“Namuslunu niyə apardılar, namussuz isə öz keyfindədir?” - Şirməmməd Hüseynovla internetdə olmayan müsahibə
Oxunub: 1657
15 Dec 2019 | 15:03
“Namuslunu niyə apardılar, namussuz isə öz keyfindədir?” -  Şirməmməd Hüseynovla internetdə olmayan müsahibə
Professor Şirməmməd Hüseynovun anadan olmasının 95 illiyi münasibətilə

17 dekabr tarixi böyük və qayğıkeş insan, mahir maarifçi, tələbkar pedaqoq, cəsarətli, cəfakeş və istedadlı  alim, milli istiqlalın sevdalısı, həqiqətin və mənəvi dəyərlərin dayağı ,mətbu- ədəbi, əbədi müəllimim professor Şirməmməd Hüseynovun doğum günüdür.

Onun haqqında az qala 50 illik tanışlığımızdan yaranan kitablıq xatirələrim var. Elə bilirəm ki, düz 28 il bundan əvvəl - Sovet imperiyasının dağılması və Azərbaycanın müstəqilliyinin bərpa olunması ərəfəsində  pak əməlləri və  sarsılmaz əqidəsi ilə cəmiyyətdə böyük nüfuz qazanmış Şirməmməd Hüseynovdan aldığım müsahibə (“Odlar yurdu” qəzeti, №21 noyabr, 1991-ci il) onun fenomenal düşüncəsi, uzaqgörənliyi, arzu və istəkləri, dövrünün ən aktual problemləri  barədə zəngin təəssürat yaradır. Odur ki, həmin müsahibəni  oxucuların diqqətinə təqdim edirəm. 

Beləliklə, müsahibimiz siyasi icmalçı, Bakı Dövlət Universitetinin professoru Hüseynov Şirməmməd Ağaməhəmməd oğludur.

- Mümkünsə, bir neçə kəlmə ilə özünüzü oxucularımıza təqdim edin.

- Məmnuniyyətlə. 1924-cü ildə Şəkidə anadan olmuşam. 3 yaşında ikən atamı itirmişəm. Bakı Dövlət Universitetinin Jurnalistika şöbəsini bitirdikdən sonra Moskvada aspiranturaya daxil olmuşam.1954 –cü ildə “1917-1918-ci illərdə Azərbaycan mətbuatı” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişəm. Həmin ildən Bakı Dövlət Universitetində pedaqoji və elmi fəaliyyətlə məşğulam. Jurnalistika fakültəsində təhsil alan tələbələr üçün yazdığım dərsliklərə, çoxillik elmi-pedaqoji fəaliyyətimə görə professor adına layiq görülmüşəm.

- Bilirik ki, sovet dövründə obyektiv çətinliklərə baxmayaraq, vicdanın səsi ilə işləmiş, tələbələrinizə əsl həqiqəti söyləməkdən çəkinməmisiniz. Bununla belə, yəqin siz də etiraf edərsiniz ki, illər boyu kommunist ideologiyasını təbliğ, təşviq edən minlərlə jurnalistin həyata vəsiqə alması üçün siz də xeyli zəhmət çəkmisiniz. Həyatınızın həmin illəri üçün təəssüflənmirsiniz ki?

- Bu suala birmənalı cavab vermək çətindir.”Təəssüflənirəm” desəm, bu qeyri-obyektiv, qeyri-səmimi olar, bir az da dərinə getsəm, öz mənliyimə toxunar. Axı, acılı-şirinli həmin illərdə minlərlə tələbə ilə təmasda olmuş, rəsmi proqramdan əlavə, özümün yazılmamış proqramım ilə tələbələrimə həyat dərsi vermişəm.  Bilirsiniz, mənim dünyagörüşüm, həyata baxışım iki zəmində formalaşıb. Biri məktəb mühiti, digəri ailə. Məktəb, istər şagirdkən, istər tələbə ikən kommunist ideallarına sədaqət ruhunda tərbiyələndirirdi. Ailəmizdə isə bəzəksiz, hay-küysüz mühit hökm sürürdü. Dayılarım cəmiyyətin iyrəncliyini bütün çılpaqlığı ilə söyləyir, nifrətlərini gizlətmirdilər. Onların sualları təbii ki, məni də düşündürürdü: Namuslu filankəsi gecə ikən niyə apardılar? Namussuz filankəs isə öz keyfindədir, niyə? Bir sözlə, ailəmiz qapalı, məhdud çərçivədə cəmiyyətin müxalif qüvvəsi idi. Bax, özüm də müəllim  ikən çalışmışam ki, tələbələrim sərbəst düşünsün, ətrafda baş verən hadisələri açıq gözlə götür-qoy etsinlər, özləri düzgün nəticə çıxarsınlar.

Bir fakt deyəcəm. ”İskra”nı biz ilk partiya mətbuatı kimi tədris edirdik. Deməli, orada dərc olunan məqalələrə müraciət edə bilərdik. Mən qəsdən “İskra”nın 1901-ci il 13-cü nömrəsində çap olunmuş “Gürçüstanda rus süngüsünün 100 illiyi” məqaləsini tələbələrə açıqlayırdım. Bunu elə dövrdə edirdim ki, respublika hökuməti Azərbaycanın Rusiyaya birləşdirilməsinin ildönümü az qala milli bayram kimi qeyd edirdi. Məslək, əqidə dostum Bəxtiyar Vahabzadə ( yeri gəlmişkən, o da Universitetin proqramı ilə dərs deyirdi, eyni zamanda “Ana dili”, “Latın dili” kimi şerlərini də yazırdı) ilə məni də çoxları kimi 1986-cı il Alma-Ata hadisələri həm sarsıtdı, həm qəlbimizə işıq saldı: demək Sovetlər birliyindəki türk dünyası, hələ yaşayır, mübarizə aparır. Lakin Alma-Ata hadisələrinə münasibətimizi necə bildirək? Mən Bəxtiyara dedim ki, hadisə ilə ad günüm eyni vaxta-17 dekabra təsadüf edir. Şeiri ad günümə ithaf et və ürəyindən keçəni yaz. Beləliklə,  “17 dekabr” şeiri meydana gəldi. Şeirin leytmotivi türk ruhunun yaşaması və ölməzliyidir. Auditoriyalarda da bu məzmunda söhbətlərimi yəqin ki, tələbələrim də xatırlayır. Odur ki, universitetdə keçirdiyim illər üçün təəssüflənməyə dəyməz. Digər tərəfdən isə təəssüflənməmək də olmur. Tələb olunanları deməmək özünü yaşamaq imkanından məhrum etmək idi. Ürəyimizdə olanların hamısını isə çox vaxt söyləyə bilmirdik. Bu gün dönə-dönə müraciət etdiyim, sitatlar gətirdiyim mətbuat tariximizi, şübhəsiz, o vaxt indikindən yaxşı bilirdim. Amma susurdum. Bilirdim ki, tələbələrin arasında da Dövlət Təhlükəsizlik Komitəsinin agentləri var. Fikrimcə, bizim nəsil həm bədbəxt, həm də xöşbəxt nəsildir. Ona görə bədbəxtik ki, ömrümüzün böyük bir hissəsi Leninin təbirincə, “xalqlar dostluğu həbsxanasında”, Qorbaçovun fikrincə, “bədbəxtliyə ortaq qardaşlar” cəmiyyətində, nəhayət akademik Şmelyov demişkən, “dəlixanada” yaşamışıq. Xoşbəxti, ona görə ki, xalqımızın qəddinin yavaş-yavaş düzəldiyi günləri də görürük. Azərbaycan Cümhuriyyətinin bərpasının şahidi  və iştirakçısı olmaq əsl səadət deyilmi?

- Bir halda ki, söhbət Azərbaycan Cümhuriyyətinin bərpasından düşdü, zəhmət olmazsa, deyin, sizcə, indi nə üçün Azərbaycan Respublikasını tanımırlar?

- Bunun bir neçə səbəbi var. Başlıcasını deyirəm. BMT-nin Nizamnaməsində hansı ölkələri müstəqil dövlət kimi tanımaq şərtləri yazılmışdır. Əlbəttə, ən əvvəl müstəqilliyini elan etmiş dövləti müstəmləkəçisi olduğu dövlət tanımalıdır, yəni onun razılığı olmalıdır. Bu razılıq isə iki yolla alınar: ya dinc yolla, ya da zorla. Bizdə necədir? Moskva kağızda hər şey, həqiqətdə isə az şey verir. Təkcə respublikaların xarici siyasətlərinə nəzər salmaq kifayətdir ki, mənzərə aydın görünsün. Baltikyanı ölkələr istisna olmaqla, keçmiş SSRİ-nin bütün respublikalarının rəhbərləri, məncə, xarici ölkələrə yalnız mərkəzin razılığı ilə gedə bilərlər. Eləcə də iqtisadi-maliyyə məsələləri Moskvasız mümkün deyil. Bir sözlə, Moskva əvvəlki imperiyanın cildini dəyişib saxlamaq istəyir.

- Sizcə, mərkəz bundan sonra respublikalara qarşı necə siyasət yeridəcək?

- Mərkəz bütün gücü ilə çalışacaq ki, respublikaların ağzını bir yerə bağlasın. Bu zaman yaratmaq istədiyi birliyə ya iqtisadi, ya hərbi, ya da suveren dövlətlərin ittifaqı deyəcək. Fəqət, imperiyanın dağılmamasına çalışacaqlar.

- Azərbaycanın bütün mənalarda müstəqilliyini özünün başlıca vəzifəsi hesab edən müxalifətə münasibətiniz necədir?

- Əvvəlcə, müxalifət anlayışının özünə münasibətimi bildirim. Təəssüflər ki, bizdə bəzən qüvvələr marksist- leninçi tərəzi ilə ölçülür, cəmiyyət təbəqələrə, siniflərə bölünür. “Bizimlə olmayanlar düşmənimizdir”- bu, çox təhlükəlidir. Xeyr, müxalifət düşmən sinif, təbəqə, qüvvə deyil. Yaxud, əksinə, hakimiyyətdə olanlara sinfi düşmən kimi baxmaq lazım deyil. Müxalifətin cəmiyyətdəki rolunu, mövqeyini müəyyənləşdirmək üçün uzağa yox, öz mətbuat tariximizə müraciət edək.

1917-ci ildə N.Nərimanov “Hümmət” qəzetinin birinci nömrəsini çapdan buraxır və baş məqalədə öz məramını elan edir. M.Rəsulzadə “Açıq söz”də “Tazə rəfiqimizi təbrik” adlı məqalə ilə çıxış edir və “Hümmət”i təbrik edir. Bununla belə, N.Nərimanovun baş məqalədə irəli sürdüyü tezislərə qarşı öz fikrini qoyur. Demək istədiyim odur ki, tərəflər öz proqramını əsaslandırmalı, inandırmalı, təmkinlə qəbul etdirməlidir. Yox, əgər sənin proqramın elmi şəkildə əsalandırılmayıbsa, yaxud yarımçıqdırsa və mənə onu zorla qəbul etdirmək istəyirsənsə, bu, düzgün deyil. Bu o deməkdir ki, “bəy oğlusan, demək, köpək oğlusan”. Bu gün bizdə vəziyyət necədir?

Əvvəlcədən deyim ki, məncə, müxalif qüvvələr hakim qüvvələrdən bir baş yuxarıdır. Bu, parlament iclaslarında özünü daha parlaq büruzə verir. Müxalif qüvvələr “Bizi hara aparırsınız”- sualına qismən cavab verməyə hazırdırlar və cavab verirlər. Lakin nə prezident, nə  baş nazirimiz xalqın “Biz hara gedirik” –sualı qarşısında hələlik susurlar. Onlar nə öz proqramları, nə son məqsədləri, nə tutduqları yol barədə hələlik xalqa bütöv və açıq söz deməmişlər. Həyata keçirilən dəyişikliklər, islahatlar, qərarlar təzyiqlər, mitinqlər vasitəsilə olmuşdur.

- Sizcə, Dağlıq Qarabağ problemi necə yaranmışdır və onun həlli yolu hansıdır?

- Bu barədə lazım olduğundan çox danışılmış, deyilmişdir. Əgər kim hələ də Dağlıq Qarabağ münaqişəsinin səbəbini, həlli yolunu bilmirsə, deməli ya özünü bilməməzliyə, görməməzliyə qoyur, yəni bunu qəsdən edir, ya da o, kənar planetdən gəlib. Bu belədir. Mənsə, başqa şey demək istəmirəm. Ömər Faiq Nemanzadə 1906-cı ildə “İrşad” qəzetində “Nə etməliyik” məqaləsində yazırdı ki, ermənilər bizi öz təbii düşməni hesab edirlər. Təbii düşmənlə isə düşmən kimi rəftar etməyi bacarmalısan. Erməni milli faşizmi bizi bir xalq kimi tanımaq istəmir, bizi məhv etməyi qarşısına məqsəd qoyub. Bunu heç vaxt, hətta sülh zamanı unutmamalıyıq. Odur ki, hər bir azərbaycanlı doğularkən. onun qulağına, həm də erməni zərbəsindən sayıqlıq duası oxunmalıdır: erməni səni təbii düşmən sayır.

- Bu gün sanki  əksəriyyət latın əlifbasının tərəfdarıdır. Lakin ona doğru irəliləyiş yoxdur. Niyə?

- Çünki əlifba məsələsini siyasi oyuna çevirənlər var. Bəziləri üçün bu, çatmamış məsələ, digərləri üçün zaman-zaman nüfuz qazanmaq vasitəsidir. Bir başqası üçün alternativ qoymaq alətidir: ərəb, yoxsa, latın?! Bütün bunların arxasında əlifbaya qətiyyən dəxli olmayan niyyətlər, əməllər durur. Latın xalqımız üçün zərurətdir, kim bu nemətdən də sui-istifadə etmək istəyirsə, onun vicdanı təmiz deyil.

- Əvvəllər yaşı 100 olmayan KP-nin tarixinin tədrisinə az qala təhsil illərinin yarısı həsr olunurdu. Halbuki Azərbaycan tarixinə bir neçə saat vaxt ayrılır və ikinci növ fənn kimi öyrədilirdi. İndi vəziyyət necədir?

- Təhsil sisteminin ümumiyyətlə, köklü islahata ehtiyacı var. Sualınıza isə sevindirici cavab verə bilməyəcəyəm. İndi, Kommunist Partiyasının tarixi öyrənilmir, eyni zamanda Azərbaycan tarixini də istənilən səviyyədə öyrətməyə kadr yoxdur.

- Sonuncu sualı verməyəcəm. Belə demək mümkünsə, deyilməyən , suala cavab verin.

- Xalq hələlik siyasətçilərlə siyasətbazları yaxşı seçə bilmir. Odur ki, kim siyasətbazlıqla məşğul olub xal toplamaq istəyirsə, xalqa xəyanət edir. Gəlin bunu unutmayaq.

Abid Tahirli
(Modern.az)
Oxşar xəbərlər
12:27, Bu gün
Mehriban Əliyeva Azərbaycanın xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:51
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
04 May 2024 | 12:54
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
04 May 2024 | 12:58
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
04 May 2024 | 12:32
Tanınmış müəllim vəfat etdi - FOTO
04 May 2024 | 12:39
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
04 May 2024 | 12:41
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
04 May 2024 | 12:47
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:51
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
04 May 2024 | 12:54
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
04 May 2024 | 12:58
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
04 May 2024 | 12:32
Tanınmış müəllim vəfat etdi - FOTO
04 May 2024 | 12:39
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
04 May 2024 | 12:41
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
04 May 2024 | 12:47
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür