyacını”bütün qanımda, damarlarımda hiss edirəm. Çarələr axtarıram.Çarə hansı fəlsəfi konsepsiyalarda mövcuddur.  Bəs, Öz özünü təşkil edən mürəkkəb sistemlər nəzəriyyəsi- Sinergetik təfəkkür(F.Qurbanov,Ə.Abbasov,T.Allahyarova) və ya postneoklassik fəlsəfi epistimologiya (Ə.Abbasov), Multikulturalizm və dialoq fəlsəfəsi   (İ.Məmmədzadə), Davamlı İnkişaf fəlsəfəsi (S.Hüseynov), Ekologiya mədəniyyəti və etikası(A.Şükürov, Z.Ağayeva), Harmoniya fəlsəfəsi (R.Ulusel, Ə.Qəşəmoğlu), Gender bərabərliy i( Əli Abbasov, R, Mirzəzadə, L.Mövsümova), Siyasət və Gözəllik Fəlsəfəsi (A. Əsədov) Akademik R.Mehdiyevin “suveren demokratiya”, “Çox qütblü dünya”, “Plüralistik kainat”( güc tarazlığına əsaslanan sivilizasiyaların qarşılıqlı, bərabərhüquqlu əməktaşlığı) ideyaları, S.Xəlilin Şərq və Qərbin Vəhdətinə əsaslanan vəhdət fəlsəfəsi ,  Ağayar Şükürovun bütün fəlsəfi ideyaların  mifoloji təfəkkürün qaynaqlandığını irəli sürən fikirləri,mi ifik obrazları”,  Asif Atanın Mütləqə İnam fəlsəfəsi  “dasein”i (düşünən ruhu) xilas edə biləcəkmi?   

Azərbaycanda filosof həmkarlarımın əsərlərini oxuyuram. Müəyyən istisnalarla (Zakir Məmmədov, Zümrüd Quluzadə, Səlahəddin Xəlil, Ağayar Şükürov, Könül Bünyadzadə, Yusif Yusifov, Rahil Ulusel, Müşfiq Şükürlü istisna olmaqla) Qərb fəlsəfəsinin şərhindən başqa bir şey yoxdur. Şərqi isə bilmirik, əlifbalarımızın dəfələrlə dəyişməsi bizi Özümüzdən- “böyük Şərq”dən (Fazil Qısakürək), onun əngin ruhundan (“Mən Şərqəm”. Xəlil Cübran) qoparmışdır. Biz Özümüzdən qoparılmışıq, min illərlə gələn etno mədəni ənənələrdən və sivilizasiya dəyərlərindən qopub, dar məkanda(unikallıq xəstəliyinə tutularaq) həbs edilmişik. Böyük Şərqin ruhu imperializmin sömürgə silahı olan millət-dövlət paradiqmaları ilə parçalanaraq, dar etnik  məkanlarda həbs edilmişdir. Biz, “Böyük Şərq”ə(Fazil Qısakürək) yalnız (Sovet imperializminin KKB repressiyası altında) Ziya Bünyadov, Yusif Yusifov, Zümrüd Quluzadə, Zakir Məmmədov, Elməddin Əlibəyzadə, Ağayar Şükürov) vasitəsilə “qovuşurduq” ki,  bu dəryada damla idi.     Əslində biz (öz  ənənəvi minillik fəlsəfi düşüncəsinin və ənənələrinin  kökündən qopanlar)  fəlsəfə yaratmırıq, (yuxarıda da söylədiyim kimi, fikrimcə, indiki çağda fəlsəfənin məqsədi Yaradanın/Allahın transendental məqsədini- Haydeqqerin “dasein”ini -düşünən ruhu xilas etməkdir), biz fəlsəfə haqqında elmi tədqiqatla məşğul oluruq.  Hegelin dediyi kimi, “təfəkkür haqqında təfəkkür irəli sürürük(mü)”. Bəs İnsan,Cəmiyyət və Təbiət haqqında ümumi qanunauyğunluqları müəyyənləşdirən fəlsəfə düşünürmü ki, İnsan,Təbiət və Cəmiyyət haqqında ümumi qanunauyğunluqlar  elə renessansın doğurduğu Saentizmlə (Qərb mədəniyyəti ilə) dağıdılıb. İnsan-Təbiət-Cəmiyyət arasında harmoniya və birlik dağıdılıb, harmoniya pozulub, DAO ölüb. Fəlsəfə bu dağıdılmış ümumi qanunauyğunluğu bərpa etmək üçün nə etməlidir. İnsanın ( “Dasein”in) qurtuluşu, xilası üçün hansı universal ideya   və ya vahid Fəlsəfi İnam ( Bəşəriyyəti vahid fəlsəfi inam xilas edəcəkdir-K. Yaspers) yaratmaq gərəkdir?  Bizdə Fəlsəfi tədqiqatların metadologiyası, elmi tədqiqatların metadologiyası ilə həmahəngdir. Məhz buna görə də, əsərlərimizi praqmatizm və məntiqi rasionalizmin tələbləri ilə yazırıq, əsərlərimiz epistimologiya ilə yüklənir, lakin aksiologiya baxımından  kasaddır. Ən əsası, əsərlərimizdə qurtuluşa çatmaq istəyən  Ruh yoxdur. Mən Ruhu axtarıram, Böyük Ruhu. Böyük Şərqin Ruhunu.(Hind )Azadlığı axtarıram, Azadlığa çatmaq, Azadlığı dərk etmək, dadmaq onun sərhədlərini tanımaq ehtiyacı fəlsəfi təfəkkürün həzzi, filosofun, Ruhun  qurtuluşu  deyilmi.  Azadlığın hüdudları hardadır, necədir. Harda başlanır və bitir. Fəlsəfə dərketmədirmi, nurlanmadırmı, yoxsa  faktlarla yüklənmiş məntiqi nəticələr yığnağıdırmı. (Bu günkü dissertasiyalardan tələb olunan əsas meyar budur. Bizim ölkəmizdə filosofdan cild cild kitablar yazmaq tələb olunur ki, bu absurddur. Bir həqiqi filosof sadəcə bir kitab da yaza bilər, 100 kitab da...Kitabların sayı yox, kitablardakı aksiologiyanın, fəlsəfi fikrin universal etikası önəmli deyilmi).  
Fəlsəfi yaradıcılıq obyektlə-subyektin min bir çeşiddəki, min bir çəlişkidəki(ziddiyyət) qarşılıqlı münasibətlərinin və əlaqələrinin nəticəsində doğulan şəxsi interperetasiyadır. Obyektin subyektdəki inikasıdır. Subyektin həyatı, intellekt səviyyəsi, dünyagörüşü, mənəviyyatı, sevgisi obyekt haqqında subyektiv interperetasiyanın səviyyəsini müəyyənləşdirir. Məni obyekt yox, subyekt (dasein) maraqlandırır. Məni fəlsəfə yox, filosofun özü ( düşünən ruh) maraqlandırır. Mən Fəlsəfə İnstitunda təkcə fəlsəfə öyrənmirəm, həm də filosofu –“düşünən ruhu” -”Mən  idrakı”nı öyrənirəm, müşahidə edirəm. (Çox mutluyam. Bu puç ömürdə, çatmaq istədiyim ən böyük ideal Fəlsəfə institunda çalışaraq tarixi proseslərin və ideyaların axışını öyrənmək, seyr etmək, dərk etməkdir və belə bir iddia ilə çalışdığım zamanlarda bir hocamın –Əbülhəsən Abbasovun-mənə yaxınlaşaraq, “Fəlsəfə sadəcə düşünmək və yazmaq deyildir, həm də əxlaqlı yaşamaq, harmoniya qanunlarını pozmamaqır.Fəlsəfə təkcə həqiqət axtarmaq deyil, həm də həqiqətin və haqqın yanında olmaqdır” deməsi nə gözəldir).    Mənim obyektim filosofun (“Mən idrakı”nın) özüdür (sevən insandır, “düşünən ruh”dur). Fikrimcə Filosof (sevən insan, düşünən ruh) totalitar cəmiyyətlərdə, diktatorların idarə etdikləri dövlətlərdə əzab çəkir. Filosof Azadlığın Obrazıdır. Obraz Diktatorial cəmiyyəti, idarəetməni ya dəyişməlidir, ya da özü məhv olacaqdır. Bu fikrimi təkzib edən başqa alternativləriniz varmı, buyurun söyləyin. Filosofun “əzab çəkən ruhu” yalnız azadlıqda “universali”lərə (F.Akvinski, İ.Kant, O.Qasset, P.Obelyar) qovuşa bilər. Yalnız “universali”lərə qovuşmuş Ruh sükunət tapır.  Ruhu Universalilərə qovuşa bilməyən filosof, fəlsəfi fikir  qətl olunmuşdur. Filosofun (fəlsəfi fikrin və axtarışların) qətl olunduğu cəmiyyətlər qorxulu cəmiyyətlərdir. Azadlıq filosofun ruhundanmı doğulur, yoxsa filosof özü, onun subyektindən kənarda mövcud olan Azadlığa, universalilərə qovuşmağa can atır...Filosof kimdir. Azadlığa, universalilərə can atmaq istəyən və bu yoldakı təcrübə və iztirablarını insanlara çatdırmaq istəyən qeyri standart düşüncə və yaşam tərzi olan adam, yoxsa, bütün “izm”lərin fövqünə yüksəlmiş işıq adam?

 Bizim yazdığımız əsərlərdə,  Filosof həmkarlarımın şəxsi interperetasiyasını-ruhunu (“mən idrakı”nı- Ahmed Davudoğlu)  axtarıram, tapa bilmirəm, bəlkədə mən görə bilmirəm, bəlkədə mən dərketmədə zəifəm.  Ona görə yox ki, filosoflarımızın “ruhu”, “Mən idrakı”(Ahməd Davudoğlu) yoxdur, Ona görə ki, indi bizim cəmiyyətimizdə, hər filosof sağ qalmaq üçün özünü senzor edən(qətl edən), öz daxilindəki “Düşünən ruhu” boğan şüurlu fərddir.  Onu da xatırladım ki, diktatorial cəmiyyətlərdə şəxsi subyektiv interperetasiyalar (“mən idrakı”- Ahmed Davudoğlu)fəlsəfə tədqiqatçısının sonunu gətirə bilər. Ölüm qorxusu, işdən atılma qorxusu, həbs olunma qorxusu ( bizim ölkəmizdə hər gün tətbiq olunan proses) şəxsi interperetasiyaların ölməsinə, özünü qoruma instinktinin subyektiv daxili senzor qabiliyyətini hərəkətə keçirir. Şəxsi daxili senzor instinkti subyektiv fəlsəfənin və sənətin ölümünə səbəb olur. Yəni “Mən İdrakı” ölür, öldürülür.  Fəlsəfə ilə demokratiya əkiz dünyalardır, bir birinin var olması üçün bir-birini qidalandırır, canlandırır, yaşadır. Demokratiya öləndə, fəlsəfə İdeokratiyanın (ideologiyanın) əsirinə çevrilir. Fəlsəfə apologetikaya (hakim ideologiyanın və ya dünya görüşün müdafiəsi, əsaslandırılması) çevrilir. Azərbaycanda 30 ildir fəlsəfə H.Əliyevçiliyin apologetikası (müdafiəsi və əsaslandırılması) ilə məşğul olmuşdur.    Həmkarlarımın əsərlərində (İstisnalarla. Bu İstisnaların içində Könül Bünyadzadənin adını xüsusi çəkirəm. “Şərq- Qərb: İlahi Vəhdətdən keçən Özünüdərk” əsərində Rasionalizm və İrrasionalizm problemləri içində, Azadlıq, Allah və  Sevgi anlayışlarının fəlsəfi-aksioloji izahları valehedicidir ) sosial darvinizm, materializm, ateizm, deizm, rasionalizmin yoğrduğu insan  ruhları “Mən idrak”ları və cəmiyyət tipləri danışır. Bütün bu əsərlərin arxasındakı insanı( Yaradanın/Allahın transendental məqsədini-Brian Baryy), filosofu (“mən idrakı”nı- Ahmed Davudoğlu) müşahidə edirəm və daim onun haqqında düşünürəm. Ruhsuz, duyğusuz, sevgisiz intellektin iç dünyasının bumbuz, soyuq məntiqi məni sıxır. Darıxıram. Məntiqi rasionalizmin içindən çıxaraq sevgi dünyasına keçid etmək istəyirəm. Filosof “Sevən İnsan”dır.

Böyük fəlsəfələr intellektin (“dasein”in-düşünən ruh) sevgi və iztirablarından doğular. Bir gözəl qadını( və ya kişini) sevmək, insanı sevmək, Allahı sevmək, bir yarpağı, bir çayı, bir dənizi, vətəni sevmək... aşiq olmaq, riqqətə gəlmək, duyğuların qanadlarında süzmək... böyük İztirablar, iztirabların çəkilməzliyindən doğulan yazmaq ehtiyacı və zərurəti... Sevgi filosofun iç dünyasında baş verən saysız fırtınaların son sahilidir ki, oradakı sükutda yeni əsərlər doğular. Kim nə deyir desin, Fəlsəfi təfəkkürə görə- Kosmosdan axan enerji, dini təfəkkürə görə- Yaradıcı,  Allah, sevgi işıqlarını filosofa bilincli şəkildə göndərir ki, onun qəlbində tüğyan edən fırtınalardan yeni bir insan əzabı və iztirabının meyvəsi- fəlsəfə, dünyagörüş, hipotez, əsər doğulsun. Mənə görə, Sevməyən, azadlığı və gözəlliyi duymayan “düşünən varlıq” filosof ola bilməz. Filosof təkcə fəlsəfi biliklərə malik olan, düşünən,yazan “varlıq” deyil, həm də sevən, gözəllik aşiqi olan “varlıq”dır. Sevgi və azadlıq (ruh) məntiqin (ağlın) dəmir çərçivələrini aşar da, göylərdə, məntiqdən daha yuxarıda süzər də. Bəlkə fəlsəfə “dasein”i (ruhu) xilas etmək üçün Aristotelin “Siz Məntiqin fəzalarında qanadlanıb uça bilməzsiniz. ” fikrindən” imtina etsin”,   “Sevginin və azadlığın qanadlarında fəzada uçmaq” düşüncəsinə sarılsın  hə? Bəlkə fəlsəfi təfəkkür  “mütləq ruha”(Hegel) qovuşmaq üçün Yerdən ayrılsın, Göylərdə süzsün ...  Sevginin və gözəlliyin iztirablarını yaşamayan filosofun ruhu  mütləqə, universalilərə qovuşa bilməz, bu zaman O, yalnız  fəlsəfi əsər yarada bilər, lakin universal etika, aksiologiya yarada bilməz. Fəlsəfi yaradıcılıqda təkcə məntiqi rasionallıq yox, həm də ruh iştirak edir. Fəlsəfi yaradıcılıq zamanı subyektin düşüncələri və interperetasiyasında elə bir substansiv hal baş verir ki, subyektin cinsiyyəti itir, yox olur. Bioloji Cinsiyyət mənsubluğundan İnsan mənsubluğuna keçid baş verir. İnsanlaşma, bəlkədə Allahlaşma bas verir. Filosofluq təkcə elmi yaradıcılıq deyil, ruhun oyanışıdır, danışmasıdır, yaşam tərzidir, həyat seçimidir və taledir. Əzablardan (dərketmə əzabından) doğulmuş səadətdir. 

Mənə görə, müəyyən zaman kontekstində və an çərçivəsində ruh və biliyin birləşməsi ilə insan qəlbində doğulan düşüncələr həqiqi fəlsəfədir. Subyektin yaşadıqları və iç dünyasındakı fırtınalarından süzülən şəxsi təcrübələr fəlsəfədir. 

Bizim cəmiyyətimizdə filosof( oxu. f.e.d. yox, filosof) əgər qadındırsa ona rəcm (daşlamaqla öldürmək, ictimai qınaq), kişidirsə, ona  ölüm (yaradıcılığını, fikirlərini, yazılarını heç sevmədiyim Rafiq Tağının timsalında), həbsxana mükafatı verilir, yaxud da Psixiatrik şöbələrdə dəlilik kağızı(Asif Ata)  verilir. Bizim cəmiyyətimizdə filosofun və ya yaradıcının ( sənət, ədəbiyyat)  avtonomluğu tanınmır. (SSRİ içində bu avtonomluq dövlət səviyyəsində ideologiyaya xidmət etmək adına tanınmışdı). Bizim cəmiyyətimizdə Yaradıcı əgər qadındırsa, qadın duyğuları(fəlsəfəsi, düşüncələri) ərin, ailənin cızdığı sərhədlər çərçivəsində intihar edir( edilir), ya da “Namus” anlayışı ilə qandallanır. İlahi, nə böyük cəza, nə böyük cinayət. Fəlsəfi yaradıcılıqda qadın, kişi bölgüsü yoxdur, İnsan vardır. Filosof əgər cins kimi qadındırsa mental namus anlayışına sığmaz, hətta o anlayışı yarğılayar da...Bizim cəmiyyətimizdə qadın senzor olunmuş (müəyyən çərçivlərlə şəkilləndirilmiş) insan tipidir, insan obrazıdır.  Bizim cəmiyyətimizdə qadının adı və ya obrazı “Yasaq”dır, Kişilərin uydurduğu Yasaqları simvolizə edən insan tipidir  və həm də “Yasaq”lar doğuran dişi cinsdir.  Filosof qadın tənhalığa tərk edilmişlərdəndir. Qadın  “doğan insan”dan “ideya doğan” insana, “düşünən ruh” a çevrilirsə, Tənhalığına sığınmaq cəzasının iztirablarını (bəlkədə həzzini) yaşayır.  Filosof olmaq üçün (oxu. Fəlsəfə Elmləri doktoru yox, filosof) Filosof qadının bu cəmiyyətlə böyük davası, böyük savaşı vardır. Filosof Kişinin “mental namus” anlayışına həbs edilmiş “filosof qadın”ı bu həbsxanadan azad etmək kimi bir alın yazısı, taleyi vardır.  Əlbəttə, Söhbət həqiqi filosofdan ( ideyalar doğuran, fikir yaradan “düşünən ruh”dan) gedir. İdeokratiya fəlsəfənin düşmənidir, ideokratik cəmiyyətlərin filosoflarının ruhları çoxsaylı qəfəslərdə çırpınar.  

Filosof zamanın şərtlərinə, Cəmiyyətin mentallığına, dinin və ideologiyanın doqmalarına, hakim partiyanın üzvünə, prezidentin siyasi kursunu dəstəkləyən vətəndaşa ( hələ filosof bunu etməyə məcbur edilirsə, bu o siyasi komandanın və cəmiyyətin cinayətidir) çevrilirsə (məcbur edilirsə) fəlsəfə ölür. Fəlsəfə apologetikaya çevrilirsə filosof ölür. Filosofluq Azadlıqdır. Bütün Çərçivələr filosofun ölümü və məzarıdır. Filosofun real və potensial olaraq həmişə iki seçimi var. Ya, bir fırtına kimi insanlığın yaratdığı bütün divarları yıxmaq,  yasaqlara meydan oxumaq, çərçivələri darmadağın etmək və eşqin, ruhun, idrakın və azadlığın həzzinə, son nöqtəsinə(ekstaz) vararaq yanmaq.., yanmaq və  Yaradanla qovuşmaq, ya da Təbiət, Cəmiyyət və Allahın qanunları ilə harmoniyaya qovuşaraq (Konfutsi, DAO) əbədi sükutun içində, əbədi sükutun səsini dinləmək, duymaq və zövq almaq, yaşamaq və İnsan olmaq. Bizim cəmiyyətimiz filosofu ikisindən də məhrum etmişdir. Bizim cəmiyyətimizdə filosof “yasaqlar işində çırpınan ruh”dur. Bizim Cəmiyyətdə Fəlsəfə İnstitutu var, məcburən  iş otaqlarına doldurulmuş bir yığınfəlsəfə tədqiqatçı var, amma filosof yoxdur. Filosof olmaq, “azad Ruh” olmaqdır. 
  
Fəlsəfə odur ki, bildikcə heç nə bilmədiyini dərk edəsən, düşündükcə nə düşündüyünü, söylədikcə nə söylədiyini  heç özün də anlaya bilməyəsən. Fəlsəfə İnsanın qurtuluş yoludur, yoxsa təfəkkür xəstəliyidir, bilmirəm. Bir onu bilirəm ki, bir cəmiyyətdə, ölkədə, dövlətdə bir filosofun(düşünən azad ruhun) olması o cəmiyyətin, o dövlətin ən dəyərli sərvətidir. Filosof insana, cəmiyyətə “görünənin görünməyən tərəfini görmək” haqqında düşünmək vərdişi aşılayan bilgədir. Bigələriniz çox olsun,var olsun. 

Yasəmən Qaraqoyunlu. 
Oxşar xəbərlər
22:37, Bu gün
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək" - Kasyanov
22:34, Bu gün
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
21:43, Bu gün
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
21:42, Bu gün
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
21:41, Bu gün
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
21:26, Bu gün
Dünyanın ən uzun aclığı: 382 gün
21:25, Bu gün
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
21:23, Bu gün
İmtahandan əvvəl bunları YEYİN
21:20, Bu gün
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
21:18, Bu gün
Fariz Rzayev Strasburqda Azərbaycandakı mina təhlükəsindən danışdı
21:14, Bu gün
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
21:13, Bu gün
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var
21:11, Bu gün
“Yuventus” klubunun yeni baş məşqçisinin kim olacağı bilindi
21:10, Bu gün
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
21:08, Bu gün
Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq
20:57, Bu gün
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
20:51, Bu gün
Həftədə neçə dəfə ağrıkəsici qəbul edə bilərik? - Nevroloq
20:44, Bu gün
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
20:42, Bu gün
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
20:37, Bu gün
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
20:23, Bu gün
Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər
20:09, Bu gün
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
20:06, Bu gün
Litva Ukraynaya radar sistemləri verəcək
19:58, Bu gün
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:56, Bu gün
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
19:50, Bu gün
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
19:47, Bu gün
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:46, Bu gün
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
19:42, Bu gün
Baş direktor Horadiz şəhərində vətəndaş qəbulu keçirib
19:37, Bu gün
Robin Van Persinin yeni komandası bəlli oldu
19:37, Bu gün
Aİ-dən Rusiyanın məşhur KİV-lərinə QADAĞA
19:27, Bu gün
Putinin potensial varisi AÇIQLANDI
19:16, Bu gün
Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
19:15, Bu gün
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
18:56, Bu gün
Ermənisayağı əzab: Sülh məcburiyyəti və müharibə arzusu
18:56, Bu gün
Səidə Sultan: “Ərimi görmək istəyən bizə gəlsin”
18:46, Bu gün
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
18:37, Bu gün
Şərti düşmənin yerüstü hədəfləri aşkarlandı, məhv edildi - Təlimdən VİDEO
18:24, Bu gün
“Gürcüstanda bu səbəbdən hərəkat yüksələn xətlə inkişaf edir...”
18:13, Bu gün
Paşinyanı tənqid edən qadın blogeri VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR
18:08, Bu gün
ADNSU ilə AzMİ arasında “AzMİ Akademiya”nın yaradılması haqqında saziş imzalandı - FOTOLAR
18:07, Bu gün
Rusiyada məşhur “SSJ-100” mülki təyyarəsi ilə bağlı gözlənilməz qərar verilir
18:03, Bu gün
Qarabağ Universitetində əcnəbi tələbələr təhsil alacaqlar? - AÇIQLAMA
18:02, Bu gün
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17:57, Bu gün
“Tərtər işi”ndə təqsirləndirilən generalın cəzası azaldıldı
17:55, Bu gün
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi
17:52, Bu gün
Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO
17:50, Bu gün
Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR
17:47, Bu gün
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - YENİLƏNİB + FOTO
17:46, Bu gün
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17:44, Bu gün
Gəncədə oğurluq etməkdə şübhəli bilinən bacı-qardaş saxlanılıb
17:41, Bu gün
"Kiyev ABŞ və Avropa ölkələrini Rusiya ilə böyük savaşa sürükləyir" - Volodin
17:39, Bu gün
Ramin Əliyev saxlanıldı
17:35, Bu gün
"Siyasi partiyaların mütləq əksəriyyəti dialoq proseslərinin fəal iştirakçılarıdır"
17:31, Bu gün
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
17:28, Bu gün
Koreyanın ölkəmizdəki səfiri ADU-nun qonağı olub - FOTOLAR
17:26, Bu gün
Mədəniyyət naziri idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi - FOTO
17:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17:22, Bu gün
Ayda 376 manata mənzil almaq istəyənlərin nəzərinə: Seçim turunun vaxtı açıqlandı
17:21, Bu gün
Peter Dunai: “Macarlar şərq xalqıdırlar, həm türklərlə, həm də azərbaycanlılarla qohumdurlar” - MÜSAHİBƏ
17:19, Bu gün
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub
17:15, Bu gün
Nüvə doktrinasını dəyişmək İrana nə verəcək? - VİDEO
17:10, Bu gün
Həmid Həmidovla “Danışaq?” layihəsi: Peyvəndlər, cəfəng diaqnozlar, təhlükəli xəstəliklər - VİDEO
17:06, Bu gün
Müğənnini sevgilisi döyüb öldürdü - FOTO
17:03, Bu gün
Arterial hipertoniyanın müalicəsi necə aparılır? - Həkim AÇIQLADI - FOTO
16:58, Bu gün
Sergen Yalçının “Beşiktaş”ı çalışdırmaq üçün şərtləri bəlli olub
16:56, Bu gün
Qadınlar niyə boşanmağa can atırlar? - VİDEO
16:54, Bu gün
Ukrayna Novorossiysk, Tuapse və Sevastopol şəhərlərini güclü hücuma məruz qoyub
16:52, Bu gün
Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçən namizədlərin NƏZƏRİNƏ
16:48, Bu gün
Azərbaycanın turizm imkanları Çində sərgilənir - FOTO
16:44, Bu gün
2023-cü ildə Azərbaycanda qeydə alınan abort sayı açıqlandı
16:40, Bu gün
İdarəetmədən çıxan avtomobil “Maklerlər bağı”na girdi - VİDEO
16:35, Bu gün
"İqlim dəyişiklikləri gözlənildiyindən daha sürətlə baş verir" - Umayra Tağıyeva
16:31, Bu gün
Nikaraquada vulkan püskürdü: Kül buludu sərhəd bölgələrə yayılır - FOTO/VİDEO
16:29, Bu gün
Azərbaycan çempionlarına veriləcək yeni kubok və medallar Türkiyədə hazırlanıb
16:25, Bu gün
Azərbaycanda hakimlərin maaşına yenidən baxıla bilər
16:24, Bu gün
"Buna görə çox peşmanam"
16:20, Bu gün
"Ailə qurmasaydım, çox böyük nəticələrim olardı" - VİDEO
16:19, Bu gün
Slovakiyanın güllələnən baş naziri yenidən əməliyyat olundu
16:15, Bu gün
Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik etdi - FOTO
16:12, Bu gün
Polisi öldürən şəxsin ömürlük cəzası dəyişdirildi
16:10, Bu gün
Əri Rusiya gözəlini şantaj edir – “İndi öldürün” - FOTO
16:04, Bu gün
Nazirlər Kabinetində müşavirə keçirilib - FOTO
15:59, Bu gün
Şuşaya aparan tikilməkdə olan yoldakı tunelin daxilindən ilk görüntülər - VİDEO
15:56, Bu gün
Milli Teatrda “İblis və...” tamaşasının məşqlərinə başlanılıb - FOTOLAR
15:54, Bu gün
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
15:52, Bu gün
Magistratura imtahanının yekun nəticələri AÇIQLANDI
15:48, Bu gün
DİM və Dövlət Məşğulluq Agentliyi DOST TV-də birgə layihəyə başlayıb
15:45, Bu gün
“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb - FOTOLAR
15:43, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:38, Bu gün
Qərb Gürcüstanı yenidən rəngli “bataqlığa” sala biləcəkmi? - VİDEO
15:33, Bu gün
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL
15:28, Bu gün
“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək
15:25, Bu gün
Səməd Seyidov: “Fransa Ermənistanı da bir müstəmləkə kimi nəzərdən keçirir”
15:19, Bu gün
Azərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda HƏBS OLUNDU
15:08, Bu gün
Ekspert: "Qazaxıstan platforması Bakı ilə İrəvan arasında danışıqlar üçün əsas ola bilər"
15:03, Bu gün
Millət vəkili Fransaya səsləndi: “Əgər sifətin əyridirsə, güzgünü qırmaqla, iş bitməz”
15:00, Bu gün
Avropada baş nazirlərə sui-qəsdlər: Dinə aidiyyəti olmayan cinayətlər - TƏHLİL + FOTO
14:56, Bu gün
80 manat alan neçə müharibə veteranı var? - Rəsmi CAVAB
14:52, Bu gün
Azərbaycanda fəaliyyət göstərən xanım hakimlərin sayı AÇIQLANDI
GÜNLÜK
10:44, Bu gün
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
16 May 2024 | 22:58
“Qarabağ”dan bazar dəyəri bir milyon avro olan qapıçısına YENİ TƏKLİF
08:29, Bu gün
SON DƏQİQƏ -  Ermənistan Təhlükəsizlik Şurasının katibi: "4 obyekt Azərbaycana keçir"
16 May 2024 | 23:01
Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi
16 May 2024 | 23:36
Putin ərəblərə Fələstin probleminin ədalətli həllini vəd edib
00:21, Bu gün
Uşaqlarınızı bu oyuncaqlardan uzaq tutun
16 May 2024 | 23:38
Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”
11:35, Bu gün
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
16 May 2024 | 23:34
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
00:19, Bu gün
Yeni Kaledoniya xalqının azadlıq mübarizəsi Makronun ambisiyalarına qarşı
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
10:44, Bu gün
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
16 May 2024 | 22:58
“Qarabağ”dan bazar dəyəri bir milyon avro olan qapıçısına YENİ TƏKLİF
08:29, Bu gün
SON DƏQİQƏ -  Ermənistan Təhlükəsizlik Şurasının katibi: "4 obyekt Azərbaycana keçir"
16 May 2024 | 23:01
Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi
16 May 2024 | 23:36
Putin ərəblərə Fələstin probleminin ədalətli həllini vəd edib
00:21, Bu gün
Uşaqlarınızı bu oyuncaqlardan uzaq tutun
16 May 2024 | 23:38
Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”
11:35, Bu gün
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
16 May 2024 | 23:34
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
00:19, Bu gün
Yeni Kaledoniya xalqının azadlıq mübarizəsi Makronun ambisiyalarına qarşı