Ermənistanın ağır sosial-iqtisadi durumu, ciddi maliyyə çatışmazlığı rəsmi İrəvanı zaman-zaman bir-birindən ağır qərarlar almağa məcbur etməkdədir.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, maliyyə çatışmazlığı düşmənin güc orqanlarının normal fəaliyyətini də iflic etməkdə, yarıtmaz vəziyyətə salmaqdadır. Belə ki, uzun müddətdir ki, Ermənistanın Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarını avtomobillə təmin edə bilmədiyini, bunun üçün dövlətdən vəsait ayrılması ilə bağlı dəfələrlə hökumətə müraciət etsə də, problemin həllinə nail ola bilməyib. Bu günlərdə məlum problemi növbəti dəfə dinləyən Paşinyan öz əməkdaşlarınma məxsus üç ədəd “Mercedes” markalı avtomobilin onlardan alınaraq Dövlət Təhlükəsizlik Xidmətinə verilməsi ilə bağlı göstəriş verməli olub.
Paşinyanın məlum qərarı Dövlət Təhlükəsizlik Xidmətində məmnunluqla qarşılansa da, erməni cəmiyyətində fərqli mülahizələrə səbəb olub. Düşmən ictimaiyyətinin əksər nümayəndələri hesab edir ki, bu qərarın özü, İrəvanın üzləşdiyi maliyyə böhranının nə dərəcədə ciddi olduğunu göstərir.
Ermənistanın borc və kredit bataqlığında sürətlə batdığını nəzərə alsaq, yaxın gələcəkdə “Mercedes”dən imtina etməli olan Paşinyanın, donuz arabasında qərarlaşacağını göstərir.
Seymur ƏLİYEV