"Qəzetlərin kateqoriyaya bölünməsi mətbuatın gücdən düşməsinə hesablanmış addım idi"
Oxunub: 818
18 Oct 2019 | 11:02

KİVDF-nin son dəyişikliklərindən sonra çap mediasının cəmiyyətdəki nüfuz və mövqeləri möhkəmləndimi?

 

Bildiyimiz kimi, bu il Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) xətti ilə dövlət tərəfindən maliyyələşdirilən qəzetlərlə bağlı ciddi dəyişiklik edildi. Bir sıra qəzetlərə maliyyə yardımı dayandırıldı və həmin qəzetlərin elektron nəşrə keçmələri tövsiyə olundu. Maliyyə yardımı ayrılacaq qəzetlər qarşısında isə xüsusi tələblər qoyuldu. Belə ki, onlar tirajlarını artırmalı, çap keyfiyyətini yaxşılaşdırmalı və müasir texnoloji vasitələrdən istifadə etməliydilər.

 

Bu dəyişiklikdən sonra, 2019-cu ilin ikinci yarısı üzrə KİVDF-nin xətti ilə 25 qəzet 3 kateqoriya üzrə maliyyələşdi. I kateqoriyaya əsasən, son 3 ildə müntəzəm nəşr olunan, tirajı 3000 nüsxədən, satış və abunəsinin cəmi 2000 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan az olmayan gündəlik ictimai-siyasi qəzetlərə aylıq 20 min manat, II kateqoriyaya əsasən, son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan az olmayan, günaşırı ictimai-siyasi qəzetlərə aylıq 10 min manat, III kateqoriyaya əsasən, son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 24-dən az olmayan həftəlik ictimai-siyasi qəzetlərə isə aylıq 5 min manat vəsait ayrıldı.

 

I kateqoriyaya aid edilmiş 7 qəzetə - “Bakı-Xəbər”, “Kaspi”, “Kaspiy”, “Mövqe”, “Səs”, “Yeni Müsavat”, “Yeni Azərbaycan” qəzetlərinə aylıq 20 min manat, II kateqoriyaya aid olunmuş 13 qəzetə - “Həftə içi”, “Novoye Vremya”, “Azernews”, “525-ci qəzet”, “Xalq Cəbhəsi”, “Paralel”, “Hürriyyət”, “Olaylar”, “Palitra”, “Ədalət”,  “Üç nöqtə”, “Azad Azərbaycan”, “Şərq” qəzetlərinə aylıq 10 min manat, III kateqoriya hesab olunan 5 qəzetə - “Oxu məni”, “Unikal”, “Hərbi And”, “Türküstan”, “The Business Times” qəzetlərinə isə 5 min manat maliyyə yardımı ayrıldı.

 

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qəzetlərin maliyyələşdirilməsi ilə bağlı edilən dəyişikliyin çap mediasının cəmiyyətdəki nüfuz və mövqelərinin möhkəmləndirilməsi məqsədilə ilə edildiyini bildirmişdi.

 

Maraqlıdır, yeni dəyişiklikdən sonra, KİVDF sərdinin də dediyi kimi, çap mediasının cəmiyyətdəki nüfuz və mövqeləri möhkəmləndimi? Ümumiyyətlə, hazırda dövlətdən maliyyələşən qəzetlər KİVDF tərəfindən qoyulmuş tələblərə cavab verirmi?

Картинки

AYNA-nın sualını cavablandıran Vüqar Səfərli bildirdi ki, maliyyə ayrılan qəzetlər qoyulmuş tələbləri yerinə yetirir: “Əgər tələblərə, müqavilənin şərtlərinə cavab verməsələr, maliyyələrini danaydırarıq”.

 

“Əgər əməl edilirsə, nəyə görə həmin qəzetlər rəngli çıxmır?” sualımıza isə V.Səfərlinin cavabı belə oldu: “Nəyə görə rəngli çıxmalıdırlar? Qəzetlərə belə bir şərt qoymamışıq. Biz onlara nə qədər pul veririk ki, rəngli çap olunmalarını da tələb edə bilək? Bizim qoyduğumuz şərtlərin hamısına tam əməl edirlər”.

 

Daha sonra isə Fonddan maliyyələşən bəzi qəzetlərin baş redaktorlarının fikirlərini öyrəndik.

 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının sözlərinə görə, ümumiyyətlə, KİVDF tərəfindən qəzetlərin kateqoriyaya ayrılması düzgün addım deyildi: 


“Qəzetləri kateqoriyaya yalnız oxucu bölə bilər. Oxucunun rəyi ən üstün mövqedir. Hesab edirəm ki, kateqoriyaya bölünmə halı, tamamilə ziyanlıydı, mətbuatın gücdən düşməsinə hesablanmış addımlardan biri idi. Hansısa qəzetə çox və ya az maliyyə ayrıla bilərdi, yəni bunu normal qəbul edirdik. Onsuz da həmişə belə idi, kiminə az, kiminə çox vəsait ayırırdılar. Ancaq heç kəs bilmirdi ki, kim hansı kateqoriyaya aiddir. Kateqoriyalaşdırma mətbuatın zəifləməsinə gətirib çıxardı”.

Картинки

“Çap mətbuatı bu gün, təbii ki, dövlətin dəstəyi ilə yaşayır, ancaq bu, onunla bağlıdır ki, ölkədə reklam mühiti yoxdur. Reklam gəlirlərimiz mövcud deyil. İkinci səbəb yayım şəbəkələrinin olmaması ilə bağlıdır, vəziyyət o hala çatıb ki, Xırdalana qəzet göndərə bilmirik. 1906-cı ildə “İrşad” qəzeti 4 min tirajla çıxırdı, indi isə ən yüksək tirajla çıxan qəzetin, bəlkə də o qədər tirajı yoxdur. Düzdür, indi yeni yaranmış medianın da üstünlükləri var, ancaq klassik media ənənələri üzərində qurulmayan yeni media sistemi məsuliyyətsiz jurnalistikanın inkişafına rəvac verib. Prezident də son müşavirəsində bunu nəzərdə tuturdu. Azərbaycanda müstəqil medianın çəkisi yüksəlməyənə qədər qeyri-peşəkarlar cəmiyyətə yön verəcək”, - deyə baş redaktor bildirdi.  

 

A.Aşırlı KİVDF tərəfindən həmin qəzetlər qarşısında qoyulan tələblərə də aydınlıq gətirdi: “Bu gün dövlət qəzetlərindən başqa heç bir qəzet rəngli çıxmır. Bizdən iki dəfə artıq maliyyə yardımı alan qəzetlər də rəngli çıxmır. Tiraj məsələsinə gəldikdə, tam əməl edirik, “Azərbaycan” nəşriyyatında çap olunan qəzetlərin tirajında saxtakarlıq etmək mümkün deyil zatən. Müstəqil araşdırma komissiyası yaradılsa və dəqiq yoxlama aparılsa, hər şey aydın olar”.

Картинки

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camalın dediyinə görə isə, qaydalar dəyişdirləndən sonra qəzetlərdə bir sıra dəyişikliklər edilib: “Aprel ayından Fondun ayırdığı maliyyə yardımı 2 dəfə artırıldığından, biz həm rəngli, həm də səhifələrimizin sayını 16-dan 24-ə yüksəltməklə çıxmaq imkanı əldə etmişik. Eyni zamanda, bu müddətdə həm satış, həm də abunəçi sayımız xeyli artıb. Bu artım hər ay yayım firmalarından alıb Fonda təqdim etdiyimiz arayışlarda öz əksini tapır. Səhifələrimizin 24-ə yüksəlməsi qəzetdə yeni rubrikaların açılmasına, kənar müəlliflərin əhatəsinin genişlənməsinə imkan verib. Bağlanmış qəzetlərdən 3 jurnalist işə qəbul etmişik”.

 

“KİVDF-dən aldığımız maliyyənin bir hissəsini onlayn xəbər protalı kimi fəaliyyət göstərən Turkustan.info saytımıza yönəldirik. Fondla bağladığımız müqavilədə də bu barədə müddəa var. “Türküstan” qəzetinin cəmiyyətdəki imici, yayılma arealı, oxucu kütləsi ilə bağlı istənilən monitorinqə açığıq. Bu barədə sosial şəbəkələrdə də müstəqil şəkildə sorğu keçirilə bilər ki, bütün qəzetlər satış və abunələrini ortaya qoysun. Bir sözlə, bu mövzuda dövlət və cəmiyyət qarşısında üzümüz ağdır”, - A.Camal vurğulayıb.

Картинки

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev də bildirdi ki, onlar KİVDF tərəfindən qoyulmuş bütün şərtlərə əməl edirlər: “Fondun şərtlərinin hamısı qəzetlərin inkişafına dəstək verir. “Səs” qəzeti də qoyulmuş şərtlərə yüksək səviyyədə əməl edir. Biz təkcə qarşımızda qoyulmuş tələblərə yox, oxucularımızın tələblərinə də cavab verməyə çalışırıq. 29 ildir çap olunan “Səs” qəzeti əvvəlki qədər tirajla olmasa da, tələb olunan 5 min tirajla çıxa bilir. Əgər belə olmasaydı, Fond bizə yardım ayırmazdı”.

Oxşar xəbərlər
23:45, Bu gün
107 yaşlı veteranın uzunömürlük sirri
23:29, Bu gün
Uşaqlıq fotosunu paylaşdı
23:23, Bu gün
“Real Madrid” İspaniya çempionu olub
23:05, Bu gün
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
22:52, Bu gün
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
22:50, Bu gün
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
22:26, Bu gün
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
22:25, Bu gün
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
21:44, Bu gün
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
21:34, Bu gün
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
21:13, Bu gün
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
21:12, Bu gün
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
21:05, Bu gün
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
20:53, Bu gün
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
20:52, Bu gün
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
20:50, Bu gün
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
20:48, Bu gün
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
20:46, Bu gün
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
20:43, Bu gün
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
20:36, Bu gün
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
20:35, Bu gün
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
20:34, Bu gün
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
20:33, Bu gün
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
20:31, Bu gün
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
19:54, Bu gün
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
19:36, Bu gün
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
19:22, Bu gün
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
19:20, Bu gün
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
19:20, Bu gün
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
19:09, Bu gün
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
19:06, Bu gün
Dördüncü kurs tələbəsi vəfat etdi
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:01, Bu gün
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
GÜNLÜK
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”