“Cıdır düzündən durub Topxana meşəsinə baxıram...” - Şuşalıların acı XATİRƏLƏRİ
Oxunub: 1235
09 May 2019 | 10:02
“Cıdır düzündən durub Topxana meşəsinə baxıram...” -  Şuşalıların acı XATİRƏLƏRİ
Yenə bir bahar gəldi, yenə növbəti bir 8 may günü amansızcasına qapımızı döydü. Həm də elə bərk döydü ki, o ahəngsiz taqqıltı səsi əvvəl qulaqlarımızı, sonra beynimizi, daha sonra isə ürəyimizin başını deşdi. O ahəngsiz taqqıltı səsi: Şuşa işğaldadır, Şuşa yağıdadır, Şuşa sizi haraylayır. Şuşa can üstədir”...deyib, hirsini-hikkəsini töküb gedir. Düz 27 ildir belədir. Düz 27 ildir, həsrətlə nəyisə gözləyirik... Taqqıltınımı, taqqıltının verdiyi acınımı? Bəlkə gözümüzdə xatirələrə dönmüş Şuşanın gercək özünü görmək həsrətimi? 

Bu bahar oxuma, bülbül, sən Allah!

Zülmətdir,

Yoluna şam tutanın yox.

 Şuşan ağlar qaldı, köçdü el-oba,

Şirin cəh-cəhinə dəm tutanın yox. 

Deyilənə görə Səməd bəy Ağaoğlu xatirələrində yazırmış ki, Əhməd bəy Ağaoğludan (Sankt-Peterburqda və Fransada Sorbona Universitetlərində oxumuş, Azərbaycan və Türkiyə Parlamentinin üzvü olmuş, “İrşad” qəzetini açmış, “Difai” təşkilatını yaradıb ermənilərin törətdikləri soyqırımın qarşısını almış, Atatürkün həm də silahdaşı olmuş qorxmaz və cəsur şuşalı Ə. Ağaoğlu) soruşduq ki, ata, nə üçün Şuşa haqqında xatirələrini yazmırsan? İstanbulda ömrünün son illərini yaşayan Əhməd bəy oğluna belə cavab vermişdi: “O xatirələrə toxuna bilmirəm, mənim üçün çox ağır olur”.

İndi düşünürəm... Bəlkə şuşalılar da bu həzin, eyni zamanda sarsıdıcı ayrılıq dərdindən qorxurlar? Bəlkə onlara da ağır gəlir, Şuşanı anmaq, şuşalı günlərə, xatirələrə toxuna bilməmək? Bəlkə elə bunun izahını şuşalıların özündən soruşaq?

Sualımı  Meydan məhləsində doğulmuş, nəinki o aralıqları, o kücələri, lap elə yerə döşənmiş o caylaq daşlarını da unutmayan, onların qoxusunu hər zaman burnunda tutan Faiq İsgəndərova ünvanlayıram. Əvvəlcə, susur, gözləri yol cəkir. Elə görünür ki, ya danışmaq istəmir, ya da danışa bilmir... hardan, nədən başlayacağını düşünür. Hə, nəhayət söhbətə başlamağa bir ip ucu tapdı. Şuşanın gözəlliklərindən, bütün fəsillərdə Şuşaya gələn turistlərdən, İsa bulağının lətif suyundan, pioner düşərgəsindən, Cıdır düzünün əsrarəngizliyindən, qarın dənəvər-dənəvər, sakit-sakit yağmasından, o ağğappaq qarın üstündə sürüşmək ücün “dava-şava” salan uşaqlardan... 

Faiq vurğun kimi, aşiq kimi elə hey Şuşadan söz açır. Səbrlə gözləməyimə baxmayaraq söhbəti işğala gətirib çıxarmır.. Elə bil o hissəyə gəlməyə qorxur. Elə bil işğal sözünü söyləsə, bayaqkı danışdıqları hamısı xatirə olaraq qalacaq. Çünki danışdıqlarının hamısını sanki yaşaya-yaşaya danışırdı. Danışdıqca üzünə təbəssüm qonur, yaxud təəssüflənir...Hiss etdim ki, Faiqində canında bir qorxu var. Şuşanın 27 ildir yağılarda qalması etirafından qorxur:

-Faiq, Şuşa işğal olunanda neçə yaşın vardı? 

- Mən 1974-cü ildə anadan olmuşam. Orta məktəbi bitirən kimi ordu sıralarında xidmətə başlamışam. Döyüşlərdə iştirak etmişəm. Həmin gün  Şuşa üzərinə 11 min erməni əsgəri hücuma keçmişdi. Ordumuzun sayı onların sayından xeyli az idi. Müqavimət göstərən batalyonlar  nə qədər kömək gözləsə də kömək gəlib çıxmırdı. Nə qədər igidlərimiz bu gözəl yurd uğrunda şəhid oldu...Amma təssüf ki aradan 27 il keçməsinə baxmayaraq Şuşamız hələ də erməni tapdağında inləyir...

- Səfərbətlik olsa, gedərsiniz?

- O günü Allahdan arzu edirəm... Ən böyük arzumdur ki,  bizim əsgərlər ermənilərə həddini bildirsin, Şuşaya qələbə bayrağını sancsınlar. Bax o qələbənin bir damcısında mənim də əməyim olsun! Hər yerdə sinəmə döyüm ki, biz qalib bir ölkənin vətəndaşıyıq...Amma hələ də Şuşanı yuxularımda görmək məcburiyyətindəyəm. Mən döyüş istəyirəm, müharibə olsun! Çünki o quldurlar yurdumuzu  sakitcə tərk etməyəcəklər. Onları düz Mesopotomiyaya qədər qovmaq lazımdı. Nəinki mən, elə bir şuşalı olmaz ki, Şuşanı arzulamasın, Şuşa uğrunda ölmək istəməsin.

Növbəti həmsöhbətim Mayis Əliyevdir. O 1980-ci ildə anadan olub. Şuşanı tərk edəndə 12 yaşındaymış. Buna görə də, çox şeylər hafizəsinə dünən baş vermiş kimi açıq-aydın həkk olunub: “Ağadədəli məhləsində  hamı bir-birini yaxından tanıyırdı. Çoxu qohum deyildi, amma bir-birinə qohumdan da yaxın idilər, əziz  idilər. Hər səhər-axşam kim  kimin qarşısına neçə dəfə çıxmasından asılı olmayaraq, mütləq salamlaşardılar, hal-əhval tutardılar. Bir evdə yas düşdüsə, Ağadədəli məhləsində elə  bir adam tapılmazdı ki,  ora başsağlığına   getməsin, yas sahiblərinə dəstək  olmasınlar. Bir də yamyaşıl Cıdır düzünü unuda bilmirəm. Yayda da gözəl olurdu, qışdada. Balacaykən tay-tuşlarımızla oyunlar oynamaqdan yorulmazdıq. Hələ  qışda ağzımızı göyə tutardıq, görək , qar dənəcikləri kimin ağzına çox düşür... Birincilik üstündə “dava-dalaş” düşürdü. Anamız bizi hədələyib evə yığana qədər xizəklə sürüşürdük, qartopu oynardıq.  Mən söhbətcil deyəm, bəlağətli cümlələr qurmağı bacarmıram. Amma Şuşa sözün həqiqi mənasında cənnət idi, 12 il o cənnət yurdda qayğısızlıq, dərdsizlik içində xoşbəxt yaşamışam. İndi isə artıq 39 yaşımın astanasındayam və təəssüf ki, aradan keçən  27 il müddətində bir dəfə də olsa özümü Şuşadakı kimi qayğısız, xoşbəxt hiss edə bilmədim. Çünki uşağlığımı  şəhərə mərmilər düşəndə, doğma evimiz darmadağın olanda dəfn elədim, didərgin kimi keçdiyimiz yollarda, kəndlərdə  itirdim. İndi də gəncliyim keçir. Göz dolusu yaşaya bilmirəm gəncliyimi... 
Sosial şəbəkələrdə ermənilər tərəfindən paylaşılan şəhərimin məzlum şəkilləri məni qisasa haraylayır. Mən müharibə istəyirəm. Mən Ali Baş Komandanımdan “Vur ” əmri gözləyirəm! Mən həmişə hazıram!”

Hədiyyə Bağırovanın valideynləri əslən Ağdam rayonundan olsa da, o doğulmamışdan çox əvvəllər Şuşaya köçüblər. Bu səbəbdəndə o, özünü şuşalı kimi hiss edir. Şuşalı günləri kədərlə xatırlayır. Həyat yoldaşı Nemətlə yenicə  ailə qurmuş, ailə şirinliyini, ana duyğularını Şuşada yaşamışdı. 4 övladı da o gözəl məkanda dünyaya göz açıb. Amma harda, necə bir cənnətdə  dünyaya gəldiklərinin fərqinı anlamaq məqamında yurdlarından perik düşüblər. Şuşadan gənc ana, təzə gəlin kimi ayrılan Hədiyyə xanım indi nənədir. 60 yaşı var. Deyir, yaş üstə yaş gəldikcə yurdum ücün daha çox darışıram, necə deyərlər, lap burnumun ucu göynəyir: 

“Şuşadan, xatirələrdən danışmaqla qurtaran deyil. Daşından, torpağından doymadığım Şuşamın hansı möcüzəsindən yazsam sakitləşərəm? Bilmirəm! İlk addımımı atdığım, havasından suyundan içib böyüdüyüm Şuşanın Ağadədəli məhəlləsidənmi, ayaqyalın oynadığım sulama daşlıqdanmı? İlk dəfə əlimə çanta alıb 4 saylı məktəbə getdiyimdənmi? Acılı- şirinli uşaqlıq illərimdənmi? Yoxsa həsrət qaldığımız Cıdır düzünün o füsünkar gözəlliyindənmi? Qayaların arasından bitən kəklikotundanmı deyim?Yoxsa Üçmıx dağının xarıbülbülündənmi danışm? Həsrət qaldığımız İsa bulağındanmı, Soyuq bulağındanmı danışım, bacım? Qış olanda narın-narın yağan, yeridikcə ayaq altında xışıldayan qarın gözəlliyindənmi? Bəzən yuxularımda Cıdır düzündən durub Topxana meşəsinə baxıram. Yuxunun içində dilim söz tutmur, nəsə deyə bilmirəm. Yuxudan ayılandan sonra dönə-dönə təkrarlayıram: “Kaş ölüb orda qalaydım. Ruhum o dağlarda, meşələrdə, Ağadədəlidə  gəzəydi. Kaş ki..” Kövrəltdin məni! 

Bir dəfə təsadüfən evimizin yeni çəkilmiş şəklini sosial şəbəkədə gördüm. Ermənilər çəkib paylaşmışdı. Bir həftə özümə gələ bilmədim. Şəkli böyütdürüb, çərçivəyə salıb, divardan asmışam.  Ağlar qalan Şuşamın ağlar sakinləriyik. Şəkillərdə yaşadırıq, xatirələri qoruyub saxlayırıq. Amma bir ümid var qəlbimdə. Allah son ümidimizi əlimizdən almasın.İnanıram bir gün qara bulud Şuşamın səmasından çəkiləcək. Doğacaq günəşi görmək üçün Allah ömür versin bizlərə”.

Teymur Hacıyev əvvəlki müsahiblərim kimi söhbətinə kədərlə başlamadı. Təbəssümlə, gülümsəyərək ötən çağları, qayğısız günləri xatırladı. Amma söhbəti davam etdirdikcə qəlbindəki kədəri duymamaq olmur: “Kənd Təsərrüfatı Texnikumunun yataqxanası ilə üzbəüz idi evimiz. Hamamqabağı məhləsi, Vahidin dükanının yanı... Həyatımın vur-tut 5-6 ili Şuşada keçib. Yadımda qalan son 2-3 ildə baş verənlərdir. Yayda gödək idman geyimidə olan qonaqların səhər-səhər azad və asudə şəkildə şəhərin küçələri ilə qaçdıqlarına tamaşa etmək maraqlı idi. Məhlənin uşaqları da bunu görüb həvəsə düşürdü, tökülüşürdülər onların dalınca. Sonra onları yamsılayaraq bu dəfə də topa hücum edirdilər.Guya futbol oynayırlar. Bizim evin qarşısında topla oynamaq riskli idi, küçə dağın yamacı boyu aşağı doğru enirdi deyə, top əldən çıxdı, onu tapıb gətirmək müşgül məsələ idi, diyirlənib gedirdi - getdikcə də sürəti artırdı.  Mütləq hər gün bir topu ”itirirdik”. Yaşım 30-u keçib, amma elə bil illərdi içimdə bir nisgil qalıb. İnşallah ayağımı Şuşa torpağına basan an bir top alıb məhləmizin uşaqları ilə doyunca ”futbol” oynayacam. Sonrada topu buraxacam sürətlə üzü enişə sarı. Arxasınca da tamaşa edəcəyəm”.

Şuşalıların, ümumən bütün qarabağlıların bir amalı var;  ana qucağı kimi isti, əziz olan doğma yurdlarına dönmək amalı. Bəli, artıq bu arzu deyil, amaldır! Şuşalı Şuşaya, cəbrayıllı Cəbrayıla, laçınlı Laçına, bir sözlə hər kəs yenidən öz yuvasına qovuşmalıdır!

Bütün şüşalılara, laçınlılara, ağdamlılara, xocalılılara, xocavəndlilərə , bir sözlə, qarabağlılara o günə qovuşmağı arzu edirik!(modern.az)
Oxşar xəbərlər
01:04, Bu gün
UEFA Çempionlar Liqası: "Real" "Bavariya" üzərində əzmkar qələbə qazanıb
00:22, Bu gün
Putin Paşinyanla görüşdü
00:17, Bu gün
"Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz" - Özgür Özəl
00:16, Bu gün
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
00:16, Bu gün
Faşizm üzərində qələbədən 79 il ötür
00:13, Bu gün
CHP-nin sədri Azərbaycana səfər edəcək
08 May 2024 | 23:51
Qubada çörək sexində YANĞIN - FOTO
08 May 2024 | 23:42
"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"
08 May 2024 | 23:40
İsveç daxili sərhədində müvəqqəti sərhəd nəzarətini noyabr ayına qədər uzadıb
08 May 2024 | 23:22
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTO
08 May 2024 | 22:59
Gürcüstanda güclü yağışlar ağır fəsadlarla nəticələndi: Kəndlər su altında qaldı - FOTO
08 May 2024 | 22:39
Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var
08 May 2024 | 22:38
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
08 May 2024 | 22:36
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 22:25
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
08 May 2024 | 22:20
Tanınmış jurnalistə vəzifə verildi
08 May 2024 | 22:00
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
08 May 2024 | 21:59
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
08 May 2024 | 21:56
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
08 May 2024 | 21:34
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
08 May 2024 | 21:31
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
08 May 2024 | 21:29
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
08 May 2024 | 21:24
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
08 May 2024 | 21:22
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
08 May 2024 | 21:22
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
08 May 2024 | 21:16
Kim Çen In lideri kədər içindədir...
08 May 2024 | 21:14
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
08 May 2024 | 21:07
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
08 May 2024 | 20:56
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
08 May 2024 | 20:55
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
08 May 2024 | 20:21
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
08 May 2024 | 20:03
10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...
08 May 2024 | 19:54
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
08 May 2024 | 19:52
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
08 May 2024 | 19:51
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
08 May 2024 | 19:41
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
08 May 2024 | 19:39
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
08 May 2024 | 19:30
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
08 May 2024 | 19:17
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
08 May 2024 | 19:14
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
08 May 2024 | 18:59
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
08 May 2024 | 18:48
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
08 May 2024 | 18:37
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
08 May 2024 | 18:35
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
08 May 2024 | 18:35
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
08 May 2024 | 18:21
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
08 May 2024 | 18:06
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
08 May 2024 | 18:04
İstidən sərinləmək üçün suya girdi
08 May 2024 | 17:59
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
08 May 2024 | 17:56
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
08 May 2024 | 17:56
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
08 May 2024 | 17:53
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
08 May 2024 | 17:49
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
08 May 2024 | 17:45
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
08 May 2024 | 17:43
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
08 May 2024 | 17:40
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
08 May 2024 | 17:36
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
08 May 2024 | 17:33
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
08 May 2024 | 17:28
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
08 May 2024 | 17:24
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
08 May 2024 | 17:23
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
08 May 2024 | 17:19
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
08 May 2024 | 17:13
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
08 May 2024 | 17:10
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 17:07
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
08 May 2024 | 17:05
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
08 May 2024 | 17:00
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
08 May 2024 | 16:56
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 May 2024 | 16:55
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
08 May 2024 | 16:51
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
08 May 2024 | 16:46
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
08 May 2024 | 16:43
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
08 May 2024 | 16:40
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
08 May 2024 | 16:37
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
08 May 2024 | 16:35
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
08 May 2024 | 16:32
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
08 May 2024 | 16:26
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
08 May 2024 | 16:21
Bu taksi şirkəti qiymətləri ARTIRDI
08 May 2024 | 16:15
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
08 May 2024 | 16:15
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
08 May 2024 | 16:10
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
08 May 2024 | 16:07
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
08 May 2024 | 16:05
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
08 May 2024 | 16:02
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
08 May 2024 | 16:00
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
08 May 2024 | 15:58
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
08 May 2024 | 15:55
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
08 May 2024 | 15:52
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
08 May 2024 | 15:49
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
08 May 2024 | 15:46
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
08 May 2024 | 15:35
Peskov Putin və Paşinyanın görüşündən danışdı
08 May 2024 | 15:31
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
08 May 2024 | 15:25
Eddi İsrafilov “Neftçi”dən ayrılır
08 May 2024 | 15:20
Bakıda bərbərxanada FACİƏ: ölən var
08 May 2024 | 15:16
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
08 May 2024 | 15:12
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
08 May 2024 | 15:08
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 15:05
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
08 May 2024 | 14:59
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
GÜNLÜK
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır