Ermənistanda qaçqın təşkilatlarının yaradılması prosesinə start verilib.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, yaradılan təşkilatlar 1988-1990-cı il “qurbanları” ilə bağlı “həqiqətləri” dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.
Məlumat üçün qeyd edək ki, İrəvan və erməni diaspor təşkilatları 1988-1990-cı illərdə Azərbaycandan yarım milyona qədər erməninin qovulduğunu iddia edir. Halbuki, Azərbaycanda heç vaxt bu qədər erməninin yaşamadığı hər kəsə bəllidir.
Bundan başqa, bu günə qədər Azərbaycandan heç bir erməninin qovulmadığı, ölkəmizi tərk edən ermənilərin bu addımı heç bir məcburiyyət qarşısında qalmadan atdığı da yaxın keçmişin inkaredilməz həqiqətlərindən biridir. Sadəcə, Ermənistan heç vaxt olmayan “ermənilərin Bakı qətliamı”, yaxud “ermənilərin Bakı köçü” ilə bağlı qondarma təşkilatlar yaratmaqla, dünyanı heç vaxt olmayan bir qırğın və deportasiyaya inandırmağa çalışır. Məqsəd heç şübhəsiz Azərbaycanın günahkar obrazını formalaşdırmaq, ermənilərin həm indiki Ermənistan ərazisində, həm də Qarabağda törətdikləri vəhşiliklərdən diqqəti yayındırmaqdır.
Seymur ƏLİYEV