Üzeyir bəyin tələbəsi olan bəstəkar, dirijor, pedaqoq...
Oxunub: 902
18 Feb 2020 | 12:12
Üzeyir bəyin tələbəsi olan bəstəkar, dirijor, pedaqoq...
Onun  yaratdığı mahnı və rəqs ansamblının fəaliyyəti Naxçıvanın musiqi mədəniyyəti tarixinin zəngin səhifələrindən birinə çevrildi 
 
Onun adı Naxçıvanda musiqi sənətinin və təhsilinin inkişafına xidmət etmiş, bir çox ansambl və xor kollektivlərinin  yaradılmasının təşəbbüskarı kimi musiqi tarixində yer alıb. Muxtar Respublikanın musiqi tarixini vərəqlədikcə, bəstəkar Məmməd Məmmədovun bu tarixə töhfələrini aydınlıqla görür,  bu sahənin inkişafı ilə bağlı həyata keçirdiyi işlərin Naxçıvanın musiqi və rəqs mədəniyyətinin inkişafında mühüm mərhələ təşkil etdiyinə əmin olursan. M.Məmmədov uzun  illər  Naxçıvanda  kütləvi  musiqi  tədbirlərinin  keçirilməsində fəal  iştirak  edib, musiqi kadrlarının yetişdirilməsində əvəzsiz xidmətləri olub. Bəstəkarın 1956-cı ildə yaratdığı "Əlvan çiçəklər” mahnı və rəqs ansamblı muxtar respublikada xeyli məşhur olub. M.Məmmədov həmçinin kamera-instrumental musiqinin bir çox janrlarında əsərlər, nəfəsli alətlər orkestri üçün marşlar, pyeslər, fortepiano üçün mahnı və romanslar yazıb, xalq mahnı və rəqslərini toplayaraq nota köçürüb. Naxçıvanda  truba  və  akkardeon  siniflərinin  açılması,  vokal  ansamblları və xor kollektivlərinin yaradılmasının təşəbbüskarı olub, Naxçıvan Dövlət Musiqili Dram Teatrında hazırlanan onlarla tamaşaya musiqi bəstələyib.
 
Trubanın mahir ifaçısı 
 
Bəstəkarın həyat yolunu vərəqlədikcə maraqlı keçən səhifələrlə üz-üzə qalırsan. Məmməd Məmmədov 1920-ci il aprel ayının 28-də Naxçıvan şəhərində doğulub. O, Naxçıvan şəhər 1 nömrəli orta məktəbin 7-ci sinfini bitirdikdən sonra Naxçıvan Pedaqoji Texnikumuna daxil olub. İstedadlı gənc, texnikumda oxuduğu illərdə musiqiyə maraq göstərib. Musiqiyə hədsiz sevgisi, gələcəkdə ömrünü bu sahəyə həsr etməsinə səbəb olub.

Gəncin diqqətini musiqi alətləri içərisində daha çox truba nəfəsli aləti çəkib. Bu alətə sevgisi də, onun mahir ifaçısı kimi yetişməsi də təsadüfi olmayıb. Naxçıvanda nəfəsli alətlər üzrə tanınmış ifaçı, pedaqoq Məmməd Kəngərli bu alətdə ifaçılığın bütün sirlərini tələbəsindən əsirgəməyib. Truba xalq çalğı aləti olmasa da, gənc, milli musiqi nümunələrini bu alətdə məharətlə ifa etməyi öyrənib. O, həmin əsərləri yoldaşlarına da öyrədib, melodik ifa tərzi ilə onların diqqətini alətə yönəldib. Qısa zamanda gənc musiqiçi peşəkar ifaçıya çevrilib. Heç şübhəsiz, gərgin zəhməti, yuxusuz gecələri, sonsuz həvəsi və gördüyü işə böyük məhəbbəti ilə məqsədinə nail olub. 

Bəstəkar, ilk müəllimini gözəl insan, istedadlı musiqiçi, pedaqoq kimi xatırlayırdı: "Məmməd Kəngərli riyaziyyat müəllimi kimi fəaliyyət göstərdiyi orta məktəbdə çox əziyyətlərə qatlaşaraq ictimai əsaslar üzrə nəfəsli alətlər orkestri yaratmışdı. Mən də həmin orkestrin üzvü idim. İlk dəfə trubada ifa etməyi də məhz bu orkestrdə Məmməd Kəngərlinin köməkliyi ilə öyrəndim. Müəllimimlə birlikdə 1938-ci ildə muxtar respublikamızda ilk dəfə qızlardan ibarət nəfəsli alətlər orkestri yaratmağa nail olduq. Həmin orkestrin çıxışları mənim yaddaşımda silinməz izlər buraxıb”. 

Məmməd Məmmədovun musiqiyə sevgisi sonsuz idi. Onu Bakıya çəkib gətirən də bu həvəsi idi. Musiqiyə olan sevgisi onu Bakı şəhərinə, Musiqi Texnikumuna gətirir. Gənc, nəfəsli alətlər şöbəsində təhsil alır. Texnikumdakı təhsil illərində böyük sənətkarlardan, xüsusilə də dahi bəstəkarımız Üzeyir Hacıbəylidən dərs alması, taleyinin naxışı idi. Hətta tələbə ikən xəstələnəndə Üzeyir bəy xeyirxahlığını gəncdən əsirgəmir. Dahi bəstəkar tək yaşayan tələbə ilə şəxsən maraqlanır, maddi-mənəvi dəstəyini əsirgəmir. Ancaq maddi çətinlik üzündən Məmməd Məmmədov Bakıdakı təhsilini yarımçıq qoyub Naxçıvana qayıtmalı olur. Amma bunu yolun sonu yox, əvvəli kimi qəbul edir.
 
Yenidən Naxçıvana
 
Naxçıvana qayıdandan sonra daha fəallıqla çalışır. 

Təkcə ifaçı kimi çıxışlar etmir, həm də muxtar respublikanın musiqi həyatında tanınmağa başlayır. İfaçılıqla yanaşı, nəfəsli alətlər üçün kiçik pyeslər, marşlar və xor üçün kütləvi mahnılar bəstələyir. Yorulmaz fəaliyyəti, onu, həmçinin bəstəkar kimi də püxtələşdirir. 1940-cı ildə Bakı şəhərində keçiriləcək idman bayramının musiqisinin sifarişini qəbul etməsini, gənc bəstəkar üzərinə götürdüyü ən böyük məsuliyyət sayır. Musiqinin dirijoru isə maestro Niyazi olur. Dahi dirijorla adının bir işdə hallanması gənc bəstəkarın uğurlu yaradıcılıq yoluna qədəm qoymasının göstəricisinə çevrilir.  Bu, onu daha məsuliyyətlə işləməyə sövq edir.

Böyük Vətən müharibəsi başlayanda gənc bəstəkar da Vətənini müdafiə etmək üçün cəbhəyə yollanır. Davanın ən ağır günlərində qəlbindəki musiqi səsi ona ruh verir, qələbə əzmini gücləndirir. O, orduda yaradılan orkestrdə də çıxışlar edir, əsgərlər qarşısında konsertlər verərək onları döyüşə ruhlandırır. 

Müharibədən sonra Məmməd Məmmədov Moskva Xalq Musiqi İnstitutunu dirijorluq ixtisası üzrə də bitirir. 1956-cı ildə yaratdığı və uzun müddət rəhbərlik etdiyi "Əlvan çiçəklər” mahnı və rəqs ansamblının fəaliyyəti Naxçıvan musiqi mədəniyyəti tarixinin zəngin səhifələrindən birinə çevrilir.

Müharibə mövzusu bəstəkarın yaradıcılığından da yan keçmir. Davanın qanlı-qadalı illəri "Dostluq mahnısı”, "Ana Vətən” və "Azərbaycanım” mahnılarında əbədiləşir. 1950-1960-cı illərdə keçirilən "Mahnı və çiçək”, "Məhsul” bayramlarında onun rəhbərliyi ilə hazırlanan musiqi kompozisiyaları böyük maraqla qarşılanır.

Görkəmli bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin "Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının layiqli davamçısı” deyə adlandırdığı "Əlvan çiçəklər” isə Məmməd Məmmədovun gərgin zəhmətinin bəhrəsi kimi Naxçıvanın musiqi tarixinin layiqli bir səhifəsinə çevrilir. Elə bir səhifə ki, bu gün qurur duymaya, haqqında fəxrlə söz açmaya bilmirsən.
 
Teatrla uğurlu əməkdaşlıq 
 
Məmməd Məmmədov kamera-instrumental musiqinin bir çox janrlarında əsərlər yazıb. Nəfəsli alətlər orkestri üçün marşlar, pyeslər, fortepiano üçün "Kiçik prelüdiyalar”, klarnet və fortepiano üçün "Miniatürlər”, "Qaytağı”, truba və fortepiano üçün "Lirik rəqs”, "Vals”, xor üçün əsərlər, mahnı və romanslar onun yaradıcılığında mühüm yer tutur. Bəstəkarın yazdığı "Azərbaycanım”, "Gənclik mahnısı”, "Dostluq mahnısı”, "Olaydım mən”, "Ana Vətən”, "Nəğmə çalır ürəyim” və digər mahnıları onun mahnı janrının da peşəkarı olduğunun göstəricisidir. Təəssüf ki, bəstəkar-musiqişünasın bir sıra əsərlərinin not yazıları ələ çatmayıb. Bu yazılar bəstəkarın yaradıcılığı haqqında musiqişünaslara daha əlavə məlumatlar verə, musiqi xəzinəmizi zənginləşdirə bilərdi. 

Bəstəkarın Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə əməkdaşlığı da uğurlu olur. Müxtəlif janrlarda yazılmış tamaşalara yazdığı musiqilər və bir çox əsərlərə musiqi tərtibatı tamaşaçı sevgisi ilə qarşılanır. Bu tamaşaların musiqiləri sonralar da konsert salonlarında ifa edilərək dinləyicilərin rəğbətini qazanır.

Yorulmaq, işdən bezmək, həvəsdən düşmək kimi sözlər onun fəaliyyətinə yaxın deyildi. O, bəstəkarlıqla bərabər, pedaqoq kimi çalışır, dirijor kimi orta məktəblərdə, musiqi məktəblərində konsertlərin keçirilməsinin təşəbbüskarı olurdu. Pedaqoji fəaliyyətinə orta məktəbdə başlayan bəstəkar, sonralar Naxçıvan Pedaqoji Texnikumunda çalışıb, Naxçıvan şəhər 1 nömrəli uşaq musiqi məktəbində gənc musiqiçilər yetişdirib.  Hazırda Naxçıvanda ilk musiqi məktəbi olan 1 nömrəli uşaq musiqi məktəbinin Məmməd Məmmədovun adını daşıması da təsadüfi deyil.

100 illik yubiley
 
Tanınmış bəstəkarın musiqi sənətinin inkişafında xidmətlərini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Bəstəkarın yubileyi "Ana yurdum Naxçıvan” deyə şəninə mahnı bəstələdiyi doğma yurdunda keçiriləcək. Heç şübhəsiz, bu sərəncam ömrünü Naxçıvan musiqi mədəniyyətinin çiçəklənməsinə həsr edən bəstəkarın yaradıcılığının dərindən araşdırılıb öyrənilməsinə və təbliğ olunmasına imkanlar açacaq.

Məmməd Məmmədov özündən sonra böyük bir musiqi irsi yadigar qoyub. Bu gün bəstəkar "ömrünü milli musiqimizin öyrənilməsi və təbliğinə həsr edən, gənc musiqiçilərin yetişməsində var qüvvəsi ilə çalışan, sənəti yaşayan bəstəkar, dirijor” kimi anılırsa, bundan böyük xoşbəxtlik yoxdur.(kaspi.az)
Oxşar xəbərlər
21:44, Bu gün
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
21:34, Bu gün
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
21:13, Bu gün
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
21:12, Bu gün
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
21:05, Bu gün
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
20:53, Bu gün
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
20:52, Bu gün
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
20:50, Bu gün
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
20:48, Bu gün
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
20:46, Bu gün
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
20:43, Bu gün
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
20:36, Bu gün
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
20:35, Bu gün
Mayın 5-6-da maqnit qasırğası olacaq
20:34, Bu gün
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
20:33, Bu gün
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
20:31, Bu gün
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
19:54, Bu gün
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
19:36, Bu gün
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
19:22, Bu gün
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
19:20, Bu gün
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
19:20, Bu gün
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
19:09, Bu gün
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
19:06, Bu gün
Dördüncü kurs tələbəsi vəfat etdi
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
GÜNLÜK
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı