"O, siyasətdən heç vaxt getməyib və ölkədəki proseslər həmişə onun diqqət mərkəzində olub"
Oxunub: 1355
18 Oct 2019 | 18:09
Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun yenidən fəal siyasətə qayıdacağına dair yayılan məlumatlara münasibət bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki,  Etibar Məmmədovun siyasətə qayıdışının heç bir faydası olmayacaq: 

“Etibar Məmmədov siyasətdən getdiyini deyəndə hər şey yağ-bal içində deyildi ki, indi deyir, vəziyyət ağırdır. Adama deyərlər, 15-20 ildir ölkə bu vəziyyətdədir, niyə siyasətdən getmişdin? Seçkilər yaxınlaşır, müəyyən qüvvələr Azərbaycandakı gizlin, aşkar sistemlərini fəallaşdırıblar. Ona görə də, bu cür ideyalar meydana çıxacaq.
Hər bir Azərbaycan vətəndaşı siyasətə gələ də bilər, gedə də bilər, ancaq bunu ictimai hadisə, sosial sifariş kimi qələmə vermək demoqoqluqdan başqa bir şey deyil. Xalq nəyə görə Etibar Məmmədovu istəməlidir ki, 20 ildir əzab çəkir, heç yadına da düşməyib, indi seçkilər yaxınlaşanda, birdən-birə səni istədi?
O, siyasətə gələ bilər, ancaq bu qayıdışı belə təqdim etməyin əleyhinəyəm. Guya cəmiyyət tələb edir ki, Etibar Məmmədov siyasətə qayıtsın, xalqı xilas etsin. Etibar Məmmədov 1998-ci ildə bütün müxalifət seçkini boykot edirdi, o getdi seçkiyə. 2003-cü ildə bütün müxalifət İsa Qəmbəri dəstəkəyirdi, o yenə gedib alternativ seçki bloku qurdu. 2005-ci ildə parlament seçkilərində ümumi müxalifətlə bir yerdə olmadı, tamamilə fərqli yol tutdu.
Baxmayaraq ki, o tutduğu heç bir yolda nəticə əldə etmədi, xalqın, seçicilərin parçalanmasına səbəb oldu. Keçmiş təcrübələrə əsasən deyirəm ki, Etibar Məmmədov siyasətə qayıtmasa, yaxşıdır. Onun qayıtması yaxşı heç nə vəd etmir. 
İndi bunu hansı formada təqdim edirlər, öz işləridir. Ancaq Azərbaycanda yaranmış vəziyyətə görə məsuliyyət daşıyan adamlardan biri Elçibəyə əsas müxalifət olan Etibar Məmmədovdur, onun partiyası AMİP-dir. Müxalifətin kimliyi ölkənin taleyində çox önəmli rol oynayır. O vaxt Etibar Məmmədov hakimiyyəti müdafiə etsəydi, Rusiyanın planlarının qarşısı alına bilərdi. Belə olsaydı, Azərbaycan tamamilə fərqli tarixi inkişaf yolu keçmişdi. Nə yeddi rayon işğal olunacaqdı, nə də Rusiyanın Azərbaycanı imperialist təsirinə salmaq imkanları yaranacaqdı.
O vaxt AMİP ölkənin ən böyük partiyası idi. Ana müxalifət partiyası kimi yalnış yol tutduğuna görə ölkə bu günə düşdü. Hətta Elçibəyin hakimiyyətdən uzaqlaşdırılmasının da qanun layihəsini onlar hazırlamışdılar. Tarix göstərir ki, Etibar Məmmədovun hakimiyyətə qayıtması, AMİP-in fəallaşması ağır nəticələrə gətirib çıxaran proseslərə təkan verəcək. Keçmişdə bir dəfə də olsun, AMİP-in siyasi fəallığının Azərbaycan xalqına müsbət xeyir verdiyini söyləmək çətindir”.

ADP sədrinin səsləndirdiyi fikirlərə AMİP Siyasi Şurasının üzvü Əli Orucov cavablandıraraq deyib:

“AMİP fəxri lideri Etibar Məmmədovun aktiv siyasətə qayıdacağı ilə bağlı uzun müddətdir gündəmin əsas mözusu kimi aparılan müzakirələrə hərə öz çapına, ağılına, səviyyəsinə, əxlaqına və xarakterinə uyğun olaraq iştirak etməkdədir. Buna da normal yanaşıram. Çünki həyatda da, siyasətdə də hər cür xarakterə, tərbiyəyə malik şəxslər var. Maraqlısı və təəccübdoğuran məqam ondan ibarətdir ki, Etibar bəy bu müzakirələrlə bağlı hələ  fikrini bildirmədiyi halda iqtidardakılardan çox bəzi müxalif partiya mənsubları özlərinə əl qatıb, başlayıblar haray-həşir salmağa. ADP sədri Sərdar Cəlaloğlunun bu baxımdan daha çox cənfəşanlıq etdiyini görürük. Işi-gücü, siyasi fəaliyyəti ancaq AMİP və onun fəxri lideri Etibar Məmmədovun haqsız təftiş etmək, qarayaxmaq, qərəz  və böhtan yağdırmaqdan ibarətdir. Son dövrlər mətbuata ard-arda bu tipli açıqlamaları ilə mediadan düşməməsi ona ayda 10  min dollar pul aldığı Prezident Administrasiyasında kimlərdənsə konkret sifariş alması ehtimalını möhkəmləndirir. Bu qədər pulu təbii ki, hər ay bədava verməzlər. Adama sual edərlər, sənin dərdin nə, nə vermisən ala bilmirsən? Onun gətirdiyi “arqumentlər” də çox bəsit və əsassızdır. ADP sədrinin nəzərinə çatdırım ki, əvvəla, Etibar Məmmədov siyasətdən heç vaxt getməyib və ölkədə və dünyada gedən proseslər həmişə onun diqqət mərkəzində olub. Vaxtaşırı mətbuatda fikir və münasibətini bildirib.  Dünyanın 70-ə yaxın dövlətinin 80-dən çox sağ-mərkəzçi siyasi partiyalarını özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqının sədr müavini kimi fəaliyyətini davam etdirir. Həmin partiyalar ki,(Respublikaçılar Partiyası-ABŞ, Konservatorlar Partiyası-Böyük Britaniya, Moderator Partiyası-İsveç və sair hakim partiyalar) bu gün planetin taleyini həll edirlər, daha S.Сəlaloğlu kimi  kimi kabinetdə oturub, aforizmlər əzbərləmirlər, onu-bunu təhqir etmirlər, falçılıqla və mənasız işlərlə baş girələmirlər. Etibar Məmmədov sədr postundan istefa verib getdiyi 2004-cü ildək S.Cəlaloğlunun özü də etiraf edər ki, ölkədə vəziyyət indki kimi böhranlı və acınacaqlı deyildi. Fundamental azadlıqlara və demokratik təsisatların fəaliyyətinə müəyyən qədər imkanlar yaradılmışdı. Siyasi partiyalar, o cümlədən də müxalif siyasi təşkilatlar ölkə həyatında təsiredici rol oynaya bilirdilər. Xalqın həyat tərzi, sosial-iqtisadi durum da indiki kimi çətin deyildi. Bir siyasətçi kimi S.Cəlaloğlu bunların fərqini hiss etmirsə, bu artıq onun problemidir.  E.Məmmədovun aktiv siyasətə  qayıdacağını seçkilərlə əlaqələndirərək narahat olan S.Cəlaloğlu güya bilmir ki, seçki institutu demokratiyanın vacib elementi kimi sıradan çıxarılıb? Əlbəttə bilir.  Görəsən, 20 il əzab çəkən xalqa S.Cəlaloğlunun özü nə xidmət göstərib, hansı işləri görüb, yaxud da nə verib? Dessin ki, filan-filan məsələlərin həllində uzaqdan-yaxında rolu olub, yaxud da iştirak edib. Özünü xalqın cəfakeşi kimi təqdim etmək cəhdi isə istehza doğurur. 
ADP sədrininin iddiasına görə, “Etibar Məmmədov 1998-ci ildə bütün müxalifət seçkini boykot edirdi, o getdi seçkiyə. 2003-cü ildə bütün müxalifət İsa Qəmbəri dəstəkəyirdi, o yenə gedib alternativ seçki bloku qurdu. 2005-ci ildə parlament seçkilərində ümumi müxalifətlə bir yerdə olmadı, tamamilə fərqli yol tutdu.”  Seçkiləri baykot edən qüvvələrin özləri də sonradan etiraf etdilər ki, bu taktika yanlış taktika idi. Seçkinin baykot edilməsinin də səbəbi AXCP sədri mərhum Əbülfəz Elçibəylə, Müsavat Partiyasının başqanı İsa Qəmbərin vahid namizəd məsələsində anlaşa bilməməsi idi. İ.Qəmbər həmin vaxt öz sabiq prezidentinə güzəştə getmədi. AMİP düzgün olaraq seçkilərdə iştirak etdi və H.Əliyev kimi nəhəg siyasətçi ilə  rəqabətdə böyük uğurlar qazandı. 4 mindən çox seçki məntəqəsinin əlimizdə olan 2500-ə yaxın möhürlü prokolunun nəticələrinə görə Etibar Məmmədov hətta bir sıra yerlərdə H.Əliyevdən çox səs almışdı. Məhz buna görə də 1998-ci il prezident seçkilərinin nəticələrini Mərkəzi Seçki Komissiyası deyil, H.Əliyevin özü elan etməli oldu. Əlimizdə belə bir imkan, şərait ola-ola seçkiləri baykot etmək çox böyük səhv olardı. Biz cəmiyyətə ən güclü siyasətçi və dövlət rəhbəri hesab olunan şəxsi seçkilərilərlə məğlub edə bilməyin  mümkün olduğu faktını ortaya qoyduq. Təssüflər olsun ki, S.Cəlaloğlunun da təmsil olunduğu həmin müxalifət AMİP-in rəhbərliyi ilə xalqın öz verdiyi səsi qorumaq uğrunda üç aydan çox apardığı mübarizəsinə dəstək vermədi. Öz fiqrə maraqlarını üstün tutdu. 2003-cü ildə prezident seçkilərinə gəlincə, müxalifətin vahid namizədlə iştirakını yenə də məhz S.Cəlaloğlu ilə İ.Qəmbər pozdu.  Seçkilərdən xeyli əvvəl müxalifət partiyaları AXCP, Müsavat, ADP və AMİPliderləri Londonda E.Məmmədovun namizədliyinin dəstəklənməsi barədə şifahi razılığa gəlmişdilər. Sonradan bu razılaşmaya Moskvada mühacir həyatı yaşayan eks-prezident A.Mütəllibov da qoşuldu. R.Quliyevin MSK tərəfindən namizədliyi qeydə ailnmayanda ADP-nin etirazlarına, piketlərinə AMİP qoşuldu və hər cür dəstəyini verdi. Bölgələrdəki keçirilən mitinqlərdə və təbliğat kapmaniyasında ADP AMİP-ə dəstək verdi, birgə iştirak etdi. S.Cəlaloğlunun şəxsən özü Etibar bəyin keçirdiyi mitinqlərdə təbliğat çıxışları edirdi. Qurban Məmmədov Etibar Məmmədova mənim prezidentim deyə xitab edirdi. Son anda prezident aparatından gələn tapşırıqla səhərə yaxın saat 4-də ABŞ-da yaşayan R.Quliyevə zəng edərək, onu yanlış məlumatlandırır və beləliklə də birlik modelini pozur. Bütün bunları danmağa doğrudan da ad tapmaq mümkün deyil.S.Cəlaloğlu müsahibələrində dəfələrlə vurğulayıb ki, bütün müxalifət partiyalarının bir çətir altında birləşməsi mümkün deyil və ayrı-ayrı formatlarda iştirakı lazım və vacibdir. 2005-ci il parlament seçkilərində də müxalifət partiyaları iki blokda getdi ki, buna da normal yanaşıldı. Onun öz fikirlərini bu cür asanlıqla çeynəməsi təəccüb doğurur. 
Müxalifətin birliyini və seçkilərdə vahid namizədlə iştirakını  istədiyini deyən S.Cəlaloğlu  9 oktyabr 2013-cü il prezident seçkilərində seçkilərdə iştirak edən AXCP, Müsavat partiyaları da daxil olmaqla müxalifət Müxalifət Qüvvələrinin Milli Şurası adı ilə qatıldığı halda o, müstəqil iştirak edərək Hafiz Hacıyevdən də az, 0.62% (22773səs) səs toplayaraq audsayder nəticə göstərib .Onun respublika üzrə topladığı seçici səslərinin sayı AMİP-in bir neçə rayon təşkilatının üzvlərinin heç sayı da deyil. 11 aprel 2018-ci il erkən prezident seçkilərində yenidən iştirak edən ADP sədri bu dəfə də fiaskoya uğrayır. Hər dəfə biabırçı nəticələr göstərən S.Cəlaloğlunu nə məcbur edir ki, prezident seçkilərində təkrar-təkrar iştirak etsin. Elə ondan yaxşı nəticələr göstərən Hafiz Hacıyevi, Razi Nurullayevi, Araz Əlizadəni dəstəkləyəydi. Fürsətdən istifadə edərək Sərdar bəydən soruşmaq istəyirdim, təbliğat kampaniyası zamanı BAXCP sədri Q.Həsənquliyevin onun haqqında səsləndiriyi 10 min dollar məsələsi nə yerdə qaldı?  Görürsünüzmü, S.Cəlaloğlu nə qədər qeyri-səmimi adamadır?!. 
S.Cəlaloğlu Etibar Məmmədovu AXCP-Müsavat hakimiyyətini dəstəkləməməkdə,  Elçibəyin hakimiyyətdən uzaqlaşdırılması haqqında qanun layihəsini hazırlanamsında suçlayaraq, deyir ki, tarix göstərir ki, Etibar Məmmədovun hakimiyyətə qayıtması, AMİP-in fəallaşması ağır nəticələrə gətirib çıxaran proseslərə təkan verəcək. Keçmişdə bir dəfə də olsun, AMİP-in siyasi fəallığının Azərbaycan xalqına müsbət xeyir verdiyini söyləmək çətindir” AXCP-Müsavat hakimiyyətinin iflasını doğuran səbəblər dəfələrlə faktlarla, sübutlarla ortaya qoyulub. S.Cəlaloğlu tarixçi olmadığından tarixi hadisələri təhrif edir. Öz bildiyi kimi iprovizə etməyə çalışır. Ona görə də məcburam ki, bir daha ADP sədrinə xadırladım ki, AXC-Müsavat iqtidarını özünün buraxdığı ciddi səhvlərləri, bacarıqsızlıqları, yanlış siyasətləri yıxdı. 31 mart 1992-ci ildə prezidentliyə namizədliyini irəli sürən E.Məmmədov aprelin əvvəllərində Bakının Nizami rayonunda sakinlərlə keçirdiyi görüşü zamanı açıq şəkildə vurğulayıb ki, Elçibəyin bu ətrafi və komandası ilə prezident postuna gətirilməsi həm özü, həm də Azərbaycan üçün ağır nəticələr verəcək. Etibar bəy həmin insanları beş barmağı kimi tanıyırdı. Siyasəti məşğuliyyət seçən Sərdar bəy bilməlidir ki, müxalifətin vəzifəsi hakimiyyəti qorumaq deyil, özünün hakimiyyətə gəlməsidir. İllah da özünü qoruya bilməyən, pərən-pərən düşən hakimiyyəti  heç qorumaq mümkün deyil. Türkiyədə 15 iyul 2016-ci ildə dövlət çevrilişinə cəhd zamanı legitim prezidentini qorumaq üçün 265 nəfər şəhid oldu, yüzlərlə insan yaralandı. Həmin çevriliş cəhdində 34 general, onlarla yüksək rütbəli zabit ABŞ başda olmaqla Qərb müttəfiqlərinin dəstəyi ilə iştirak edirdi. Sizin güya müdafiəsinə qalxdığınız  AXCP-Müsavat yetkililəri isə bir polkovnikin qabağında qorxub qaçdılar.Baş prokuror prezidentinin həbsi ilə bağlı saknsiya imzaladı. O zaman məntiqi sual yaranır, Sərdar bəy siz özünüz nyə sinənizi irəli verib Surət Hüseynovun qabağına çıxmadınız? 
Elçibəy hakimiyyətdən uzaqlaşdırılmasını haqqında qanun layihəsininə gəlincə, burda da saxtakarlığ yol verir.  Birincisi, sözügedən qanun layihəsinin dövlətçilki baxımından müzakirəyə çıxarılması labüd idi. Dövləti bir dəqiqə belə başsız qoymaq olmazdı. İkincisi, həmin  qanununu diqqətlə oxusaydı bilərdi ki, orda xüsusi olaraq qeyd olunub ki, prezident (Ə.Elçibəy) Bakıya dönəcəyi təqdirdidə öz vəzifəsinin icrasına başlaya bilər. Mərhum prezident isə təkidlərə baxmayaraq paytaxta qayıtmaqdan imtina etdi. Digər bir nüans, AXC-Müsavat iqtidarına müxalif partiyanın lideri E.Məmmədovu niyə onu qorumamaqda  ittiham edən S.Cəlaloğlunun Elçibəy hökümətinin baş nazir müavini postunu tutan, H.Əliyevin Bakıyı gətirilməsində xüsusi rol alan,  Milli Məclisin sabiq spikeri Rəsul Quliyevə geniş qucaq açıb, onu hətta prtiyası ADP-yə sədr gətirməsidir. AXC-Müsavat, Elçibəy təəssübkeşliyi R.Quliyevin pulları ilə aradan qaldırılır. Gözü o qədər qamaşır ki, həqiqətləri görə bilmir.  
Sonda onu da vurğulayım ki, AMİP qədər bu dövlətə, bu xalqa xidmət edən və fayda verən ikinci bir partiya yoxdur. AMİP çağdaş Azərbaycanın siyasi tarixində qalın və şərəfli bir cilddir. Sərdar bəy istəsə də, istəməsə də xalq öz xilaskarını-Etibar Məmmədovu yenidən görəvləndirib, onun liderliyi ilə çox uğurlara nail olacaq. S.Cəlaloğlunun da nicatı məhz Etibar Məmmədovun aktiv siyasətə qayıtmağında, ölkəni mövdud durumdan çıxarmağındadır. Xalqın Etibar Məmmədovun aktiv siyasətə qayıtması tələbi və istiyi isə günü gündən artmaqda və daha ucadan səsləndirilməkdədir.
Oxşar xəbərlər
08:44, Bu gün
Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT
08:30, Bu gün
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
08:12, Bu gün
"Mançeser Yunayted"dən antirekord
08:00, Bu gün
İlk baxanda nə gördünüz? - Şəxsiyyət testi
07:45, Bu gün
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
07:30, Bu gün
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07:11, Bu gün
Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı  daha böyükdür
06:33, Bu gün
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
GÜNLÜK
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
06 May 2024 | 09:30
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
06 May 2024 | 09:10
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
06 May 2024 | 10:40
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
06 May 2024 | 10:55
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
06 May 2024 | 08:53
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
06 May 2024 | 10:59
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
06 May 2024 | 09:45
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
06 May 2024 | 09:56
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
06 May 2024 | 09:30
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
06 May 2024 | 09:10
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
06 May 2024 | 10:40
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
06 May 2024 | 10:55
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
06 May 2024 | 08:53
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
06 May 2024 | 10:59
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
06 May 2024 | 09:45
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
06 May 2024 | 09:56
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"