Cənubi Qafqazda ermənilərdən ibarət bufer zona necə yarandı?
Oxunub: 2998
15 Apr 2019 | 11:48

                             Cənubi Qafqazda ermənilərdən ibarət  bufer zona necə  yarandı?
Tədqiqatçı Adgözəl Məmmədovun “Osmanlının çöküşünə Rusiyadan baxış” kitabından  bir hissəni oxuculara təqdim edirik:
 
 
1711-ci il Prut müqaviləsi beynəlxalq aləmdə Osmanlı dövlətinin mövqeyinin möhkəmlənməsinə səbəb oldu. Lakin  Rusiyanın cənuba doğru irəliləmə siyasəti Osmanlı imperiyasını hər an narahat edirdi. Rusiya Dərbəndi ələ kecirəndən sonra 1722-ci ilin oktyabrında Hacı Davud, Krım xanı ilə eyni hüquqi əsaslarla Osmanlı təbəəliyinə qəbul olundu. 1723-cü ilin yazında rusların Gürcüstana hərbi yürüşü başladı. Bakı işğal olundu, ruslar Gəncə, sonra isə İrəvan və Naxçıvan istiqamətində hücuma keçdilər. 1724-cü ilin mayında Xoy qalası tutuldu. Osmanlı imperiyası ilə Rusiya arasında müharibə artıq qaçılmaz idi. Lakin Fransanın diplomatik vasitəçiliyi ilə 1724-cü il iyunun 12-də tərəflər arasında İstanbulda müqavilə imzalandı.
 
Müqavilə preambula, 6 maddə və nəticədən ibarət idi. Preambulada müqavilənin rezident Neplyuyev və Böyük vəzir İbrahim Paşa arasında İranda yalançı Mahmudun peyda olması, İran vilayətlərinin bu və ya digər dövlətin sərhədlərinə aidiyyəti üzrə Rusiya və Osmanlı imperiyasına  birləşdirilməsinə Rusiya sarayı ilə Sultan sarayının razılığı əsasında imzalanması göstərilir. Osmanlı tərəfi öz narahatlığını Mir Mahmudun Səfəvilərin paytaxtı İsfahanı tutub Şah Sultan Hüseyni həbs etməsi və imperiyanın sərhəd torpaqlarını tutmaq üçün onun qoşun göndərməsi, Rusiyanın isə Dərbənd və Bakını tutması baxımından əsaslandırırdı. Preambulada daha sonra qeyd edilir ki, (ədəbiyyat siyahısında – 1,  səh.79 ) “Qəzvin və Təbriz diyarlarında özünü Şah Hüseynin oğlu Təhmasib adlandıran bir kimsə peyda olub ki, Çar həzrətləri onunla müqavilələrində Şirvandakı Bakı və Dərbənd sərhədlərinin, Xəzər boyundakı Gilan, Mazandaran və Astrabad vilayətlərinin Çarın hakimiyyətində olması qərarlaşdırılmışdı. Həmin Çar da qarşılıqlı olaraq Təhmasibə söz verib ki, onun öz taxtına çıxması üçün qoşunla kömək edəcək, Mir Mahmudu qovacaq, Osmanlı sarayına müraciət edəcək ki, bu işə öz təsirini göstərsin, əvəzində İran əyalətlərinin bir hissəsini Osmanlı dövlətinə versin. Bunun üçün də öz vəkilini İvan Neplyuyevi təyin etmişdir. Bundan başqa Fransa sarayından Osmanlı sarayında səfir olan Markiz de Bonak vəkil edilmişdir. Beləliklə, tərəflər arasında aşağıdakı maddələrdən ibarət qərar qəbul edilmişdir. I maddəyə görə, Hacı Davudun Osmanlı imperiyası himayəsinə keçməsi və onun hakim təyin olunduğu Şamaxı xanlığının sərhədləri təsdiq olunurdu. Rusiya, Türkiyə və Səfəvi dövlətlərinin sərhədlərinin birləşdiyi Kür və Araz çaylarının qovuşduğu bölgədə türklərə və ruslara sərhəddən üçsaatlıq məsafədən yaxın olmamaq və mütləq bir-birini xəbərdar etməklə hərbi istehkamlar və qarnizonlara malik olmaq hüququ verilirdi. Sərhədlərin hüdudlandırılması üçün tərəflər komissarlar ayırmalı, onlar Fransanın iştirakı ilə bu işi yerinə yetirməli idi. Qoyulmuş sərhəd nişanı Şirvan əyalətinin hansı hissəsinin Osmanlı sarayına aid olduğunu bildirməli idi. Həmin nişandan Xəzər dənizinə qədər olan torpaqlar çarın tabeliyində olmalı idi. Həmin nişandan bir saatlıq yolla, Kür və Arazın yaxınlaşdığı yerə qədər çəkilən xətt sərhəd kimi qəbul olunacaq, dənizə yaxın hissə çara, daxilə doğru hissə isə Osmanlı Sarayına tabe olacaq. Kür və Araz çaylarının yaxınlaşdığı yerdən cənub hissə Səfəvi dövlətinə aid olacaq. Bu üç sərhədin qovuşduğu yerdə Osmanlı Sarayı qala tikdirib qarnizon saxlaya bilərdi. Çarın da belə bir qala tikdirməsi mümkün idi. Ancaq bu qalalar sərhəddən üç saatlıq məsafədə tikilməli idi. II maddədə bildirilirdi ki, yuxarıda göstərildiyi kimi, Şirvan vilayətində Osmanlı imperiyasına keçən torpaqlar xüsusi xanlıq sayıldığından, Şamaxı xanın iqamətgahıdır. Şəhər hərbi cəhətdən möhkəmləndirilməməli, burada xanın tabeçilikdən imtina etməsi və əhali arasında qarışıqlıq halları istisna olmaqla türk qarnizonu yerləşdirilməməli idi. Bu cür hallarda da rus qoşunlarının komandanlığı xəbərdar edilməli, türk qarnizonunun Şamaxıya daxil olmasını zəruri edən şərtlər aradan qalxan kimi onlar son nəfərədək şəhəri tərk etməli idilər. III maddə Osmanlı imperiyasına keçən torpaqların, о cümlədən Azərbaycan torpraqlarının – Ordubad, Təbriz, Mərənd, Marağa, Urmiya, Xoy, Səlmas, İrəvan və b. adları sadalanır. Rusiya və Osmanlı imperiyaları arasında sədd çəkmək məqsədilə həmin dövlətlərin müqavilə ilə müəyyən olunan sərhədləri arasındakı ərazi Səfəvi dövlətinə verilirdi. IV maddə ilə Rusiya Təhmasiblə müqavilədə olduğundan III artikulda göstərilən ərazilərin Osmanlı imperiyasına güzəşt edilməsi üçün üzərinə öhdəlik götürürdü. V maddədə qeyd olunurdu ki, III artikulda göstərilən torpaqlar Osmanlı imperiyasına güzəşt edildikdən sonra Osmanlı imperiyası Təhmasibi Səfəvi şahı kimi tanımalı, Rusiya ilə birgə Səfəvi dövlətini və onun paytaxtı İsfahanı azad etməyə kömək etməlidir. Belə olan surətdə Mir Mahmud tərəfindən Osmanlı dövlətinə qarşı hər hansı bir düşmən hərəkəti olsa, onun üstünə qeyd-şərtsiz qoşun göndərilməli, ordu tamam sabitlik yaradılanadək işini görməli idi. VI maddəyə görə, Təhmasib Rusiyanın mediasiyası (vasitəçiliyi) ilə torpaqları Osmanlı imperiyasına güzəştə getməsəydi, Rusiya və Osmanlı imperiyaları paylarına düşən torpaqları hakimiyyəti altına almalı, sonra Təhmasibi devirib taxta müvafiq şəxsi gətirməli idi. Nəticədə müqaviləni imzalayan tərəflərə keçən torpaqların onların əbədi hakimiyyətində qalmasından, sülh və dostluğun möhkəmləndirilməsindən və s. bəhs olunurdu”.
 
Müqavilə III Sultan Əhməd (1703-1730) tərəfindən 1725-ci il yanvarın 13-də ratifikasiya olundu. Rusiya Xəzərsahili torpaqları əldə etdikdən sonra I Pyotr bu yerlərdə möhkəmlənmək üçün müxtəlif vasitələrə əl atırdı. Bu vasitələrdən biri də xristian əhalinin ərazidə yerləşdirilməsi idi. Burada I Pyotr erməniləri bu ərazilərə köçürülməsini qarşıya məqsəd kimi qoyur. Onun 1724-cü il 10 noyabr fərmanı buna bariz  sübutdur. İlk əvvəl I Pyotrun Xəzərsahili torpaqları işğal edənə qədər  rusların ermənilərlə əməkdaşlıqları  simvolik səciyyə daşısa da, işğalın gedişi  zamanı  isə sıx əməkdaşlığa çevrildi.  I Pyotra ermənilərin yaxınlaşmasında  İsrail Ori (1658-1711), onun ölümündən sonra isə Minas Vardapet mühüm rol oynaydı. I Pyotrun 1724-cü il noyabrın 10-da erməni xalqına əlahəzrət fərmanı (Высочайшая грамота) və onunla bağlı digər sənədlər (Высочайшие указы) belə bir şəraitdə verilmişdi. Lakin I Pyotrun varisləri dövründə ermənilərin işğal edəcəkləri qədim türk yurdları İrəvan və Qarabağ xanlıqlarında yerləşdirilməsinə üstünlük veriləcəkdi. Bu da Türk dünyası ilə Osmanlı arasında bufer zonası kimi məqsədə xidmət edəcəkdi. İstanbul müqaviləsindən sonra I Pyotr işğal olunmuş Xəzərsahili torpaqlarda ermənilərin məskunlaşdırılmasına daha çox əhəmiyyət verirdi. I Pyotr sentyabrın 24-də İstanbul müqaviləsindən sonra ratifikasiyaların mübadiləsi üçün İstanbula ezam etdiyi Aleksandr Rumyantsevə öz əlilə yazdığı təlimatda gürcü və ermənilərin vəziyyəti və gücünü müəyyənləşdirməyi tapşırmışdı. 1724-cü il 10 noyabr tarixli reskriptdə isə I Pyotr bilavasitə ermənilərin işğal olunmuş torpaqlara köçürülməsindən bəhs edir (ədəbiyyat siyahısında -1,  səh.94 ):
 
 
ERMƏNİ XALQI ADINA ALİ FƏRMAN                                                

“1724 ci il noyabr ayının 10-cu gunu,onun imperator əla həzrətlərinin fərmanı ilə, xarici işlər dövlət Kolleqiyasından imperator Alihəzrətlərin iki fərmanı hər iki gucə malik olan erməni xalqına aşagı məzmununda, bu əla həzrətlərin dərkənarı ilə protokola yuxarıda qeyd olunan tarixə təsadüf edir.
Allahın mərhəməti ilə biz Birinci Pyotr, imperator və ümumrusiya hökmdarı və  ilaxır .
Vicdanlı patriarx İsayaya, və düzgün yüzbaşılara Avana və Mirzəyə və qeyrətli yüzbaşılara və müdirlərə bütün  erməni xalqına bizim imperator rəhmimiz və təbriklərimiz.
Bizim bu mərhəmətli fərmanı ilə sizə elan edirəm ki, siz bizə  keşiş Antonio və Kehya Çelebi ilə qöndərdiyiniz xəbəri aldıq və onlar şifahi niyyətləriniz haqqında bizə bildirdlər. Bizim imperator proteksiyasına qəbul olunmaq üçün  göstəriş verdim ki, sizin evlərinizlə və familiyalarinızla gələcəkdə təzə aldığımız fars əyalətlərində sizə rahat yaşamaq üçün bütün Xəzər dənizi boyu, torpaqlar versinlər, orada xristian dininə öz qanunuzla heç nədən çəkinmədən ibadət edə bilərsiniz. Biz xristianlıq naminə erməni xalqının mərhəmətlə hörmətini saxlayırıq, bundan ötrü öz tərəfimizdən bizim mudirlərə lazım olan fərmanlar göndərdik ki, onlar sizə fars əyalətlərində – Gilan, Mazandaranda, eləcə də Bakıda əlverişli yerlər ayırsınlar, sizləri nəinki ora gələn kimi qəbul etsinlər, hətta yaşamaq uçun əlverişli torpaqları nişan versinlər və sizə hərtərəfli mərhəmətli göstərsinlər. Sizi inandırmaq uçun bu imperator fərmanını göndəririk və hətta yuxarıda qeyd olunan adamları geri qaytardıq ki, onlar sizə bu fərmanı şifahi çatdırsınlar.
Kansler qraf Qolovkin, Andrey Osterman, Ober sekretar Yuryev Fyedor Protopopov.
Bu protokoldan fərmanlar ikitərəfli Aleksandriya kağız vərəqələrində, surəti erməni dilində tikilmişdir və imzasız ermənilərin əlinə verilmiş, böyuk dövlət mohürü vurumuşdur.
Qeyd: Bu fərman Aleksandriya kağızının bir vərəqində, poçt kağızın yarısından çox kəsilmiş və bağlayaraq qızıl möhurlə böyuk dövlət möhurüylə vurulmuşdur. İki fəman yazılmış və onlar keşiş Antoniona və Kehya Çelebiyə, digəri Semyon Popova və keşiş Pyotra verilmişdir.
İmperator  ali həzrətləri bu məktubu imzalamağı lazım bilmədi. Eləcə kansler qol çəkmədi və imzasız verildi”.       
Sonradan hakimiyyəti ələ almış Nadir Şah 1735-ci ildə bir güllə belə atmadan ruslarla Gəncə muqaviləsini  bağladı. Dərbəndin 200 km-dən  üzü cənuba tərəf bütün torpaqlar əfşarların ixtiyarına kecdi. Burada Osmanlı imperiyası ilə  yeni müharibəyə hazırlaşan ruslar Nadir Şahın Osmanlıya yaxınlaşmasının qarşısını almaq üçün diplomatik manevrlər edirdilər və onu Osmanlıya qarşı yönəldirdilər. Gəncədə Osmanlı qarnizonu vardı. Bunu nəzərə alan ruslar Nadirin qüvvələrini onlara qarşı yönəltdi. İyunun 8-də baş verən döyüşdə Osmanlı döyüşçüləri məğlub oldu. Nadir bu qələbələrdən sonra döyüş istiqamətini Şirvan və Dağıstana yönəltdi. Noyabrın 21-də Nadirin qoşunları Dərbəndə yaxınlaşdı.
 
Nadir bu istiqamətdə də qələbə əldə etdikdən sonra 1736-cı ilin martında Muğana gəldi və Kür və Araz çayının qovuşduğu yerdə Cavad şəhərində (müəllifin böyüyüb-başa catdığı indiki Cavad kəndi – A.M.) özünü yeni Əfşarlar imperiyasının  banisi elan edərək tacqoyma mərasimi keçirdi.
Bu hadisələrdən sonra Osmanlının zəiflədiyini görən Rusiya Osmanlıya qarşı (1735-1739-cu illər) müharibəyə başladı. İngiltərə Nadir Şahla Osmanlı dövləti arasında ziddiyyətlərin başa çatmasına, bu dövlətlərin Rusiyaya qarşı birliyinə nail olmağa çalışırdı. 1736-cı ilin sentyabrında Əfşarlar dövləti ilə Osmanlı dövləti arasında müqavilə imzalandı. Müqaviləyə görə, Cənubi Qafqazdakı torpaqlar Nadirə qaytarılırdı. 1733-cü il Bağdad sülhünün şərtləri tanınırdı. Lakin bu müqavilə Osmanlı dövləti tərəfindən ratifikasiya olunmadı.
 
Osmanlı imperiyasının cənubunda, Ərəbistanda isə yeni əmələ gəlmiş  qüvvələr  mərkəzi hakimiyyətin əleyhinə çıxış edir və bu torpaqlarda öz hakimiyyətlərini qurmaq istəyirdilər. Ümumiyyətlə,  köçərilərin  (bədəvi) oturaq əhaliyə çevrilməsi prosesi Ərəbistanda daima baş verirdi.  Özü də bu zaman  tayfa və oturaq əhali ilə qarşılıqlı münasibət formalarında, həyat tərzində və məişətində müxtəlif davranışlarda artıq bunları müşahidə etmək mümkün idi. Tayfa və birliklərin qüdrətli şeyxləri vahələrə və vahə qruplarına nəzarət etmək iqtidarında idilər. Lakin bu zaman elə də olurdu ki, tayfa rəhbərliyi bədəvi həyat tərzini qoruyub saxlayır və əksəriyyət etibarilə köçəri şeyx kimi qalırdılar.
 
Q. Filbi bildirirdi ki, artıq XVIII əsrin əvvəllərində Əd-Diriyə rejimi (vahə ərazisi – A.M.) nəinki Nəcddə, həmçinin bütün Ərəbistanda hökm-fərman olmaqda iddialı idi.1
 
Əslində, o dövrdə Əd-Diriyə daxili dayanıqsızlıq, qarışıqlıq və hakim zadəganlıq içində hakimiyyət uğrunda mübarizə dövründən  çıxırdı. Bir-birinin ardınca qətllər və satqınlıqlar baş verməkdə idi. Bu vəziyyət, nəhayət, ikinci onillikdə səudlar sülaləsinin əsasını qoyan Səud ibn Məhəm-məd ibn Mikrin vahə əmiri seçilməsinədək davam etdi. Səudlar öz şəcərəsini Mərkəzi və Şimali Ərəbistanın ən çoxsaylı və qüdrətli tayfası – unazalara 2  bağlayırlar.
 
1725-ci ilin iyununda Səud ibn Məhəmməd ibn Mikrin öldü və onun vəfatından sonra vahəyə başçılıq uğrunda bir neçə rəqib qızğın şəkildə çalışmağa başladılar.3
Nəcdin digər bir hissəsində Ayaynın hakimləri qonşularla – Mənfuhə və Sədiklə, eləcə də ətrafdakı bədəvi tayfaları ilə müharibə aparmaqda idilər. Hərbi əməliyyatlar yerli əhəmiyyətli reydlərdən o yana getmirdi. 1725-26-cı ildə vəba epidemiyası Ayaynı boş qoydu.4 Ona dəymiş zərbə o qədər ağır oldu ki, bu şəhər uzun illər ərzində Mərkəzi Nəcddə üstünlük uğrunda mübarizədən imtina etdi.
 
Əd-Diriyədə hakimiyyətə gəlmiş Zeyd bundan istifadə etdi, növbəti il adamsızlaşmış vahəyə qarşı çıxışa başladı. Ayayn əmiri Məhəmməd ibn Müəmmər ona tabe olmağa hazır olduğunu bildirdi, amma diriyəliləri aldadaraq evinə çağırdı, Zeydi öldürdü. Məhəmməd ibn Səud bir qrup əsgərlə xilas ola bildi. Sonradan  Əd-Diriyənin əmiri də elə o oldu.
 
O  dövr Osmanlı imperiyasında rəsmi məzhəb dörd məktəbdən ən çeviki sayılan hənifəlik idi, baxmayaraq ki, digər ortodoksal təriqətlər də tanınırdı. Bütün bunlarla bərabər Osmanlı imperiyasında islamın bütün çalarları dinc yanaşı mövcudiyyətini sürürdü.
 
Burada dini sistemin tam şəkildə tərtibi XV-XVI əsrlərə aiddir. Osmanlı sultanı özünə xəlifə, yəni bütün müsəlmanların rəhbəri titulunu götürərək, bununla öz nüfuzunu möhkəmləndirdi.
 
Ruhanilər (üləmalar) imperiya əhalisinin ən nüfuzlu qruplarından biri idi. Ruhani ierarxiyasının başında İstanbul müftisi – vəzifəcə baş vəzir səviyyəsində olan şeyxülislam dururdu. Onun ardınca iki qazi-əsgər, sonra da digər ali ruhanilər gəlirdi. Osmanlının ruhani liderləri hüquqi və inzibati işlərə nəzarəti həyata keçirən yerli qazilərin və dindarların iman məsələlərini diqqətdə saxlayan, sənətkar və tacir birliklərinə göz qoyan mühtəsiblərin təsdiqi sistemi vasitəsilə nəzarətdə saxlamağa cəhd göstərirdi. 

Oxşar xəbərlər
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:07
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
04 May 2024 | 13:15
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
04 May 2024 | 13:13
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
04 May 2024 | 13:33
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
04 May 2024 | 13:29
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
04 May 2024 | 13:18
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
04 May 2024 | 13:21
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:07
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
04 May 2024 | 13:15
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
04 May 2024 | 13:13
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
04 May 2024 | 13:33
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
04 May 2024 | 13:29
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
04 May 2024 | 13:18
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
04 May 2024 | 13:21
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU