"Orduda qətl və intihar hallarının artması müşahidə olunur”.
Moderator.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Artak Davtyan bildirib. Baş qərargah rəisi qeyd edib ki, 2018-ci illə müqayisədə cari ildə Ermənistan ordusundakı qətl və intiharların sayı iki dəfə artıb.
Azəırbaycan əgərləri tərəfindən məhv edilən erməni hərbçilərinin sayının azaldığını bildirən baş qərargah rəisi, bunu təmas xəttində yerləşdirilən texniki vasitələrin artırılması ilə əlaqələndirib. O, qeyd edib ki, bu texniki vasitələr Azərbaycan tərəfinin atəşindən yayınmaq imkanlarını artırır.
İntiharlara gəlincə, bu məsələdə mülki vətəndaşları da ittiham edən A.Davtyan bildirib ki, bəzi hallarda əsgərlər yaxınları tərəfindən ziyarət ediləndən sonra intihar edirlər. Düşmənin baş qərargah rəisi bunu əsgərlərin ailə üzvləri tərəfindən hərbçilərə verilən “zərərli informasiyalarla” izah edib.
İntihar və qətllərin azaldılması istiqamətində davamlı iş aparıldığını vurğulayn baş qərargah rəisi, hələ ki, ümidverici nəticənin əldə edilmədiyini vurğulayıb.
Seymur ƏLİYEV