“Həmsədrlər XİN-in qarşısında gülə-gülə maşından düşəndə, elə bil, nənəmin “oynaşları”nı görürəm...”
Oxunub: 5481
24 Sep 2019 | 11:11
“Həmsədrlər XİN-in qarşısında gülə-gülə maşından düşəndə, elə bil, nənəmin “oynaşları”nı görürəm...”
"Əslində Musaya bu yaşda Xalq şairi fəxri adı vermək onu ələ salmaqdı mənim aləmimdə. Bu adları ölkə başçısına təqdim edənlər indiyə kimi hardaydı? Musa Yaqub bu adı 45-50 yaşında almalıydı"

Moderator.az yazıçı Seyran Səxavətlə müsahibəni təqdim edir. 

- Bu il 73 yaşınız tamam oldu. Bəs həyatınızda hansı dəyişikliklər baş verdi?

- 73 yaşım oldu? Vallah heç xəbərim yoxdu. Mübarək olsun. Dəyişiklik o oldu ki, yeni yaşım tamam oldu. 
- Deyirsiniz ki, Qarabağla bağlı əsər yazmağın yox, artıq döyüşməyin vaxtıdı. Bu cür əsərləri qəbul etmirsiniz?

- Demirəm qəbul etmirəm. Artıq Qarabağ haqqında əsər yazmağın vaxtı deyil, hücum edib torpaqları işğaldan azad etmək lazımdır. Azərbaycan Yazıçılar Birliyinin iki min üzvü var. Məsələn, elə mənim özümün fantaziyam da, istedadım da var. Bir obraz yaradaram ki, qıra-qıra Yerevana gedib çıxaram. Mənə kitabda, şeirdə, romanda, poemada alınan Qarabağ lazım deyil, real həyatda alınan Qarabağ lazımdır. Romanda alınan Qarabağa gedə bilərəmmi? Qarabağ haqqında ən yaxşı əsəri isə bizim Ali Baş Komandan yazmalıdır, Müdafiə Nazirliyi ilə xalqla birlikdə. Ona görə də “Qarabağ şikəstəsi” oxunanda mən özümü pis hiss edirəm. Axırıncı dəfə Şuşaya Sergey Suşa adlı bir rus şairini qonaq aparmışdım. 

- Bəs torpaqların işğalından artıq 27 il keçir və siz bu haqda nə fikirləşirsiniz?

- Artıq bunu yuvarlaqlaşdıraq, otuz il keçir. 30 il danışıq aparmaq olar? ATƏT-in Minsk qrupu gəlib Xarici İşlər Nazirliyinin qarşısında gülə-gülə maşından düşəndə elə bir nənəmin “oynaşların” görürəm. Bununla bağlı şeirim də var. 

“Mənə elə gəlir ki,
onların muştuluğu
təkəmseyrək sevinci
gen şərin də.
Yenə gülə-gülə 
düşdülər maşından 
Xarici işlər Nazirliyinin 
qənşərində...”

Yəni dünya və bizim ölkəmiz başda olmaq şərtilə Qarabağ məsələsinə son dərəcə biganə yanaşır və ona görə də məsələ uzanır. 

- Yəni biz sabah o torpaqda 27 yaşı tamam olan erməniyə deyə bilərikmi ki, bura bizimdi, çıx torpağımızdan?

- Əlbəttə, bu da və 27 il Şuşadan qaçqın düşən adama da çətin olacaq bu sözləri demək. Bu gün məcburi köçkünlərimizə ev veriləndə təşəkkür edib deyirlər ki, bizə torpağımızı verin, biz öz evimizə getmək istəyirik. Xalq öz torpağını istəyir. Qarabağı olan adam heç vaxt Bakı deyilən neft qoxulu yerdə qalmaz. Bakılı dostlarım məni bağışlayaralar. 

- Bu gün məktəblərimizdə ziyalılarımızla görüşlər keçirilmir. Sizcə buna səbəb nədir?

- Bəli, keçirilmir, çünki lazım deyil. Sovet vaxtında çox gözəl ənənə var idi, ali və orta məktəblərdə yazıçılarla möhtəşəm görüşlər olurdu. O cür görüşlər indiki azad cəmiyyətin heç babasının da yuxusuna girməz. İndi bunu etmirlərsə, məncə qəsdən etmirlər. İstənilən yetkiliylə bununla bağlı debata çıxıb deyə bilərəm ki, niyə buna imkan vermirsiniz? 

Ordunun özündə də yazıçılarla görüşlər təşkil olunmalıdır. Bir dəfə özüm gedib çıxmışdım əsgərlərin yanına. Orda əsgərlərlə görüşüb bir-bir adlarını soruşdum. Azərbaycanın hər bir bölgəsindən orda uşaqlar var idi. Telefon nömrəmi də verdim. Olara sevgi şeirləri də oxudum. Dedim ki, məni toyuna çağırmayan kişi deyil, gəlməyən də ikiqat kişi deyil. 


- Sizinlə keçirilən bir görüşdə dediniz ki, mənə Xalq şairi fəxri adı verilməsi artıq gecdir və vaxtında verilsəydi, pul müfakatıyla gözəl xanımları yeyib-içməyə dəvət edərdim. Sizin üçün kişilərlə yeyib-içmək artıq bu qədərmi maraqsızdı?

- Bu da bizim həyatımızın bir parçasıdır. Hərdən dostlarla yeyib-içməyə gedirik. Həmişə yeyib-içəndə hamı bir-birini tərifləyir. Onlara dedim ki, yığışdırın da bu tərifi, bizim gözəl, savadlı xanımlarımız var, qoy onlar da gəlsin bizim məclisimizə rəng qatsın. 

“Buna görə də mükafatın verilməsinə imkan vermədim...”

Qaldı ki, açığını deyim ki, bundan sonra fəxri ad mənə lazım deyil və belə də başa düşülə bilər ki, “pişiyin ağzı ətə çatmayanda, deyər murdardı”. Amma mən heç belə də demirəm. Mənə bu adı 45-50 yaşında verəydilər. 1988-ci ildə 42 yaşım var idi, Sahib Ələkbərov onda Azərbaycan komsomol mərkəzi komitəsinin birinci katibi idi. Onda eşitdim ki, bunlar mənə “Lenin komsomolu” mükafatı vermək istəyirlər. Gedib S.Ələkbərovla görüşüb dedim ki, çox sağ olun, amma 42 yaşında komsomol olmaz, bunu cavanlara verin. Buna görə də mükafatın verilməsinə imkan vermədim. 
 
Allah bu ad verənlərin ətin töksün. Musa Yaqubun bir ayağı yox e, iki ayağı gordadı, əzizimdi, canımdı, 6 dəfə gedib ona baş çəkmişəm və bir yerdə də şəkil paylaşmamışam ki, Musaya dəyməyə getmişdim. Musa Yaquba indi necə başa salaq ki, sənə Xalq şairi fəxri adı veriblər. Onun 83 yaşı var. Bu adları ölkə başçısına təqdim edənlər indiyə kimi hardaydı? Musa Yaqub bu adı 45-50 yaşında almalıydı. Son zamanlar siyasətlə bağlı ikili standart deyilən bir termin var və bu ədəbiyyata da, mədəniyyətə də yol tapıb. İyirmi beş yaşında uşağa Xalq artisti fəxri adı verirlər və başqa birisi Xalq artistidi, amma heç bilmir ki, Azərbaycanın dövləti himninin sözlərinin və musiqisinin müəllifi kimdir. Azərbaycanda bizim hörmətli mədəniyyət nazirimizin dediyinə görə 1300 nəfərə qədər Əməkdar və Xalq artisti var. Bəs bu adları yazıçlara verəndə niyə can çəkirlər. Əslində Musaya bu yaşda Xalq şairi fəxri adı vermək onu ələ salmaqdı mənim aləmimdə. Bir dəfə Ramiz Rövşənlə Vaqif Bayatlı AYB-də söhbət edəndə mən də gəldim. R.Rövşən dedi ki, tanış olun. Dedim ki, Vaqifi tanıyıram. Ramiz dedi ki, Vaqif məndən güclü şairdi. 

- Azərbycanın ən möhtəşəm futbol azarkeşlərindən birisiniz. “Barselona” ya azarkeşlik edirsiniz və hesab edirsiniz ki, Messi sizin oğlunuzdu...

- Bəli. Elə bilirəm ki, Messi mənim belimdən gəlib. Görün o, nə qədər mədəniyyətlidi, o, dünyanın bütün prezidentlərindən daha məşhur və sevimlidi. Çox zəhmətkeş uşaqdı, uşaqlıqda xəstə olub. 

- Bəs bizdə niyə futbolçularımız bir-birinə pas verməyi xoşlamırlar?

- Biz ümumiyyətlə, nə futbolda, nə həyatda, nə də sənətdə bir-birimizə pas verməyi xoşlamırıq. Millət olaraq kollektiv oyunlar bizdə alınmır, fərdilik daha möhtəşəm olur. 

- “Qarabağ”ın oyununa baxırsınız?

- Əvvəllər baxırdım və indi baxmıram. Çünki Q.Qurbanov da bu komandada çox ləngidi. “Barselona” kimi nəhəng bir komandanın məşqçisi komandadan getdi. Q.Qurbanov isə uzun illərdi bir komandadır. Əslində heç Qurbanı əvəz edəcək adam da yoxdu. Buna görə də düşünürəm ki, Azərbaycanda heç vaxt futbol olmayacaq. Mənim yadımdadı “Neftçi” komandası Yaponiyanın yığma komandasına Bakıda 10:0 qalib gəldi. İndi bizə futbola elə adam başçılıq edir ki, heç özü də bilmir futbol nədir. Ümumiyyətlə, futbolun inkişafı üçün pul lazımdı və bu da var. Amma baxır o pulu kim, hara, necə xərcləyir. Bu gün o pulu azərbaycansayağı xərcləyirlər və nəticədə göz qabağındadır. 

- Deyirsiniz ki, yaxşı muğam ifaçısı olmusunuz. Bəs səsinizə nə oldu ki, belə vəziyyətə düşdünüz?

- Mən qəfildən ciddi xəstələndim. Sonra Allah elədi ki, sağaldım. Özümün muğamla bağlı xeyli zapislərim var. Öz altmış illiyimdə də muğam ifa etmişəm. Bizim tayfa Muradxanlı tayfasıdır. Muradxanlı böyük tayfadır, orda hamının səsi var. Onlardan təkcə Əvəz Muradov (Bahar Muradovanın atası) xanəndə oldu.  

- Bəs bu gün hansı musiqiləri dinləyirsiniz?

- Bu gün ancaq muğam dinləyirəm, Xəyyam Mirzəzadənin “Gəzinti” əsəri var onu çox sevirəm. F.Əmirovun, Q.Qarayevin simfoniyasına qulaq asıram. O, simfoniyalarda aşıq elementlərindən də istifadə olunub. 

- Gənc yazarlardan kimləri oxuyursunuz?

- Hamısını oxuyuram. Çox vaxt onları müdafiə etmişəm. Mənə kitablar da bağışlayırlar. Xoşuma gələnləri oxuyuram, gəlməyənləri yox. İndi bizim çoxlu istedadlı xanım yazarlarımız var.

Vasif Əlihüseyn
Oxşar xəbərlər
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
GÜNLÜK
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar