Yubiley gününün düşüncələri...
Oxunub: 1099
07 Dec 2019 | 09:06
Yubiley gününün düşüncələri...
Mən Bakı Dövlət Universitetinə (keçmiş ADU) qəbul olanda universitetin cəmi 39 yaşı var idi. İllər keçdi, BDU inkişaf etdi, laboratoriyalarla zənginləşdi, kadr potensialı artdı, şöhrətləndi, təhsil müəsisəsindən elm-təhsil ocağına çevrildi. BDU yaşa dolduqca, mən də universitetdə təhsil və elm pillələri ilə yavaş-yavaş qalxırdım. 

Əvvəlcə təyinatla Universitetdə saxlanıldım, aspirantı oldum, sonra müəllimi, dosenti, professoru oldum. BDU-nun idarə edilməsində də həm dekan müavini, həm də da prorektor kimi də çalışdım. Tədqiqatçı alim kimi Danimarkada (1974), Finlandiyada (1979)  uzun müddətli, digər elmi mərkəzlərdə  qısa müddətli ezamiyyətlərdə oldum. Yüzə yaxın müxtəlif səviyyəli konfranslarda universitemizi təmsil etdim. Bu gün “BDU-100” yubleyində ilk yadıma bunlar düşdü.  

Sonra, BDU-nun 50 illik yubleyində iştirakımı xatırladım. O zaman BDU-nun rektoru dəyərli təhsil təşkilatçısı dos. Mehdi Əliyev idi. Yubileydə unikal hadisə ilə qarşılaşdım. Belə ki, Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev universitetin yubiley tədbirinə gəlmişdi və laborotoriyaları gəzirdi. Fizfakın laboratoriyalarını gəzərkən mənim qurğuma da (qurğu işıq verirdiyi üçün uzaqdan cəlbedici idi) yaxınlaşdı, bir neçə suallar verdi, əhəmiyyətini və tətbiqini soruşdu və uğurlar dilədi. Bu mənim ulu öndər Heydər Əliyev ilə ilk görüşüm idi.

Yeri gəlmişkən, ikinci unikal hadisə ilə Hesinki Universitetində qarşılaşdım. 1979 -cu il noyabrın 9- da professor Mauri Luukkala mən işlədiyim laboratoriyaya alçaq boylu bir adamla girdi və düz mənim yanıma gəldilər. Luukkala ilk öncə məni təqdim etdi və dedi ki, SSRİ -dən gəlibdir. Sonra qonağı təqdim etdi və dedi ki, Allan MacLeod Cormack sabah Nobel mükafatı almaq üçün Stolkholma gedəcək, bu gün yolüstü bizə də baş çəkir. Mən aparılan tədqiqatın mahiyyətini danışdım. Dedim ki, fotoakustik siqnal bərk cismin strukturuna həssasdır, strukturu dəyişməklə siqnalı dəyişmək mümkündür və bəzi nəticələri göstərdim.  

Bir neçə gündən sonra Luukkala məni çağırıb, bir məktubun sürətini verdi və dedi ki, prof. Allan Cormack elmi nəticələrin sürətini istəyir. Məktub məndə qalsın, kopiyasın isə sən götür. O məktubu indi də arxivimdə saxlayıram.

Mənim universitetdə işlədiyim müddətdə  BDU-ya bir sıra alimlər rektorluq etmişdilər: akad.Ş.F. Mehdiyev (1958-1965),  M.S.Əliyev (1965-1970), EA-nın müxbir üzv F.M.Bağırzadə (1970-1987), müxbir üzv Y.C.Məmmədov (1987-1989),  akad. M.G.Qasımov (1990-1992),  Firudin Səməndərov (1990-1994), prof. M.N. Ələsgərov (1994- 1996), M.C. Mərdanov (1996-1998),  A.M. Məhərrəmov (1999-2018). 2019 –cü ilin martından rektor Elçin Babayevdir. Ölənlərə Allah rəhmət eləsin. Yaşayanlara can sağlığı arzu edirəm. 

M.S.Əliyev və Y.C.Məmmədov mənim yaddaşımda siliməz izlər buraxıblar. Ona görə ki, onlar özləri üçün yox, universitet üçün çalışıblar. Yaddaşın belə selektiv xüsusiyyəti var:  milli mənafeyə qulluq edənləri yadda saxlayır, özünə (fərdlərə) qulluq edənləri isə saxlamır. Çünki fərd öləndir, xalq ölməzdir. Deməli, ölməzə qulluq etməkdə rəhmətlik vardır.

1970- ci ilin birinci yarısı idi. Cavan müəllim idim. Hələ elmi rütbəm yox idi. Daşkənddə Elektronika ilə bağlı konfransda çıxış etməliydim. Fakültə Elmi Şurasının iclasında, Mehdi müəllimə ərizə ilə ayaqüstü yanaşdım. Ərizəmi aldı və üzərinə rus dilində yazdı: “təyyarə ilə getməsi təmin edilsin”. Belə münasibəti görmək ahıl yaşında hər professora nəsib olmaz.

Prof.Yəhya Məmmədov rektor olmamışdan qabaq, uzun müddət BDU-nun elmi işlər üzrə prorektoru olmuşdur. Onun zamanıda universitet elmi çox inkişaf etmişdir. O, tədqiqatçı alimlərə hər cür dəstək verirdi. Çünki özü görkəmli alim idi. 

“Amorf Təbəqələr” elmi tədqiqat laboratoriyası açmaq istəyəndə, ondan gözlədiyimdən də çox dəstək aldım. Nəticədə 1980-90-cı illərdə Mikroelektronikanın problemlərinin həlli ilə bağlı Moskva ətraflı Zelenoqrad şəhərinin inistitutları ilə həm elmi, həm də təsərrüfat müqavilələri əsasında sıx əməkdaşlıq edirdik. Elmi nəticələrimiz nəinki Elektron Sənaye nazirliyinin jurnallarında, həm də Elmlər Akademiyasının “Radiotexnika və Elektronika”, “Mikroelektronika”kimi samballı jurnallarında  çap olunurdu. Bəlkəm də bu jurnallarda çap olunan ilklərdən idim. Qeyd edim ki, Mikroelektronikanın inkişafı radioelektron aparatlarını üç ölçülü fəzadan (həcmdən) ikiölçülü fəzaya (səthə) keçirərək sənaye inqilabı etdi. Misal üçün karobka tipli televizorları müstəvi tipli TV- lərə çevirdi. Uzun müddət keçməsinə baxmayaraq, Nanoelektronika hələ gözləninən ümüdləri təəssüf  ki doğrultmur. 

Prof.Y. Məmmədov ilə bağlı maraqlı bir əhvalatı xatırlayıram. 1974-cü ilin dekabr ayı idi. Həftəlik məktubları almaq üçün hər həftənin bazar günü Danimarka səfirliyinə getmişdim. Səfirliyə girəndə alçaq boylu bir nəfər yaxınlaşdı dedi ki, rus dilindən iki məqaləni danimarka dilinə çevirmişəm. İstərdim ki, səfirliyin əməkdaşları redaktə etsinlər. Məqalə Yəhya Məmmədovun “Sibir riyaziyyat”  jurnalında çap olunmuş məqalələri  idi. Mən bu adamı səfirliyin tərcümə şöbəsinə caladım. Həmin həftə bu hadisəni sevincini yaşadım. Deməli, bizim alimlərin də əsərləri sərhədləri aşa bilir.

Elmlər Akademiyasının müxbir üzvü F. Bağırzadə universitetə 17 il rəhbərlik etdi. Yadda qalan bir şey etmədi. Amma çox şey edə bilərdi, çünki zaman onun zamanı idi. Əsas işi qəbulu yola vermək idi. Yaradıcılıqla işi yox idi.

1980 –cı ildə SSRİ Ali və Orta ixtisas təhsili naziri V.Yelyutinin çox məxfi 15 avqust 109 ss №-li  əmri xüsusu şöbəyə daxil olur.  O zaman BDU- da bu şöbənin rəisi Sovet İttifaqı qəhramanı, polkovnik Məlik Məhərrəmov idi. Nazirin imzaladığı əmr Sov. İKP MK SB və SSRİ Nazirlər Sovetinin 30.06.08 il tarixli birgə məxfi qərarı əsasında hazırlanmışdır. Qərara əsasən Azərbaycan Dövlət Universitetinə (dos. Ş. Əsgərovun şəxsində)  “SBİS (Çox Böyük İnteqral Sxem )istehsalında ion-plazma texnologiyasının elmi əsasının hazırlanması” kimi şərəfli bir iş həvalə edilirdi. Ancaq rektor bu işə dəstək vermədi və şərait yaratmadı. Rəhmətlik Məlik müəllimin dediyinə görə rektor təhlükəsizlik xidmətinin universitetə gəlib –getməsindən ehtiyat edirdi. Sual oluna bilər bu ehtiyatın səbəbi nə?   Bu suala dolayısı ilə belə cavab vermək olar.

Haşiyə: Rzabala Fərəcov BDU professoru, riyaziyyatçı idi, texnika elmləri doktoru idi. Allah ona rəhmət eləsin. Bir dəfə Rzabala müəllimi qəbula saxlayırlar. O, obyektiv və vicdanla imtahan götürür, heç kimin tapşırığına baxmır. Axşam nəticələrin müzakirəsi zamanı məsul katib rektora şikayətlənir ki, bəs Rzabala müəllim korladı, tapşırığımıza baxmadı. Səhərisi gün müəllimləri növbəti imtahana göndərəndə rektor Rzabalanı misal göstərir və onu beş dəqiqə tərifləyir. Sonra  məsul katib müəllimləri auiditoriyalara paylayır. Rzabala müəllim isə heç yerə göndərilmir. O, məsul katibə yaxınlaşır və soruşur ki, bəs, mən harda imtahan götürəcəm? Məsul katib cavab verir ki, siz dünən çox əziyyət çəkmisiniz. Bu gün gedin, istirahət edin. Beləliklə, Rzabala müəllim ram edilir, və təhsil tariximizə Rzabala sindromu kimi daxil olur.

Bənzər söhbətlər, tanışlıq, yerliçilik kimi anormal hərəkətlər universitet koridorlarında tez-tez eşitmək olurdu. Təhlükəsizlik xidmətinin əməkdaşları nə qədər universitetə az gəlsə, bir o qədər yaxşıdır.
Universitetin ən uzun müddətli (19 il) rektoru Abel Məhərrəmov olmuşdur. Bunun yaxşı və ya pis hal olduğunu bilmək üçün, əvvəlcə tarixə müraciət edək. Təhsil bilicilərindən bir söhbət eşitdim. Onu haşiyə kimi diqqətinizə çatdırıram. 

Haşiyə: Fərdi psixologiyanın banisi Vyana Universitetini psixologiya fakultəsinin dekanı Alfred Adler rektora müracət edir: “təcili məni dekan vəzifəsindən azad edin. Mən bu vəzifəyə yavaş-yavaş öyrəşirəm. İki ildən sonra siz məni azad edə bilməyəcəksiniz. Məni bugün azad edin”.

Vəzifə normal, xoşa gələn xasiyyətlərə malik insanı, xoşagəlməz insana çevirir. Rektor da babat vəzifədir. Müşahidələr göstərir ki, uzun zaman keçdikcə rektorların psixologiyasında mənfi tərəfə sürüşmə baş verir. Əgər rektorluğun ilk illərində o, düzgün qərarlar qəbul edirdisə (yəni ictimai mənafeyə uygun) rektorluğun sonrakı dönəmlərində  qəbul etdiyi qərarlar şəxsi mənafe mahiyyəti daşıyır. Yəni inkişafa yox, tənəzzülə doğru meyillənir. İllər öncəsi belə bir fikir söyləmişdim: “ fərdlər düzgün qərarlar qəbul etməklə şəxsiyyətlərə, dövlətlər düzgün qərarlar qəbul etməklə qüdrətli dövlətə çevrilirlər”. İstərdim ki, idarəedənlər bu faktoru nəzərə alsınlar. Nəzərə alsınlar ki, rektorluğun birinci dönəmində onlar universitetə, yəni ictimai mənafeyə qulluq edirlər. Sonrakı dönəmlərdə onların bəziləri özlərinə işləyirlər. Əgər hansı rektor deyirsə: ”elə edəcəm ki, müəllimlər tələbələrin qabağına qaçacaqlar”, bilin ki, bu rektor fəaliyyətinin ikinci fazasını yaşayır və kamilliyin itirir. Çünki, təhsil prosesinin subyekti müəllimlərdir, tələbələr isə beş ildən bir dəyişən obyektlərdir. (Necə ki təyyarənin subyekti pilot, obyekti isə sərnişinlərdi). Müəllimlərin hörməti yüksək tutulmalıdır, tələbələrin yox. Bu yerdə ikinci bir haşiyə çıxmaq istəyirəm.

Haşiyə: Türkiyə Sultanı İkinci Mahmud günlərin birində bir məktəbi ziyarət etdi. Padişah sinifə girəndə hoca dərsini verirdi. Hoca gələn zatın padişah olduğunu anladı və dərsini davam etdi. Dərs bitdikdən sonra çocuqları sinifdən çıxarıb padişahı salamlayaraq təzimatda bulundu.

-Mənə layiq olan hörməti niyə öncədən göstərmədin?

-Padişahım, tələbələr dünyada hocadan daha böyük adam olduğunu bilməzlər. Əgər təzimatımı onların yanında etsəydim, onlar, deməli hocadan da böyük adam varmış deyər və məni saymazlar. Mən də onları bu ölkəyə layiq övladlar olaraq yetişdirə bilmərəm. Hocanın bu sözlərindən məmnun olan ikinci Mahmud bu müəllimi ihsanda bulundu.

Nə hadisə baş verdi? Əvvəlcə Padişah şəxsi mənafe düşüncəsi ilə hadisəyə qiymət verdi. Təzimat tələb etdi.  Hocanın izahatından sonra ictimai mənafe düşüncəsinə sahib olub, hocanı mükafatlandırdı.

Vəzifə insanı necə məhv etməsi haqda universitetin dossenti  N.Məmmədov “Mənim paradiqmam” məqaləsində yazır: “ Vaxtilə uzun illər dekan, kafedra müdiri işləmiş prof. İbrahimov Ağavəli müəllim günlərin birində lapdan sıçrayıb gedir rektorun qəbuluna. Rektorun köməkçisindən xahiş edir ki, onu bir dəqiqəlik Abel müəllimin yanına buraxsın, vacib deyiləsi sözü var. Köməkçi də deyir ki, gözləmə otağı adamla doludur, mümkün deyil. Professor təkid edir ki, mənim sözüm hamının sözündən önəmlidir. 

Köməkçi görür mümkün deyil, girir rektorun yanına və onu məsələdən hali edir. Rektor deyir ki, qoy gəlsin dəhlizə açılan qapının qabağına. Elə də olur. Rektor qapını açıb deyir, xeyir ola Ağavəli müəllim? O da deyir ki, sadəcə gəlmişəm deyim ki, sizə mən qurban olum! Vəssalam”.

Alim etikasını yerə vuran belə adamları “sağ ol” deyib, yola salmazlar.  Belə münasibət “yaltaqlıq”  kimi alçaq insani keyfiyyətin yaranmasının əsas səbəbidir.

Dəyərli bir fikirdə deyilir: An, tarixi dəyişə bilir. Universitetdə baş verən qusurlar zamanla bağlıdır. Əgər bu 19 ildə BDU-da 4 (və ya 5) ildən bir rektor dəyisəydi, şübhəsiz ki, universitet daha çox inkişaf edərdi. Yadımdadır, parlamentdə Təhsil qanununu müzakirə edəndə, Abel müəllim rektorların seçilməsi maddəsini ciddi müdafiə etdi. Əgər son 35 ildə rektorlar 4  ildən bir dəyişərdisə, indi  BDU tamam başqa bir universitet olardı. Sadə həqiqət bundan ibarətdir ki, universiteti gənc saxlamaq üçün rektorları tez tez dəyişməlidir.

Sevindirici haldır ki, bu gün dövlətimizə, millətimizə sədaqətlə qulluq edən, universitetləri özlərinə yox, özlərini təhsilə, elmə qurban verən rektorlarımız çoxdur. Çox təəsüf ki, belə rektorları qorumaq əvəzinə, onlara çamur atanlar da az deyildi. Düşünürəm ki, hər bir universitet müəllimi, gələcəyi görə bilən ziyalılar dəyərli rektorları qorumalıdırlar, haqq işin yanında olmalıdır.

Bu bayram günləridə rektorlarım ilə bərabər, əziz müəllimlərimi minnətdarlıq hissi ilə xatırlayıram. Onlara Allahdan rəhmət diləyirəm. Mehdi müəllimin, Mədət müəllimin, Rəhim müəllimin, Kəriş müəllimin, Qafar müəllimin mühazirələrini, qayğıkeş müəllim-tələbə münasibətlərini yaddan çıxarmaq mümkün deyil. 100 il öncə ölkəmizdə cəmi bir (Məlikov) fizik var idi. İndi müəllimlərimizin əməyi nəticəsində ölkədə fiziklər ordusu yaranıb. Onların içərisində dünya şöhrətli alimlərimiz də var. Yadıma bir hadisə düşdü.  

Nobel mükafatı lauriyantı akademik Qinzbur BDU- da “fizikanın 6 perespektiv istiqamətləri haqqında”  müahizdə oxuyurdu. Mühazirənin lap əvvəlində akademik gördü ki, Rəhim müəllim ikinci sırada oturub. Mühazirəni kəsdi və  aşağı düşdü. Gəlib Rəhim müəllimin əlindən tutaraq səhnəyə apardı və onun üçün nəzərdə tutulmuş stolda əyləşdirdi. Belə müəllimləri necə yaddan çıxarmaq olar?
  
25-26 noyabrda Heydər Əliyev Mərkəzində BDU- nun 100 illik yubleyi təntənəli qeyd edildi. Xaricdə işləyən məzunlar doğma universitetə gəldilər, çıxış etdilər, bu təntənəyə sevindilər. Universitetin yubleyi ümumxalq bayramı kimi qeyd edildi. Universitetin öz yetişdirməsi olan bu günkü rektor Elçin Babayev  bayram tədbirlərini rəngarəng, orjinal təşkil etmişdi və yubiley təntənəli keçirdi. 
 
Tədbirinin ikinci günü (26 noyabr) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yubileydə iştirak etdi. Cənab Prezident çıxışında həm dünyada və ölkədə gedən proseslərdən danışdı, həm də təhsildə olan uğurlarla bərabər problemlərdən də danışdı. Yeni dünyanın tələblərinə uyğun ixtisasların öyrənilməsinin vacibliyini vurğuladı.  

Ölkə Prezidentinin çıxışını diqqətlə dinlədim, təhsil və tərbiyyə ilə bağlı dəyərli fikirlərinin bəzilərini  diqqətinizə çatdırıram:  

•“ Bugünkü dünyada tanışlıqla, tapşırıqla oxumaq mümkün deyil”.
• “Əgər bilik olmasa diplom heç nədir”. 
•“Milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyyə alan gənclər müstəqil Azərbaycanı gələcəyə inamla aparacaqlar”.
•“İndiki dövrdə bilik, savad gənclərin təminatlı gələcəyini müəyyən edən əsas amildir”. 

Günün 2-ci yarısında “İnternational conference integration of science and education” -adlanan konfransda iştirak etdim. Konfransda 11 məruzə dinlənildi. Məruzəçilər əsasən xarici qonaqlar idi. Konfransın ikinci hissəsində  məruzə etməklə mən də mükafatlandırıldım. Məruzəm: “The unity of Education and Science within Natural and Technical Sciences at Baku State University”- adlanırdı. BDU kollektivi içərisindən məruzəçi kimi mənim seçilməyimi özümə qarşı böyük etimad hesab edirəm.Bu etimadı dövlət təltifi qədər yüksək qiymətləndirirəm. Məruzəmdə təhsil, elm və  texnologiyanın vəhdəti slaydlar vasitəsi ilə təqdim edildi. Təqdimatımda  vurğulanırdı ki, iqtisadi inkişafa təsir edən ən güclü faktor texnologiyadır. Texnologiyadan asılı olaraq tərəqqinin iki yolu var: birinci yol Sinqapur və Cənubi Koreya yoludur. Texnologiyanı xaricdən almaq, daxildə hüququn aliliyini təmin etməklə, rəqabət mühiti yaratmaq zəruridir. Bu halda elmdən çox, mükəmməl  TƏHSİLƏ ehtiyac böyükdür. İkinci yol, Qərb dövlətlərinin seçdiyi yoldur: elmə böyük pul (UDM -un 5% qədər) xərcləmək,  yüksək texnologiya yaratmaq, tətbiq etmək və tərəqqi etmək. Bu halda həm güclü TƏHSİLƏ, həm də cüclü ELMƏ ehtiyac böyükdür.

Mən universitetə daxil olanda yaşım 17 idi. Universitetin yaşı isə 39 idi. O zaman mən gənc,universitet isə “kişi”  yaşında idi.  İndi 79 yaşımda universitetin 100 illik yubleyində içtirak edirəm. Mənim ömrümün limiti var və bunun günün  Allah bilir. Universitetin ömrünün limiti isə bizim əlimizdədir. İnkişaf qurban tələb edir. Əgər biz öxümüzü universitetə qurban versək, o çox yaşayacaq. Yox, əgər onu özümüzə qurban versək, o xəstəhal yaşayacaq və tərəqqi etməyəcək. Bu dövrün tələb etdiyi sadə həqiqətdir. Biz müvəqqəti yox, daimi dəyərləri yaşatmalıyıq. Biz bu dünyanın qonağıyıq, gəlin gələcək nəsillər xətrinə  universitetləri qoruyaq.

Prof.Şahlar Əsgərov, 
Əməkdar elm xadimi, TN yanında İctimai Şuranın sədri
Oxşar xəbərlər
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM