"Şənbə və bazar günləri bu barlar fahişələrin dalınca gələn gələn ərəblərlə dolu olur"
Oxunub: 2952
23 May 2019 | 11:36

Bakının Nəsimi rayonu, Səməd Vurğun, Vidadi və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki yaşayış binalarının zirzəmiləri artıq bir neçə ildir ki, gecə klublarına, masaj salonlarına, pritonlara çevrilib. “Torqovı”dan üzü Qış Parkına doğru getdikdə təkcə S.Vurğun küçəsində əsasən yüngül əxlaqlı qadınların cəmləşdiyi  onlarla gecə klublarına, masaj salonlarına və barlara rast gəlmək olar

Həm də bu məkanların əksəriyyəti Mədəniyyət Nazirliyi tərəfindən qorunan tarixi binaların zirzəmisində və ya birinci mərtəbəsində yerləşir. Təsadüfi deyil ki, Bakıya gələn əcnəbilər arasında bu küçəni öz adından daha çox “Qırmızı fonarlar küçəsi” kimi tanıyırlar. Küçə boyu düzülüb müştəri gözləyən yüngül əxlaqlı qadınlar, bahalı avtomobillərlə bu məkanları ziyarət edən sərxoş müştərilər, qumar, narkotik, səs-küy, söyüş, dava-dalaş,– küçənin gecə  həyatı bunlardan ibarətdir. Amma küçədən fərqli olaraq bu ərazidə yaşayan sakinlər üçün nə gecə var, nə də gündüz...


Tarixi binada gecə klubu?


Həmin küçələrdə yaşayan sakinlər  virtualaz.org-un reportyorlarına deyirlər ki, səhərə qədər işləyən gecə klublarının əlindən evlərində rahatlıq tapa bilmirlər. Şəxsi həyatları yoxdur, ömürlərini bu əxlaqsızlıq yuvalarıyla mübarizədə əridiblər

“Arxitekturalı, tarixi abidə kimi qorunan binaların birinci mərtəbəsində gecə klubunun nə işi var? Digər tərəfdən də, gecə klubu səhərə qədər işləyir, rahatlığımızı pozur, uşaqlarımızı, nəvələrimizi bu ortamda böyütmək istəmirik. Bu tarixi binaların çoxu tikilərkən bir ailə üçün nəzərdə tutulub, havalandırma sistemi ümumidir, səs izolyasiyası yoxdur. Aşağıda danışılanlar, siqaretin tüstüsü evimizin içərisindədir...”, - Mərdanov qardaşları, 15 ünvanında yaşayan Lali Mehtiyeva bildirir


Onun sözlərinə görə, uzun müddət apardıqları mübarizə nəticəsində yaşadıqları binanın zirzəmisində yerləşən “İnfinity” adlı məşhur gecə barının bağlanmasına nail olublar. (Həmin adda gecə klubu indi şəhərin başqa yerində, Nərimanov rayonu ərazisində fəaliyyətini davam etdirir) Amma problem bununla bitmir, küçədə gecə klubları və masaj salonları yağışdan sonra göbələk kimi gün-gündən çoxalır.  


“Ərəblər “İnfiniti” barında 13 yaşlı qızı öldürmüşdülər...”

Vidadi küçəsi, 148 ünvanında, Aşurbəylilər ailəsinə məxsus binada yaşayan Afət Həsənova isə deyir işdən qayıdanda evin qarşısında maşın saxlamağa yer tapılmır. Səbəb isə küçələrin gecə klublarının ziyarətçiləri tərəfindən zəbt olunmasıdır. Sakinin sözlərinə görə, son dövrlər binaları bərpa edilib, ərazidə xeyli abadlıq işləri aparılıb, səkilər qoyulub, küçələr təmir olunub, amma əsas problem həll olunmayıb.

“Səs-küydən gecə evimizdə rahat yata bilmirik. Həftənin şənbə və bazar günləri bu barlar fahişələrin dalınca gələn gələn ərəblərlə dolu olur. Binamızın altında “İnfinity” bar işləyəndə dəfələrlə orada ölüm hadisələrinin şahidi olmuşuq. Axırıncı dəfə həmin barda 13 yaşında qız uşağını ərəblər öldürmüşdülər. Meyitini gətirib qonşu binanın blokuna atmışdılar. Ora ərəblər üçün 12-13 yaşlı oğlan və qız uşaqları gətirirdilər. İnsan alveri, quldurluq, girov götürüb saxlama, narkotik ticarəti, qumar, bu cür gecə klubları üçün adi haldır. 2016-cı ildə 8 ay qapıları gəzdik, bütün instansiyaları keçdik, nəhayət ki, həmin barın bağlanmasına nail olduq. Təkcə bir klubla mübarizə bizim neçə il ömrümüzü aldı. Bu əxlaqsızlıq yuvaları isə bir deyil, beş deyil...”-sakin danışır.

Şikayətçi deyir ki, sonuncu belə məkan masaj salonu adı ilə Mərdanov qardaşları küçəsində, 15 saylı binanın zirzəmisində açılıb. Lakin sakinlərin şikayətləri əsasında məhkəmə qərarı ilə bağlanılıb.

“Lənətlənmiş” küçə... bir yandan gecə klubları, bir yandan radiasiya təhlükəsi

Sakinlər deyirlər ki, küçənin problemləri onları ailə və şəxsi həyatdan edib. Problemləri isə həll etdikcə azalmır, bir az da artır, sanki yaşadıqları küçə “lənətlənib”. Sakinlərin rahatlığını pozan təkcə əxlaqsızlıq yayan gecə klubları, tıxac, səs-küy deyil, bir də, mobil operatorlar tərəfindən küçə boyu bir neçə yerdə quraşdırılmış ötürücü antenaların yaydığı şüalanmadır.

Şikayətçilər bildirirlər ki, artıq 13 ildir Vidadi küçəsi, 173 ünvanındakı bir mərtəbəli yaşayış evinin damında və Mərdanov qardaşları və B. Səfəroğlu küçələrinin kəsişməsində yerləşən binanın fasadında quraşdırılan , yerli mobil rabitə operatorlarına məxsus ötürücülər radiotexniki obyektlərin yerləşdirilməsi və istismarına aid bütün beynəlxalq təhlükəsizlik normalarını kobud şəkildə pozur, güclü elektromaqnit şüalanması yaradır.

Qanuna görə isə, bu antenalar yaşayış yerlərindən 10-25 metr aralıda qoyula bilərdi. Şüalanmanın dərəcəsi isə həmin vaxt nə qədər insanın telefonla danışmasından asılıdır.

Bu problemlə bağlı dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub və onların şikayətləri əsasında nazirlik tərəfindən ərazidə monitorinq keçirilib. Nəticələr də həmin cihazlar quraşdırılan binanın özündə və qarşıdakı binada radiasiyanın normadan 4-5 dəfə artıq olduğunu göstərir.

“Son 4 ildə şüalanmadan beş nəfər ölüb”  

“Hazırda Aşurbəylilərə məxsus binanın 12 mənzilindən 8-də yaşayış var. 8 mənzildə yaşayan sakinlər arasında son 4 ildə 5 nəfər dünyasını dəyişib. Hamısı da cavan, orta yaşlı adamlardır, xərçəng xəstəliyindən ölüblər. Biz bilirik ki, bu həqiqətdir, amma onu da bilirik ki, bunu heç kimə sübut eləmək mümkün olmayacaq. Bu küçədə, ümumiyyətlə, dayanmaq təhlükəlidir. Hazırda küçədə şüalanma normadan 4-5 dəfə çoxdur. Qapı-pəncərələri, eyvanı, bir otağı tamamilə bağlayıb zirzəmidəki kimi oturmuşuq”, - sakin Afət Həsənova qeyd edir.


Məlum olur ki, ümumilikdə, bu antenaların zəhərli təsirindən ən azı 200 nəfər əziyyət çəkir. Şüalanma dərəcəsindən narahat olan sakinlər mobil rabitə şirkətlərindən birinə müraciət ediblər: “Bizə şirkətdə dedilər ki, dünya dağılsa da, biz antenaları dəyişdirməyəcəyik, sadəcə təsirini azalda bilərik. Sonra ölçüsünü kiçiltdilər, təsirini nisbətən azaltdılar. Amma ETSN yenidən monitorinq keçirdi və aydınlaşdı ki, antenalar düzgün quraşdırılmayıb, şüalanma normadan artıqdır. Nazirlik onları məhkəməyə verdi. Məhkəməyə saxta sənəd gətirdilər ki, guya bu antenalar 2013-cü ildən başqa şirkətə verilib, onlara dəxli yoxdur. Sonradan öyrəndik ki, sonuncu şirkət də elə həmin operatora məxsusdur. Biz illərdir öz şəxsi həyatımızı yaşamırıq, biz öz konstitusion hüququmuzu tələb edirik, xahiş edirik, bizə kömək etsinlər”, - şikayətçilər bildirirlər.

Sakinlərin sözlərinə görə, əslində həmin antenalar 2013-cü ildən xeyli əvvəl, 2006-cı ildə yaşayış binasının üstündə qurulub. Heç birinin sanitar pasportu yoxdur, ekoloji pasportu saxtadır. Artıq bununla bağlı prokurorluğa, DTX-ya, FHN-ə müraciət olunub, sakinlərin imzasıyla vitse-prezidentə, prezidentə məktub yazılıb. 

“Narahat olmayın, istiqaməti dəyişmişik” – sakinləri belə sakitləşdirirlər

Sakinlər deyirlər ki, həmin şirkətə müraciət etsələr də, lakin bu məsələdən tamamilə xəbərsiz olduqlarını deyiblər. Şikayətlə müraciət etdikləri dövlət məmurları isə onlara evlərini satıb köçməyi məsləhət görürlər. Məhkəmədə isə onlara məsləhət görüblər, əgər antenalara sahib çıxan şirkət yoxdursa, onları qoparıb atsınlar

“Bu yaxınlarda antena quraşdırılan damda iki nəfər fəhləni gördüm. Sevindim ki, yəqin onları çıxaracaqlar. Pəncərəni açıb soruşdum ki, siz xeyir ola bura gəlmisiz? Gənc fəhlə gülə-gülə dedi ki, xanım, xeyirdir, antenaları gücləndiririk. Bundan sonra “4G”-yə qoşulacaqsınız. Bir az şüası çox olacaq, amma telefonlarınız yaxşı işləyəcək...”, - Afət Həsənova söyləyir.


Sakinlərdən onu da öyrəndik ki, binaya antena yerləşdirən şirkətin əməkdaşı onlara şikayət etməmələrini xahiş edib. Deyiblər ki, artıq antenanın Vidadi küçəsi ,148 ünvanına təsirini azaltmaq üçün istiqaməti dəyişdirilib və yaxınlıqdakı məcburi köçkünlərin yaşadığı məhəlləyə istiqamətləndirilib...(Virtualaz.org)


Oxşar xəbərlər
20:21, Bu gün
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
19:54, Bu gün
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
19:52, Bu gün
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
19:51, Bu gün
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
19:41, Bu gün
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
19:39, Bu gün
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
19:30, Bu gün
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
19:17, Bu gün
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
19:14, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
18:59, Bu gün
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
18:48, Bu gün
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
18:37, Bu gün
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
18:35, Bu gün
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
18:35, Bu gün
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
18:21, Bu gün
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
18:06, Bu gün
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
18:04, Bu gün
İstidən sərinləmək üçün suya girdi
17:59, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
17:56, Bu gün
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
17:56, Bu gün
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
17:53, Bu gün
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
17:49, Bu gün
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
17:45, Bu gün
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
17:43, Bu gün
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
17:40, Bu gün
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
17:36, Bu gün
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
17:33, Bu gün
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
17:28, Bu gün
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
17:24, Bu gün
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
17:23, Bu gün
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
17:19, Bu gün
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
17:13, Bu gün
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
17:10, Bu gün
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
17:07, Bu gün
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
17:05, Bu gün
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
17:00, Bu gün
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
16:56, Bu gün
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
16:55, Bu gün
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
16:51, Bu gün
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
16:46, Bu gün
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
16:43, Bu gün
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
16:40, Bu gün
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
16:37, Bu gün
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
16:35, Bu gün
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
16:32, Bu gün
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
16:26, Bu gün
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
16:21, Bu gün
Bu taksi şirkəti qiymətləri ARTIRDI
16:15, Bu gün
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
16:15, Bu gün
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
16:10, Bu gün
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
16:07, Bu gün
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:05, Bu gün
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
16:02, Bu gün
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
16:00, Bu gün
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
15:58, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:55, Bu gün
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
15:52, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
15:46, Bu gün
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
15:35, Bu gün
Peskov Putin və Paşinyanın görüşündən danışdı
15:31, Bu gün
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
15:25, Bu gün
Eddi İsrafilov “Neftçi”dən ayrılır
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:49, Bu gün
"Üçtərəfli bəyanat aktuallığını qoruyur" - Rusiya XİN-dən açıqlama
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
14:10, Bu gün
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” – Şok təfərrüat
14:08, Bu gün
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:06, Bu gün
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür 
14:02, Bu gün
Rasim Balayevdən Baş nazirə MÜRACİƏT
13:58, Bu gün
Putin Ukrayna üçün and içdi, Qərbə danışıq əlini uzatdı - TƏHLİL
13:54, Bu gün
“Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər” - Kamaləddin Qafarov
13:51, Bu gün
Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basdı - VİDEO
13:48, Bu gün
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - FOTO
13:44, Bu gün
Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”
13:40, Bu gün
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
13:36, Bu gün
Renat Dadaşovun çıxış etdiyi klubun stadionu dövlət tərəfindən müsadirə olunub
13:35, Bu gün
Prezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”
13:30, Bu gün
Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
13:28, Bu gün
Prezident: “Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:26, Bu gün
İlham Əliyev: “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”
13:22, Bu gün
Sabah bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
13:17, Bu gün
Məhkəmə Anar Məmmədlinin vəsatətini təmin etmədi
13:13, Bu gün
Azərbaycanla Bolqarıstan arasında dörd sənəd imzalandı - YENİLƏNİB
13:05, Bu gün
Vidadi İsayev Bərdənin Qurdlar kəndində səyyar qəbul-görüş keçirdi - FOTO
13:00, Bu gün
Pensiya alanların NƏZƏRİNƏ: Bakı, Sumqayıt və Abşeron üzrə ödənişlər edildi
12:57, Bu gün
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ
GÜNLÜK
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır