Azərbaycanda bəzi xəstəliklər barədə niyə danışılmır? - "Tərbiyəli qız hepatit olmaz...."
Oxunub: 3244
19 Nov 2019 | 00:39
Azərbaycanda bəzi xəstəliklər barədə niyə danışılmır?  -
Əli Məmmədli (ad dəyişdirilib) yeddi ildən çoxdur ki, QİÇS xəstəliyindən əziyyət çəkir, amma hazırda birlikdə yaşadığı ikinci həyat yoldaşı bunu hələ də bilmir.

29 yaşlı gənc deyir ki, ilk dəfə 22 yaşında evlənib, amma o vaxt xəstəliyi barədə heç nə bilməyib.

Onun sözlərinə görə, diaqnozu barədə təsadüfən məlumat alıb və bunun üçün məqsədli müayinədən keçməyib.

"O vaxt çoxlu siqaret çəkirdim deyə mədəmdə və boğazımda problemlər var idi. Mədə həkiminə gedəndə nəyəsə görə məni çoxlu analizlərə göndərmişdi. Mən də hələ etiraz etmişdim ki, mədəm ağrıyır, bu analizlərə niyə göndərirsiniz. Nəticələri görəndə isə çox pis olmuşdum", - o deyir.

Müsahibimiz söyləyir ki, bunu həyat yoldaşına bir neçə ay sonra deyə bilib, bundan sonra isə ailədə problemlər yaranıb və övlad planlayan ailə bundan imtina etməli olub.

"Yoldaşım birinci uşaq doğmaqdan qorxdu, sonra da mənimlə yaşamaq istəmədi. Gördüm ki, ailəsi öyrədir ki, məndən boşansın. O vaxt yoxlama yox idi ki, toydan əvvəl bilim, bilsəydim bəlkə indi belə olmazdı", - o söyləyir.

Hazırda ikinci həyat yoldaşı ilə vətəndaş nikahı ilə yaşayan Əli deyir ki, həm evlilikdən, həm də xəstəliyini xanımına deməkdən çəkinir.

O düşünür ki, nikah bağlasa ondan sağlamlıq haqda arayış istəyəcəklər, bu halda isə xəstəliyi barədə xanımına deməli olacaq. Əli söyləyir ki, xanımının onu tərk etməsi qorxusu "ona xəstəlik keçirmək qorxusunu üstələyir, ona görə də həyat yoldaşının toy arzusunu gecikdirməli olur".

Azərbaycanda xəstəliklər barədə niyə danışılmır?

Moderator.az BBC Azərbaycana istinadən cinsi infeksiyalar və QİÇS kimi xəstəliklərin hələ də Azərbaycanda gizlədilməsinin səbəblərini təqdim edir.

Bəzi hallarda ən ağır xəstəliklərdən belə illərdir əziyyət çəkənlər bu haqda nə dostlarına, nə iş yoldaşlarına, nə də qohumlarına danışırlar. Xəstəliklərin daşıyıcıları düşünür ki, insanlar bu halda onlardan uzaq gəzəcək və onlarla danışmaqdan imtina edəcəklər.

Azərbaycanda insanı xəstəliyi barədə məlumatları ictimailəşdirməyə məcbur edən hər hansı bir qanun yoxdur.

Təkcə bəzi sahələrdə çalışan və insanlarla birbaşa ünsiyyətdə olan işçilərdən müəyyən müddətdən bir QİÇS, hepatit kimi bir neçə yoluxucu xəstəlikdən analiz vermək tələb olunur.

2015-ci ildən Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməsi qaydası tətbiq olunur. Nikaha daxil olmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə qeydiyyatda olduqları poliklinikalara və ya ASAN xidmətə müraciət edərək müayinədən keçməlidirlər.

Onlar üç xəstəlikdən - talassemiya daşıyıcılığı, QİÇS və sifilis xəstəlikləri üzrə yoxlanılırlar.

Cütlüklərə müraciət yerlərindən asılı olaraq 5-15 iş günü müddətində 30 gün etibarlılıq müddəti olan arayış verilir. Bu müayinələr ASAN xidmətdə 9 manata, poliklinikalarda isə ödənişsiz aparılır.

Milli Məclis son illərdə hepatit B və C-nin də bu siyahıya aid edilməsini təklif etsə də, bu, hələlik qəbul edilməyib.

"Cəmi 7-8 cütlük ayrılmaq qərarı alıb"

Bahadur Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Talassemiyanın profilaktikası şöbəsinin müdiri Aysel Erdoğan BBC News Azərbaycancaya bildirib ki, qanunun qəbul edildiyi dörd il ərzində respublika üzrə 555 min 100 nəfər nikahdan əvvəl icbari tibbi müayinədən keçib.

20 minə yaxın şəxsdə talassemiya daşıyıcılığı, 1800-ə yaxınında sifilis, 500 nəfərdə isə QİÇS aşkar edilib.

Aysel Erdoğan deyir ki, indiyədək cəmi 7-8 cütlük nəticələrə görə ayrılmaq qərarı alıb.

Mütəxəssisin fikrincə hepatit B və C kimi bir sıra xəstəliklər də yoxlanış siyahısına əlavə edilməlidir, lakin hesab edir ki, əvvəlki illərlə müqayisədə hazırda vəziyyət daha yaxşıdır.

"Əvvəlki bəzi cütlüklər deyirdi ki, bizim belə analizlərdən keçməyə ehtiyacımız yoxdur, onsuz da ailə quracağıq. İndi isə heç ailə qurmadan, bir-birində hansısa tibbi problemin olub-olmadığını bilmək üçün əvvəlcədən müayinə keçirlər. Bu dörd il ərzində insanların maariflənməsi yaxşı gedib ki, əvvəlcədən müayinədən keçmək istəyən cütlüklər çoxalıb".

Aysel Erdoğan söyləyir ki, analiz nəticələrində xəstəliyin çıxması cütlüklərin evlənməsinə qanuni maneə törətmir, lakin onlara qarşıda yarana biləcək xəstəliklər barədə məlumatlar verilir.

O əlavə edir ki, nəticələr barədə məlumatlar cütlüklərə birlikdə deyil, ayrı-ayrılıqda təqdim olunur və məlumatların qarşı tərəfə bildirilməsi onların öz öhdələrinə buraxılır.

"Maarifləndirici dövlət proqramı olmalıdır"

Sosioloq Nərmin Məmmədli deyir ki, "insanları xəstəlikləri barədə danışmağa qoymayan cəmiyyətin özüdür".

"İnsanlar o qədər başqalarının dediklərinə fikir verirlər ki, bəzən öz fikirlərini də unudurlar. Elə adam var ki, öz seçiminə qalsa QİÇS xəstələri ilə də, hepatit xəstələri ilə də qorxmadan, çəkinmədən dostluq edərlər, amma o nə deyər, bu nə deyərdən əl çəkə bilmirlər. Bu da savadsızlıqdan irəli gəlir. Elə bilirlər onlarla dostlaşan kimi ya xəstəlik keçəcək, ya da hamı fikirləşəcək ki, onlarda da xəstəlik var".

Nərmin Məmmədli hesab edir ki, insanların xəstəlikləri barədə məlumatları istədikləri vaxt başqalarına rahat deyə bilmələri üçün uyğun şərait yaradılmalı və bunun üçün maarifləndirici dövlət proqramı olmalıdır.


"Xarici telekanallarda tez-tez sosial çarxlar görürük. Həmin çarxlarda həm bu xəstəliklər, həm də bu insanlarla necə davranmaq, onlarla risksiz təmas qaydaları haqda, onları təcrid etməmək barədə məlumatlar verilir. Bizdə də gərək məktəblərdən maarifləndirici proqramlar aparılsın ki, insanlar özləri problemləri barədə danışmağa açıq olsunlar".

"...deyəcəklər ki, tərbiyəli qız hepatit olmaz"

26 yaşlı Aynur Həsənova deyir ki, altı aydan çoxdur ki, hepatit xəstəsi olduğunu öyrənib, amma nə xəstəliyin necə keçdiyini, nə də nə bundan sonra nə edəcəyini bilmir.

Bir ildir ki, nişanlı olan Aynurun bu ilin sonunda toyu olacaq, amma nişanlısı onun xəstəliyi haqda heç nə bilmir, ailəsindən isə təkcə anasının xəbəri var.

"Anam deməyə icazə vermir. Bizim rayonda buna çox pis baxırlar. Nişanlımın özü bəlkə də başa düşər, amma ailəsi evlənməyimizə heç vaxt icazə verməz. Sonra da rayonda deyəcəklər ki, tərbiyəli qız hepatit olmaz. Nə edəcəyimi, necə evlənəcəyimi bilmirəm".

Aynurun anası onu həkimlərə aparsa da, müalicənin nəticəsi hələlik bəlli deyil. Aynur isə deyir ki, əgər müalicə oluna bilməsə, nişanlısına bu haqda deməyəcək, təkcə toyu təxirə salacaq.
 
 
Oxşar xəbərlər
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:30, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir - FOTO
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
14:10, Bu gün
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” – Şok təfərrüat
14:08, Bu gün
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:06, Bu gün
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür 
14:02, Bu gün
Rasim Balayevdən Baş nazirə MÜRACİƏT
13:58, Bu gün
Putin Ukrayna üçün and içdi, Qərbə danışıq əlini uzatdı - TƏHLİL
13:54, Bu gün
“Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər” - Kamaləddin Qafarov
13:51, Bu gün
Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basdı - VİDEO
13:48, Bu gün
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - FOTO
13:44, Bu gün
Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”
13:40, Bu gün
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
13:36, Bu gün
Renat Dadaşovun çıxış etdiyi klubun stadionu dövlət tərəfindən müsadirə olunub
13:35, Bu gün
Prezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”
13:30, Bu gün
Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
13:28, Bu gün
Prezident: “Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:26, Bu gün
İlham Əliyev: “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”
13:22, Bu gün
Sabah bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
13:17, Bu gün
Məhkəmə Anar Məmmədlinin vəsatətini təmin etmədi
13:13, Bu gün
Azərbaycanla Bolqarıstan arasında dörd sənəd imzalandı - YENİLƏNİB
13:08, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB
13:05, Bu gün
Vidadi İsayev Bərdənin Qurdlar kəndində səyyar qəbul-görüş keçirdi - FOTO
13:00, Bu gün
Pensiya alanların NƏZƏRİNƏ: Bakı, Sumqayıt və Abşeron üzrə ödənişlər edildi
12:57, Bu gün
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ
12:52, Bu gün
Taksi sürücüləri çarəsiz vəziyyətdə: Borclarını ödəyə bilmirlər - VİDEO
12:42, Bu gün
Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi
12:41, Bu gün
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından PERFORMANS - FOTOLAR
12:39, Bu gün
“AstraZeneca” peyvəndlərini geri alır, kimlər təhlükədə? - İnfeksionistdən açıqlama  
12:36, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
12:35, Bu gün
COP29-un prezidenti Rusiya Elmlər Akademiyasının nümayəndələri ilə görüşdü - FOTO
12:32, Bu gün
"Qarabağ" və "Neftçi" cərimələndi
12:30, Bu gün
Elçin Əmirbəyov İsrail XİN-in direktoru ilə görüşüb - FOTO
12:28, Bu gün
DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək
12:27, Bu gün
Anar Bağırov: "Naxçıvanda təqribən hər 20 min nəfərə bir vəkil düşür"
12:24, Bu gün
Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO
12:22, Bu gün
İcma İƏT sammitinin Qərbi Azərbaycanla bağlı qərarını alqışladı
12:18, Bu gün
Mehriban Əliyevanın Desislava Radeva ilə görüşü olub
12:15, Bu gün
Yerdə həyat belə yaranıb – Böyük sirr Qırmızı dənizin dibində açıldı
12:12, Bu gün
Bu məşhur dünya ulduzu əslən azərbaycanlı imiş
12:10, Bu gün
Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı
12:08, Bu gün
Qadın boksçulardan ibarət Azərbaycan millisi Almatıda hazırlıq keçəcək
12:05, Bu gün
Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanılıb
12:03, Bu gün
Bakı ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək
11:58, Bu gün
İstanbul aeroportunda qorxu dolu anlar: Təyyarə gövdəsi üzərinə eniş etdi - FOTO/VİDEO
11:55, Bu gün
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü olub - YENİLƏNİB + FOTO
11:52, Bu gün
"Mənim üçün utanmaq hissi yoxdur" - FOTO
11:48, Bu gün
Naxçıvanda vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilir
11:42, Bu gün
Ukraynada həyəcan: Rusiyanın raketdaşıyan gəmiləri Qara dənizə daxil olub
11:36, Bu gün
Üçüncü mikrorayon dairəsi yaxınlığında dəhşətli qəza: Üç maşın toqquşdu - VİDEO
11:30, Bu gün
Konfrans Liqasında ilk finalçı müəyyənləşir
11:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! Bu yolda diqqətli olun - FOTO
11:20, Bu gün
102 yaşlı veteran təltif edilib - FOTO
11:16, Bu gün
Paşinyan Rusiyaya getdi
11:14, Bu gün
Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir
11:00, Bu gün
Dövlət Komitəsi daha bir Beynəlxalq mükafata layiq görülüb - FOTOLAR
10:55, Bu gün
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
10:49, Bu gün
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
10:46, Bu gün
Bu xarici universitetlərin Bakı filiallarının diplomları tanınmır - ALDANMAYAQ
10:46, Bu gün
Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın daha bir tanınmış siyasətçisini axtarışa verdi - FOTO
10:34, Bu gün
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Mayın 9-dan... 
10:21, Bu gün
Bu şəxslərə ŞAD XƏBƏR: pensiyaya tez çıxacaqlar – Sabiq nazir izah edir 
10:17, Bu gün
Ölən dostlarla bağlı YENİ TƏFƏRRÜATLAR: Bakıda məşhur hoteldə nə baş verib? - VİDEO
10:12, Bu gün
Bu gün Şuşaya köç başlayır
09:44, Bu gün
Azərbaycanlı jurnalist Harvardın məzunu oldu - FOTO
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
09:37, Bu gün
Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
09:24, Bu gün
"Real" "Bavariya"nı qəbul edəcək - Çempionlar Liqası
09:11, Bu gün
Oğlanlar evlənmək istəmirlər -SƏBƏB 
08:59, Bu gün
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08:45, Bu gün
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08:25, Bu gün
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08:00, Bu gün
Şuşa Zəfərimizin rəmzi, tacıdır
07:32, Bu gün
Beyons ombasını nümayiş etdirdi
07:12, Bu gün
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
07:11, Bu gün
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
06:26, Bu gün
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
GÜNLÜK
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 15:25
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:28
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
07 May 2024 | 15:15
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
07 May 2024 | 15:19
UNEC-in professoru vəfat etdi - FOTO
07 May 2024 | 15:12
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
07 May 2024 | 15:21
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
AYLIQ
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 15:25
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:28
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
07 May 2024 | 15:15
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
07 May 2024 | 15:19
UNEC-in professoru vəfat etdi - FOTO
07 May 2024 | 15:12
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
07 May 2024 | 15:21
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA