Azərbaycan dövlətçiliyinin qızıl dövrü: Səfəvilər sülaləsi – V məqalə
Araşdırma
Oxunub: 1636
12 Aug 2019 | 10:57
Azərbaycan dövlətçiliyinin qızıl dövrü:  Səfəvilər sülaləsi – V məqalə

I məqalə burada: //www.moderator.az/news/282815.html?fbclid=IwAR1d5Dl2AINh7bV7wWWHr9O4RrPhCnokobOn9CdXk2DtOHBEMds_d8z8YPc

 

II məqalə burada: //www.moderator.az/news/282939.html?fbclid=IwAR1lGCuF3jqFwVsHIXnLBFyJFUN7IM5Eit40M6JPaSMwEN_1Mt8kT8C68sQ

 

III məqalə burada: //www.moderator.az/news/283188.html?fbclid=IwAR1lwSHci9q0nUiOzAdVrhdXn83OUygODWq1kO1fMSskL_se7QpG9rLsOgU

 

IV məqalə burada: //www.moderator.az/news/283398.html?fbclid=IwAR0esOwp3_dLo77So004GNsQzweJ7CuI0Ql8z4KaTMklohvHP81XRSOTbeM

 

Orta əsrlər Azərbaycan tarixində, konkret düsək Azərbaycan dövlətçiliyində “Qızılbaşlığ”ın oynadığı rol danılmazdır. Zamanında gündəmə gətirilən bu sistemin hesabına Azərbaycanın əraziləri bir coğrafiyada bütünləşdi. O zaman türk tayfalarını bir araya gətirən bu ideya milli ruhun oyanmasında da müstəsna rol oynadı. Lakin tarixşünaslığımızda bu sahə dövlətçilik baxımından öyrənilməməklə bərabər, Azərbaycan Səfəvilər dövlətinin yaranmasında oyandığı tarixi rol da qiymətini ala bilməmişdir. Rus Sovet, İran, Türkiyə, o cümlədən Qərb, ABŞ tarixşünaslığı “Qızılbaşlığ”a şiə məzhəbi baxımından yanaşmış və düzgün fikir formlaşdırmamışlar. O zaman Azərbaycan tarixşünaslığı da məlum səbəbdən bunların ardınca getmişdir. Bununla belə bu tarixçilər o zaman orta əsrlərdə özünün yüksəliş dövrünü yaşayan sufizmin roluna bu və ya digər dərəcədə toxunmuşlar. Onların yol verdikləri ən böyük səhv isə Şah I İsmayıl dövrü dini həyat ilə ondan sonrakı dövləri eyniləşdirmək idi. Əslində, bu xətt daha çox İran tarixşünaslığının dəyirmanına su tökmüşdür. Rus Sovet, Qərb və ABŞ tarixşünaslığının bu məsələdə maraqları demək olar ki, üst-üstə düşmüşdür. Söhbət qardaş Türkiyə və İran dövlətləri arasındakı münasibətlərdə gərginliklər yaratmaqdan gedir. Bunun bariz nümunəsi də sünni-şiə ədavətini daimi gündəmdə saxlamq və onu şişirtməkdir. Bu mənada yuxarıda adı çəkilən ölkələrin tarixşünaslığı bu istiqamətdə böyük əmək sərf etmişdir. Onlar orta əsrlər tarixinə münasibətdə Osmanlı-Səfəvi ziddiyyətlərində din amilini daima şişirtmiş və Türk elm aləmində bir məzhəb düşmənçiliyi yarada bilmişlər. Bundan ötəri də daha çox “Çaldıran” döyüşü (1514) nün üzərində dayanmışlar. Bəllidir ki, Osmanlı-Səfəvi münasibətlərində bu döyüşdən də ağır döyüşlər olmuşdur. Amma onlar daha çox məhz bu döyüşün üzərində durmuşlar. Adları keçən ölkələrin tarixşünaslığının bu istiqamətdə zəhmətləri öz bəhrəsini vermişdir. Əslində, düşmənçilik toxumu səpən yanaşmanı onlar İldırım Bəyazid-Əmir Teymur, Həsən Padişah-Sultan Məhəmməd Fateh münasibətlərində də dərindən işləmiş və Türk dünyasının elmi sistemində parçalanmanın əsasını qoymuşdular. Böyük Çingiz Xan vəhşi kimi təqdim olunur, Şah I Abbas, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar İran şahı kimi qəddar rolunda verilirdilər. İnsanlarda onlara qarşı bir nifrət hissi oyada bilmişdilər. Belə misalların sayı çoxdur. Amma Şah İsmayıl-Sultan Səlimlə isə dini münasibətlərdə istədiklərinə nail olmuşdular. Təəssüf hissi ilə bildirək ki, onların tarixşünaslıqda yaratdıqları bu düşmənçilik münasibətləri indi də davam etdirilir və istər Türkiyə də, istərsə də Azərbaycanda bu təsirin altında olan çoxlu sayda insanlar vardır. Yuxarıda qeyd etdiyimiz kimi, bu münasibət daha çox İran tarixşünaslığına xidmət edir. İstər Türkiyədə, istərsə də İranda və Azərbaycanda müəyyən xarici qüvvələrin təsiri və dəstəyi ilə bəzi “tarixçilər” Azərbaycan Səfəvi dövlətinə, konkret onun yaradıcısı Şah I İsmayıla münasibətdə bu xəttdən çıxış edirlər. Bu da yuxarıda bildirdiyimiz kimi, daha çox İran tarixşünaslığının maraqlarına xidmət edir. 
İkinci Dünya müharibəsinin əvvəllərində Sovet tarixşünaslığı birdən-birə Azərbaycan dövlətlərini gündəmə gətirdi və xüsusilə Səfəvilərin üzərində dayandı. Məsələnin kökündə nə dayanırdı? Xatırladaq ki, bundan əvvəl Sovet tarixşünaslığı orta əsrlərə dair tədqiqatlarda Babək və onun azadlıq mübarizəsinin də üstündə bu cür dayanmışdı. Məsələ ondaydı ki, Sovet dövləti ateist dövlət idi. Ən çox çəkindiyi də İslamın inkişafı idi. Çünki tarixdən bəlli idi ki, vaxtilə Çar Rusiyasını Qafqazlarda az qala diz çökdürən məhz din xadimlərinin rəhbərliyi altında milli-azadlıq mübarizəsi olmuşdu. Bu mübarizənin uzun müddət davam etməsi də onu çökdürən amillərdən biri olmuşdu. Bunun davamı Sovetlər dönəmində də, XX əsrin 30-cu illərinə, dağ rayonlarında isə ayrı-ayrı dəstələr tərəfindən 50-ci illərinə, sonra isə ayrı-ayrı qaçaqlar tərəfindən 70-ci illərinə qədər davam etmişdi. Bu mənada İslam onun üçün çox qorxulu idi. Bir tərəfdən Çar Rusiyasının elədiyi kimi, özünəsadiq din xadimləri yetişdirsə də, digər tərəfdən anti-islam təbliğatını gücləndirirdi. Bu yöndə onun işinə daha çox Babək və onun apardığı mübarizə sərf edirdi. O zamandan başlayaraq Babəki və ardıcıllarını İslama qarşı mübarizə aparan qəhrəman kimi verirdilər. Eyni zamanda, onu bir “inqilabçı” kimi yoxsulların müdafiəçisi rolunda təsvir edirdilər. Təbii ki, buna əsasları da vardı. Çünki Babək hərəkatı zamanı Azərbaycan ərazilərində yoxsulluq yüksək səviyyədə idi, xilafətin (söhbət Abbasilər xilafətindən gedir-D.Ə.) zülmü günü-gündən ağırlaşırdı. Lakin bu o demək deyildi ki, bu mübarizənin kökündə milli mübarizə dayanmırdı. Əslində, bu bir xalq-azadlıq hərəkatı idi ki, Azərbaycan ərazilərinin işğalçılardan xilasına yönəlmişdi. Bu mübarizənin mərkəzi Azərbaycan idi. Babəkilər Bütöv Azərbaycan coğrafiyasını cızmışdılar. Bu mübarizə həm də bir Azərbaycan davası idi. Hazırda bu haqda çoxlu sayda məqalələr və monoqrafiyalar işıq üzü görübdür. Ona görə də üzərində çox dayanmayacağıq. Bizi bu məsələdə maraqlanıdran bu xəttin qələbəsiydi. Aparılan elmi “təbliğat” öz işini elə gördü ki, bu gün də Vətənimizdə Babəkə qarşı münasibət tam formalaşmamışdır. Bəziləri onu ateist, bəzilər də sırf bir şiə kimi təqdim edirlər. Əslində, Babəkin söykəndiyi və onun hesabına böyük uğurlar əldə etdiyi “Xürrəmilik” özündə mistisizmi əks etdirən sufi yönlü dünyabaxış idi ki, kökündə Türk ənənəvi sistemini də birləşdirmişdi. Bunun əsasında “Babəkiyyə” tərqiəti yaranmış və xalq qəhrəmanı Babəkin rəhbərliyi altında olan Azərbaycan ərazilərinə də Babəkilər dövləti kimi baxılmışdır. Ərəb işğalçıları ilə mübarizədə sonda məğlub olan babəkilər dağınıq şəkildə uzun müddət fəaliyyət göstərdilər və nəhayət, müəyyən zaman fasiləsindən sonra Azərbaycanda meydana çıxan öz ideoloji baxışlarına uyğun təriqətlərə qoşuldular. Aşağıda təqdim etdiyimiz ədəbiyyatlar əsasında da xürrəmilər-babəkilərin hürufilərlə, ondan sonra qızılbaşlarla necə gəlib birləşmələrinin şahidi olacaqsınız. Əslində, bu birləşmə zənciri maniçilikdən başlayıb, məzdəkiliyə, xürrəmiliyə-babəkiliyə, hürufiliyə və qızılbaşlığa qədər uzanırdı. Bu zənciri birləşdirən nə idi? Necə qüvvə idi ki, qarşıdakı düşmənlərin çoxsaylı qüvvələrini az qüvvə ilə darmadağın edirdi? Bu necə ideoloji sistem idi? Göründüyü kimi, qızılbaşlığa qədər Azərbaycanda dövlətqurma yönündə ciddi proseslər getmişdi. O zaman istər Sovet, ABŞ, Qərb, istərsə də İran tarixşünaslığı bunu yaxşı bilirdi. Amma özlərinin maraqlarına xidmət edən xətti işə saldılar. Onu da vurğulamağı vacib bilirik ki, dünyanın inkişaf etmiş ölkələrində şərqşünaslıq elmi daha çox kəşfiyyata xidmət etmiş və indi də davam etməkdədir. Çünki bu elm Avropanın Şərqə qarşı işğalçılıq yürüşündən sonra yarandı. Çar Rusiyasında da məqsəd yalnız bu idi. Bununla belə elmə çox dəyərli töhvələr verdilər. 


İkinci Dünya müharibəsinin əvvəllərində İran Almaniya dövəti ilə müttəfiq idi. SSRİ bu mənada İranla düşmən dövlət sayılırdı. O zaman SSRİ-nin sərhədlərinin yanında Türkiyə kimi bir dövlət dayanırdı. SSRİ o zaman Türkiyə ilə də düşmənçilik münasibətində olmaqla yanaşı, onu öz təsiri altına keçirib sosialist düşərgəsi sıralarını artırmaq məqsədi güdürdü. SSRİ-nin boğazlara sahiblənmək istəyi isə Rusiyanın tarixi ənənələrindən gələn məsələ idi. Türkiyə İkinci Dünya müharibəsində Almaniyanın müttəfiqi olmasa da, onunla normal münasibətləri var idi. İran və Türkiyə arasında Almaniyanın vasitəçiliyi ilə anlaşmanın baş verəcəyindən ehtiyat edən SSRİ rəhbərliyi məhz bu dövrdə şərqşünaslara Səfəvilərlə bağlı tədqiqatlar aparmağı və sünni-şiə münasibətlərini gündəmə gətirmək tapşırığını verdi. Bu həm də İranın bel sütununu sındıran bir amil idi. Yəni, bu məsələdə Azərbaycan dövlətçiliyinin gündəmə gəlməsi İranı fakt qarşısında qoyurdu. Çünki o zaman da, indi də İran dövlətinin əhalisinin əksəriyyəti azərbaycanlılardır. İranın parçalanması SSRİ-nin marağında olmaqla, sərhədləri də genişlənə bilərdi. Bu baxımdan İran Azərbaycanında milli oyanışa start verildi. O zaman orta əsrlər Azərbaycan dövlətləri siyasi anlamda yada düşdü. Bununla da, İkinci dünya müharibəsi dövründə və ondan sonrakı ilk illərdə orta əsrlər İran tarixinə münasibətdə Azərbaycan dövlətləri termini gündəmə gəldi. Sovet tarixşünaslığı Azərbaycan Səfəvi dövlətinin dilinin türk dili və Səfəvilərin türk olmasını vurğulamağa başladı. Bu Qərb tarixşünaslığında davam etdirildi. Çünki İkinci Dünya müharibəsi dövründə İrana qarşı münasibətdə Almaniyanı çıxmaq şərtilə Qərb dövlətlərinin maraqları SSRİ maraqları ilə üst-üstə düşürdü. Bu da təbii ki, İranın onları təhdid edən Almaniya ilə müttəfiqliyi ilə bağlı idi. XVI əsrdən başlayaraq sünni-şiə kartını işə salmış Qərb dövlətləri, İrana qarşı münasibətdə onların əmrlərinə itaət edən bəzi müsəlman din xadimlərini də ələ ala bilmişdilər. İnsafən, bu xətt bizim də xeyrimizə işlədi. Amma burada ziyanlı olan o idi ki, şiə məzhəbi daha çox qabardılmağa başlandı. Bu da onların Türkiyəyə münasibətindən irəli gəlirdi. Vəziyyəti çətinləşdirmək üçün bir məsələni də gündəmə gətirdilər: ”Şah İsmayıın babaları türk olmayıbdır və Ərdəbilə gələn kürd kökənlidirlər”. Bunu da bilə-bilə ortaya atdılar. Çünki o zaman Türkiyədə artıq kürdlərin müəyyən tayfalarını Türkiyəyə qarşı qaldırmağa nail ola bilmişdilər. Ortaya atdıqları başqa bir iddia isə Səfəvilərin İran milli dövləti olması iddiası idi. Əslində, onlar özləri də bilirdilər ki, İran nə tarixi-coğrafi anlamda, nə də ki, siyasi anlamda mövcud olmayan və uydurulan bir termindir. Siyası termin kimi də XX əsrin əvvəllərində işlənməyə başlayıbdır. Onda hansı İran milli dövlətçiliyindən söhbət gedə bilər? Burada yalnız Azərbaycan Türk milli dövlətçiliyindən söhbət gedə bilərdi. Vəziyyəti çətinləşdirən məqamlardan biri də o zaman Azərbaycanın müstəqil olmaması, Türkiyədə tarixşünaslıq elminin o dərəcədə inkişaf etməməsi və Türkiyə tarixçilərinin əksəriyyətinin də “avropamərkəzçilik” xəttnə sadiq qalmaları idi. Onu da vurğulayaq ki, indi də qardaş Türkiyədə bu cür tarixçilər çoxdur. O zaman müstəqil olmayan Azərbaycan tarixşünaslığı SSRİ tarixşünaslığının tərkib hissəsi olmaqla bərabər, Azərbaycan Səfəvi dövlətinin Azərbaycan dövləti olması və onu ərəsəyə gətirənlərin türk olması xəttini həvəslə inkişaf etdirdilər. Bunun üçün əldə çoxlu səyyah gündəlikləri və mənbə məlumatları var idi. Amma bir məsələdə SSRİ tarxişünaslğının xəttindən çıxa bilmədilər. Bu da Şah I Abbas dövründən başlayaraq paytaxtın İsfahana köçürülməsiylə əlaqədar Səfəvi dövlətinin İran dövlətinə çevrilməsi məsələsi idi. Bu həm də İran tarixşünaslığının maraqlarına uyğun idi. Tarixdə olmayan “İran dövləti” ifadəsini bizim beynimizə yeritdilər. İndi də qurtula bilmirik. 
İran həmişə Azərbaycan Səfəvi dövlətindən ehtiyat etmişdir. Ona görə də bu dövləti sırf şiə dövləti kimi təqdim edir, ona Sasanilərin davamçısı kimi baxırlar. Tarixi tədqiqatlar bunun tamamilə yanlış olduğunu ortaya qoyur. Səfəvilər digər Türk dövlətləri kimi Səlcuqların varisləri idilər. Səfəvi sülaləsinin tarixmiz qarşısında möhtəşəm xidməti Azərbaycan Səfəvi dövləti adlı bir dövlət yaradıb, Azərbaycan adlı tarixi məkanı vahid bir ərazidə birləşdirməsiydi. Nəticədə çoxdan arzu edilən vahid Azərbaycan dövləti yarandı. Onun yaradan Türklər idi. Dili də Türk dili idi. O zaman fars dilində yazan şairlər saraydan uzaqlaşdırıldı, gedib dükanlarda, bazarlarda oturub xırda ticarətlə məşğul oldular. Sasanilər dönəminə dair bir dənə güclü ədəbi və elmi nümunə göstərmək mümkün deyildir.

 

Dilavər Əzimli

BAO başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi

 

 

Oxşar xəbərlər
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”