"Bir də görürsən bəzi saytlar yazır ki, filan "zapravka", filan otel Hacı Madərindir"
Oxunub: 1250
29 Aug 2019 | 20:27
Moderator.az Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsinin deputatı Madər Musayevin APA-ya müsahibəsini təqdim edir:

– Madər müəllim, mediada demək olar ki, müsahibələriniz çıxmır. Özünüz mətbuatdan qaçırsınız, yoxsa…

– Sizinlə razı deyiləm, demək olmaz ki, müsahibələrim, yaxud açıqlamalarım çıxmır. Əslində, zaman-zaman ya ölkədə baş verən hər hansı məsələyə münasibət bildirirəm, ya seçildiyim 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi ilə bağlı ünvanlanan sualları, ya da jurnalistlərin bu və ya digər məsələlərlə bağlı zənglərini cavablandırıram. Təkcə bu il ərzində səhv etmirəmsə ya 4-cü, ya da 5-ci dəfədir müsahibə verirəm. Son vaxtlar isə jurnalist dostlarımızın telefon zəngi ilə ünvanladıqları suallara cavab vermirəm. Bunun da obyektiv səbəbləri var. Əlbəttə ki, jurnalistin informasiya almaq və yaymaq hüququ var, mən qətiyyən buna qarşı deyiləm. Amma bu hüquq həm də onlara imkan vermir ki, müsahibin dediyi sözü başqa formada yazsınlar. Təbii ki, bunu hamıya şamil etmək olmaz. Ümumilikdə isə davamlı olaraq mediada görünməyin tərəfdarı deyiləm.

– 30 ilə yaxındır ki, deputatsınız. Bu müddət ərzində hər hansı qanunvericilik təşəbbüsü ilə çıxış etmisinizmi?

– Bildiyiniz kimi, istər deputatların hazırladığı, istərsə də qanunvericilik təşəbbüsü ilə çıxış edən aidiyyəti qurumlardan Milli Məclisə daxil olan qanun layihələri əvvəlcə müvafiq komitələrdə müzakirə olunur. Ötən müddət ərzində konkret qanunvericilik təşəbbüsü ilə çıxış etməsəm də, təmsil olunduğum komitədə hazırlanan və Milli Məclisin plenar iclaslarına təqdim edilən qanun layihələrinə təklif və qeydlərim olub. Eyni zamanda qüvvədə olan qanunlara dəyişikliklər və əlavələr zamanı da müvafiq təkliflərlə çıxış etmişəm. 

– Milli Məclisin plenar iclaslarında demək olar ki, çıxış etmirsiniz. Bunun səbəbi nədir?

– Parlamentdə təmsil olunan hər bir deputat fəaliyyətini “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna uyğun qurur. Həmin qanunda göstərilməyib ki, Milli Məclisin deputatı mütləq bütün iclaslarda çıxış etməlidir. Əlbəttə, çıxışına qadağa da yoxdur. Təmsil olunduğum komissiyada sözümü deyirəm, təklifimi verirəm. Çalışıram ki, Milli Məclis və onun orqanlarının iclaslarında iştirak edim, deputat sorğusu göndərim və digər səlahiyyətlərim daxilində ölkəmə və seçicilərimə faydalı olum. Ən əsası da seçicilərimlə davamlı iş aparıram. 

– Madər müəllim, seçicilərinizlə münasibətiniz necədir? Sizcə, deputat-seçici münasibətləri necə olmalıdır? Seçicilərinizin yanında tez-tez ola bilirsinizmi? Daha çox hansı məsələlərlə bağlı Sizə müraciətlər edirlər?

– Bu məsələyə fərdi yanaşmağın tərəfdarıyam. Yəni konkret söhbət Madər Musayevdən gedirsə, mən seçildiyim ərazidə – Binəqədi qəsəbəsində yaşayıram. Hər gün işə gedəndə də, gələndə də seçicilərimi görürəm. Millət vəkili kimi ofisim də elə seçildiyim ərazidə yerləşir. Binəqədi və Biləcəri qəsəbəsi də seçildiyim dairənin hüdudlarına daxildir. Hətta avtomobilimi belə özüm idarə edirəm. Yəni deməyim odur ki, evdən çıxandan işə qədər olan məsafədə yaşayan insanlar məni hər gün görür. Həftədə ən azı 2-3 dəfə yolumu Biləcəri qəsəbəsindən salıram, küçələrə girirəm. Bəzən insanların toplaşdığı yerlərdə avtomobili saxlayıb hal-əhval tuturam, xeyir-şər məclislərində iştirak edirəm. Düşünürəm ki, ola bilsin, kiminsə sözü, müraciəti ola bilər. Yəni bu kimi məsələlərdə seçicilərimlə aramda heç bir məhdudiyyət yoxdur. Deputat dövlətlə seçici arasında bir növ körpü rolunu oynamalıdır. Ötən müddətdə mən bu işin öhdəsindən ləyaqətlə gəlməyə çalışmışam. Heç bir müraciəti cavabsız buraxmamışam. Deputat kimi qəbul günüm yoxdur, demək olar ki, hər gün seçici qəbul edirəm. Seçicilərin istək və tələbləri müxtəlifdir. Kimisi ev istəyir, kimisi övladının təhsil haqqının ödənilməsini, kimisi də xəstəsinin müalicəsinə dəstək olmağı xahiş edir. Əlbəttə, çalışıram ki, qanunun imkan verdiyi çərçivədə dövlətin müvafiq qurumlarına müraciət etməklə seçicilərimin problemlərini həll edim. Bir çox halda şəxsi əlaqələrimdən də istifadə edirəm. Etiraf edim ki, bəzi məsələlər heç də həmişə müsbət həll olunmur. Təbii ki, belə olan halda da seçici narazı qalır.

– Deputatlar bəzən onları qəbul etmədiyinə, qaldırılan məsələlərə baxilmadığına görə nazirlərdən, komitə rəhbərlərindən şikayət edirlər. Siz belə hallarla rastlaşmısınızmı?

– Bu halı istisna etmirəm. Lakin deputatlıq təcrübəmdə belə hallarla çox az qarşılaşmışam. Bəzən nazir, komitə sədri ilə görüş xahiş etmişəm, nəzakətlə bildiriblər ki, məsələn, bu gün yox, üç gün sonra gəlin. Yaxud seçici müraciətini aidiyyəti qurumlara ünvanlamışıq, lakin cavab gecikib. Baxmayaraq ki, müvafiq orqanlar və ya vəzifəli şəxslər deputat sorğusuna bir ay müddətində rəsmi surətdə yazılı cavab verməlidirlər. Belə olan halda da şəxsən telefon açmışam, narazılığımı bildirmişəm. Bütün hallarda məqsəd seçicinin müraciətinin müsbət həllindən ibarətdir. Buna nail olduğumuz vaxtlar da olur, olmadığımız vaxtlar da. Digər tərəfdən, deputatın Azərbaycan Respublikası mərkəzi və yerli icra hakimiyyəti, məhkəmə hakimiyyəti, prokurorluq, yerli özünüidarə orqanları, dövlət müəssisələri, idarələri və təşkilatlarının vəzifəli şəxsləri tərəfindən təxirə salınmadan qəbul edilmək hüququ var. 

– Deputat həmkarlarınızla münasibətiniz necədir?

– Çox yüksək səviyyədə. Hətta ötən çağırışlarda parlamentdə təmsil olunan sabiq deputatlarla da münasibətlərim normaldır. Mən dosta, həmkara, bir sözlə dövlətini və millətini sevən hər kəsə dəyər verən adamam. Bunu Azərbaycanda, məni tanıyanlar arasında bilməyən yoxdur. Bir sözlə, mənə qarşı hamı yaxşı olub, ağsaqqal, Hacı kimi dünən də hörmət ediblər, bu gün edirlər.

– Ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycanda həyata keçirilən islahatları necə qiymətləndirirsiniz?

– Dövlətin gücləndirilməsinə, iqtisadiyyatın inkişafına, ictimai-siyasi sabitliyə, xalqın firavanlığına hesablanan islahatlar yalnız alqışla layiqdir. Cənab Prezident İlham Əliyev yorulmadan Ümummilli lider Heydər Əliyevin inşa etdiyi Azərbaycanın daha da güclənməsinə çalışır. Təkcə son bir ildə cənab Prezidentin imzaladığı sərəncamlarla çox yeniliklərin şahidi olduq. Əmək haqları və təqaüdlər davamlı artırılır, iqtisadiyyatın müxtəlif sahələrində islahatlar həyata keçirilir, həssas qrup olan müharibə veteranları, şəhid ailələrinin sosial vəziyyəti yaxşılaşdırılır. İqtisadi sahədə dövlət proqramları çərçivəsində hər gün müəyyən işlər görülür, regionlar inkişaf edir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektoru üzrə istehsal və ixrac artıb, dövlət-sahibkar münasibətləri inkişaf etdirilib, sahibkarlıq fəaliyyəti üçün biznes mühiti yaxşılaşdırılıb. Çox uzağa getmək lazım deyil. Elə bu ilin 23 fevralında cənab Prezidentin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Fərmanı dəstəkləməyən, alqışlamayan bir nəfər belə tapa bilməzdiniz. Bu problemdən əziyyət çəkən 800 min insan arasında seçicilərim də var idi. Cənab Prezident bu qərarı ilə hər zaman vətəndaşın yanında olduğunu bir daha əməli işi ilə sübut etmiş oldu. Bütünlükdə cənab Prezidentin apardığı uğurlu daxili və xarici siyasət ölkənin milli maraqlarının qorunmasına xidmət edir. İslahatlarla bağlı çox söz demək olar, lakin düşünürəm ki, cənab Prezidentin gördüyü işləri sözlə qiymətləndirmək yetərli deyil, xalqın etimadı, sevgisi, seçimi əsasdır, o da ki günü-gündən daha da çoxalır.

– Bildiyimiz kimi, qarşıdan növbəti parlament seçkiləri gəlir, gələn il Sizin də deputat fəaliyyətiniz başa çatacaq. Deputat fəaliyyətinizi necə qiymətləndirirsiniz? Seçicilərinizin etimadını doğrulda bildinizmi?

– Azərbaycanda vətəndaşın sosial rifah halının yaxşılaşdırılması üçün görülən hər bir işin memarı cənab Prezidentdir. Parlament, müvafiq icra strukturları, yerli özünüidarəetmə qurumları ölkənin hərtərəfli inkişafı naminə Prezidentin müəyyən etdiyi siyasi kursu həyata keçirməklə məşğuldur. Bu qurumların biri qanunvericiliklə məşğul olursa, digəri həmin qanunların icrasını həyata keçirir. Geridə qalan illərə nəzər salsaq, seçicilərin problemlərinin həlli istiqamətində dövlətin müvafiq qurumları qarşısında qaldırdığım bir çox təkliflər, təşəbbüslər müsbət dəyərləndirilib. Məsələn, ötən bir neçə il ərzində 10 saylı Binəqədi üçüncü Seçki Dairəsində bir sıra sosial infrastruktur layihələriningerçəkləşdirilməsinin təşəbbüskarı olmuşam. Bura Binəqədi qəsəbəsində 182 saylı orta ümumtəhsil məktəbi və 179 saylı orta məktəblər üçün yeni korpusların tikintisi, Gülüstan küçəsində bir neçə döngənin asfalt örtüyünün dəyişdirilməsi, qəsəbənin mərkəzində yeraltı keçidin istifadəyə verilməsi, DSK adlanan ərazidə kanalizasiya və su xətlərinin yenidən qurulması, Mədəniyyət Evinin ən yüksək səviyyədə təmiri və digər işlər daxildir. Bir məsələni xüsusi qeyd edim ki, yeraltı piyada keçidi bu ərazidə sakinlərin və məktəblilərin rahat və təhlükəsiz hərəkətini təmin etmək istiqamətində mühüm rol oynayır. Əlillərin bu keçiddən istifadə etməsi üçün də xüsusi hərəkət zolaqları yaradılıb. Müasir tələblər səviyyəsində inşa olunan keçiddə işıqlandırma sistemi, hər iki girişdə təhlükəsizlik kameraları quraşdırılıb ki, bu da insanların rahatlığının təminatına xidmət edir.

Biləcəri qəsəbəsində əsas yolların kompleks şəkildə yenidən qurulması istiqamətində təşəbbüslərim də müvafiq dövlət qurumları tərəfindən müsbət qarşılanıb. Ümumi uzunluğu təqribən 5 km yaxın olan Y.Hüseynov və Natəvan küçələri tam yeni görkəmdə insanların ixtiyarına verilib. Bu yollara müasir tələblərə cavab verən yeni asfalt-beton örtüyü döşənib. Eyni zamanda, yol boyu yeni səki daşları düzülüb, işıqlandırma və kommunikasiya xətləri yenilənib. Eyni zamanda qəsəbədə küçələrin işıqlandırılması, bəzilərinin asfalt örtüyünün dəyişdirilməsi, binalar arasında xeyr-şər evlərinin tikintisi, binaların istilik sistemləri ilə təminatı həyata keçirilib, 9-cu mikrorayon ərazisində yerləşən 219 saylı Körpələr Evi yenidən qurulub. 

Əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq Biləcəri qəsəbəsində, məhəllə 50-57/68 ünvanında – 11-ci binanın qarşısında və 9-cu mikrorayon ərazisində xeyir-şər evləri tikilərək istifadəyə verilib. Müasir üslubda inşa olunan mərasim zalları lazımi inventar və avadanlıqlarla tam təchiz olunub. İmkanım daxilində tələbələrə, idmançılara və istedadlı gənclərə hər cür dəstək göstərmişəm. Bayramlarda həm Binəqədi, həm də Biləcəri qəsəbəsində yaşayan aztəminatlı ailələrə maddi və mənəvi dəstəyimi əsirgəməmişəm. Düşünürəm ki, ötən müddət ərzində bir deputatın görə biləcəyi işləri artıqlaması ilə görmüşəm, görməkdə də davam edirəm. Bir sözlə, qapımı döyən heç vaxt əliboş qayıtmayıb. Dövlətimə və Prezidentimə güvənərək müraciət edən hər bir seçicinin problemini qanun çərçivəsində həll etməklə onların etimadını doğrultmağa çalışmışam.     

Bu sözü bir-iki yerdə demişəm, icazə verin sizə də deyim. Bir adam min adamı bir və ya iki dəfə aldada bilər. Lakin bir adam kütləni heç vaxt dəfələrlə aldada bilməz. Altı dəfə eyni ərazidən ardıcıl deputat seçilməyimə səbəb vətəndaşlarla həqiqət üzərində qurulan səmimi münasibətim olub. Bu gün də dövlətimizə, Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətə güvənərək seçicilərimin problemlərinin həllində hökumətin hər cür dəstəyindən istifadə edirəm.

– Bir çoxu belə fikirlər səsləndirir ki, parlamentdəki deputatların əksəriyyəti yaşlıdır, Milli Məclisdə gəncləşmə siyasəti aparılmalıdır. Sizin buna münasibətiniz necədir?

– Əvvəla dünyanın heç bir ölkəsində yaşlı adamların parlamentə seçilib-seçilməməsi ilə bağlı heç bir qadağa yoxdur. Dünyanın bir parçası olan Azərbaycan demokratik və hüquqi dövlətdir. Ölkədə bütün növ seçkilərdə iştirak Konstitusiya və qanunlarla tənzimlənir. Əgər yaş senzi imkan verirsə, istənilən ölkə vətəndaşı – gənc-yaşlı, kişi-qadın parlament seçkilərində iştirak etməkdə sərbəstdir. Seçilər-seçilməz bu artıq seçicinin etimadına bağlı olan məsələdir. Sevindirici haldır ki, bu gün Azərbaycan parlamentində həm gənc, həm orta, həm də yaşlı nəslin nümayəndələri təmsil olunur.   

 – Seçkilərdə yenidən deputatlığa namizədliyinizi irəli sürmək fikriniz varmı?

– Mən hazırda Milli Məclisin üzvüyəm, növbəti parlament seçkiləri isə 2020-ci ildə keçiriləcək. Bu barədə danışmaq hələ tezdir.

– Mətbuatda bəzi deputat həmkarlarınızın, habelə Sizin parlament fəaliyyəti ilə yanaşı, özəl biznesinizn olduğu barədə yazılır. Həqiqətən, biznesiniz var, yoxsa deputat maaşınızla dolanırsınız?

– Bir neçə dəfə demişəm, indi də deyirəm: 14-15 yaşımdan ticarətdə işləmişəm, satıcı şagirdliyindən mağaza müdirinə qədər gedib çıxmışam. Bu da çox-çox əvvəl – Sovet dövründə olub. 1990-cı ildən isə deputat seçilirəm. Bir də görürsən ki, bəzi saytlar yazır ki, filan mağaza, filan yanacaqdoldurma məntəqəsi, nə bilim filan otel Hacı Madərindir. Amma həqiqətdə elə deyil. Kimin nə deməsindən asılı olmayaraq, qanunla deputatın bizneslə məşğul olması qadağandır. Mən də hamı kimi qanunlara hörmət edirəm. Deputat maaşım dolanışığıma kifayət edir.

– Bu gün cəmiyyətdə Sizi ən çox narahat edən nədir?

– Hər şey qaydasındadır, əladır demək doğru çıxmaz. Harada insan var, orda qayğı da var, problem də var. Təkcə Azərbaycanda deyil, dünyanın hər yerində belədir. Sosial-iqtisadi problemlər, insanların yaşayışı ilə bağlı narahatlıqlar zaman-zaman aradan qaldırılır. Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan sosial dövlətdir və cənab Prezidentin imzaladığı hər bir Sərəncam, Fərman insanların daha yaxşı yaşamasına, təhsil almasına hesablanıb. Amma bəzi məsələlər də var ki, dövlət onlara müdaxilə edə bilmir. Bu da milli-mənəvi dəyərlər, adət-ənənələrdir. Bu gün məni ən çox narahat edən məqamlardan biri və bəlkə də ən başlıcası insanların sosial şəbəkələrdə davranışlarıdır. Bəziləri böyük-kiçik, qadın-uşaq bilmədən ağzına gələni yazır, videolar paylaşırlar. Xüsusən də qarşı tərəfi tanımadıqları, görmədikləri halda onu təhqir etməkdən sanki zövq alırlar. Bizim gözəl adət-ənənələrimiz, davranış qaydalarımız var. İnsanlar gərək belə məsələlərdə diqqətli olsunlar.  

– İqtidar və müxalifət nümayəndələri ilə münasibətləriniz necədir?

– Bir az əvvəl də dedim, bir ağsaqqal kimi hamıdan hörmət görmüşəm. Lakin hər zaman demişəm, bu gün də deyirəm, siyasi nöqteyi-nəzərdən bitərəfəm, amma YAP-ın dostuyam. Dövlətini sevən, görülən bu qədər müsbət işləri qiymətləndirən, təqdir edən konstruktiv müxalifətlə də düşmən deyiləm. Müxalifətin olması qorxulu deyil, yaxşı olmayanı odur ki, bilərəkdən düşmən dəyirmanına su tökəsən, davamlı olaraq hər şeyi qara görəsən, yaxşıya da pis deyəsən. Təəssüf ki, bu gün aramızda bu cür qara-qara düşünən insanlar da var.

– Asudə vaxtınızı necə keçirirsiniz?

– Doğulduğum və hazırda da yaşadığım Binəqədi qəsəbəsinin tarixi çox qədimlərə gedib çıxır, məxsusi adət-ənənələri var. Asudə vaxtlarımda insanlarla görüşür, hal-əhval tutur, qayğılarını dinləyirəm. Onlar kəndçilərimlə yanaşı, həm də mənim seçicilərimdir. Qəsəbənin də nə az, nə çox təxminən 70 minə yaxın sakini var. Düzdür, onlardan yalnız 39 mini seçici kimi qeydiyyatdadır, amma fərqi yoxdur, hamı deyir ki, deputatımızsan. Bir də görürsən qəsəbə sakinidir, gəlib evinin qapısını döyür, açmaya, dinləməyə bilmirsən. Belə şeylər xarakterimə yaddır. Belə olanda da deputatın asudə vaxtı çox az olur. Olanda da ya dostlarla görüşür, ya da evdə istirahət edirəm.
Oxşar xəbərlər
16:02, Bu gün
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - FOTO
15:58, Bu gün
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
15:53, Bu gün
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
15:45, Bu gün
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
15:41, Bu gün
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
15:37, Bu gün
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
15:33, Bu gün
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
15:28, Bu gün
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
15:23, Bu gün
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
15:19, Bu gün
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
15:14, Bu gün
İlham Əliyev bu qanunu təsdiqlədi
15:09, Bu gün
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
15:05, Bu gün
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
15:02, Bu gün
Prezident sərəncam imzaladı
15:00, Bu gün
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
14:55, Bu gün
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə görüşdü
14:50, Bu gün
“Hökumət evi”nin antihökumət sakinləri – Üç min nəfərin yaşadığı İofan kompleksinin sirləri  
14:45, Bu gün
Azərbaycan ədəbi dilinə akademik baxış
14:40, Bu gün
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - FOTO
14:37, Bu gün
Kəlbəcərdə yük maşını aşdı - Ölən var
14:35, Bu gün
“Gənc istedadlar” liseyinin şagirdləri IX Ekoloji Forumun startap müsabiqəsində qalib gəliblər - FOTO
14:32, Bu gün
Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə görüşdü
14:30, Bu gün
Kamal Abdullaya “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim olundu - FOTO
14:25, Bu gün
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alındı - VİDEO
14:20, Bu gün
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO
14:15, Bu gün
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
14:10, Bu gün
Çıxışına “stop” qoyulan 495 nəfər ölkədən gedə bilmədi
14:06, Bu gün
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
14:00, Bu gün
Netanyahu ilə Blinken arasında QAPALI GÖRÜŞ
13:56, Bu gün
Prezident bir qrup rektoru təltif edib
13:52, Bu gün
İvanişvilinin bəyanatının gizlinləri: Gürcüstan sınaq qarşısında - TƏHLİL
13:49, Bu gün
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirildi - YENİLƏNİB + FOTO
13:47, Bu gün
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
13:42, Bu gün
Əli Əsədov Muharrem Kılıçla görüşdü
13:37, Bu gün
Oğuzda silahlı şəxs saxlanıldı - FOTO
13:32, Bu gün
Gürcüstan parlamentində qalmaqal: Deputatlar arasında dava düşdü - VİDEO
13:27, Bu gün
Şarl Mişeldən ETİRAF: “Bəzən Brüsseldə ikili standartlar müşahidə olunur”
13:22, Bu gün
BMT Baş katibinin müavini: "Azərbaycan sülhə, yumşaq gücə önəm verir"
13:17, Bu gün
Bakıda yüksəksürətli yolda yerüstü piyada keçidinin inşasına start verilib - FOTO
13:12, Bu gün
Azərbaycanda dini qurumların sayı artıb
13:07, Bu gün
Parkinqə pul verməmək üçün qayda pozurlar - AÇIQLAMA + FOTO
12:58, Bu gün
Ləğv edilmiş MTN-in tutduğu narkobaron həbsdə öldü
12:54, Bu gün
MSK sabah Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq
12:50, Bu gün
Tovuzda qadının üzərinə benzin tökərək yandıran şəxs həbs edildi
12:47, Bu gün
“Allergiyası olanlar bu qidaları yeməsinlər - çiyələk yeyən uşaqlar şoka düşə bilər” - ARAŞDIRMA + ÖZƏL
12:42, Bu gün
“Balaban ermənilərə aid deyil, amma düdük adı ilə bu alətin istehsalına başlayıblar, bizdə isə fabrik yoxdur” - FOTO + ÖZƏL
12:37, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:30, Bu gün
Əli Məsimli Böyük Dəhnə kəndində seçiciləri ilə görüşdü, vətəndaş qəbulu keçirdi - FOTO
12:25, Bu gün
Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb
12:20, Bu gün
TƏBİB-də yeni təyinat
12:15, Bu gün
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
12:10, Bu gün
Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verildi
12:00, Bu gün
Forum başladı: İlham Əliyev tədbirdə iştirak etdi - YENİLƏNİR + FOTO/VİDEO
11:58, Bu gün
“Delimitasiya və demarkasiya işləri hər hansı vasitəçi olmadan aparılır”
11:55, Bu gün
Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi
11:50, Bu gün
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
11:46, Bu gün
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
11:44, Bu gün
Prezident: “İndi biz sülhə doğru gedirik”
11:41, Bu gün
TikTok-la bağlı ŞOK - Azərbaycanlıların 75 faizi...
11:37, Bu gün
Bu ölkə qovrulur: Bir həftə ərzində 10 nəfər ölüb
11:35, Bu gün
“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi”
11:31, Bu gün
Azərbaycanda yeni telekanal açıldı
11:25, Bu gün
Prezident: "İndi rolumuzu körpülərin salınmasında görürük"
11:20, Bu gün
STM-də Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədriylə görüş keçirilib - FOTO
11:14, Bu gün
BDU tələbəsi faciəvi şəkildə öldü
11:05, Bu gün
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
11:00, Bu gün
Prezident: “İmkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın”
10:55, Bu gün
Azərbaycan Prezidenti: “Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik”
10:52, Bu gün
BDU-da Karyera Festivalı davam edir
10:49, Bu gün
"Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub" - İlham Əliyev
10:45, Bu gün
Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? - ARAŞDIRMA
10:40, Bu gün
Çempionlar Liqasında yarımfinal həyəcanı: “Dortmund” - PSJ dueli
10:36, Bu gün
Qazaxda gənc qız 15 gündür itkin düşüb
10:34, Bu gün
Qərbi Azərbaycan Televiziyası binasının açılışı oldu - FOTO
10:32, Bu gün
Rövşən Rzayev vəfat etdi -FOTO
10:22, Bu gün
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
10:18, Bu gün
"Elza deyilik ki, stollarda oxuyaq" - VİDEO
10:05, Bu gün
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - SƏBƏB + VİDEO
09:55, Bu gün
Vəkillər Kollegiyası Gədəbəydə pulsuz hüquqi dəstək göstərəcək
09:29, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
09:21, Bu gün
Üzünüzü yumazdan əvvəl iki dəfə düşünün!
09:12, Bu gün
"Putin ənənəvi dəyərləri müdafiə edən siyasi liderdir" - Duqin
09:08, Bu gün
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
08:59, Bu gün
Azərbaycanda bu qadağa qüvvəyə minir
08:59, Bu gün
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
08:50, Bu gün
Oğuzda FACİƏ: 77 yaşlı qadın özünü belə öldürdü
07:48, Bu gün
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
07:47, Bu gün
ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub
07:46, Bu gün
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
07:25, Bu gün
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
07:13, Bu gün
İbtidai siniflər üçün yaz tətili başlayıb
07:00, Bu gün
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
06:55, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
06:37, Bu gün
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
06:16, Bu gün
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
00:53, Bu gün
Çempionlar Liqası: "Bavariya" - "Real" oyunu qollu heç-heçə ilə başa çatıb
00:42, Bu gün
"Real" hesabı bərabərləşdirdi - YENİLƏNİR
00:26, Bu gün
57 yaşlı Mayk Tayson və 27 yaşlı məşhur bloqer dəbilqəsiz döyüşəcəklər
00:06, Bu gün
Bu gündən tibbi arayışlar elektron formada veriləcək
GÜNLÜK
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 16:49
Şuşaya DÖNÜŞ başladı
30 Apr 2024 | 16:22
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 16:50
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 Apr 2024 | 17:39
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
30 Apr 2024 | 17:47
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
HƏFTƏLİK
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 16:49
Şuşaya DÖNÜŞ başladı
30 Apr 2024 | 16:22
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 16:50
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 Apr 2024 | 17:39
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
30 Apr 2024 | 17:47
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər