Suriyada anti-terror əməliyyatı aparan türk ordusuna qarşı müqavimət göstərən terror təşkilatlarına Ermənistanın dəstək verməsi, bu terrorçular içərisində xeyli sayda erməninin də yer alması son günlərin ən çox diqqət çəkən informasiyaları sırasındadır. Bugünlərdə Ermənistandakı ABŞ səfirliyi qarşısında PKK-çıların aksiya keçirməsi də rəsmi İrəvanın sözügedən terror təşkilatının himayədarları sırasında yer aldığını göstərir.
Maraqlıdır, ermənilərin Suriyadakı terrorçuluq fəaliyyəti, onların türk ordusuna qarşı hərbi əməliyyatlarda yer alması faktı Azərbaycan mediası, diplomatiyası tərəfindən də ifşa edilməlidirmi? Ümumiyyətlə, bu gün baş verənlər tarixən terroru himayə edən və bütün dünyaya terrorçu “ixrac edən” Ermənistanın müasir dövrdə də öz əzəli fəaliyyətindən əl çəkməməsinin isbatı sayıla bilərmi?
Moderator.az-a açıqlama verən AMEA-nın Qafqazşünaslıq İnstitutunun “Ermənişünaslıq” şöbəsinin rəhbəri, görkəmli tarixçi-pedaqoq, tarix üzrə elmlər doktoru Qasım Hacıyev ermənilərin hər zaman terrora dəstək verən, bundan ilham alan toplum olduğuna diqqət çəkdi:
“Vaxtiylə Osmanlı imperiyasına xəyanət edən ermənilərin bir qismi Qərbi Azərbaycan və Qarabağa üz tutsa da, onların bir çox hissəsi qonşu dövlətlərə qaçmalı oldu. Onlar bu ölkələrdə də terrorla məşğul olmağa başladılar. Hansı ki, bu fəaliyyəti bu gün də davam etdirməkdədirlər.
Suriyanın ticarət, siyasət həyatında ermənilər mühüm rol oynayır. Ter-Petrosyan da Suriya ərazisində doğulub böyüyüb və o da sonradan Cənubi Qafqaza gələrək burada terrorizmlə məşğul olub. O, Ermənistanı terrorçu dövlət səviyyəsinə qaldırdı. Ermənistanda terrorizmlə, soyqırımla məşğul olmaq dövlət siyasətinə çevrildi.
Bu gün də ermənilər yaşadıqları ölkələrin xalqlarına xəyanət etməklə məşğuldurlar. Əslində, bu, hər zaman tarixən belə olub. Ermənilər Aralıq dənizi sahilindən gəlib bu torpaqlara çıxana qədər hansı dövlətin ərazisində yaşayıblarsa, həmin dövlət və xalqlara xəyanət ediblər.
Ermənilərin faşizmlə də sıx əlaqəsi var. Bu ölkədə faşistə heykəlin ucaldılması da bunu sübut edir. Dünyada Ermənistan qədər terror təşkilatına malik olan ikinci bir ölkə yoxdur.
Suriyada da ermənilərin terror təşkilatlarına dəstək verdiyi, PKK sıralarında çoxlu sayda erməninin olması ilə bağlı məlumatlar mövcuddur. Bütün bunlar ermənlərin bu gün də aktiv şəkildə terror fəaliyyəti ilə məşğul olduğunu göstərir. Bu baxımdan təbii ki, Azərbaycan mediası, diplomatiyası, tarixçiləri ermənilərin terrorçu fəaliyyətini ifşa etməli, beynəlxalq ictimaiyyətə onların əsl simasını göstərməlidir”.
Seymur ƏLİYEV