\"Gördüyüm işləri beynimlə həyata keçirirəm, amma dostlarımı ürəyimlə sevirəm...\"
Oxunub: 3154
16 Oct 2019 | 12:40
\
Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıç Azərbaycan sevdalısı olması ilə daim qürur duyur...

Diplomatik fəaliyyəti dönəmində layiq görüldüyü bütün təltiflərdən Azərbaycanın "Dostluq” ordenini üstün tutur. Türkiyə Respublikası ilə ölkəmiz arasında dövlətlərarası əlaqələrinin inkişafı və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə layiq görüldüyü ordeni daim ürəyinin üstündə gəzdirdiyini deyir. Azərbaycan sevdalısı olması ilə daim qürur duyur. Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıç redaksiyamızda qonaq olarkən bu sevginin səbəblərini də açıqladı.  
 
- Hulusi bəy, siz səfir kimi bir neçə il əvvəl Azərbaycanda missiyanızı başa vursanız da, çoxları hələ də sizi Türkiyənin ölkəmizdəki elçisi adlandırır. Sizin başqa ölkələrdəki fəaliyyətinizi də izləyəndə gördük ki, hər yerdə Azərbaycanın elçisi kimi çıxış edirsiniz. Azərbaycana sevginiz haradan qaynaqlanır?

- Çox gözəl sualdır. Mən millətimə aşiq bir insanam. Bunu dəfələrlə söyləmişəm. Dövlət başçımız baş nazir olarkən mən onun protokol müdiri işləyirdim. Orada çalışan hər insan istədiyi bir yerə təyin oluna bilərdi. Mən işləmək üçün Parisə də, Londona da, ümumiyyətlə, dünyanın hər bir yerinə gedə bilərdim. Ancaq mən Azərbaycanda səfir olmaq istədim – bunu bütün səmimiyyətimlə deyirəm. İstədim ki, işlərim boşa getməsin, öz millətim üçün işləyim. Azərbaycanda işləmək isə mənim üçün bir röya, bir istək idi. Allahdan iki istəyim olub: birincisi Azərbaycanda səfir olmaq idi – bu, gerçəkləşdi. İkincisi də Qaqauz elini görmək. Mən Türkiyə televiziyasında bir proqram izləyərkən qaqauzların türkcə danışdıqlarını görmüşdüm. Çox təsirlənmişdim. «Bu insanlar bizim qardaşlarımızdır» - deyə düşünmüşdüm. Moldovaya səfir kimi getməmişdən öncə bir proqramla iki həftəlik ora yollandım. Qaqauz elinə getdim, gördüm və çox təsirləndim. YUNESKO-ya gedəcəkdim, ancaq o təşkilatı Moldovaya dəyişdim. Bu ölkədə də səfir olmaq mənim böyük arzum idi. Bakıya gəlməzdən öncə «Mən bir millətin səfiri olacağam» - deyə qərar verdim. Çox çətin günlərimiz oldu. Ermənilər bizi ayırmaq istədi. Mən o dönəmdə çox mücadilə etdim. Biz bir ailəyik. "Bu, bir sınaqdır. Biz bu sınaqdan da keçəcəyik» – deyə hər yerdə dedim. Şükür, bu çətin günləri adlaya bildik. Necə deyərlər, çəkişərək bərkidik. Mən indi "Çəkişərək bərkidik” adlı kitab da yazıram. Həmin illərdə yaşadıqlarımız çətinliklər bu kitabda yer alacaq. İnşallah oxuyarsınız. Səfir kimi 5 ilə yaxın Azərbaycanda işlədim. Prezident İlham Əliyev bu xidmətlərimi görüb məni "Dostluq” ordeni ilə təltif etdi. Mən bu ordenə layiq görülən Türkiyənin Azərbaycandakı ilk səfiriyəm. Bu ordeni həmişə ürəyimin başında gəzdirirəm. O zaman: «Mənim Azərbaycanda səfirlik vəzifəm bitir. Ancaq harada oluramsa-olum bir millətin səfiri olacağam» - deyə söz verdim. Fəaliyyətimi izləyərkən gördünüz ki,  Moldovada da bir millətin səfiri kimi işlədim. 
 
- Səhv etmiriksə, siz Qaqauz elinin də bir mükafatına layiq görülmüsünüz. 

- Bəli, Qaqauz elinin də, Moldovanın da ən yüksək mükafatlarına layiq görülmüşəm. Moldovada da çox yaxşı işlər gördük. Bir gün oradakı fəaliyyətimi də qələmə alacağam. Onu da deyim ki, mən hazırda 5 kitab üzərində işləyirəm. Birinci kitab «Xaricdən xaricə» adlanır. Mən kənddə böyümüşəm. 5 rəqəmi mənim üçün önəmlidir. Ailədə 10 uşaq olmuşuq, 5 bacı, 5 qardaş, mən 5-ci uşaq olmuşam. Ankarada yaşadığım ev də 5-ci mərtəbədə yerləşir. Yəni kitabım bir kənd uşağının Xarici İşlər Nazirliyinə daxil olması və o sahədə çalışmasından bəhs edir. İkinci kitab «Hələbi arşınladım» adlanır. Mən orada 5 il çalışdım və çox əhəmiyyətli işlər gördük. Oradan döndükdən sonra əvvəlcə Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu illərdə iki il yarım onun protokol müdiri kimi çalışdım. Daha sonra fəaliyyətim Azərbaycanla bağlı oldu. Burada ən uzun müddət işləyən səfir mənəm. Bu gün əlaqələrimiz ən yüksək səviyyədədir. 


- Bəs üçüncü kitabınız nə haqqındadır?

-  Üçüncü kitabım «Arxamdan gələnlər»dir. Dördüncü kitab «Çəkişərək bərkişdik» adlanır. Beşinci kitabım isə Moldovadakı fəaliyyətim haqqında olacaq. 
 

- Azərbaycanda Türk Şurasının 7-ci sammiti keçirildi. Türkdilli ölkələrdən çoxlu qonaqlar və dövlət başçıları bu mühüm tədbirdə iştirak etdilər. Sizin bu tədbirdən gözləntiləriniz nədir? 

- 2009-cu ilin oktyabr ayında Naxçıvan anlaşması imzalandı. Mən o zaman il yarım idi ki, Azərbaycanda səfir idim. Çox önəmli anlaşma idi. Nə üçün Naxçıvan? Naxçıvan türk dünyasının köşə daşıdır. O anlaşmanın imzalanmasından 10 il keçib. Türk dünyası orada təşkilatlandı. Həmçinin mərkəzi Bakıda olan Türk Parlament Assosiasiyası quruldu. Qazaxıstanda Türk Akademiyası yarandı. Bunlar çox mühüm addımlar idi. Türk Mədəniyyətini Araşdırma Vəqfi də o zaman yarandı. Türk Şurasına "Qıpçak türkləriyik» - deyən Macarıstanın qatılması bizi çox qürurlandırdı. Bu, bizim üçün Avropanın ortasında böyük bir güc oldu. Özbəkistanın qoşulması da bizim üçün dayaq oldu. Ümid edirəm ki, ən qısa vaxtda Türkmənistan da Şuraya qoşular. Çünki Türkmənistanın da bizimlə bir arada olması lazımdır. Bu 10 ildə çox işlər görüldü. Dövlət başçıları, ticarət, sənaye rəhbərləri, iş adamları bir araya gəldilər. Əlbəttə, bu münasibətlər daha da sıxlaşacaq. Bu, bir günə, bir ilə başa gələn işlər deyil. Biz daha da güclənəcəyik. Çünki qardaş dövlətlərin müstəqilliklərinin 30-cu ilinə yaxınlaşırıq. Artıq problemlər geridə qalır. Türk Şurası NATO, Varşava paktlı kimi hərbi ittifaq deyil. Bu, bizim bütünlüyümüzün timsalıdır. İki gün öncə ərəb ölkələri yığışdılar. Suriyaya görə Türkiyəni  qınadılar. Fələstin də onlara qoşuldu. Biz Fələstinə çox yardım etmişik. Bölgədə bu ölkə üzündən çox itkilərimiz oldu. "Mavi Mərmərə” olayı hamının yadındadır. Bu, bizim üçün həqiqətən bir "sürpriz” oldu. Gördük ki, türkün türkdən başqa dostu yoxdur. 
 
- Hazırda dünyanın diqqəti Suriyaya yönəlib. Türkiyə "Sülh bulağı” əməliyyatına nə üçün başladı? Sizcə, buna zərurət vardımı?

- Təbii ki, vardı… Türkiyənin Suriya ilə 900 kilometrlik sərhədi var. Oradan tez-tez hücumlar olurdu. 40 ildir ki, PKK ilə savaşırıq. Bütün Avropa dövlətləri və Amerika PKK-nı terrorist elan ediblər. Bu gün ordumuz Suriyaya daxil olur və orada Abdulla Öcalanın şəkillərini görür. Bu, nə deməkdir? Demək bu, bu, PKK-nın uzantısıdır. 7-8 ildir ki, 3 milyon yarım suriyalı Türkiyədə yaşayır. Bu, bir ölkə üçün 40-50 milyard dollar xərcdir. Biz istərdik ki, bu insanlar öz torpaqlarına qayıtsınlar, təhlükəsizlikləri qorunsun, rahat yaşasınlar. Avropa «insanlar gəlir» - deyə onlara qapılarını bağlayarkən biz qapılarımızı açdıq. Buna görə Avropa bizi qınayır. Bu baxımdan «Sülh bulağı» əməliyyatı lazımlıdır. Gördüyünüz kimi, buna görə böyük dövlətlər – Rusiya da, Amerika da Türkiyəni qınamadılar. Bizə görə həyata keçirilənlər doğru əməliyyatlardır. Biz barış deyirik. Atatürk ilk dəfə "Yurdda sülh, cahanda sülh” deyib. Həmçinin Atatürk «Məcburiyyət olmayınca savaşmaq cinayətdir» söyləyib. Ancaq bu, təəssüf ki, məcburiyyətdir. Biz orada barış quracağıq. Türkiyənin sərhədlərində terrorçu yetişdirməsinə icazə verməz. Türk xalqının nə qədər fədakar olduğunu bilirik. 

- Yeri gəlmişkən, siz də «Qarabağ uğrunda canımı verərəm» demisiniz. 

- Bunu həmişə söyləmişəm, hər zaman da söyləyirəm. Yəni dava başlarsa, bu gün gedərəm. Gərəkirsə heç nəyə baxmadan ölərəm.
 
- Türkiyədə başlayan əməliyyatlar gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin haqq-ədalətlə Azərbaycanın xeyrinə həll olunmasına vəsilə ola bilərmi?

- Azərbaycanın savaşaraq öz torpaqlarını geri almaq gücü, əlində silahı olan güclü ordusu var. Aprel savaşı bunu göstərdi. Ancaq prezident İlham Əliyevin arzusu bu münaqişəni diplomatik yolla, sülh yolu ilə həll etməkdir. Bu münaqişənin sülh yolu ilə həll olunması daha yaxşıdır. Bizim heç kimlə düşmənliyimiz yoxdur, barış içində yaşamaq istəyirik. Azərbaycan torpaqlarının geri qaytarılması ilə bağlı BMT-nin 4 qətnaməsi var. Bir milyondan çox insanın torpaqlarına qayıtması lazımdır. 

- Türk dünyasının birliyindən danışırıq. Ayrı-ayrı ölkələrdə türk diasporlarının fəaliyyətini necə qiymətləndirirsiniz? Ümumtürk diasporunu qurmaq nə dərəcədə mümkündür?

- 2007-ci ilin martında Bakıda dünya azərbaycanlılarının qurultayı keçirildi. Qurultaya dünyanın müxtəlif ölkələrindən 1500 nəfər qatılmışdı. O zaman mən baş nazirin protokol müdiri idim. «Böyüyürük, genişlənirik» - deyə çox təsirlənmişdim. Cənab prezidentin «Bir millətin iki diasporu ola bilməz» sözü mənim üçün bir şüardır. Ona görə də biz gücümüzü birləşdirməliyik. Azərbaycan diasporu ilə türk diasporu artıq birlikdə işləyir. Düzdür, işlər hələ istədiyimiz səviyyədə deyil, amma olacaq. Ona görə prezidentin fikirləri istiqamətində hərəkət etməliyik. Təbii ki, digər respublikalar - Özbəkistan, Qırğızıstan, Qazaxıstan diasporları Azərbaycan diasporu kimi deyil. Azərbaycan illərdən bəri savaşın içindədir. Bu savaşa baxmayaraq, bölgənin parlayan ulduzuna çevrilib. Müstəqilliyin 22-ci illiyində BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Bu, böyük uğurdur. Sovetlər Birliyindən müstəqilliyini qazanan ölkələr içərisində Azərbaycan buna nail olan ilk ölkədir. Burada davamlı beynəlxalq tədbirlər keçirilir. Dolayısı ilə artıq Azərbaycanın bir diasporu formalaşıb. Türkiyədə yaşayan çox sayda azərbaycanlılar, o cümlədən Avropada, Amerikada yaşayan azərbaycanlılardan ibarət diaspor fəaliyyətdədir. 
 
- 70 illik Sovet dövründə Orta Asiyadakı türkdilli ölkələrlə dil baxımından bir baryer yaranıb. Ortaq türk dilinin yaranması istiqamətində maneələri aşmaq mümkün olacaqmı?

- Ankarada TÜRKSOY adlı bir qurumumuz var. Bu təşkilatın da fəaliyyətimizin içərisində olması lazımdır. Türkiyənin 80 milyondan çox əhalisi var. Zatən Azərbaycanla Türkiyə arasında dil baxımından problem yoxdur. Türkmənistanla Qazaxıstanda nisbətən dil fərqi var. Nəhayət, gec də olsa Qazaxıstanda da qərar verib Latın əlifbasına keçir. Bu, çox önəmlidir. TÜRKSOY-un bu istiqamətində fəaliyyətinin gücləndirməsi lazımdır. Ancaq mən inanıram ki, gələcək nəsillər türkcə danışacaqlar. 20 il sonra tam fərqli bir dünya olacaq. 

- Ölkələrimizin daha da çox yaxınlaşmasına ehtiyac var deyirik. Bu münasibətlərdə təhsilin rolu nə qədərdir?

- Təhsil çox önəmlidir. İndiyədək 120 min nəfər azərbaycanlı Türkiyədə təhsil alıb. Eyni zamanda, Türkiyədən gəlib Azərbaycanda təhsil alan çox saylı türkiyəli var. Digər respublikalar da eyni şəkildə… Təhsil alanların münasibətlərin sıxlaşmasında rolu böyükdür. Bu, bizi daha da gücləndirəcək və bir-birimizi daha yaxşı başa düşəcəyik. 

- Müsahibələrinizin birində demisiniz ki, diplomat olaraq təqaüdə çıxdıqdan sonra ömrünüzü türk dünyasına həsr edəcəksiniz. Bu müddət ərzində hansı işləri görmüsünüz?

- Türk dünyası ilə bağlı sürəkli çalışırıq. Ankarada türk səfirləri ilə, millət vəkilləri ilə tez-tez görüşürük. Mən Türk Dünyası Parlamentarilər Birliyinin xarici əlaqələr üzrə baş koordinatoruyam. Yaxınlarda bir tədbir keçirəcəyik. Gələn il tədbirlərdən birini Azərbaycan diplomatiyasının 100 illiyi münasibəti ilə Bakıda keçirməyi düşünürük. Bu, qeyri-hökumət təşkilatıdır. Bir dam altında birləşsək dövlət işlərimizə kömək edərik. Bu işləri qurmaq üçün çox çalışırıq. Ancaq işlər yavaş gedir. Mən həyatımda heç vaxt ümidsiz olmuram. Bir işi öhdəmə götürürəmsə, onu həyata keçirməyə çalışıram. İnşallah bunu da bacararıq. 

- Bu yaxınlarda Bakıda türkdilli dövlətlərin 4-cü Sənədli Film Festivalı keçirildi. Bu festival 4 ildir ki, keçirilsə də kifayət qədər tanınmayıb. 

- 4 il çox uzun müddət deyil. Bu işi tədricən irəli aparmaq lazımdır. Bu gün olmaya bilər, amma sabah daha gözəl olacaq. Yenə mən ümidsiz deyiləm. Ümumiyyətlə, həmişə pozitiv düşünürəm. Bu, məni rahatlaşdırır. 

- Deyirlər ki, pozitivlik insanın sağlamlığına da xeyirdir... 

- Sağlamlığın dərmanı sevgidir. Sevirsinizsə, insanlara kömək edirsinizsə, bu, sizi hər zaman rahatlaşdırır. Ancaq içinizdə, beyninizdə problem və ya fitnə-fəsad olarsa bu zaman demək bitmişsiniz. Yaş başqa, yaşlanmaq başqadır. Yəni elə insanlar var ki, 25-30 yaşındadır, ancaq artıq bitmişlər. "İşləyən dəmir parlayar”, deyə məşhur bir söz var. Yəni işləyəcəksiniz, oturmayacaqsınız. Məsələn, mənə zaman çatmır. 
 

- Bayaq "işlərə zamanım çatmır” dediniz. Buna rəğmən hər bir insanın öz həyatı var. Zaman tapınca kinoya, teatra, konsertə, səyahətə gedirsinizmi?

- Hamısını edirəm… Mən çalışaraq da dincələ bilirəm. Bu da ayrı bir şeydir. Həyatımı çalışaraq qazandım. Yəni kənddən çıxdım, Türkiyədə universitet bitirdim, Fransada siyasi bilgilər təhsili aldım. Sonra diplomatiya sahəsinə keçdim. Oxuyuram, səyahət edirəm, insanları tanıyıram, futbol seyrçisiyəm. 

- Oğlunuz Dubayda baş konsuldur. Bir ata kimi ona hansı məsləhətlər verirsiniz?

- Deyirəm ki, insanları sevsin, onlara hörmət eləsin, içəriyə daxil olanda hamını salamlasın, "necəsən” desin. Ən gözəl yatırım insanlarla əlaqələrdir. Vəzifə bitər, bu keyfiyyətlər bitməz. Mən hər dəfə söyləyirəm, yenə də deyirəm: gördüyüm işləri beynimlə həyata keçirirəm, amma dostlarımı ürəyimlə sevirəm. Bu iş bitər, amma ürək davam edər. Belə bir məşhur söz var: "Ən uca məqam könül məqamıdır”. Mənim Azərbaycandakı vəzifəm bitdi, ancaq yenə bura gəlirəm. Hər gəlişimdə görüşdüyüm çox sayda insanlar var. Onlar da bilirlər ki, mən bir azərbaycanlıyam və bundan qürur hissi duyuram.  (kaspi.az)

Oxşar xəbərlər
20:36, Bu gün
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
20:35, Bu gün
Mayın 5-6-da maqnit qasırğası olacaq
20:34, Bu gün
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
20:33, Bu gün
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
20:31, Bu gün
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
19:54, Bu gün
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
19:36, Bu gün
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
19:22, Bu gün
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
19:20, Bu gün
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
19:20, Bu gün
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
19:09, Bu gün
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
19:06, Bu gün
Dördüncü kurs tələbəsi vəfat etdi
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
GÜNLÜK
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib