Moskva bazarları: qazanc yerlərini itirmək qorxusu ilə yaşayan azərbaycanlılar - REPORTAJ
Oxunub: 7015
08 Jul 2013 | 15:41
Moskva bazarları: qazanc yerlərini itirmək qorxusu ilə yaşayan azərbaycanlılar - REPORTAJ
Artıq bir neçə vaxtdır ki, Rusiya paytaxtında bazarların bağlanacağı barədə xəbərlər yayılıb. Moskva vilayəti hökumətinin istehlakçı bazarı və xidməti naziri Yekaterina Semyonovanın bu ilin sonunadək Moskva ətrafında 100-dən çox bazarın fəaliyyətini dayandıracağı ilə bağlı bəyanatı bazarlarda fəaliyyət göstərən azərbaycanlıların narahatlığına səbəb olub. APA-nın Moskva müxbiri Moskva və Moskva ətrafında bir neçə bazarda müşahidələr aparıb. Müxbirimizin müşahidələrini oxucularla bölüşürük.

“Paytaxtın cənub hissəsində yerləşən Prajskiy bazarı azərbaycanlılara məxsusdur. Bazarda piştaxta arxasında duranların əksəriyyəti əslən Gürcüstandan olan soydaşlarımızdır.

Bazarda çalışan Muxtar Səfərov adlı həmyerlimiz artıq bir neçə ildir ki, bu bazarda çalışdığını söyləyir. Sənədi qaydasında olan azərbaycanlıların elə də ciddi bir problem yaşamadığını söyləyən M. Səfərov ara-sıra OMON-çuların bazara reydə gəldiyini bildirir: “Bu bazar azərbaycanlıya məxsusdur. Ona görə, burada satıcıların əksəriyyəti də azərbaycanlıdır. Bir neçə il əvvələ qədər Moskva və Moskva ətrafında bir çox bazarlar azərbaycanlılara məxsus idi. O zaman bazarlarda azərbaycanlılar çalışırdı. İndi isə həmin bazarların əksəriyyəti ya dağıdılıb, ya da ki, onların əlindən alınıb. Daha sonra isə hökumət bazarlarda piştaxta arxasında yalnız Rusiya vətəndaşlarının dayana biləcəyi barədə qanun çıxardı. Azərbaycanlıların problemi də bundan sonra başladı. Bir çoxları özlərinə Rusiya vətəndaşı olan satıcı tutmağa məcbur qaldılar. Lakin bu qanunun çıxarılmasında məqsəd o idi ki, bizləri bazardan birdəfəlik uzaqlaşdırsınlar. Hazırda Rusiya vətəndaşı olan azərbaycanlılara da bazarlarda iş vermirlər. Ümumiyyətlə qeyri-slavyan görkəmi olanlara bazarlarda iş yoxdur. Bazarın yiyəsi azərbaycanlı olduqda isə bir qədər güzəşt olunur. Ruslara isə hər cür şərait yaradılıb. Onlara bazarın ən yaxşı yerində dükanlar verilir”.

M. Səfərov bazarların bağlanacağı ilə bağlı xəbərlərdən çox narahat olduqlarını deyir: ““Çox güman ki, azərbaycanlılara məxsus bazarlar bağlanacaq. Çünki orda çalışanların əksəriyyəti azərbaycanlılardır. Rusiya hökuməti öz vətəndaşlarını işsiz qoymaz. Əslində bu addımlar qeyri-rusları bazardan çıxarmaq üçün atılır. Şəhər prefekturasından bura gələnlər bir neçə dəfə bizə deyiblər ki, Moskvadan çıxıb gedin. İndi isə bazarların qeyri-qanuni fəaliyyət göstərdiyini və standartlara uyğun olmadığını bəhanə gətirib bu addımı atırlar. Yeni tikilən bazarlarda isə qeyri-slavyan görkəmli şəxslərə yer yoxdur”.

İkinci getdiyimiz bazar isə Rusiyanın ən böyük meyvə və tərəvəzin topdansatış bazarı olan Pokrov bazarı oldu. Bu bazarın bağlanacağı ilə bağlı xəbərlər artıq neçə illərdir gündəmdən düşmür. Moskva və Moskvaətrafı rayonlara meyvə və tərəvəz bu bazardan gedir. Bazarda da çalışanların əksəriyyəti azərbaycanlılardır. Obyektin sahibi isə əslən dağıstanlıdır, bazarı işlədən şəxs isə azərbaycanlıdır.

Bazarda çalışan Tofiq Məmmədov adlı həmyerlimiz neçə illərdir ki, bu bazarın bağlanması ilə bağlı xəbərləri eşitdiklərini bildirir: ”Pokrov bazarı bağlansa, burada çalışanların vəziyyəti çox ağır olar. Çünki, hamı neçə illərdir bu bazardan çörəkpulu qazanır. Digər bazarların bağlanması da bu bazara təsir edəcək. Çünki bütün məhsullar bu bazardan paylanır. Moskva hökuməti tərəfindən bizə o qədər də təzyiq olmur. Çünki bura Rusiyanın ən böyük meyvə-tərəvəz bazasıdır. Bura bağlansa, paytaxt əhalisi üçün də çox pis olar. OMON tez-tez burada reyd keçirir. Sənədi qaydasında olmayan azərbaycanlılar ya cərimə olunur, ya da ki, deportasiya...Yəni pulu olan qalıb fəaliyyətini davam etdirir, olmayan isə ölkədən çıxarılır”.

İxtisasca iqtisadçı olan Tofiq Məmmədov bildirib ki, bazarların bağlanmasında məqsəd qeyri-rusları bazarlardan çıxarmaqdır: “Digər məqsəd isə odur ki, paytaxt və paytaxt ətrafında yerləşən “Aşan” və digər supermarketlər bu sahəni öz monopoliyasına almaq istətir. Ona görə də, xırda bazarlar getdikcə sıradan çıxarılır”.

Bağlanmaq təhlükəsi ilə üz-üzə qalan digər bazar isə paytaxtın “Tyoplıstan” bazarıdır. Burada çalışanların da əksəriyyəti azərbaycanlılardır. Onlar öz iş yerlərini itirmək qorxusu ilə yaşayırlar. Bazarda çalışan Murad adlı həmyerlimiz bildirir ki, bazarların bağlanması burada çalışan azərbaycanlıların öz iş yerlərini itirməsi ilə nəticələnəcək: “Deyilənə görə, bu bazarların yerində yeni müasir tipli bazarlar tikiləcək. Şəhərin müxtəlif yerlərində belə bazarlar tikilir, lakin orada azərbaycanlılara yer verilmir. Yalandan sahibkarlar arasında müsabiqə keçirilir. Bazarlar yenidən rekonstruksiya olunur. Bazar hazır olanda isə, bizə konkret deyirlər ki, çıxın, öz ölkənizə gedin! Ruslar üçün isə hər cür şərait yaradılır”.

Moskva sakinləri isə bazarların bağlanmasının tərəfdarı deyil. Onlar bazarlarda qiymətlərin supermarketlərə nisbətən çox ucuz olduğunu söyləyirlər: “Bazarların bağlanması kasıb və orta yaşayan əhaliyə sərf eləmir. Çünki, bazarlarda qiymətlər aşağı olur. Burada istədiyin məhsulu ala bilirsən. Böyük supermarketlərdə isə qiymətlər həddən artıq yüksəkdir. Bazarlarda natəmizlik aradan qaldırılsa, yaxşı olar. Lakin bazarları bağlamaq çıxış yolu deyil”.

Məsələ ilə bağlı Moskva şəhər meriyasının ticarət və xidmətlər departamentinə müraciət etdik. Departamentdən bildirdilər ki, paytaxt və paytaxt ətrafında yerləşən standartlara uyğun olmayan bazarların hamısı bağlanacaq: “Bağlanması nəzərdə tutulan universal bazarların böyük hissəsinin profilinin dəyişdirilməsi və kənd təsərrüfatı bazarlarına çevrilməsi nəzərdə tutulur. Bu bazaların əksəriyyəti kənd təsərrüfatı bazarı olacaq”. Meriyadan bazarda çalışan Azərbaycan vətəndaşları ilə bağlı məsələyə də aydınlıq gətirilib. Bildirilib ki, bazarlarda qanunla fəaliyyət göstərmək üçün icazəsi olan hər kəsə imkan yaradılır: “Qanunda nəzərdə tutulub ki, bazarlarda piştaxta arxasında yalnız Rusiya vətəndaşları dura bilərlər”.

Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanovun sözlərinə görə, Moskvanın bazarlarla bağlı indi düşdüyü vəziyyəti Sankt-Peterburq 5-6 il əvvəl keçirib: “Köhnə tipli, sanitariya qaydalarına və müasir standartlara cavab verməyən bazarlar bu şəhərdən yığışdırıldı. Onların yerində ticarət mərkəzləri tikildi. Bu ticarət mərkəzlərinin daxilində isə müasir tipli bazarlar istifadəyə verildi. Və bu bazarlarda artıq MDB ölkələrindən gətirilən təbii məhsullar deyil, Avropa ölkələrindən gətirilən, kimyəvi yolla yetişdirilmiş məhsullar baha qiymətə satılmağa başladı. Hal-hazırda bu, yerli əhalinin narazılığına səbəb olub. İndi şəhər administrasiyası köhnə bazarları yenidən qaytarmaq üzərində baş sındırır. Moskvada da bu belə olacaq. Bu gün paytaxtda bazarların bağlanmasının burada yaşayan azərbaycanlılar üçün heç bir narahatçılığı yoxdur. Çünki burda yaşayan azərbaycanlılar çoxdan bazar statusundan çıxıblar. 15-20 il bundan qabaq gələn azərbaycanlıların əksəriyyəti orta və kiçik biznes sahibləridir. Bazarların bir dəfəlik bağlanması da mümkün deyil. Çünki, yerli əhali də buna qarşı çıxar. Sadəcə olaraq bazarlar müasirləşdirilir. Problemləri olan azərbaycanlılar sənədləri qaydasında olmayanlardır. Bizim həmyerlilərimizdə bir az səhlənkarlıq var. Onlar vaxt-vaxtında sənədlərini qaydasına salmırlar. Sabah da yoxlama olanda deyirlər ki, işləməyə imkan verilmir”.

“Moskva və Moskva ətrafında yaşayan azərbaycanlılar bazarların bağlanmasından narahat olmamalıdır”. Bu açıqlamanı isə APA-ya Ümumrusiya Azərbaycan Konqresinin icraçı katibi İlqar Hacıyev verib. Onun sözlərinə görə, bazarların bağlanması və onların yerində yeni müasir tipli bazarların və ticarət mərkəzlərinin tikilməsi Rusiya hökumətinin çoxdankı planıdır: “Artıq azərbaycanlılar neçə illərdir ki, Moskva və Moskva ətrafında yerləşən bazarlarda fəaliyyət göstərirlər. Onların əksəriyyəti satıcı kimi deyil, sahibkar kimi fəaliyyət göstərir. Müasir tipli bazarların aksiyalarını alan çoxlu sayda həmyerlilərimiz var. Ona görə də, bazarlarda qeyri-ruslara işləməyə icazə verilmir fikri ilə razı deyiləm. Bazarların bağlanması və onların yerində müasir tipli ticarət mərkəzlərinin tikilməsi hökumətin planıdır. Bu məsələni siyasiləşdirməyi düzgün hesab etmirəm. Çünki bu il Moskvada meriya, Moskva vilayətində isə qubernator seçkiləri keçiriləcək. Hökumətin planı gəlmələrə qarşı olsaydı, onlar bu planı seçkilər ərəfəsində həyata keçirməzdilər”.

İ. Hacıyev Rusiya vətəndaşı olan azərbaycanlıların yeni tikilən bazarlarda səhm almaq üçün hüquqşünas köməyinin göstərilməsi üçün onlara müraciət etdiyini də bildirib.

Göründüyü kimi, Moskva vilayəti hökumətinin istehlakçı bazarı və xidməti naziri Yekaterina Semyonovanın “Bazarları bağlayarkən biz orada çalışan insanların yeni iş yerlərini də nəzərə almışıq” bəyanatı ilə çıxış etməsi bazarda çalışan azərbaycanlılara inandırıcı gəlməyib. Çünki bazarda çalışan həmyerlilərimiz əmindirlər ki, yeni tikilən bazarlarda onlara yer verilməyəcək. 2006-cı ildə Rusiya vətəndaşları olmayan şəxslərə bazarlarda fəaliyyət göstərməyin qadağan olunması ilə bağlı qanunun qəbulundan bu günə qədər qazanc yerlərini itirmək qorxusu ilə yaşayan azərbaycanlılar özlərinə çıxış yolları axtarırlar.
Oxşar xəbərlər
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”