“Gündəm-Xəbər” yeni hakimiyyət komandası formalaşdırdı
Oxunub: 5837
17 Jul 2013 | 15:25
“Gündəm-Xəbər” yeni hakimiyyət komandası formalaşdırdı

Moderator.az“Gündəm-Xəbər” qəzetinin bu günkü sayında “Hakimiyyətdaxili mövqe savaşı” sərlövhəli yazını təqdim edir.

 

Gözləntilərin əksinə olaraq iyunun 7-də reallaşan Yeni Azərbaycan Partiyasının 5-ci qurultayında prezident İlham Əliyevin namizədliyinin rəsmən irəli sürülməsi də hakim düşərgənin oktyabrdakı  seçkilərə kiminlə gedəcəyi ilə bağlı cəmiyyətdə dolaşan ziddiyyətli fikirlərə sonadək aydınlıq gətirmədi.

Qurultaydan bir neçə gün sonra artıq YAP sədrinin müavini seçilmiş  Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın namizədliyini dəstəkləyən bir neçə xırda partiyanın zühur etməsi, hətta təşəbbüs müəlliflərinin Prezident Administrasiyasına çağırılıb danlanması barədə yayılan xəbərlərə baxmayaraq məsələyə nöqtə qoyulmaması  ondan xəbər verirdi ki, ya ortada rəsmi qərar olmasına baxmayaraq hakimiyyətin vahid namizədi məsələsində yenə də tərəddüdlər var, ya da kimlərsə sadəcə olaraq ictimai rəyi çaşdırmaqla  bulanıq suda balıq tutmaq həvəsinə düşüblər.

Hər halda heç inandırıcı deyil ki, YAP öz ali orqanının qərarına hörmətsizlik edərək ölkə prezidentinin namizədliyini hətta Mehriban Əliyevanın xeyrinə olmuş olsa belə dəyişə. Maraqlı bir sual ortaya çıxır, görəsən Azərbaycanın birinci xanımının namizədliyini israrla irəli sürən qüvvələr sadəcə spekulyasiya ilə məşğul olaraq seçkiləröncəsi həssas dönmədə cəmiyyətin diqqətini özlərinə fokuslaşdırmaqla mövsümi populyarlıq qazanmaq istəyirlər, yoxsa doğrudan da ölkədə hakimiyyətin dəyişməməsi şərtilə kalanlararası qüvvələr nisbətinin hökmən dəyişməli olduğu qənaətinə gələn qüvvələr var?  Yaxud bir halda ki, riyazi qanunauyğunluqlara görə toplananların yerini dəyişdikdə cəm dəyişmirsə, o zaman hakimiyyətin bir ailə üzvündən digərinə ötürülməsi nəyi dəyişə bilər?  Məsələ burasındadır ki, gerçəkdən də son zamanlar cəmiyyətdə Mehriban Əliyevaya qarşı danılmaz hüsn-rəğbət yaranmağa başlayıb və rəhbəri olduğu fondun həyata keçirdiyi çoxşaxəli xoşməramlı layihələrin sorağı Azərbaycanın birinci xanımının reytinqini nəzərəçarpacaq dərəcədə artırıb, eyni zamanda artıq onun sonuncu qurultayda YAP sədrinin müavini statusuna yiyələnməsi isə ölkənin onsuz da qarmaqarışıq siyasi palitrasına yeni çalar qatmaqla prezidentliyə şanslı namizədlərin sırasını genişləndirmiş olub. Ancaq təbii ki, bütün bu üstün keyfiyyətlər heç də onun siyasi iddiada olması anlamına gəlmir və proqnozlaşdırmaq olar ki, onun ötən dövr ərzində qazandığı siyasi dividentlər qarşıdakı seçki marafonunda da yalnız İlham Əliyevin daha çox seçici səsi qazanmasına xərclənəcək. Hər halda məntiq bu cür nəticələr çıxarmağı diktə edir və bunun əksini təsəvvür etmək indiki halda yumşaq ifadə edilsə, sadəlövhlük olardı.

 Ancaq eyni zamanda onu da etiraf etmək lazımdır ki, narazı elektoratın səslərinə güvənən müxalif düşərgədən fərqli olaraq istənilən halda indiki hakimiyyətin  qalmasını istəyən qüvvələrin müəyyən kəsimində  gerçəkdən də belə bir təsəvvür formalaşıb ki, iqtidarın bundan sonra da uzunömürlü olması üçün onun tamamilə “köhnə qvardiya”dan qurtulması və yeni qüvvələrin irəli çəkilməsi günün ən təxirəsalınmaz vəzifələrindən olmalıdır. Amma bu istəklərin reallaşması düşünüldüyü kimi də asan deyil və ciddi müqavimətlə müşayiət olunacağı bəllidir. Son zamanlar hakimiyyətdaxili ziddiyyətlərdən də asanlıqla görmək mümkündür ki, köhnə qvardiya hər vəchlə İlham Əliyevi islahatlardan çəkindirməyə çalışır və strateji dövlət postlarına Avropa,Amerika təhsilli yeni simaların gətirilməsinə aşkar qısqanclıq sərgilənir. Ancaq əminliklə iddia etmək olar ki, bu bir qarşısıalınmaz prosesdir və seçkilərdən sonra  İlham Əliyev ləng də olsa yerli və beynəlxalq ictimaiyyətin çoxdan gözlədiyi islahatları dərinləşdirərək hakimiyyəti tamamilə yeni qüvvələrdən formalaşdıracaq.

 Əlbəttə, “yeni qüvvələr” dedikdə heç də təhsil naziri Mikayıl Cabbarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov kimi yaşı 40-adək olan cavan kadrların yüksək postlara gətirilməsi nəzərdə tutulmamalıdır. Bu gün yüksək vəzifələrdə olan, ancaq saraydaxili çəkişmələrdən mümkün qədər qaçmağı bacaran, hətta Heydər Əliyev dönəmindən üzü bəri  mühüm postlara yiyələnmiş bəzi məmurları da yenilikçi qüvvələr kimi xarakterizə etmək olar. Burada diqqətçəkən məqam həm də ondan ibarətdir ki, yenilikçilik indiki məqamda həm də hər cür intriqalardan uzaq durmağı bacarmaq keyfiyyətini özündə ehtiva edir. Elə əslində islahatçıları bir-birini didən köhnə qvardiyanın üzvlərindən  fərqləndirən xüsusiyyət onların hakimiyyətin monolitliyinə sarsıdıcı zərbə vuran bu kimi neqativ çəkişmələrdən uzaqda dayanmaları, ən azından buna çalışmalarıdır. Əlbəttə, unutmaq lazım deyil ki, hələ 10 il bundan qabaq İlham Əliyev prezidentlik kürsüsünə yiyələnəndə atasından qalma komanda ilə işləyəcəyini bəyan etmişdi və aradan keçən müddət ərzində o vədinə əməl edərək ramedilməz qvardiyanı nəzarətində saxladığını isbatlamış olub. Ona görə də sabah onun bu komandanın əksər üzvlərindən imtina etməsi heç də naxələflik kimi qiymətləndirilə bilməz. Çünki o atasının komandasına yeni dövrün tələblərinə uyğunlaşmaları üçün kifayət qədər böyük vaxt vermişdi və bu müddət ərzində onlar tamamilə yeni keyfiyyətlərlə ortaya çıxa bilərdilər.

Ancaq bəzi istisnalar da yox deyil və maliyyə naziri Samir Şərifovun timsalında köhnə qvardiyadan islahatçılığa qədər uzun yolu uğurla keçməyi bacarmış bir məmurun adını çəkməmək ədalətsizlik olardı. Həm Heydər Əliyevlə işləmiş, həm də İlham Əliyevin komandasının sadəcə bir üzvü olmaqla kifayətlənməyən Samir Şərifov qısa zaman ərzində dünyanın nəhəng maliyyə qurumlarından tutmuş dünya siyasətini müəyyənləşdirən beyin mərkəzlərinədək bir çox fərqli diapazonda özünü təsdiqləməyi bacararaq  məmur həmkarlarından fərqli olaraq islahatçı, yenilikçi bir imic qazana bilib.

Hakimiyyətlərin öz mövcudluqlarını qoruyub saxlamaları üçün qohumluq əlaqələri də bütün dönəmlərdə və bütün xalqların tarixində həlledici önəm kəsb edib. Bu baxımdan  prezidentin xalası oğlu, ədliyyə naziri Fikrət Məmmədovun, ekologiya və təbii sərvətlər naziri , Fikrət Məmmədovun bacısının əri  Hüseynqulu Bağırovun personaları da göz önündə canlanır və ehtimal etmək olar ki, nəzəri baxımdan formalaşdırılacaq yeni komanda da onlar öz postlarını qoruyub saxlayacaqlar.

Yeri gəlmişkən, bu ilin əvvəllərində prezident İlham Əliyevlə qohum olmuş Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovu da unutmaq olmaz. Əksinə,digər qohumlardan fərqli olaraq  onun üzərində xüsusi dayanmaq lazımdır. Nəzərə alsaq ki, o Heydər Əliyevin komandasına Ziya Məmmədovun çətiri altında daxil olmuşdusa, bu gün prezidentin qayınatası Arif Paşayevin bacısı qızıyla ailə qurması onun statusunu artırıb və indi o artıq nəinki faktiki “patron”undan, hətta bir çox adlı-sanlı nazirlərdən İlham Əliyevə mənəvi tellərlə daha yaxın olub. Təbii ki, yeni statusu bir çoxları üçün həzmedilən olmadığından  mətbuatda mütəmadi olaraq “Azəryolservis” şefi haqqında neqativ fikirlər dövriyyəyə buraxılır, onun eyş-işrət aludəçisi olduğu, ölkənin ən çox korrupsiyaya uğramış qurumlarından birinə rəhbərlik etdiyi ictimai rəyə və təbii ki, ölkənin birinci şəxsinin diqqətinə təqdim edilir. Ancaq maraqlıdır ki, barəsində bu qədər “qara piar” xarakterli yazılar yazılmasına baxmayaraq bu günədək o heç kəsi məhkəməyə verməyib və əsassız tənqidə, böhtana,  həm ictimai , həm də rəhbəri olduğu qurumun işgüzar nüfuzuna xələl gətirməyə hesablanmış bu kimi sifarişli cəhdlərə  qarşı öz dözümlülüyü ilə seçilib. Bununla da “Azəryolservis” şefi bir tərəfdən prezident İlham Əliyevdən nümunə götürdüyünü ortaya qoymuş olub, eyni zamanda  yeri gəldi-gəlmədi tənqidi medianı  məhkəmələrə verən məmur həmkarlarına da nümunə olacaq davranış sərgiləyib. Ancaq onu da etiraf etmək lazımdır ki, son zamanlar ciddi mətbuatda ona qarşı tənqidlər qismən azalmağa başlayıb. Görünür, “Azəryolsevis” şefini hədəfə götürənlər artıq təkcə onun deyil, həm də prezidentin qəzəbinə gələ biləcəklərindən ehtiyatlanaraq sifarişli yazılara bir qədər ara vermək qərarına gəliblər. Çünki artıq o istər-istəməz İlham Əliyevin komandasının ən etibarlı üzvlərindən birinə çevrilib. Digər tərəfdən, Cavid Qurbanovun köklü nəsildən olması və təkcə dağ-aran Qarabağda deyil, bütövlükdə ölkənin Qərb bölgəsində böyük nüfuza malik olması da onun formalaşacaq yeni komandada cəlbediciliyini artıran faktorlardır. Nəzərə almaq lazımdır ki, hakimiyyət son zamanlar regional amillərə daha çox üstünlük verir və hər regionun nüfuzlu adamlarını öz ətrafında cəmləşdirir. Bu baxımdan böyük bir coğrafiyada İlham Əliyevə hüsn-rəğbət bəslənməsi üçün hər cür imkanlara sahib Cavid Qurbanova  formalaşacaq gələcək komandada “stavka” edilməsi də başadüşülən olardı.

Əlbəttə, yuxarıda qeyd edilənlər ölkənin mövcud siyasi palitrasından çıxan nəticələri subyektiv mülahizələrlə təhlil etməyə çalışan müəllifin ehtimalları, proqnozlarıdır. Sabah nəyin necə olacağını müəyyənləşdirmək, indidən münəccimlik edərək uzağagedən nəticələr çıxarmaq yersizdir.  Hələlik iqtidarlı-müxalifətli  bütün ölkə seçkilərə köklənib və bu gün nə köhnə qvardiyadan imtina, nə yeni formalaşdırılacaq komandada kimlərin yer alacağı məsələsi o qədər də aktual deyil. Bu günün  ən aktual məsələsi  prezident kürsüsünün sahibinin müəyyənləşdirilməsidir. Portfellərin bölüşdürülməsi isə o qədər də çətin deyil...   

Siyasət şöbəsi

 


Oxşar xəbərlər
19:54, Bu gün
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
19:36, Bu gün
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
19:22, Bu gün
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
19:20, Bu gün
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
19:20, Bu gün
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
19:09, Bu gün
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
19:06, Bu gün
Dördüncü kurs tələbəsi vəfat etdi
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
GÜNLÜK
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib