"Bəzi ölkələrdə səfirliklərimizlə diaspor təşkilatları arasında soyuqluq var"
Oxunub: 1102
05 Nov 2019 | 15:27
Moderator.az Avropa Azərbaycanlıları Konqresinin (AAK) Prezidenti Sahil Qasımovun APA-ya müsahibəsin təqdim edir.

- Avropa Azərbaycanlıları Konqresinin (AAK) təsis olunmasından 15 il keçir. AAK-ın 15 illik fəaliyyətini necə qiymətləndirirsiniz?

- Avropa Azərbaycanlıları Konqresi 2004-ci ildə Berlin şəhərində təsis olunub. Əvvəllər AAK tərkibində 50-yə yaxın diaspor təşkilat vardısa, hazırda bu təşkilatların sayı 100-ü keçir. AAK hazırda Şərqi və Qərbi Avropanın, eləcə də qitənin bir çox ölkəsinin, o cümlədən, İsrail, Türkiyə, Ukrayna, Gürcüstan və Moldovanın diaspor təşkilatlarını öz ətrafında birləşdirir. Qurumun Bas Mənzil Qərargahı 2017-ci ildən Avropanın siyasi paytaxtı Brüsseldə fəaliyyət göstərir və bu, Avropanın siyasi institutları ilə daha yaxından işləməyə imkan verir. Avropa Azərbaycanlıları Konqresi 15 il ərzində mühüm yol keçib, təkmilləşib və siyasi təcrübə qazanaraq fəaliyyətini daha da genişləndirib, Azərbaycanın Avropada səsi olaraq güclü bir təşkilata çevrilib.

- AAK-ın fəaliyyətdə olduğu ölkənin dövlət və özəl təşkilatları ilə əlaqələri hansı səviyyədədir?

- AAK Avropanın müxtəlif ölkələrindəki dövlət strukturları, beynəlxalq və ictimai təşkilatlarla sıx əlaqəli şəkildə fəaliyyət göstərir. AAK yeni tərkibdə 2017-ci ildən başlayaraq Finlandiya Parlamentində, Ukrayna Ali Radasında, ATƏT-in Varşava ofisində, Moldavanın dövlət nümayəndələri ilə, İspaniyanın Kataloniya Muxtariyyətində hökumət üzvləri, Brüsseldə Avropa Parlamenti və bir sıra digər rəsmilərlə görüş keçirib, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı aktı barədə geniş məlumat verib, müzakirələr aparıb.

- Fəaliyyətinizdə daha çox hansı çətinliklərlə qarşılaşırsınız?

- Fəaliyyət əsnasında müxtəlif çətinliklər və problemlərlə rastlaşırıq. Problemlərin müxtəlif səbəbləri olur. Bu, həm fəaliyyət göstərdiyimiz Avropa ölkələrindəki siyasi və ictimai vəziyyətdən, həm bu ölkələrdə məskunlaşmış icmalarımızdan qaynaqlana bilər. Necə dəyərlər, nə qədər ölkə mövcuddursa, gündəlik həyatımızda və fəaliyyətimizdə o qədər də çətinlik baş verir. Lakin AAK-ın bu çətinlikləri aradan qaldırmağa gücü yetir və bu çətinlikləri həll etmək iqtidarındadır.     

- Azərbaycanın xaricdəki digər diaspor təşkilatları ilə əlaqələriniz hansı səviyyədədir? Birgə layihələriniz varmı?

- Avropa Azərbaycanlıları Konqresi, sadəcə, Avropa qitəsində deyil, qitədən kənarda olan ölkələrdə baş verən proseslərlə də yaxından maraqlanır və bir çox halda bu məsələlərə müdaxilə edir. AAK-ın Amerika, Asiya və Avstraliyadakı Azərbaycan diaspor təşkilatları ilə sıx əlaqələri mövcuddur. Biz bu təşkilatlarla müxtəlif Forum və qurultaylarda bir araya gəlir, daima əlaqə saxlayır, xüsusən Qarabağ münaqişəsi ilə əlaqədar müxtəlif nüansları müzakirə edirik. Məsələn, bir müddət əvvəl erməni rejissor H. Avanesyanın "Hərb və Sülh dövrünün insanları" filmini biz Avropada həm film festivalından, həm də nominasiyadan çıxarmağa nail olduq. Sonradan bu filmin Amerika festivalından da çıxarılması üçün Amerikadakı Azərbaycan diasporunun rəhbərləri ilə əlaqə yaradıldı və bu filmin Amerikada göstərilməsinə və mükafat qazanmasına yol verilmədi. Belə hallar tez-tez baş verir...         

- Bəzi hallarda istər MDB, istərsə də Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında narazılıqlar yaşanır. Avropadakı diaspor təşkilatlarımız da bu cəhətdən istisna deyil. Sizcə, bu narazılıqların kökündə nə dayanır? Azərbaycan diaspor təşkilatları niyə vahid cəbhədə birləşə bilmir? Narazılıqların aradan qaldırılması üçün hansı təklifləriniz var?

- Bu gün azərbaycanlıları birləşdirə biləcək faktor ortaya qoyulmalıdır. Məsələn, erməni diasporunu "böyük Ermənistan" xülyası birləşdirir. Bu gün xaricdə yaşayan azərbaycanlıları isə Milli liderimiz Heydər Əliyevin də dediyi kimi bir amal birləşdirməlidir - Azərbaycançılıq ideyası... Soydaşlarımızın tarixi Vətənləri ilə əlaqələri daha da möhkəmlənməlidir. Türkiyədə olduğu kimi, xaricdə yaşayan soydaşlarımıza Azərbaycan vətəndaşlığının verilməsi məsələsi gündəmə gəlməlidir. Biz bir millət olaraq iddialı millətik və bütün anlaşılmazlıqlar da bundan irəli gəlir. Düşünürəm ki, narazılıqlar, sadəcə, diaspor təşkilatlarında deyil, digər sahələrdə də mövcuddur və hətta daha da böyükdür. Amma nədənsə hər kəs xaricdəki icmalar arasında birliyin olmamasından bəhs edir. Diasporda müsbət və qarşılıqlı anlaşma halları da az deyil.

- Avropada azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında iştirakı o qədər də nəzərəçarpacaq səviyyədə deyil. Niyə bələdir?

- Tam razıyam. Bu hal Şərqi Avropada qənaətbəxş hesab edilə bilər, amma Qərbi Avropada yox. Məsələn, bizim Latviya Parlamentində həmyerlimiz var. Estoniyada nazir, səhər meri, sonradan Parlament üzvü olan Eldar Əfəndiyev AAK-ın vitse-prezidentidir. Müxtəlif siyasi partiyalarda çoxlu azərbaycanlı var. Ukrayna Prezidenti yanında Milli Azlıqlar Assambleyasının prezidenti Rövşən Tağıyev də AAK-ın vitse-prezidentidir. Amma Qərbi Avropada bu sahədə bizim hələ çox iş görməyimiz lazımdır. Qərbi Avropada azərbaycanlı miqrantlar yerli bələdiyyə orqanlarında, siyasi partiyalarda fəaliyyət göstərirlər, amma bu, uzun prosesdir və müəyyən vaxt tələb edir.   

- Avropada azərbaycanlılarla bağlı hansı aktual problemlər mövcuddur?

- Avropada mövcud olan problemlər hər kəs üçün, o cümlədən azərbaycanlılar üçün də keçərlidir. Qiymətlərin bahalaşması, işsizlik, digər millətlərə qarşı dözümsüzlük, dini ayrı-seçkilik hər kəsin üzləşdiyi problemlərdir.  

- Erməni lobbisinə qarsı mübarizəyə də toxunmaq istərdik. Bu mübarizənin gücləndirilməsi üçün hansı addımların atılması vacibdir?

- Avropadakı və dünyadakı erməni lobbisi sistematik işləyir, əllərində müəyyən resurslar, Fondlar, banklar mövcuddur. Erməni lobbisi sakit və hiyləgərcəsinə fəaliyyət göstərir, hücum taktikası yürüdür. Azərbaycan diasporu isə müdafiə mövqeyindədir, ermənilərin hücumunu dəf etməklə məşğuldur. Biz çox danışıb, az iş görürük. Əldə etdiyimiz nailiyyətləri şişirdib effektini azaldırıq, sistematik işləmirik. Məsələn, 2017-ci ildə AAK və Diaspor Komitəsi, Nizami Gəncəvi Mərkəzi Brüsseldə Separatizmə qarşı beynəlxalq konfrans keçirdi. Konfransa Ukraynadan, Moldovadan, Gürcüstandan, Azərbaycandan siyasətçilər və diplomatlar dəvət olundu, yekun sənəd qəbul edildi. Antiseparatizm Mərkəzinin təsis edilməsi üçün təşəbbüs qrupu yaradıldı. Düşünürük ki, nəhayət, böyük bir iş gördük. Amma 2 il keçməsinə baxmayaraq, bu ideya ortada qaldı. AAK məsələni nə qədər gündəmə gətirsə də, ikinci tədbirin keçirilməsi mümkün olmadı. Dünyadakı və Avropadakı erməni lobbisinə qarşı hər gün, hər saat mübarizə aparılmalıdır, bu məsələ özfəaliyyət səviyyəsinə endirilməməlidir. Erməni lobbisinə qarşı mücadilə, sadəcə, diaspor təşkilatları səviyyəsində olmamalıdır. Bu mübarizə hər kəs tərəfindən aparılmalı, lobbiçilik siyasəti genişləndirilməlidir.     

- Avropa ölkələrindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlər edilir. Həm deputatlar, həm siyasətçilər, həm də digər şəxslər Azərbaycanın etirazlarına və sanksiya tədbirlərinə (XİN həmin şəxslərin adını "qara siyahı"ya salır və s.) baxmayaraq, Dağlıq Qarabağa səfər edirlər. Dağlıq Qarabağ həqiqətlərinin çatdırılması, erməni işğalının tanıdılması və bu səfərlərin qarşısının alınması istiqamətində AAK olaraq konkret hansı addımlar atırsınız?

- Düşünürəm ki, bu məsələdə, sadəcə, diaspor təşkilatları deyil, daxildə və xaricdə bütün Azərbaycan durmadan çalışmalıdır. Qarabağın tanıdılması istiqamətində erməni lobbisi məqsədyönlü fəaliyyət göstərir. Sadəcə, "qara siyahı" və ya bəyanatların effekti görünməyəcək. Azərbaycan dövləti və Azərbaycan diasporu Avropada bu işin əksini görməlidir, Qarabağ haqqında filmlər çəkilməli, müxtəlif dillərdə çoxlu sayda kitab yazılmalıdır. Bu kitabların və filmlərin hər ay müxtəlif ölkələrdə təqdimatı keçirilməlidir. Avropalılardan ibarət "Azərbaycanın dostları" adlı təşkilatlar yaradılmalıdır. Biz təbliğatda uduzuruq. Xocalıya aid, Qarabağ müharibəsinə aid, tanınmış kino ulduzlarının iştirakı ilə möhtəşəm filmlər çəkilməlidir. Biz bu gün xaricdəki diaspor təşkilatlarının bir mərkəzdən idarə olunmasına belə nail ola bilməmişik. 17 ildir, təşkilatlanmış və fəaliyyətdə olan diaspor təşkilatları nədənsə yenidən qurulmağa başlayır. Bəs, bizim diaspor tariximiz, diaspor strategiyamız harda qaldı? Biz bu gün fəxr edirik ki, ilk diaspor təşkilatımız ötən əsrin 50-ci illərində Amerikada qurulub. Bu, bizim tariximizdir. Yenidən qurulan diaspor təşkilatları ilə yanaşı, müvafiq qurumlar illərlə fəaliyyət göstərən təşkilatlara hörmət və ehtiramla yanaşmalı, onların gücündən və siyasi əlaqələrindən məharətlə istifadə etməlidirlər. O zaman Azərbaycan diasporu daha effektiv güc nümayiş etdirə bilər.

- Avropada yaşayan bəzi azərbaycanlı mühacirlər tərəfindən Azərbaycan əleyhinə çağırışlar edilir, müxtəlif aksiyalar keçirilir. Belə çağırışların, ümumilikdə Azərbaycan əleyhinə fəaliyyətlərin qarşısını almaq üçün hansı tədbirlər görürsünüz?

- Avropa Azərbaycanlıları Konqresi Avropada yeganə qurumdur ki, Azərbaycandan olan radikal siyasi mühacirlərə qarşı siyasi mübarizə aparır, bəyanatlar verir, icmalarla təbliğat işləri aparır, bəzi ölkələrin hüquq-mühafizə orqanları ilə birlikdə radikal qüvvələrin fəaliyyətinə qarşı hüquq və qanun çərçivəsində məsləhətləşmələr aparır. Radikal mühacir qüvvələr, əfsuslar olsun ki, sadəcə, Avropada deyil, digər bölgələrdə də aktivləşməkdədir. Yerlərdə diaspor təşkilatları gücləndirilməlidir. Avropanın bütün ölkələrində, böyük şəhərlərində "Azərbaycan Evləri" açılmalı və bu evlər bəlli kütlə üçün deyil, bütün soydaşlarımızın üzünə açıq olmalıdır. Səfirliklərimiz və diaspor icmaları əlaqəli fəaliyyət göstərməlidir. Bəzi ölkələrdə səfirliklərimizlə diaspor təşkilatları arasında soyuqluq var. AAK Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyi ilə birlikdə fəaliyyət göstərir, işbirliyini daim genişləndirir, məsləhətləşmələr aparır, bu da bizim Avropada fəaliyyətimizi xeyli effektiv edir. Düşünürəm ki, Avropanın digər ölkələrində də bu işbirliyi olmalıdır.

- Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi dəyişdi. Dövlət Komitəsinin işində də bir dəyişiklik baş verdimi? Ümumilikdə, Komitənin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Diaspor Komitəsinin rəhbərliyində dəyişiklik baş versə də, təəssüf ki, dünyadakı diaspor təşkilatlarının fəaliyyəti sanki donmuş vəziyyətdədir. Beynəlxalq tədbirlər, o cümlədən, konfranslar, forumlar, toplantılar keçirilmir. Təcrübəli və yerlərdə geniş siyasi əlaqələri olan təşkilatlar proseslərə cəlb olunmur və sonda xaricdəki diasporumuzda soyuqluq, inciklik yaranır. Nəticədə Diaspor Komitəsi tərəfindən dəstək görməyən təşkilatlar get-gedə zəifləyir, ideoloji rəqiblə və əzəli düşmənlərimizlə mübarizədə kənarda qalır və ya uduzur. Diaspor Komitəsinin yeni rəhbərliyi dünyada mövcud olan, dövlətçiliyimizə xidmət edən, öz tarixini Vətənini sevən bütün diaspor təşkilatlarını qucaqlamalı, diasporu "yeni" və "əvvəlki" kateqoriyalara bölməməlidir. O zaman Azərbaycan diasporunun gücü görünəcək.
Oxşar xəbərlər
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:33
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
04 May 2024 | 13:29
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:29
Əli Əsədov Türkiyəyə gedəcək
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:35
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:33
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
04 May 2024 | 13:29
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:29
Əli Əsədov Türkiyəyə gedəcək
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:35
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı