“Çöl Qala”nın iç dünyası...
Oxunub: 1733
21 Jun 2019 | 15:09
“Çöl Qala”nın iç dünyası...
Azad olmuş yox, azad edilmiş qul nə edəcəyini bilməz. Ya keçmiş qulluğunun həsrətini çəkər, ya da yeni ağa axtarar.

Əbülfəz Elçibəy

Vahid Qazinin “Çöl Qala”sını oxuyandan sonra əsərlə bağlı düşünərkən istər-istəməz rəhmətlik Əbülfəz Elçibəydən (Allah rəhmət eləsin! Məzarı nurla dolsun!) eşitdiyim bu müdrik deyimi xatırladım. Öz-özümdən soruşdum: Vahid bəyin əsərdə yaratdığı rəssam kimdir – azad olmuş quldur, ya azad edilmiş qul?

İş burasındadır ki, azad olmuş qulla azad edilmiş qul arasında çox ciddi fərq var. Bu fərqə toxunmazdan öncə vurğulayaq ki, günümüz üçün qul anlayışı yalnız kölə yox, həm də rəiyyət (hərfən: sürü) və təbəə (hərfən: tabe olan) anlamını da qapsayır. Kölə, rəiyyət və təbəənin haqqı yoxdur, yalnız ağa qarşısında görəvi var. Bu kölə, rəiyyət və təbəə öz haqları uğrunda mübarizə apararaq azadlıq və hüquqlarını əldə edir və onu qoruyacaq düzeydə bir gücə çevrilirsə, artıq qul olmaqdan çıxır, səs verib hakimiyyəti seçmək haqqına sahib VƏTƏNDAŞA çevrilərək hakimiyyətin qaynağı olur. Ancaq öz azadlıq və hüquqlarını qoruyacaq düzeydə gücü olan bu VƏTƏNDAŞI günümüzdə adına “vətəndaş” deyilən azad edilmiş qulla eyniləşdirməyək.

Azad olan qul azad olmazdan öncə hansısa bir azadlıq anlayışına yiyələnər və bu anlayışı ideala çevirərək o ideal uğrunda mübarizə aparar. Öz mübarizəsi ilə azadlığını əldə edəndən sonra isə bu keçmiş qul arxayınlaşıb yerinə oturmaz, azadlığın gətirdiyi sorumluluqları da üstlənər və mübarizəsini sonadək aparıb ortaya çıxan yeni təhlükələrə də qalib gəlməyə çalışar. Hətta təhlükələrə qalib gələ bilməsə belə, o təhlükələrin içərisində yaşayar və öz umuduna güvənib azadlıq uğrunda mübarizəsini şəraitə uyğun davam etdirər. Niyə? Çünki öz mübarizəsi ilə azad olan qul anlayır ki, azadlıq təkcə qollardakı zəncirlərin, ayaqlardakı buxovların qırılması deyil, həm də bağlı dillərin açılması, cəhalət qaranlığı ilə sönük/söndürülmüş idrakların aydınlanmasıdır. Zəncirlərin, buxovların qırılması anında baş verən bir toplumsal partlayışla ortaya çıxa bilirsə, dillərin açılması, idrakların aydınlanması uzun sürəli ağır bir sürəcdir. Çünki insanın qolundakı zəncir, ayağındakı buxov daha çox dışarıdan (yabançılardan, zorba iqtidarlardan, toplumdan…) gəlirsə, dilin bağlılığı və idrakın sönüklülüyü dışarı ilə yanaşı, həm də insanın öz içindən doğan bir sorundur. İnsan öz qolundakı zənciri, ayağındakı buxovu qırmaqla yanaşı, bağlı/bağlanmış dilini açmasa, sönük/söndürülmüş idrakını qəflətdən ayıltmasa, gerçək azadlığa yetməz, bir VƏTƏNDAŞ kimi öz haqq və hüquqlarını gerçəkləşdirə bilməz.

Ancaq bu yol qarşısında daha ağır əngəllər durmaqdadır və azadlıq uğrundakı mübarizənin hədəfi də məhz o əngəlləri aşmaqla əldə edilər.

Azad edilən qul öncədən özümlü bir azadlıq anlayışına yiyələnməz və hətta bu anlayış onun ağlına belə gəlməz. Qul yaşamı onun üçün xoşdur: yeyəcəyi bir tikə çörəyi, yatacağı bir yeri, ağır olsa da, çalışacağı bir işi var və nə iş görəcəyinə, nə edəcəyinə dair qərar qəbul etmək çətinliyindən də uzaqdır, çünki onun əvəzinə qərar qəbul edəcək ağası var və ağasına qulluq etmək onun alışdığı bir həyatdır.

Özü istəməsə də, birdən-birə azad edilən və ağasını itirdiyi üçün nə iş görəcəyini, nə edəcəyini kəsdirə bilməyən, düşüncə azadlığından yoxsun olduğu üçün düşünməyə və özü ilə bağlı qərar verməyə belə qabil olmayan qul çaşıb qalır. Azadlığın gətirdiyi yeniliklər, özəlliklə də sorumluluqlar, qayğılar, təhdid və təhlükələr azad edilmiş qulu qorxudur, sorumluluqları boynuna götürməyə və qərar qəbul etməyə cəsarəti çatmır. Bütün bunlar isə onda psixoloji gərginlik yaradır və həmin gərginlikdən qurtulub rahatlanmaq üçün azad edilmiş qul onu təhlükələrdən qoruyacaq yeni bir ağa (ulu öndər, superigid…) axtarmağa başlayır. Axtardığını tapanda öz azadlığından imtina edib ona tabe olur, onun ağalığı/öndərliyi altında öz alışdığı rahat həyatını yaşamağa önəm verir. Buradan da avtoritarlığın sosial-psixoloji özülləri yaranar və o, sistemin/rejimin qurulması ilə sonuclanar.

Azad edilmiş qul özünə ağa (ulu öndər, superigid…) tapmayanda isə azadlığın gətirdiyi təhlükələrin doğurduğu ağırlıq və qayğılar altında sarsılar, əzilər və tənhalıq, yapa-yalnızlıq duyğusu onu depressiyaya uğradar.

Ancaq bu cür depressiya təkcə azad edilmiş qula yox, azad olmuş qula da aid edilə bilər. Belə ki, mübarizə uzun sürərsə və tez-gec qalib gələcəyinə umudu kəsilərsə, azad olan qulların da bəzisi sarsılıb depressiyaya uğrayar.

Hansı nədənlə olur-olsun, depressiyaya uğramış insanda mübarizə əzmi bitər və belələrinin bəzisi həyatdan bezib intihara əl atar, bəzisi onu əzən sorunlardan qaçmağa və başını hansısa ayrı bir işlə qarışdırıb bir təhər yaşamağa qıpçınar (can atar), bəzisi isə gerçək dünyaya marağını itirərək ya o dünyaya – axirətə hazırlaşmaqla özünü ovundurmağa çalışar, bəzisi də özü üçün yeni bir üçüncü dünya qurmağa yeltənər. Dünənədək bu üçüncü dünya xəyal aləmi idi və daha çox fantastik təxəyüllər üzərində qurulurdu. Bü gün isə artıq bilgisayar və internet səbəbinə yeni bir üçüncü dünya ortaya çıxmışdır və ona Batı dillərində virtual, Türkcədə isə sanal aləm deyilir.

İstər intihar, istər başını hansısa ayrı bir “işlə” (əyyaşlıq, tiryəkilik…) qarışdırma, istər o dünyaya hazırlaşmaqla özünü ovundurma, istərsə sanal dünyada yaşama vb. olsun, bunların hamısı gerçək dünyadakı çeşidli təhlükələrin, uğursuzluqların, ağırlıqların, yapa-yalnızlığın doğurduğu depressiyalardan qaçma yolu kimi qarşımıza çıxır. Bu yolun mahiyyətini və sosial-psixoloji özəlliklərini araşdırma baxımından isə tanınmış Alman psixoloqu Erik Fromun “Azadlıqdan qaçış” əsəri ən adlım (məşhur) əsərlərdən və çox önəmli qaynaqlardan biri sayılır.

E.Froma görə, azadlığın gətirdiyi sorumluluq, qərar vermə çətinliyi fərddə gücsüzlük və yalqızlıq duyğularını gücləndirdiyi üçün fərd özünü gərəksiz sayır, aşağılıq duyur. Bu aşağılıqdan qurtulmaq üçün fərdlərin kimisi hansısa bir öndərin nüfuzuna sığınaraq onun kölgəsi altında özünü daha əmin, daha rahat və güclü hiss edir; kimisi isə hansısa bir avtoritarın kölgəsinə sığına bilmədiyi üçün var olan azadlıqdan qaçmağa çalışır.

Bizim qısaca toxunduğumuz intihar, sanal dünyada “yaşama” vb. gedişlər də məhz bu azadlıqdan qaçışın bəlirtiləri kimi dəyərləndirilə bilər.

⁕⁕⁕

Azərbaycan ədəbiyyatında azadlıqdan sanal aləmə qaçan insan obrazını yaratmaq baxımından Vahid bəy Qazinin “Çöl Qala” əsəri ilk ciddi bir addım kimi dəyərləndirilməlidir. Əsər tanınmış filosof və sosioloq Karl Popperdən gətirilən bir alıntı ilə başlayır: “Mən üçüncü dünyaya insan ruhunun məhsulu kimi baxıram. Üçüncü dünyanı biz özümüz yaradırıq”.

Bu alıntı sanal aləmi tanımlamaq, əsərin ana xəttini ortaya qoymaq və sanal aləmdəki surətlərin psixoloji durumunu açıqlamaq baxımından çox yerinə düşür.

Doğrudur, Azərbaycan ədəbiyyatında insanın ruhi aləmini, psixoloji durumunu ortaya qoyan yeni bir ədəbi yön – psixoloji nəsr hələ 1960 – 1970-ci illərdən uğur qazanmağa başlamışdı. Sabir Əhmədlinin “Yamacda nişanə”, “Qanköçürmə stansiyası”, Əkrəm Əylislinin “Kür qırağının meşələri” vb. əsərlər 1970-ci illərdə bizim sevə-sevə oxuduğumuz və zaman-zaman araşdırdığımız əsərlər idi. Bu psixoloji nəsri araşdıran ayrıca bir ədəbi tənqid də ortaya çıxmışdı və onlardan bu gün ən çox yadımda qalan Muxtar İmanovun “Azərbaycan nəsrində psixologizm” əsəridir.

O çağlarda mən də Əkrəm Əylislinin “Kür qırağının meşələri” və Sabir Əhmədlinin “Yamacda nişanə” əsərləri ilə bağlı kurs işi və tələbə elmi tədqiqat işi yazmışdım. “Yamacda nişanə”nin qəhrəmanı Laçın və “Kür qırağının meşələri”ndəki Qədir obrazları gerçək həyatda özünə yer tapmır, fərqliliyi, ya da dəyişimi qəbul edə bilməyən cəmiyyətlə toqquşur, daxili psixoloji gərginlik içində çırpınıb çıxış yolu axtarır. Ancaq sonda çıxış yolunu Laçın gerçək dünyadan o dünyaya köçməkdə görür, Qədir isə məkan dəyişdirir – onu anlamaq istəməyən cəmiyyətdən uzaqlaşıb ayrı bir cəmiyyətə üz tutur. Unutmayaq ki, nə Laçın, nə də Qədir azad deyildi, onlar azad olmaq üçün buxovlardan qurtulmağa qıpçınan insanlar idi.

Mən filoloji təhsil alsam da, ədəbiyyat üzrə yox, dilçilik (daha çox dil tarixi və türkologiya) üzrə uzmanlaşdığımdan sonralar ədəbiyyatla uğraşmadım və Laçını da, Qədiri də unutdum. Ancaq indi Vahid Qazinin “Çöl Qala”sını oxuyanda onları da xatırladım və düşündüm ki, Əkrəm bəyin Qədiri, Sabir bəyin Laçını yaşasaydı, Vahid bəyin Rəssamından çoxmu fərqlənərdi?

Məncə, onların arasında daha çox bir fərq var: Qədir, Laçın kimilər azadlığa qıpçınan Sovet təbəələri idilər, Rəssam isə bağımsız Azərbaycanın azad edilmiş insanlarından biridir. Rəssam özü mübarizə aparıb azad olmadığı üçün bu gün azadlığı yolunda duran əngəllərə qarşı da vuruşmur, vuruşa bilmir. Doğrudur, Rəssam artıq dünənki dəmir pərdə içərisində yaşayan qolu bağlı, ayağı buxovlu Sovet təbəəsi də deyil və azad edildiyi üçün qolu açılmış, buxovları qırılmış bir “vətəndaş” olaraq xanımının ailəsi səbəbinə önəmli bir işdə çalışır, rahatca dünyanı dolaşa bilir. Ona hər cür imkan yaratmış bu ailəyə sığınmaqdan Rəssam heç də xoşlanmır, ancaq dili bağlı olduğu üçün səsini də çıxarmır, idrakı da siyasi yöndən tam aydınlanmadığı üçün umduğu azadlıq yolundakı əngəllərə qarşı yalnız passiv gileylə yetinir (Ancaq unutmayaq ki, siyasi yönü çıxmaqla Rəssam yüksək düzeyli bir aydındır). Ona elə gəlir ki,  “…azadlıq fərdi xarakter daşıyır, cəm halda azad olmaq mümkün deyil”. Ancaq bu “cəm hal” deyimi millət anlayışını da barındırır və mərhum Ə.Elçibəyin düşüncələrindən yararlansaq, deyə bilərik ki, milləti azad olmayan bir fərdin özü necə azad ola bilər?! İnsan özünün fərdi azadlığını istəyirsə, ilk öncə içində yaşadığı toplumun azadlığı uğrunda vuruşmalıdır. Gerçək bir azadlığa/ bağımsızlığa yetib milli  şəxsiyyətə çevrilməyən toplumun ayrıca götürülmüş bir üzvü istəsə də, azad ola bilməz və avtoritar sistemdə/rejimdə fərdi şəxsiyyətini qorumaqda çətinlik çəkər. Siyasətdən uzaq tipik bir aydın obrazı olan Rəssam isə millətin hamılıqla azadlığı yolunda mübarizə aparmır, tərsinə, hamılıqla azadlığı mümkünsüz sayır (çünki mübarizə apararsa, tutduğu vəzifəni, dünya ölkələrinə səfər imkanını vb. itirəcəyi şübhəsizdir), əvəzində azadlığın gətirdiyi gücsüzlük və yalqızlıqdan qurtulmaq üçün sanal dünyaya sığınır. Hətta son əsərində sanal dünyada tanış olduğu Qadının gözlərini çəkməklə sığındığı sanal dünyanı əbədiləşdirməyə çalışır.

Sanal dünyadakı Qadınla yazışmaları fonunda Rəssamın psixoloji aləmi bir az da açıqlanır. Bu yazışmalar istər-istəməz bizə həm də Volfqanq Hötenin “Gənc Verterin iztirabları” əsərini xatırladır. Onları tutuşdurmağımızın nədəni yalnız hər iki əsərin yazışmalar (məktublar/mesajlar) üzərində qurulması deyil, həm də başqa oxşarlıqların varlığı ilə bağlıdır. Belə ki, hər iki əsərin qəhrəmanı gerçək dünyadan qaçır: Verter intihar yolu ilə o dünyaya, Rəssam isə üçüncü bir sanal dünyaya üz tutur. Verterin sevdiyi Lotta ailəli bir insandırsa, Rəssamın da özü evlidir. Verter Almaniyada intihar ədəbiyyatının ilk obrazı olduğu kimi, Rəssam da Azərbaycanda sanal dünya ədəbiyyatının ilk obrazıdır vb.

Əsərdə epizodik surətləri çıxsaq, dörd əsas obraz var və onları belə adlandıra bilərik: Müəllif, Gerçək Qadın, Rəssam və Sanal Qadın. Yanılmıramsa, “Çöl Qala” Azərbaycan ədəbiyyatında həm də başlıca surətlərdən heç birinin adı çəkilməyən ilk romandır.

Gerçək Qadın Müəllifin tələbə yoldaşı olan çox gözəl bir xanımdır. Rəssam da bu Gerçək Qadının həyat yoldaşıdır. Sanal Qadın isə Rəssamın internetdə tanış olub yazışdığı bir xanımdır.

Müəllif və Rəssamın həyat yoldaşı gerçək dünyadakı ağırlıqlara sinə gərib yaşayan insanlardır. Ancaq Müəllif nə qədər gizlətməyə çalışsa da, sonda Rəssama və Sanal Qadına rəğbətini ortaya qoyur. Bu rəğbət açıqca göstərir ki, elə Müəllifin özü də azadlığın gətirdiyi təhlükələrdən, yalqızlıqdan qaçmağa meyilli bir insandır. Ancaq mən Vahid Qazinin azadlıq uğrundakı mübarizəsinə tanıq olduğum üçün onu heç də “Çöl Qala”dakı Müəlliflə tam eyniləşdirməzdim…

Rəssamın həyat yoldaşı bu dünyada yaşayan Gerçək Qadın obrazıdır. Bu Qadın azadlıqdan qaçmır, çünki ailəsi, qohum-qardaşı öndərin kölgəsinə sığındığı üçün onlarda gücsüzlük, yalnızlıq duyğusu yox, tərsinə, sığındıqları kölgənin yaratdığı imkan səbəbinə zəngünlük, güclülük, rahatlıq var. Qadında aşağılıq yox, üstünlük duyğusu olduğuna görə Rəssamın son əsərində özünün yox, Sanal Qadının gözlərini görməsi ona olduqca ağır təsir edir.

Həm Rəssam, həm də Sanal Qadın bu dünyanın ağırlıqlarından, gücsüzlük və yalqızlıq duyğusunun əzablarından qurtuluşu sanal dünyaya qaçmaqda görürlər. Qadın öz həyat yoldaşından və öz doğma bacısından xəyanət gördüyü üçün, həm də sağalmaz ağır xəstəliyə tutulduğu üçün bu dünyadan uzaqlaşaraq sanal aləmə sığınır. Sanal aləm Qadın üçün daha xoşdur və hətta Rəssama nə qədər yaxınlıq duysa da, onunla gerçək dünyada görüşməkdən imtina edir.

Vahid Qazinin “Çöl Qala” əsərini bütün yönləri ilə incələmək düşüncəsində deyiləm. Əsərdə məni Rəssamın və Sanal Qadının gerçək dünyadan daha çox sanal dünyaya üz tutması və bunun sosial-psixoloji nədənləri düşündürdü. Bu baxımdan, Erik Fromun “Azadlıqdan qaçış” araşdırması “Çöl Qala” qəhrəmanlarının sosial-psixoloji özəlliklərinin nədənlərini anlamaq baxımından mənim üçün çox önəmli bir qaynaq rolu oynadı.

Azərbaycan ədəbiyyatında azadlıqdan qaçan insanlarımızın maraqlı obrazlarını yaratmış Vahid bəy Qazini dəyərli əsəri üçün təbrik edir və ona yeni yaradıcılıq uğurları diləyirəm. Eyni zamanda, düşünürəm ki, ədəbiyyatımızda başqa bir böyük boşluq da var: azadlığa qıpçınan (can atan), bütün varlığı ilə millətimizin azadlığı və dövlətimizin bağımsızlığı uğrunda yorulmadan çalışan və azadlığın gətirdiyi təhlükələr, ağırlıqlar altında əzilsə də, zindanlara atılsa da, hələ də yolundan dönməyən, bütün çətinliklərə sinə gərərək hələ də öz azadlıq, demokratiya uğrunda mübarizəsini kəsintisiz sürdürən örnək insanlarımızın obrazını yaratmaq!

Xoş o yazıçının halına ki, ədəbiyyatımızda var olan bu boşluğu dolduracaq və azadlıq, demokratiya uğrunda çalışan sarsılmaz, dönməz mübariz insan obrazlarını qələmə alıb yeni nəsillərə örnək şəxsiyyətlər göstərəcəkdir. Bəri başdan o qələm yiyəsinə başarılar diləyirəm! Bəs bu yazıçı kim olacaq? Vahid bəymi? Başqa bir qələm yiyəsimi? Bilmirəm. Ancaq “Çöl Qala”da insan ruhunun psixoloji incəliklərini ustalıqla göstərən Vahid bəy Qazinin (və ya ən azı Vahid bəy qədər insan ruhunun psixoloji incəliklərinə bələd hansısa bir qələm yiyəsinin) gec-tez bu boşluğu ortadan qaldıracağına inanıram.

Arif Rəhimoğlu
filologiya üzrə fəlsəfə doktoru, dosent
Oxşar xəbərlər
20:52, Bu gün
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
20:50, Bu gün
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
20:38, Bu gün
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
20:32, Bu gün
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
20:26, Bu gün
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
20:23, Bu gün
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
20:16, Bu gün
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
19:54, Bu gün
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
19:51, Bu gün
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
19:49, Bu gün
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
19:45, Bu gün
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
19:44, Bu gün
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
19:41, Bu gün
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
19:38, Bu gün
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
19:18, Bu gün
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
19:14, Bu gün
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
19:12, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
19:03, Bu gün
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
19:01, Bu gün
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
18:59, Bu gün
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
18:50, Bu gün
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
18:49, Bu gün
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
18:46, Bu gün
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
18:39, Bu gün
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
18:33, Bu gün
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
18:05, Bu gün
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
18:00, Bu gün
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
17:55, Bu gün
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
17:50, Bu gün
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
17:45, Bu gün
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
17:40, Bu gün
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
17:35, Bu gün
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
17:30, Bu gün
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
17:25, Bu gün
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
17:20, Bu gün
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
17:17, Bu gün
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
17:15, Bu gün
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
17:10, Bu gün
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
17:07, Bu gün
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
17:05, Bu gün
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
17:03, Bu gün
COP29-un rəsmi saytı istifadəyə verildi
17:00, Bu gün
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
16:56, Bu gün
İyunda ardıcıl beş gün iş olmayacaq
16:52, Bu gün
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
16:50, Bu gün
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
16:47, Bu gün
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
16:42, Bu gün
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
16:40, Bu gün
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
16:37, Bu gün
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
16:35, Bu gün
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
16:32, Bu gün
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
16:27, Bu gün
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
16:22, Bu gün
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
16:20, Bu gün
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
16:17, Bu gün
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
16:15, Bu gün
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
16:12, Bu gün
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
16:07, Bu gün
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
16:05, Bu gün
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
15:58, Bu gün
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
15:53, Bu gün
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
15:45, Bu gün
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
15:41, Bu gün
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
15:37, Bu gün
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
15:33, Bu gün
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
15:28, Bu gün
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
15:23, Bu gün
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
15:19, Bu gün
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
15:14, Bu gün
İlham Əliyev bu qanunu təsdiqlədi
15:09, Bu gün
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
15:05, Bu gün
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
15:02, Bu gün
Prezident sərəncam imzaladı
15:00, Bu gün
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
14:55, Bu gün
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə görüşdü
14:50, Bu gün
“Hökumət evi”nin antihökumət sakinləri – Üç min nəfərin yaşadığı İofan kompleksinin sirləri  
14:45, Bu gün
Azərbaycan ədəbi dilinə akademik baxış
14:40, Bu gün
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - FOTO
14:37, Bu gün
Kəlbəcərdə yük maşını aşdı - Ölən var
14:35, Bu gün
“Gənc istedadlar” liseyinin şagirdləri IX Ekoloji Forumun startap müsabiqəsində qalib gəliblər - FOTO
14:32, Bu gün
Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə görüşdü
14:30, Bu gün
Kamal Abdullaya “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim olundu - FOTO
14:25, Bu gün
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alındı - VİDEO
14:20, Bu gün
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO
14:15, Bu gün
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
14:10, Bu gün
Çıxışına “stop” qoyulan 495 nəfər ölkədən gedə bilmədi
14:06, Bu gün
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
14:00, Bu gün
Netanyahu ilə Blinken arasında QAPALI GÖRÜŞ
13:56, Bu gün
Prezident bir qrup rektoru təltif edib
13:52, Bu gün
İvanişvilinin bəyanatının gizlinləri: Gürcüstan sınaq qarşısında - TƏHLİL
13:47, Bu gün
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
13:42, Bu gün
Əli Əsədov Muharrem Kılıçla görüşdü
13:37, Bu gün
Oğuzda silahlı şəxs saxlanıldı - FOTO
13:32, Bu gün
Gürcüstan parlamentində qalmaqal: Deputatlar arasında dava düşdü - VİDEO
13:27, Bu gün
Şarl Mişeldən ETİRAF: “Bəzən Brüsseldə ikili standartlar müşahidə olunur”
13:22, Bu gün
BMT Baş katibinin müavini: "Azərbaycan sülhə, yumşaq gücə önəm verir"
13:17, Bu gün
Bakıda yüksəksürətli yolda yerüstü piyada keçidinin inşasına start verilib - FOTO
13:12, Bu gün
Azərbaycanda dini qurumların sayı artıb
13:07, Bu gün
Parkinqə pul verməmək üçün qayda pozurlar - AÇIQLAMA + FOTO
12:58, Bu gün
Ləğv edilmiş MTN-in tutduğu narkobaron həbsdə öldü
GÜNLÜK
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 22:22
“Yol əhvalatı”nın Fəridi: "Bizdə yaxşı film çəkilmir, yaxşı pul yeyilir" - MÜSAHİBƏ + FOTO
30 Apr 2024 | 21:39
Sumqayıtda zavodda yanğın başlayıb
30 Apr 2024 | 22:56
Baş katib: Ukraynanın NATO tərəfdaşlarına inamı silah tədarükündəki fasilələrə görə sarsılıb
30 Apr 2024 | 22:55
Norveç Ukraynaya yardımı artıracaq
30 Apr 2024 | 23:07
“Əkiz bacı” sindromu, yaxud siyasi Paris mədəni Fransanı necə dəfn edir?
30 Apr 2024 | 23:38
Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF 
30 Apr 2024 | 23:40
Danimarkada qənaət məqsədilə aviaşou ləğv edilib
30 Apr 2024 | 23:37
Ukrayna XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb
00:06, Bu gün
Bu gündən tibbi arayışlar elektron formada veriləcək
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 22:22
“Yol əhvalatı”nın Fəridi: "Bizdə yaxşı film çəkilmir, yaxşı pul yeyilir" - MÜSAHİBƏ + FOTO
30 Apr 2024 | 21:39
Sumqayıtda zavodda yanğın başlayıb
30 Apr 2024 | 22:56
Baş katib: Ukraynanın NATO tərəfdaşlarına inamı silah tədarükündəki fasilələrə görə sarsılıb
30 Apr 2024 | 22:55
Norveç Ukraynaya yardımı artıracaq
30 Apr 2024 | 23:07
“Əkiz bacı” sindromu, yaxud siyasi Paris mədəni Fransanı necə dəfn edir?
30 Apr 2024 | 23:38
Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF 
30 Apr 2024 | 23:40
Danimarkada qənaət məqsədilə aviaşou ləğv edilib
30 Apr 2024 | 23:37
Ukrayna XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb
00:06, Bu gün
Bu gündən tibbi arayışlar elektron formada veriləcək