"Heydər Əliyevi cəbhəçilər mühafizə edirdi” - Şok açıqlama
Siyasət
Oxunub: 8332
19 Jun 2013 | 14:24
Müşfiq Mədətov... Bu ad bəzi oxuculara, xüsusən də gənc nəslə bəlkə də heç nə demir. Amma vaxt vardı ki, bu ad mətbuatda, ictimaiyyətdə, adi adamlar arasında tez-tez çəkilirdi, çox populyar idi. Ondan az qala hər gün yazırdılar, onu ittiham və müdafiə edirdilər. O, sıradan, adi bir məhbus deyildi. Çünki o, tutduğu posta görə adi adam olmamışdı. Prezidenti qoruyan şəxsin siyasi və sair ittihamlarla həbsi Azərbaycan kimi avtokratik ölkələrdə əsl hadisəyə çevrilməli idi və çevrildi də...

Ulduzu birdən-birə parlayan Müşfiq Mədətovun gözqamaşdırıcı karyerası qəfildən də yarıda kəsildi. Çoxunun gözünü qamaşdıran o parlaq ulduz da çox tez söndü. Tale ona qəribə sürprizlər hazırlayıbmış. Hələ çox gənc ikən - 24 yaşında Heydər Əliyev kimi böyük və nüfuzlu bir adamın şəxsi mühafizəçisi mərtəbəsinədək yüksələn Müşfiq Mədətov haradan biləydi ki, 29 yaşında polis rəisi qismində, buz baltası kimi, sapsağlam halda həbsə düşüb oradan bir də 15 il sonra sözün əsl mənasında yarımcan halda, keçmiş siyasi məhbus statusu ilə çıxacaq?! Belə taleli insanlar az-az olur... Həsəd aparılası tale də deyil heç.

Ömrünün 15 ilini həbsxana divarları arasında keçirmiş, üst-üstə aylar uzunu təkadamlıq kamerada qalmış, hər cür işgəncələr, basqılar, təzyiqlər görmüş bu adamı yaxşı, “yumşaq” müsahib saymaq olmaz. Amma o da var ki, çox maraqlı müsahibdir. Danışdıqca maraqlı məqamlara toxunur. O məqamlara ki, onlar zaman-zaman kimlərəsə sərf etməyib deyə təhrif olunub, unudulub, unutdurulub. O məqamlar ki, Azərbaycanın son dövr ictimai-siyasi tarixinin ən həssas nöqtələri məhz onların üstündə qurulub.

Dediyimiz kimi, Müşfiq Mədətovla ütülü söhbət çətin alınan işdir. Ona görə də diqqətli və tələbkar oxucuların bu müsahibədə rastlaşa biləcəyi qüsurlar, tutaq ki, bir sualın başqa formalarda bir daha verilməsi, artıq haqqında söz açılmış mövzuya bir də qayıdılması “pinti redaktə”nin ayağına yazılmasın. Müşfiq Mədətovun dediklərini olduğu kimi, “sığallayıb tumarlamadan” təqdim etməyi üstün tutduq...

- Müşfiq bəy, həbsdən çıxmağınızdan may ayında iki il ötdü. Yanılmırıqsa, bu müddətdə mətbuata heç danışmamısınız. Məhbəsdən sonra müsahibə vermisinizmi?

- Yox.

- Sizdən müsahibə almaq istəyən olmayıb, yoxsa olub, amma siz razılıq verməmisiniz?

- Yox. Heç vaxt olmayıb.

- Maraqlıdır, siz 15 il məhbus olmusunuz. Həbsdən çıxandan sonra da kimsə sizdən müsahibə almaq istəməyib, ya da buna cəhd etməyib?

- Görünür, istəməyiblər.

- Hələ həbsdə olarkən özünüzü siyasi məhbus adlandırmısınız. Əsasınız vardımı buna?

- Bəli. Özümü siyasi məhbus hesab etmişəm. Çünki haqlarım pozulmuşdu.

- Bildiyimiz qədər həbsdə olarkən sizdən çox işgəncəyə məruz qalan da olmayıb.

- Xeyr, olmayıb. Məhbəsdə mənə verilən işgəncələrin izi bədənimdə hələ də qalır. O qədər döyüblər ki, bir ayağımda hələ də şiş var. Bu şişə, zədələrə görə də ayaqlarımdan birinin ölçüsü 46, o birininki isə 48-dir. Biləklərimdə qandalların izi hələ də qalır. Burnumda, başımda çapıq və tikişlər var.

- Həbsdə olarkən sizə qarşı olan bu amansız münasibət nədən irəli gəlirdi? Bu, həbsxana rəislərinin özfəaliyyəti, özbaşınalığı, qəddarlığı idi, yuxarılara öz xidmətlərini göstərmək üçün belə edirdilər, yoxsa sifariş yuxarıdan gəlirdi?

- Məncə, yuxarıların bundan xəbəri yox idi. Amma mənə dözülməz işgəncələr verirdilər. Özü də bunu sanki acığa, ya da həzz almaq üçün edirdilər. Həbsxanada məndən çox işgəncə alan adam yox idi. Həbsxana işçiləri mənə işgəncə verməkləri ilə fəxr də edirdilər. Ağaməmməd Məmmədov, Dəmir Bayramov adlı həbsxana rəisləri dustaqlara deyirdilər ki, baxın, Müşfiqə belə cəza vermişiksə, ona belə eləmişiksə, bəs siz kimsiniz. Karsda ən çox tək saxlanılan məhbus da mən olmuşam.

- Həbsdə olduğunuz müddətin nə qədərini karsda qalmısınız?

- Bunları özüm üçün qeyd kimi yazıb saxlamışam. Karsda 271 gün qalmışam, qapalı rejimdə isə 4 il 6 ay. MTN-də 11 ay bir otaqda tək-tənha saxlanmışam. Heç kəsi görməmişəm. Sonra da gəlib ikinci dəfə Bayıla düşmüşəm. Bunlardan da əlavə “zon”larda 17 dəfə etap olunmuşam. Bu da o deməkdir ki, bir dustağın yerini 17 dəfə dəyişiblər. 1998-ci il, mayın 21-də məni Bayıldan 6-cı kolona apardılar. Halbuki polis rəsi olduğum üçün məni heç vaxt dustaqlarla bir yerdə saxlaya bilməzdilər. Bayıl türməsinin rəisi Dəmir Bayramov məndən 25 min dollar rüşvət aldı. Bununla bağlı Səbayel Rayon Məhkəməsinə də dəfələrlə müraciət etmişəm.

- Rüşvəti sizdən niyə aldı?

- Aldı ki, səni 9-cu kolona göndərəcəyik.

- Siz Heydər Əliyevin mühafizəçisi olmusunuz. Bakıya onunla birgə Naxçıvandan gəlmisiniz. Necə oldu ki, mühafizəyə işə düzəldiniz?

- Mən 10 ilə yaxın Naxçıvanda cüdo ilə məşğul olmuşam. Hamı məni tanıyırdı. Vasif Talıbov da, Heydər Əliyev də bizim qonşumuz idi. Bir binada qalırdıq. Anam indi də o binada yaşayır. Heydər Əliyev 1991-ci ildə Moskvadan Naxçıvana gələndən sonra bizim binada qalırdı. Bacısı qızıgilin evində yaşayırdı. Sədərəkdə Ermənistanla savaş başlayandan sonra özünümüdafiə dəstələri yarandı. Mən də o dəstədə döyüşürdüm. Həsən Əliyev rəhmətə gedəndə mənə müraciət etdilər. Bilirdilər ki, mən özünümüdafiə dəstələrində vuruşuram, idmançıyam. Biz beş nəfər idik. Bir gün dedilər ki, Həsən Əliyev rəhmətə gedib, Heydər Əliyev də Bakıya yas yerinə gedir, onun mühafizəsini siz təşkil edəcəksiniz.

- Sizi mühafizə dəstəsinə kim götürdü?

- Naxçıvanın daxili işlər naziri Tahir Allahyarov. Bizi o çağırdı bu işə. Gəldik Bakıya. Heydər Əliyev Bakıda Elçibəylə, Rəhim Qazıyevlə görüşdü. Amma Heydər Əliyev o vaxt Bakıdan Naxçıvana qayıtmadı. Partbiletini təhvil vermək üçün Bakıdan Moskvaya getdi.

O, Moskvaya gedəndən sonra bizi Bakıda aeroportda həbs elədilər. Beşimizin də silahımızı əlimizdən aldılar. Sonra Naxçıvandan olan Ali Sovetin deputatları işə qarışdı. Dedilər ki, biz Bakıya Heydər Əliyevlə gələn adamlarıq. Bundan sonra bizi buraxdılar. Naxçıvana gedəndə bizi orada Daxili İşlər Nazirliyində işə qəbul etdilər. Mən ali təhsilli idim. Bakıda hüquq fakültəsində oxumuşam, sonra o fakültəni Naxçıvanda açdılar, ora köçürüldüm. 1991-ci ildə universiteti bitirdim. İkinci təhsilimi Polis Akademiyasında alırdım. İki imtahanımı verdim, üçü qalmışdı, həbs olundum. İndi də yenidən imtahan versəm, diplomumu ala bilərəm. Nə isə, o zaman mənə leytenant rütbəsi, o birilərinə isə serjant verdilər ki, qanuni şəkildə silah gəzdirə bilək. Sonralar, 1992-ci ilin dekabrında məni Naxçıvanda cinayət-axtarış idarəsində işə təyin etdilər. Naxçıvan şəhərindəki 8-ci mikrorayon ərazisinə məsul idim. 1993-cü il, iyunun 5-də, ya da 7-də gəldik Bakıya. İyun hadisələri isə olmuşdu ayın 4-də.

- Neçənci ildən Heydər Əliyevlə bir yerdə işləmisən?

- 1991-ci ildən. Heydər Əliyev Naxçıvana gələndən üç ay sonra onun mühafizə xidmətində olmuşam.

- Heydər Əliyevin mühafizəsində neçə nəfər olmusunuz?

- Əmir, "Özbək" ləqəbli İlqar, Qafar, mən... Bir nəfər də var idi. Amma adı yadıma düşmür. Bir də Adil Sadiqov vardı. Adil rəisimiz idi. Beş nəfər idik Naxçıvandan gələnlər. Gündüz saat 12-də Heydər Əliyevi Ali Məclisə işə aparırdıq. İşdən çıxanda da gətirirdik evə. Blokda da dayanıb evi mühafizə edirdik. Elə blokdaca da yatırdıq. Bizdən qabaq Heydər Əliyevi Moskvadan gələndə Fərəc Quliyev, Siyavuş Mustafayev, cəbhəçilər mühafizə edirdi. Sonra cəbhəçilər ayrıldı, biz mühafizə etdik. Onlara qarşı atışmada da olmuşuq.

- Heydər Əliyevlə cəbhəçilər arasında münasibətlər pozulandan sonra onu siz mühafizə etdiniz?

- Bəli. O vaxt Fərəc Quliyev Heydər Əliyevi öz kəndlərinə qonaq aparmışdı. Bunu hamı bilir. Heydər Əliyev Ali Məclisə sədr seçiləndən sonra onların münasibətləri nəsə pozuldu. Heydər Əliyev gələndə Siyavuş Mustafayev Naxçıvanın idman naziri idi. Sonradan daxilİ işlər naziri vəzifəsinə keçəndə narazılıqları oldu.

- Müşfiq bəy, siz o zaman Heydər Əliyevlə çox yaxın olmusunuz. Onu necə xarakterizə edərdiniz? Onunla işləmək maraqlı idi, yoxsa çətin? Siz mühafizəçilərlə ünsiyyəti vardımı?

- Naxçıvanda olanda da, Bakıda olanda da biz mühafizəçilər hər gün onun önündə düzülürdük. Bizdən bir problemimizin, istəyimizin olub-olmadığını soruşurdu. Bizimlə həmişə mehriban olub, qayğımıza qalıb. Bizimlə həmişə söhbət edərdi. Amma bizdən kimsə çıxıb deməzdi ki, Heydər müəllim, mənim problemim var. Əslində isə hamımızın problemi var idi. Amma heç kim bunu dilinə gətirib onu öz qayğıları ilə yormazdı. Hər kəs sakitcə başını aşağı salıb öz işini görürdü.

- Böhranlı vəziyyətlər, Heydər Əliyevə Naxçıvanda hücumlar çox olub. Bu hallarda qorxmurdunuzmu?

- Bəli, belə hücumlar çox olub. Naxçıvanda cəbhəçilər bizə hücum ediblər. Daxili İşlər Nazirliyini alanda da hücumlar olub. Naxçıvanda tək idik, heç kəsimiz yox idi. Cəbhəçilər istəsəydi, bizi öldürərdilər. Amma risk eləmədilər, xalqdan qorxdular.

- Naxçıvanda olanda sizin fəaliyyətinizi kim koordinasiya edirdi?

- Vasif Talıbov. Naxçıvanda olanda bizim bütün işlərimizə o baxırdı. Bakıya gələndən sonra isə bizim xidmətə, mühafizə işlərinə Bəylər müəllim (prezidentin şəxsi mühafizəsinin rəisi, general Bəylər Əyyubovu nəzərdə tutur-red.) rəhbərlik edirdi. Biz bir yerdə gəlmişdik Bakıya.

- Naxçıvandan, yəni əyalətdən Bakıya gəldiniz. Bakı isə tanımadığınız məkan, əhalisi çox olan şəhərdir. Belə yerdə işləməyə alışmaq sizin üçün çətin olmadı ki?

- Şəhər həyatı deyəndə ki, bizim Bakıda evimiz-eşiyimiz, heç qalmağa yerimiz də yox idi. Heydər Əliyev onda qardaşı Cəlal Əliyevgildə qalırdı - Yaşıl Teatrla üzbəüz binada. Biz burada da eyni işi görürdük. Heydər Əliyevi hər gün işə aparır, axşam da evə gətirirdik. Axşam evə gələndə də elə blokda yatırdıq. Heydər Əliyev Ali Sovetin sədri seçilənə qədər blokda yaşadıq. Elə betonun üstündə növbə ilə yatıb dincəlirdik. Ağır günlər idi. Amma hamımız bunu canla-başla edirdik. O kişiyə sədaqətimizdən. Heydər Əliyev 1993-cü ilin oktyabrında prezident seçiləndən sonra göstəriş verdi ki, indiki “Hilton” otelinin yerindəki təzə “İnturist” mehmanxanasında bizə yer ayrılsın. Ali Sovetdə işlər idarəsinin müdiri Akif Muradverdiyev bizə pul ayırdı. Biz - Naxçıvandan gələn beş nəfər üç ay o oteldə yaşadıq.

- Belə çıxır ki, Heydər Əliyev yalnız Naxçıvandan gələn mühafizəçilərə, yəni siz 5 nəfərə güvənirdi. Amma axı Bakıda da prezidentin mühafizə idarəsi var idi...

- Biz gələndə o idarə Elçibəylə işləyirdi, onu qoruyurdu. Biz birinci dəfə görüşlərə gedəndə idarənin rəisi Vaqif Axundov və mühafizə idarəsinin qalan əməkdaşlarının hamısı Elçibəyin yanında olurdular. Onu qoruyurdular. Rəfael Allahverdiyev onda bizə bir “Niva” vermişdi. Heydər Əliyevə də bir maşın ayırmışdılar. Heydər Əliyevi yalnız biz mühafizə edirdik. Bir də 10 nəfər OMON-çu var idi. Onları da Heydər Əliyevin mühafizəsi üçün Rövşən Cavadov göndərmişdi. OMON-çu uşaqlar da bizə kömək edirdilər. Onların da yeri yox idi, elə maşında yatırdılar.

- Bəs həmin ağır günlərdə gündəlik xərclərinizi necə qarşılayırdınız? Yemək pulu, filan...

- Bu xərci də bir-iki dost-tanış çəkirdi.

- Qatı heydərçilərdən bu məsələdə kömək edən yox idi?

- Yox. Elə öz dostlarımız sağ olsun. Bizi 3 aydan sonra çağırdılar ki, burada, Bakıda qalmaq istəyənlər qalıb işləsin, istəməyənlər də Naxçıvana qayıtsın. Bu, Heydər Əliyevin göstərişi idi. Bəylər müəllim dedi ki, burada qalanlar işlə təmin olunacaq, istəməyənlər də Naxçıvana Daxili İşlər Nazirliyinə işinə qayıtsın. Mən, Əmir və İlqar Bakıda qaldıq.

- Siz niyə Bakıda qaldınız?

- Qalmaq istədim və qaldım.

- Peşman oldunuzmu buna sonralar?

- Xeyr. Nə qazandımsa, burada qazandım. Müşfiq Mədətov adını burada Heydər Əliyevin sayəsində qazandım.

- Bəs rəsmi vəzifəyə nə vaxt təyin olundunuz?

- Mühafizə idarəsində mənə növbə rəisi vəzifəsini verdilər. Çətin iş idi. Rus dilini bilməməyimiz də bizə çətinlik yaradırdı.

- Bildiyimiz qədər Heydər Əliyev xarici ölkələrə gedəndə yanında mütləq sizi aparırdı...

- Bəli. Hara gedibsə, bir yerdə getmişik. Məni də aparıb.

(Virtualaz.org)
Oxşar xəbərlər
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı