Torpaq qiymətli sərvətdir: Onun loğmanı ADAU- da yetişir...
Cəmiyyət
Oxunub: 3041
18 Nov 2019 | 20:18
Torpaq qiymətli sərvətdir:  Onun loğmanı ADAU- da yetişir...
Hər dəfə torpaq və ona qulluq edən mütəxəssisləri, lap elə loğman deyək, cəfakeşləri  düşünəndə ilk olaraq gözlərimdə toxunulmaz bir müqəddəsik canlanır.  Elə bir müqəddəslik ki, o heç nə ilə müqayis edilmir. İllah da müqəddəs adlandırdığımızın başına pərvanə tək dolanan mütəxəssləri yetişdirən qocaman bir elm məbədi ola. Deməli, halalıq və toxunulmazlıq bir az da gözümüzdə ucalır. Qısası aqrar elm və hər şeydən qiymətli torpaq hər an dəyərliliyini sübut edir. 

Tarixi bir ədalət və onu ölçən bir tərzi var.  Yəni bütün sərvətlər tükənə bilər. Amma torpaq əvəzsiz kapital, ən qiymətli sərvət olaraq böyük  iqtisadi əhəmiyyətini hər zaman göstrir. Torpaq  həm də dünyanın bütün  dövlətlərinin mühüm sərvəti olmaqla, bəşəriyyətin qida məhsullarının mənbəyidir. Qısası torpaq varsa aclıq və fəlakət yoxdur. Ona şüurlu və elmi şəkildə yanaşma isə ərzaq təminatının bolluğu deməkdir. Yəni, elə bir amil yoxdur ki, o topağı cüzi də olsa əvəzləyə bilsin. Torpaq insanın qida mənbəyidir. Ət və süd məhsullarına tələbatının ödəyicisidir. Ona görə də bitkiçilik və heyvandarlıq üzrə olan elmlər, əkinçilik texnologiyaları əhalinin artımını nəzərə alaraq öyrədilir. Beləliklə kənd təsərrüfatı məhsullarının çoxaldılması üçün qətiyyətli addımlar atılır. Ən əsası isə torpaq yüksək və sabit məhsulun alınmasına xidmət etməlidir. 

Sadaladığım elmlər isə ölkədə yeganə ali təhsil müəssisəsi olan və 100 yaşını haqqlayan Azərbaycan Dövlət Aqrar Universitetində öyrədilir.  Bu dünən də belə idi, bu gün də belədir və sabah da belə olacaq. Hər zamanın öz tələbindən doğan kadr hazırlığı məhz bu təhsil müəssində gerçəkləşdirilir.
 İndiki şəraitdə isə kadr hazırlığına yanaşma tam fərqlidir. Artıq zamanın tələbindən yaranan yeniliklərə, maddi-texniki bazaya, geniş təcrübə təsərrüfatlarına, ən müasir tədris və təcrübə şəraitinə malik  laboratoriyalara, auditoriyalara sahib olmaqla bazar rəqabətli kadrlar hazırlanmalıdır. Əminliklə demək olar ki, Azərbaycan Dövlət Aqrar Universitetində tələb olunan bütün şərait var. Ən önəmlisi isə dövlətin bu sahəyə xüsusi diqqət göstərməsidir. Elə bu diqqətin nəticəsidir ki, son 5-6 ildə universitetin təhsil şəraitində tək ölkə mütəxəssislərini deyil, Avropa mütəxəssilərini də heyrətə gətirəcək işlər görülüb. İki tələbə evi istifadəyə verilib. Tədris təcrübə təsərrüfatı qurulub. Heyvandarlıq və atçılıq komleksləri, quşçuluq, balıqçılıq, arıçılıq tədris mərkəzləri yaradılıb, ilin bütün fəsillərində məhsul yetişdirmək üçün istixanalar tikilib. Hazırda isə ölkədə ən böyük tədris korpusunun, texniki peşə liseyinin inşaası davam etdirilir. 

Bəs bu gün ADAU inkişafın hansı mərhələlərlə təsdiqləyir? Burda işlər necə qurulub və uğura gedən təhsilin hansı strukturlarından keçir ? Dediyim  bu suallara müşahidələr və əldə etdyim faktlarla aydınlıq gətirməyə çalışacam.

Keyfiyyət tədrisdən başlayır

Təbii ki, təhsildə ən önəmli yerlərdən birini tədrisin düzgün qurulması  tutur. Bu baxımdan tədrisdə işin təşkili, payız və yaz semestrlərinin imtahan sessiyalarının qaydalara uyğun tənzimlənməsi olduqca vacibdir və bu məsələ ADAU-da daha çox diqqətdə saxlanılır. Faktlara müraciət edək.
2018/2019-cu tədris ilinin payız və yaz semestrlərinin imtahan sessiyalarının təşkili və keçirilməsi bir qayda olaraq universitet rektorunun müvafiq əmrlərilə rəsmiləşdirilir. Əmrlərdə “Qaynar xətt” in əlaqə telefonu, e-mail ünvanı göstərilir, verilən qiymətlərə etiraz edən tələbələrin müraciətlərinə baxılması üçün  apellyasiya komissiyası təşkil edilir. Şəffaflığın, obyektivliyin, növbətçiliyin və digər məsələlərin təmin edilməsi üçün müvafiq struktur bölmələrə tapşırıqlar verilir, kütləvi informasiya vasitələri nümayəndələrinə və valideynlərə imtahanlarda iştirak etmək üçün şərait yaradılır, imtahan fənləri üzrə mütəxəssis olmayan şəxslərdən ibarət xüsusi nəzarətçilər qrupu və imtahan rəhbəri  müəyyənləşdirilir, İmtahan korpuslarında tibb məntəqəsi təşkil edilir. Rektorun əmrinə müvafiq olaraq tədris işləri üzrə prorektorun sədrliyi ilə sessiyanın gedişində daxil olan müraciətlərin operativ şəkildə araşdırılmasını təmin etmək məqsədilə qərargah yaradılır, xüsusi otaq ayrılır, telefonla təchiz edilir. “Qaynar xətt”ə Universitetin internet ünvanından bir başa onlayn formada müraciət etmək imkanı da yaradılır. Sessiyaların başlanması ərəfəsində fakültə dekanları, kafedra müdirləri, akademik məsləhətçilər (tyutorlar), aidiyyəti struktur bölmələri rəhbərlərinin iştirakı ilə rektorluğun geniş iclası keçirilir, sessiyanın mütəşəkkil təşkili və başa çatması ilə bağlı konkret tap¬şırıqlar verilir. İmtahan qrafikləri, imtahan və kurs işlərinin (layihələrinin) cədvəlləri vaxtında tərtib olunur, təsdiq edilib tələbələrin nəzərinə çatdırılır. Yazılı imtahanların biletlərinin sualları sessiyadan xeyli əvvəl tərtib edilir, kafedra iclaslarında baxılır, tələbələrə çatdırılır, test sualları elektron imtahan bazasına yerləş¬dirilir, tələbələrin semestrlərdə topladıqları balların nəticələri sessiyaların başlanğıcınadək elektron sistemə yüklənir. 

İmtahan sessiyalarının nəticələrinə görə yüksək göstəriciləri olan tələbələrə büdcədənkənar vəsait hesabına  stimullaşdırıcı təqaüdlərin  verilməsi də təhsilin keyfiyyətinə təsir edən amillərdəndir. Bu təqaüdlər təhsil müəssisəsində bu cür tətbiq edilir.

Qəbul imtahanlarında kənd təsərrüfatı ixtisaslarına 500 və daha çox balla qəbul olunan və imtahan sessiyalarında əlaçı təqaüdü alanlara 200 manat, kənd təsərrüfatı ixtisaslarına 400-499 balla qəbul olunan və imtahan sessiyalarında  əlaçı təqaüdü alanlara 100 manat, qeyri kənd təsərrüfatı ixtisaslarına 500 və daha çox balla qəbul olunan və imtahan sessiyalarında əlaçı təqaüdü alanlara 120 manat, qeyri kənd təsərrüfatı ixtisaslarına 400-499 balla qəbul olunan və imtahan sessiyalarında  əlaçı təqaüdü alanlara 80 manat, sessiyada bütün fənlərdən (6-7) 100 bal alanlara 100 manat, 5 fəndən 100 bal alanlara 80 manat, 4 fəndən 100 bal alanlara 60 manat, ingilisdilli 5 ixtisasda sessiyanı müvəffəqiyyətlə başa vuranlara - 70 manat stimullaşdırıcı təqaüd verilir. Təkcə Əfsəl Qazıyev adlı,  respublikada ən yaşlı tələbəyə (50 yaş) ayda 200 manat,   sessiyaları əla qiymətlərlə bitirdiyinə görə 130 manat və bütün fənlərdən 100 bal topladığına görə 100 manat, ümumilikdə 430 manat təqaüd təyin edilib. 

Beləliklə, stimullaşdırıcı təqaüd alanların sayı 160 nəfər olub. 

Tədris və istehsalat təcrübələri

Tədrisdə vacib məsələlərdən biri də istehsalat təcrübələrinin keçirilməsidir. Bu istiqamətdə də ADAU-da işlər yalnız kadr hazırlığı üçün reallaşdırılır. Tələbələr bölgələr üzrə müxtəlif müəssisələrdə istehsalat təcrübəsində olurlar. Saatlı rayonundakı “Agrarco” MMC, Şəmkir rayonu M. Musayev adına təsərrüfat, İsmayıllı rayonu “AzzaAqro” QSC, Neftçala rayonu “Qaraqaşlı Broyler” ASC, Ucar rayon “Müsüslü Quşçuluq Damazlıq” təsərrüfatı tləblərin  nəzəri biliklərini sınaqdan çıxardığı müəssisəlrdəndir. ADAU-nun xarici ölkələrdə təcrübə keçən tələbələri də az deyil.   Hər il mühəndislik fakültəsinin tədris binasında   ənənə şəklini alan “Məzun” yarmarkaları isə tələbəy təhsil müəssisəni bitirəndəndən sonra da biganə qalmamağın göstəricisidir. Təkcə “Məzun” -2019”  yarmarkasında 230-a yaxın  müəssisə və təşkilat iştirak edib, 1124 vakant iş yeri  təqdim olunub. 
2019/2020-ci tədris ili üçün bakalavriat səviyyəsinə 1311, (948 nəfər yalnız dövlət sifarişli) magistratura səviyyəsinə 160 (94 nəfər yalnız dövlət sifarişli) tələbə qəbul olunması o deməkdir ki, ADAU da thsil ən müasir standartlarla tədris edilir. 

 ADAU digər işlərdə də yadda qalan addımlar atıb

Bütün bunlarla yanaşı  Aqronomluq fakültəsində  Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə "Gənc Aqronomlar Məktəbi” adlı layihənin ilk təqdimatı keçirilib. Bununla yanaşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq ediln  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov  Kənd Təsərrüfatı Nazirliyi aparatının müvafiq struktur bölmələri ilə Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Ege Universitetində səfərdə olublar. Səfərdə Ege Universitetinin rektoru Prof. Dr. Necdet Budak, prorektorlar, fakültə dekanları ilə görüş keçirilib və ikili diplomların verilməsi ilə bağlı müzakirələr aparılıb. 

Türkiyənin Beynəlxalq Elm, Mədəniyyət və İdman Dərnəyinin rəhbəri Taner Bozkuş Gəncə şəhərinə  işgüzar səfəri çərçivəsində ADAU-da olub. Görüşdə Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçiriləcək UBİKS-nin Beynəlxalq Elm, Mədəniyyət və İdman Konfransının bir bölməsinin universitetdə təşkili məsələləri müzakirə edilib.

“Aqrar ixtisaslaşmış jurnalistlər" layihəsi çərçivəsində respublikanın müxtəlif ali təh¬sil müəssisələrindən seçilən 35 tələbə ADAU-ya səfər edib. Layihə iştirakçılarını ADAU-nun müasir təhsil şəraiti, texniki baza, tələbələrin sosial həyatı, heyvandarlıq kompleksi, laboratoriyalar, maşın- traktor parkı, istixanalar, vivarium, adlı auditoriyalar, kitabxana və başqa sahələr daha  çox maraqlandırıb. 

Samr Şah (Tian Şah)-British Council ( Britaniya Şurası) Azərbaycan Ölkəsi üzrə Direktoru və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin Mədəniyyət attaşesinin ADAU-ya səfəri zamanı da təhsil əlaqələrin qurulması istiqamətində müzakirələr aparlb. Görüşdən sonra iqtisadiyyat korpusunda  İqtisadi İslahatların Təhlili və Kom¬munikasiya Mərkəzi (İİTKM) Departament rəhbəri Rəşad Hüseynovun iştirakı ilə müəllim və tələbələrə "Sahibkarlığın tədrisi və innovativ təlim üsulları” mövzusunda keçirilən təqdimat da ADAU-ya böyük maraqdan xəbər verir. 

Yüksəkixtisaslı baytar həkimləri yetişdirmək üçün Kənd Təsərrüfatı Nazirliyinin Avropanın ən qabaqcıl universitetlərindən olan Latviya Təbiət Elmləri və Texnologiya Universiteti ilə əməkdaşlığı isə Aqrar Kredit və İnkişaf Agentliyinin həyata keçirdiyi “Kənd Təsərrüfatının Rə¬qabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsi çərçivəsində baş tutub.

ADAU-da vaxtaşırı fermerlərə təlimlər keçirilmsi artıq öz bəhrəsini verir. Bu təlimlərdə heyvandarlığın inkişaf perspektivləri, mövcud problemlər və qarşıda duran vəzifələr  müzakirə edilir, ən aktual məsələlərin həlli yolları göstərilir. Baytarlıq təbabəti və zoomühəndislik fakultəsində qoyunçuluqda damazlıq və seleksiya işinin təşkili layihəsi çərçivəsində “Qoyunlarda süni mayalanma və süngərləmə üsulu ilə bala alınma” təlimində isə  Türkiyənin Qars Qafqaz Universitetinin professorları Yavuz Öztürklər və Cihan Kaçarın iştirak edib və mözu barədə ən müasir yenilikləri səsləndiriblər. 

Universitetin beynəlxalq əlaqələri

Türkiyənin Dicle Universiteti, Portuqaliyanın Porto Universiteti, Polşanın Krakov Kənd Təsərrüfatı Universiteti ilə ADAU arasında əməkdaşlıq müqavilələri imzalanıb və bu iş daim diqqətdə saxlanılır. Erasmus + proqramı çərçivəsində ADAU-nun 2 müəllimi Rumıniyanın Piteşti Universitetində bir həftəlik dərs keçiblər. MÖVLANƏ mübadilə proqramı çərçivəsində 2019/2020-ci tədris ilində Türkiyənin müxtəlif universitetlərində 1 semestr təqaüdlü təhsil almaq istəyən 44 tələbə və 6 müəllimin sənədləri toplanıb, müracitləri təmin edilib. 

"Əczaçılıq" ixtisası üzrə üçüncü kurs tələbəsi  Surə Şıxəliyevanın və ma-gistaturanın "farmakoqnoziya" ixtisaslaşması üzrə birinci kurs magistrantı Nərgiz Rəhimovanın Mövlana mübadilə proqramı çərçivəsində Türkiyənin Ərzurum Universitetində təhsil almaları da beynəlxalq əlaqələrin inkişafı deməkdir. Mövlanə proqramı çərçivəsində bağçılıq kafedrasının dosenti Abbas İsmayılov mühazirə oxumaq üçün Türkiyənin Ərzurum Universitetində ezamiyyətdə olub.  Almaniyanın JD EAST təcrübə proqramı ilə bağlanan müqavilə əsasında Azərbaycan Dövlət Aqrar Universitetinin 12 tələbəsinin 4 və 6 aylıq müddətdə Almaniyada tədris və istehsalat təcrübəsi keçmələri də sadalanan faktların dolğun tərkib hissəsidir.  

ADAU-da təhsil almaq istəyən əcnəbilərin  müraciətlərin hmişə həssaslıqla yanaşılıb, onlara qəbul şərtləri və dövlət təqaüd proqramı haqqında məlumatlar ötürülüb. 

ADAU-da maddi-texniki baza üzrə aparılan işlər

Uzun illər baxımsız və acınacaqlı vəziyyətdə olan Tədris-təcrübə təsərrüfatının əsaslı şəkildə bərpası əslində tələbənin daha geniş təcrübə bazası ilə yanaşı həm də bir tədqiqat mərkəzi qazanması demək olub.  Qıza müddət ərzində 30 baş iribuynuzlu damazlıq mal alınıb, ərazidəki əkin sahələrindən 40 ton arpa, 5,4 ton buğda və 3 ton qarğıdalı biçilib. 34 ha sahədə şum işi görülüb, sahə əkinə hazır vəziyyətə gətirilib. Mövcud olan  1,5 ha numunəvi üzüm bağından məhsul toplanıb, tədris prosesində istifadə edilib, (dequstasiya, laboratoriya analizləri, emal prosesləri, saxlama və s. məqsədlər üçün) təsərrüfatın ərazisində fəaliyyət göstərən heyvandarlıq kompleksindəki heyvanları gündəlik yaşıl yem ilə yemləmək üçün 2 ha ərazidə yonca səpini həyata keçirilib. Bundan başqa yay aylarında yeni tikinti layihələri də həyata keçirilib. Heyvan kəsimi sexi, 60 nəfərlik auditoriya və laboratoriyadan ibarət 1 mərtəbəli bina tikilib, avadanlıqlarla təchiz edilib və istifadəyə verilib, binanın ətrafında abadlıq və yaşıllaşdırma işləri görülüb, əraziyə yeni asfalt örtüyü salınıb. Həmçinin ərazidə mövcud olan müasir heyvandarlıq kompleksi üçün 1 ədəd otdoğrayan və 1 ədəd yemxırdalayan aqreqat alınıb. Qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində heyvanlar üçün yonca kipləri tədarük olunub. Ərazidə  bir neçə il əvvəl istifadəyə verilən laboratoriya, anbarlar, qoyun tövləsi və digər binalar əsaslı təmir edilib. Yeni su anbarı və yay tədris auditoriyaları tikilib, istifadəyə verilib. Subartezian quyularının məhsuldarlığını artırmaq məqsədilə onların əsaslı təmiri işləri həyata keçirilib, ərazidəki işiq sistemi yenidən qurulub. 2 ha sahədə yeni meyvə bağı salınması artıq reallaşmaq üzrədir. 

Mühəndislik korpusunun geniş əraziyə malik, bərbad və acınacaqlı vəziyyətdə olan -1 də olan otaqları əsaslı şəkildə təmir edilərək müasir formaya gətirilib. Beləliklə korpusda. 20-yə yaxın yeni auditoriya və laboratoriya yaradılıb, müasir avadanlıqlarla təchiz edildi. Yeni tədris ilindən burada tədris məşğələləri keçirilir. 

Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin tədris korpusunun 4-cü mərtəbəsi əsaslı təmir edilərək yeni tədris ilindən istifadəyə verilib.

Universitetdə tələbə gənclərə qayğı daim diqqət mərkəzindədir, onların bilik və bacarığından səmərəli istifadə olunur. Əlamətdar hadisələrlə bağlı tələbələrin rəsm əsərlərinin sərgisi, inşa müsabiqələrinin keçirilməsi universitetdə artıq ənənə şəklini alıb ki, bütün bunlar da onların  intellektual səviyyəsinin yüksəldilməsinə səbəb olur.          

ADAU 100 illik yubileyə hazırlaşır 

Mərkəzi arxivin və ADAU-nun arxivinin sənədlərinə istinadən müəyyən edilib ki, 1920-ci il noyabrın 13-də Azərbaycan İnqilab Komitəsinin sədri  Nəriman Nərimanovun imzaladığı qərarla Bakı Politexnik İnstitutu təsis edilib, dekabrın 14-də bu institutun nəzdində 5 fakültə, o cümlədən kənd təsərrüfatı fakültəsi yaradılıb, bununla da ölkəmizdə ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılıb. 

Beləliklə 2020-ci il dekabr ayında  zəngin tarixə və ənənələrə malik Azərbaycan Dövlət Aqrar Universitetinin 100 illiyi tamam olur. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi  ADAU rektorunun rəsmi məktubuna müsbət cavab verərək 2020-ci ilin dekabr ayında Azərbaycan Dövlət Aqrar Universitetin 100 illik yubuleyinin keçirilməsinə icazə verib. 
Hazırda yubileyə geniş hazırlıq işləri aparılır.

ADAU TV

ADAU da yeni TV-nin yaradılması da  böyük maraqla qarşılanıb. Bu TV 2019-cu il sentyabrın 17-də yaradılıb və “ADAU TV” adlanır. Televiziyanın ilk efiri oktyabrın 1-də baş tutub. Bu televiziyanın yaradılması bir əsrlik şərəfli yol keçən Azərbaycan Dövlət Aqrar Universiteti üçün daha bir yenilik kimi tarixə düşüb. İnternet TV-nin yaradılmasında məqsəd baş verən yenilikləri daha geniş auditoriyaya yaymaq, tələbə həyatının bütün sahələrini əhatə etməklə debatlar, canlı verilişlər yaymaqdır. Bu tribuna ən əsası ADAU-nun təbliğində böyük rol oynayacaq. Aqrar təhsilin inkişafına dövlət qayğısının nəticəsi olaraq bazar rəqabətli kadr hazırlığından söhbət açacaq.

Və sonda

Bir daha demək istəyirəm ki, torpaq hər bir xalqın malik olduğu elə sərvətdir ki, ona düzgün qulluq edildikdə daha böyük gəlir verir. Torpağa savadsız münasibət təkcə gözlənilən məhsulun deyil, gələcək nəsilə çatacaq məhsulun taleyini də şübhə altına alır. Çünki ərzaq məhsulları bəşər övladının həyatı üçün mühüm amildir və onun istehsalına da çox ciddi münasibət bəslənməlidir. Təbiətin əliaçıqlıq edərək münbit torpaqla mükafatlandırdığı xalqlar bu nemətin qədrini bilib, ondan ağıllı qaydada istifadə etməsə, daha acı məğlubiyyətlə üzləşə bilər. Ağıllı münasıbət isə aqrar təhsildən, onun incəliklərindən yaranır. Və bir də bu cür müqəddəs əməl sahiblərini şantaj etmək, onların bəşəri işlərinə kölgə salmaq bütün dəyərlərimizə hörmətsizlik deməkdir. Bax bu cür yanaşma yolverilməzdir, ən azından ərzaq məhsulları yetişdirən insanlara nankorluqdur.

Qalib Rəhimli,
“Media mükafatı” laureatı 









Oxşar xəbərlər
01:51, Bu gün
Çində zəlzələ oldu
01:50, Bu gün
Qaradağda ağır yol qəzasında iki nəfər yaralanıb
01:49, Bu gün
Putin müşavirini işdən qovdu
01:24, Bu gün
Fransa Yeni Kaledoniyaya əlavə hərbi qüvvələr göndərir
01:00, Bu gün
Türkiyənin Egey sahillərində kəşf ediləcək məkanlar
00:58, Bu gün
Zaqatala ərazisinə dolu yağıb
00:45, Bu gün
Türkiyə Prezidenti “Avroviziya”nı ailə dəyərlərinə təhlükə adlandırıb
00:39, Bu gün
Qaxda maşın təmiri sexləri yanır
00:04, Bu gün
Rəisiyə hədiyyə edilən üzük meyitin tapılmasında kritik rol oynadı - FOTO
20 May 2024 | 23:47
Ərdoğan: Türkiyə Azərbaycanla Ermənistan arasında davamlı sülhə nail olmaq üçün hər cür səy göstərir
20 May 2024 | 23:27
Çin aprel ayında Rusiyadan neft idxalını azaldıb
20 May 2024 | 23:17
Roza Zərgərli bu fotolarla gündəmə gəldi
20 May 2024 | 23:13
Ərəb şirkəti Avropadan 144 təyyarə alır
20 May 2024 | 22:59
Ədliyyə naziri Tovuzda vətəndaşları qəbul edib
20 May 2024 | 22:57
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 20 nəfər həbs olundu
20 May 2024 | 22:47
ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib
20 May 2024 | 22:46
Muxtar Babayev Tacikistanın sənaye və yeni texnologiyalar naziri ilə görüşdü
20 May 2024 | 22:44
"Estoniya NATO qoşunlarının Ukraynaya göndərilməsinə çağırış edib" - "Financial Times"
20 May 2024 | 22:42
ABŞ İrana helikopter qəzası ilə bağlı yardım etməkdən imtina edib
20 May 2024 | 22:42
Rusiyada azərbaycanlılara məxsus restoran yanıb - VİDEO
20 May 2024 | 22:14
Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz
20 May 2024 | 22:12
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
20 May 2024 | 22:01
Türkiyədə milli matəm elan edildi
20 May 2024 | 21:55
“Süni intellektin tənzimlənməsi - Milli parlamentlərin rolu”
20 May 2024 | 21:54
"Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Netanyahunun həbsinə order verilməsini tələb edir" - CNN
20 May 2024 | 21:53
"İran dostları Rusiyanı Rəisinin dəfninə dəvət etməyib, Moskva isə hüzn içindədir..."
20 May 2024 | 21:50
"Liverpul" klubu yeni baş məşqçisinin adını açıqlayıb
20 May 2024 | 21:49
Pakistandan Türkiyəyə maraqlı təklif
20 May 2024 | 21:07
“O,  daha çox Avropa dəyərlərinə üstünlük verir, Rusiyaya qarşı İngiltərə və Fransa ilə münasibət qururdu...”
20 May 2024 | 21:04
Bakı-Tiflis-Qars xətti üzrə yükdaşımalara start verildi
20 May 2024 | 21:03
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
20 May 2024 | 20:52
Azərbaycan-İran əməkdaşlığı regional iqtisadi inkişafa töhfə verəcək
20 May 2024 | 20:50
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
20 May 2024 | 20:42
İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlandı
20 May 2024 | 20:38
Ərdoğan İlham Əliyevə zəng edib
20 May 2024 | 20:35
Azərbaycanda iki teatrın adı dəyişdirilir, işçilərinin maaşı artırılır
20 May 2024 | 20:22
Rəisinin olduğu helikopterin siqnalı ya sönülü olub, ya da...
20 May 2024 | 20:14
Azərbaycan cüdoçusu dünya çempionu olub
20 May 2024 | 20:04
Ağsuçaydan sel keçir, Şahdağa qar yağır - FAKTİKİ HAVA
20 May 2024 | 19:54
Putin müdafiə nazirinin müavinini işdən çıxardı
20 May 2024 | 19:45
BMT TŞ-nin iclasında İrana görə bir dəqiqəlik sükut elan olunub
20 May 2024 | 19:33
Sarımsağı belə yetişdirin – Alma boyda olacaq
20 May 2024 | 19:26
ABŞ və İran arasında gizli danışıqlar - Təfərrüatlar AÇIQLANDI
20 May 2024 | 19:19
Rəisinin helikopteri fövqəladə vəziyyət siqnalı verməyib? - Türkiyəli nazirdən AÇIQLAMA
20 May 2024 | 19:11
Allahşükür Paşazadə Xameneyiyə başsağlığı verdi
20 May 2024 | 19:00
Bəxt onlardan üz çevirdi: Üç bürc üçün mayın sonu sevindirici olmayacaq
20 May 2024 | 18:53
Mühəndis pilot açıqladı: Helikopterin qalıqları sübut edir ki...
20 May 2024 | 18:44
Cavanşir körpüsünün söküntü işləri bu tarixdə bitəcək
20 May 2024 | 18:37
"Ayrı-ayrılıqda gözəlik, amma tamamlana bilmədik" - FOTO
20 May 2024 | 18:30
Faiq Ələkbərli M.Ə.Rəsulzadə ilə bağlı respublika simpoziumunda iştirak edib - FOTO
20 May 2024 | 18:21
BDU-nun Tələbə Elmi Cəmiyyəti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə seminarlara başlayıb - FOTO
20 May 2024 | 18:02
Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır" - VİDEO
20 May 2024 | 17:57
Əli Əsədov qərar imzaladı
20 May 2024 | 17:54
UNEC-in ev sahibliyi ilə Türk Universitetlər Birliyinin 7-ci Baş Assambleyasının iclası keçirilib - FOTO
20 May 2024 | 17:51
BDU tələbələri üçün “workshop”: “Professional CV necə hazırlanır?”
20 May 2024 | 17:48
“Rusiyada diversiyalar törədən partizanlar arasında tanıdığım ruslar da var...”-Ekspert
20 May 2024 | 17:48
"İsrail öz hərbi əməliyyatlarını siyasi strategiya ilə uzlaşdırmalıdır" - Sallivan
20 May 2024 | 17:46
Rəisinin dəfn tarixi və yeri açıqlandı - YENİLƏNİB
20 May 2024 | 17:45
Fəzail Ağamalı: "Siyasi birliyin milli dövlətçiliyimizdə yeri və rolu"
20 May 2024 | 17:41
Qarabağ Universitetinə təyin edilən rektor kimdir? - DOSYE
20 May 2024 | 17:38
Prezident fərman imzaladı
20 May 2024 | 17:37
“İstərdik ki, səmimi olaraq elan etdikləri yolun doğruluğuna inansınlar”
20 May 2024 | 17:35
Türk Dövlətləri Təşkilatının Baş katibi BDU-da - FOTO
20 May 2024 | 17:34
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
20 May 2024 | 17:32
“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqləndi
20 May 2024 | 17:29
Bu mayda yağıntı əvvəlki illərlə müqayisədə daha çox olub
20 May 2024 | 17:26
BDU-nun daha bir tələbəsi İsveçin dövlət təqaüdünün qalibi olub
20 May 2024 | 17:23
Zəngəzur meşələrindən reportaj - VİDEO
20 May 2024 | 17:20
"Azər Axşam mənim üçün heç kimdir"
20 May 2024 | 17:17
BDU-da Heydər Əliyevə həsr edilmiş poeziya gecəsi keçirilib - FOTO
20 May 2024 | 17:13
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
20 May 2024 | 17:11
BDU-da “Şərq filologiyası məsələləri” mövzusunda Respublika elmi konfransı keçirilib - FOTO
20 May 2024 | 17:09
AFFA Hakimlər Komitəsindən sərt QƏRAR
20 May 2024 | 17:05
DJ Fateh BDU-nun tələbə-jurnalistlərinə təlim keçib - FOTO
20 May 2024 | 17:00
Qarabağ Universitetinə rektor təyin edildi
20 May 2024 | 16:55
Sakit okean regionunun institutları Yeni Kaledoniyaya dəstək bəyanatı yayıblar
20 May 2024 | 16:50
Ukrayna Rusiyanın Qara dəniz Donanmasının daha bir gəmisini batırıb
20 May 2024 | 16:45
"Dollar Nizami"yə hökm oxundu
20 May 2024 | 16:40
Deputat: "Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?"
20 May 2024 | 16:35
BDU-da “Könüllülük həftəsi” keçirilir - FOTO
20 May 2024 | 16:29
Xarici dillər üzrə imtahana və əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat aparılır
20 May 2024 | 16:25
Keçən il Azərbaycanda qarşısı alınan erkən nikahların sayı AÇIQLANDI
20 May 2024 | 16:22
Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar
20 May 2024 | 16:20
Hidayət Heydərov dünya çempionatında finala yüksəldi
20 May 2024 | 16:16
Muxtar Babayev Latviya Seyminin sədri ilə görüşdü
20 May 2024 | 16:10
Ötən il Azərbaycanda 74 minə yaxın abort qeydə alınıb - RƏSMİ
20 May 2024 | 16:08
Mədəniyyət Nazirliyinin Teatr sektoruna təyinat olub
20 May 2024 | 16:05
Azərbaycanda neçə nəfər aliment ödəyir?
20 May 2024 | 16:04
TÜRKSOY-un, ADA və ADMİU-nun rəhbərliyi “Əsrə bərabər gün” tamaşasında
20 May 2024 | 16:00
Canlı efirdə QALMAQAL: Dalaşıb efiri tərk etdi - VİDEO
20 May 2024 | 15:55
Qəza olan ərazidə naməlum şəxs göründü - VİDEO
20 May 2024 | 15:49
"Rusiyanın əsl dostu, görkəmli siyasətçi Rəisinin işıqlı xatirəsi həmişə qəlbimdə yaşayacaq" - Putin
20 May 2024 | 15:47
"Sumqayıt" - "Qəbələ" matçına giriş pulsuz olacaq
20 May 2024 | 15:47
"Sumqayıt" - "Qəbələ" matçına giriş pulsuz olacaq
20 May 2024 | 15:42
Ötən il 175 nəfər münasibətdə olduğu şəxsin zorakılığına məruz qalıb - HESABAT
20 May 2024 | 15:37
"Bild": "Rəisinin olduğu helikopter uçuşa yararsız idi"
20 May 2024 | 15:32
İran prezidentinin helikopterinin qəzaya uğradığı yerdən yeni görüntülər - VİDEO
20 May 2024 | 15:31
“Azərbaycanın qərb regionlarında icma əsaslı aqroturizmin inkişafı imkanları və perspektivləri” mövzusunda konfrans keçirilib
20 May 2024 | 15:26
Azərbaycanda 9 kişiyə mühafizə orderi verildi
20 May 2024 | 15:21
Ölkədəki aliment ödəyicilərinin sayı açıqlandı
GÜNLÜK
20 May 2024 | 07:33
“Telefonundan siqnal gəldi, ora gedirik” - Helikopterin yeri bilindi
20 May 2024 | 11:23
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
20 May 2024 | 08:09
Artvində azərbaycanlı qadınların başına oyun açdılar: "Sənin işin kişilərlə..."
20 May 2024 | 08:36
İran Prezidenti və heyəti helikopter qəzasında HƏLAK OLUB
20 May 2024 | 07:47
Xilasedicilər istilik mənbəyinə çatdılar - Əsər-əlamət yoxdur
20 May 2024 | 15:20
Elmira Rəhimova Mahsun Kırmızıgüllə görüşünün səbəbindən DANIŞDI: "Gözlərinə inanmırdı ki, o mənəm..."
20 May 2024 | 07:26
İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident helikopterinin bütün sərnişinləri həlak olub
20 May 2024 | 08:49
İran prezidentinin vəzifəsini icra edəcək şəxsin adı BƏLLİ OLDU 
20 May 2024 | 08:17
Helikopterin qəzaya uğradığı yerin ilk FOTOSU
20 May 2024 | 08:28
İranın polis şefinin öldürülməsi haqda xəbərlər yanlışdır...-“Tasnim”
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
20 May 2024 | 07:33
“Telefonundan siqnal gəldi, ora gedirik” - Helikopterin yeri bilindi
20 May 2024 | 11:23
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
20 May 2024 | 08:09
Artvində azərbaycanlı qadınların başına oyun açdılar: "Sənin işin kişilərlə..."
20 May 2024 | 08:36
İran Prezidenti və heyəti helikopter qəzasında HƏLAK OLUB
20 May 2024 | 07:47
Xilasedicilər istilik mənbəyinə çatdılar - Əsər-əlamət yoxdur
20 May 2024 | 15:20
Elmira Rəhimova Mahsun Kırmızıgüllə görüşünün səbəbindən DANIŞDI: "Gözlərinə inanmırdı ki, o mənəm..."
20 May 2024 | 07:26
İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident helikopterinin bütün sərnişinləri həlak olub
20 May 2024 | 08:49
İran prezidentinin vəzifəsini icra edəcək şəxsin adı BƏLLİ OLDU 
20 May 2024 | 08:17
Helikopterin qəzaya uğradığı yerin ilk FOTOSU
20 May 2024 | 08:28
İranın polis şefinin öldürülməsi haqda xəbərlər yanlışdır...-“Tasnim”