"Azərbaycan yazıçısı, hətta müalicəyə gedəndə də qaçqınlar haqqında düşünür"
Müsahibə
Oxunub: 1367
09 Apr 2019 | 18:58
Xalq yazıçısı Elçin Ədəbiyyat qəzetinin “Sevdiyim əsər” layihəsində Ispan yazıçısı Migel de Servantesin “Lamançlı Don Kixot” romanından danışıb.

Moderator.az müsahibəni oxucularına təqdim edir:

  – Migel de Servantesin “Lamançlı Don Kixot” romanı hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin sevdiyiniz əsərdir?

– Fərid, mən məziyyət, yaxud keyfiyyət ölçüləri ilə “Don Kixot” əsərinə yanaşmağı, onu qiymətləndirməyi doğru hesab eləmirəm. Çünki o, sənin dediyin həmin məziyyətlər və keyfiyyətlər meyarından çox-çox yuxarıda dayanır. Bu meyarlarla adi əsərləri qiymətləndirmək olar, mənim aləmimdəki “Don Kixot” isə həmin “adilikdən” yüksəkdə dayanan bir əsərdir.

– Sizcə, Don Kixot niyə məhz cəngavərlik romanları oxumaqdan ağlını itirir və döyüşçü olmaq qərarına gəlir?

– Yox, burda söhbət ağlını itirməkdən getmir. Sən hesab edə bilərsən ki, kimsə ağlını itirib, amma həmin adam üçün onun düşüncələri çox normal ola bilər. Yəni “Don Kixot” dəli və ya ağıllı, qüvvətli, yaxud zəif olmağın sərhədlərini müəyyən etməyən bir əsərdir, onun dahiyanəliyi də elə bundadır.

Bir dəfə iclasımız gecəyə qədər uzandı, iş qurtarandan sonra istədim bir az piyada gəzim, gəzə-gəzə də İncəsənət Muzeyinin yanında xətrini istədiyim görkəmli bir yazıçımızla rastlaşdım. Onunla yaxşı münasibətimiz var idi, hal-əhval tutandan sonra soruşdum ki, xeyli vaxtdır görünmürsən, haralardasan? Dedi ki, burda yox idim. Soruşdum ki, hara getmişdin? Cavab verdi ki, səndən həmişə müsbət dalğalar gəlir, ona görə də sənə deyə bilərəm. Tam səmimi və ciddi şəkildə barmağını göyə uzadıb dedi ki, Merkuridə idim. Eşitmişdim ki, o, bəzən qəribə şeylər danışır, ona görə də bir söz demədim, başqa məsələlərdən danışdıq və sağollaşıb ayrıldıq. Gecə bağa getdim, rəhmətlik İlyas Əfəndiyev bizdə idi, oturub ordan-burdan söhbət elədik, soruşdu ki, şəhərdə nə var, nə yox, kimləri görürsən? Dedim bayaq filan yazıçını gördüm. O saat soruşdu ki, necədi, deyirlər, bir az qəribə olub. Dedim ki, hə, bayaq mənə də deyirdi ki, Merkuriyə getmişdim. İlyas Əfəndiyev heç nə demədi, sonra da başqa söhbətə keçdik. Bir azdan yatmağa gedəndə, birdən dayanıb gülümsəyərək: “Bura bax, – dedi, – nə bilirsən, bəlkə, o, elə düz deyir?”. Bu söhbət ona görə yadıma düşdü ki, ağlı itirmək şərti bir məsələdir, xüsusən də bu ifadəni Don Kixota şamil eləmək, mənə görə düzgün deyil. Don Kixot ağlını itirmir, o, etiraz edir – həyata, yaşayışa, ümumiyyətlə, həyatın özünə, mənasına qarşı protest edir. Həyatın yaxşı və pis cəhətinə yox, ümumiyyətlə, həyatın özünə qarşı.

– Əsərin parodiya kimi qələmə alınması məsələsinə münasibətiniz necədir?

– XV-XVI əsrlərdə İspaniyada cəngavərlik romanları yazmaq dəb idi. Həmin romanların çoxu aşağı səviyyəli idi. Bu günə gəlib çatmayıb, yəni tarixin sınağından çıxmayıblar. Tədqiqatçıların çoxu deyir ki, “Don Kixot” həmin əsərlərə parodiya kimi yazılıb, ancaq mənim aləmimdə bu roman parodiya deyil. Düzü, mən fikirləşirəm ki, Servantes heç özü də bilməyib ki, o, necə bir əsəri qələmə alıb, ona elə gəlib ki, sadəcə, romanlara parodiya yazıb.

– Sizin müsahibələrinizdən birində oxumuşdum ki, “Don Kixot”u başqa planetə “göndərmək istəyirsiniz…”.

– Bir dəfə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində mənimlə görüş keçirirdilər. Onda rəhmətlik Aslan Aslanov həmin universitetin rektoru idi. Orda mənə sual verdilər ki, siz başqa bir planetə getsəydiniz, yer üzündəki həyatı əks etdirən hansı əsəri özünüzlə aparardınız? Cavab verdim ki, “Don Kixot”u. Çünki həyat nədir, sevinc nədir, insan kimdir, yaşamağın mənası nədir, xoşbəxtlik nədir, bədbəxtlik nədir, xəyanət, sədaqət, məhəbbət və sair nədir? – “Don Kixot” bu suallara cavab verir: həyat mənasız bir şeydir. “Don Kixot” deyir ki, bu həyatda nə varsa, sevincindən tutmuş kədərinəcən hamısı nisbi şeylərdir, insanlar illüziyanın içərisində yaşayırlar və dünyada əbəs yerə məna axtarırlar, çünki həyatda heç bir məna yoxdur və olmayıb da. Yəni yaşayış bünövrədən mənasız bir şeydir. Ona görə də deyirəm ki, Servantes özü də bilməyib ki, nə yazıb, hansı bəşəri suallara cavab verib. Fikir ver, əsərdə insana aid nə varsa, hamısı saxtadır – sevgi, qəhrəmanlıq, sevinc, məğlubiyyət – hər şey.

– Elçin müəllim, sizcə, əsərdə Don Kixotun ən böyük məğlubiyyəti hansıdır?

– Don Kixotun ən böyük məğlubiyyəti ölüm ayağında yenidən özünə gəlməsi və adi bir insana çevrilməsidir. Bu fikir, əlbəttə, “mənim Don Kixotum”a aiddir. Mariana Svetayevanın məşhur məqaləsi vardı: “Mənim Puşkinim”. Həmin əsərdə Svetayeva hər kəsin tanıdığı Puşkindən fərqli bir Puşkindən danışır. Mənim də “Don Kixotum” kiminsə nəzərindəki “Don Kixot”a uyğun gəlməyə bilər, bu çox normaldır. Yeri gəlmişkən, Mixail Bulqakovun “Don Kixot” adlı dramı var. Bulqakov böyük yazıçıdır, söz yox, ancaq o da roman haqqındakı ümumi fikirdən kənara çıxa bilməyib, çoxları kimi parodiyalarla bağlı məşhur məsələdə ilişib qalıb. “Don Kixot” haqqında yazılan elə bir bədii əsərə rast gəlməmişəm ki, xoşuma gəlsin. Amma “Don Kixot” barədəki musiqi əsərlərini bəyənirəm, xüsusən Ştrausun “Don Kixot” haqqında simfonik poemasını, bir də Qara Qarayevin “Don Kixor qravürləri”ni. Qara Qarayev əvvəl o əsəri Qriqori Kozintsevin “Don Kixot” filmi üçün bəstələmişdi, sonra onu ayrıca işlədi.

– Maraqlıdır, niyə bədii ədəbiyyatda yox, musiqidə “Don Kixot”a müraciətlər sizi sənətkarlıq baxımından qane edir?

– Çünki Don Kixot aləminə konkret yanaşmaq mümkün və düzgün deyil. Mənə görə “Don Kixot”u məhz qeyri-konkretlik səciyyələndirir. Musiqi dinləyicinin improvizasiyası üçün imkan yaradır. Don Kixotun çoxlu şəkillərini çəkiblər, mən çox rəssamların bu mövzuda işləri ilə tanışam, amma onların – həmin rəsm əsərlərinin heç biri mənim aləmimdəki Don Kixot deyil, Çünki Don Kixotun qeyri-konkret obrazını tapmaq lazımdır, onun bir qəhrəman, personaj və insan kimi mahiyyətində qeyri-konkretlik var.

– Sizcə, Don Kixot bütün etdikləri ilə nəyə nail olmaq istəyir?

– Don Kixot insanları mənasızlıqdan xilas etmək istəyir və arzusuna da çatmır. Və insanlar yenə də şərti sevinc və şərti kədərləri ilə yaşayıb, ölüb, çıxıb gedirlər.

– Bu yaxınlarda dövri mətbuatda sizin tərcümə və təqdimatınızda Frans Kafkanın “Don Kixot” barəsində “Sanço Pansa haqqında həqiqət” adlı miniatürünü oxudum. Miniatürdə vurğulananlara münasibətinizi bilmək istərdim…

– Həmin miniatürdə Kafka yazır ki, “Axşam və gecə saatları onu rıtsarlardan, quldurlardan bəhs edən romanlarla əyləndirərək, heç vaxt da bununla öyünməyən Sanço Pansa, gələcəkdə Don Kixot adlandıracağı bu əcinnəsini illər boyu o qədər özündən uzaqlaşdırdı ki, həmin Don Kixot bir-birinin ardınca divanə hərəkətləri törətməyə başladı və sevilib-seçilmiş bir hədəfi olmadığı üçün – həmin hədəf isə məhz Sanço Pansa olmalı idi – bu hərəkətlərlə heç kimə bir zərəri dəymədi. Azad bir insan olan Sanço Pansa, görünür, hansısa bir məsuliyyət hissinə görə Don Kixotun gəzib-dolaşmaqlarında onu maraqlı və xeyirli bir qəziyyə kimi son günlərinəcən müşayiət etdi”. Kafkanın fikrincə, Don Kixotu Sanço Pansa yaradıb. Sanço Pansa kimdir? O, qarınqulu, aciz, boş-boş şeylərdən həzz alan, adi şeylərdən kədərlənən ibtidai biridir. Bu cür bəsit birinin Don Kixotu yaratmasını iddia etmək çox təəccüb doğuran, ancaq, eyni zamanda maraqlı olan bir fikirdir.

– Norveç Kitab Klubu “Ədəbiyyat tarixinin 100 ən yaxşı əsəri”ni müəyyən etmək üçün sorğu keçirib. Sorğuda 50-dən artıq ölkəni təmsil edən 100-dən çox tanınmış yazar iştirak edib. O cümlədən Orxan Pamuk, Salman Rüşdi, Milan Kundera da rəylərini bildiriblər. Səslərin yarıdan çoxunu dahi ispan yazıçısı Migel de Servantesin “Don Kixot” əsəri toplayıb, birinci yeri qazanıb. İstərdim ayrı-ayrı zövqlərin eyni nöqtədə birləşməsinin səbəbindən danışasınız…

– Mən şübhə eləmirəm ki, o seçimi edənlərin hərəsinin özünün ayrıca bir “Don Kixot”u var. Onlardan biri bu əsəri yaxşı parodiya nümunəsi kimi, digəri hansısa başqa bir, sənin dediyin həmin məziyyətə, keyfiyyətə görə qiymətləndirib. Mənim üçün “Don Kixot” səmavi kitablardan sonra ən böyük əsərdir.

– Cəmiyyət cəngavərlərdən qurtulsun deyə (həm də) “Don Kixot” yarandı. Bəs Don Kixotlardan qurtulmaq üçün necə bir qəhrəman yaranmalıdı?

– Fərid, səninlə mənim Don Kixotlarımız bir-birindən fərqlidir. Mən Don Kixotluqdan xilas olmaq haqqında düşünmürəm və dünyanın da “Don Kixot” həqiqətindən qaçası yeri yoxdur.

– Don Kixot hərdən Sanço Pansaya deyir ki, çalış, çox fərman vermə, fərmanın çoxluğu dövlətin zəifliyindən irəli gəlir. Bu müdrik sözləri deyən Don Kixot çaxır tuluğunu div bilib deşir, qırmızı çaxır yerə dağıldıqca isə elə hesab edir ki, axan divin qanıdır. Yaxud karvansaranı qəsr sayıb özünü hidalqo – ispan zadəganı kimi aparır. Bu paradoksal nümunələrin sayını artırmaq da mümkündür. Əsərdə əvvəldən axıracan elə bil, müdrikliklə sadəlövhlüyün mübarizəsi gedir…

– Sadaladığın məqamlarda söhbət müdriklik və sadəlövhlükdən getmir, mənim fikrimcə, reallıq və irreallıqdan gedir. Don Kixotun iki adı və iki dünyası var – real və irreal. Sonda o, irreal dünyadan real dünyaya qayıdır və başa düşür ki, onun bütün zəhməti heç imiş. Və o bunu – dünyanın puç olmasını bizə öz taleyinin timsalında göstərir.

– Sizə görə, Don Kixotluq nədir: İçində olduğu cəmiyyəti tanımadan onu dəyişdirmək? Görmədiyi qadına vurulmaq? Arzuları hesabına özünü fəda etmək? Ona pislik edənlərə təmənnasız yaxşılıq etmək? Bəlkə, bunların hamısını özündə ehtiva edən bəşəri bir dəyər?

– Sualında sadaladıqlarının heç biri mənim üçün Don Kixotluq deyil. Xüsusən də sualının sonunda vurğuladığın “bəşəri dəyər”i Don Kixot qəbul etmir. Don Kixotluq dərində gizlədilmiş təhtəlşüur protestdir: insanın özünü aldatmasına, hisslərin saxtalığına, dəyərlərin mənasızlığına qarşı.

– Bütün məğlubiyyətlərə rəğmən nikbinliyi zərrəcə əskilməyən bu əsərin sonunda Don Kixot ölür. İstərdim, aqibətin labüdlüyündən və ölümün əsərdəki nikbinliyin sonuna nöqtə kimi qoyulmasından danışaq.

– Don Kixot ölmür, ölən Alonso Kexanodur. Əsər Alonso Kexanonun Don Kixota çevrilməsiylə başlayır və Don Kixotluqdan yenidən Alonso Kexanoya qayıdır. Don Kixot məğlub olur, ancaq ölmür, ölən Alonso Kexanodur.

– Xorxo Luis Borxesin “Don Kixot haqqında magiya” essesində belə bir sual var: nəyə görə Don Kixotun “Don Kixot”un oxucusu olması, Hamletin isə “Hamletin” tamaşaçısı olması bizi həyəcanlandırır? Görünür, mən səbəbini tapmışam: bu tip fikirlər belə bir qənaətə gəlməyimizə kömək edir ki, uydurma personajlar oxucu və ya tamaşaçı ola bilərlərsə, onlarla müqayisədə oxucu və ya tamaşaçı olan bizlər də, bəlkə, uydurmayıq”. Elçin müəllim, Borxesin Don Kixot haqqındakı bu fikrinə münasibətinizi bilmək istərdim…

– Borxesin “Magiyalar” silsiləsindən yazdığı o esse çox məşhurdur və “onun Don Kixotu” “mənim Don Kixotuma” nisbətən yaxındır. “Don Kixot”u “Hamlet”lə müqayisə etməsi təbiidir, çünki onların arasında yaxınlıq var.

– Bu əsərdə çoxlu səyahətlər təsvir edilir, ancaq müəllif romanı həbsxanada qələmə alıb…

– Bu, prinsipial məsələ deyil, həbsxanada belə, azadlıq haqqında ən gözəl əsəri yazmaq olar. 10-15 il əvvəl çox yorğun idim, məzuniyyətə çıxıb Kislovodska getdim ki, həm bir az dincəlim, həm də müalicə alım. Və birdən-birə başladım silsilə hekayələr yazmağa, özü də məcburi köçkünlərin həyatı haqqında. “Bayraqdar”ı, “Qarabağ şikəstəsi”ni yazdım. Onların sonunda yazdığım məkanı qeyd eləmişdim. O vaxt mətbuatda qaragüruh kampaniyası başladı ki, Elçinə baxın, özü Kislovodska gedib sanatoriyada dincələ bilir, ancaq qaçqınların həyatından yazır. Halbuki normal məntiq deyir ki, Azərbaycan yazıçısı, hətta müalicəyə gedəndə də qaçqınlar haqqında düşünür, onların həyatından yazır.

– “Bütün dünyada bu əsərdən dərin və qüvvətli əsər yoxdur, bu, hələlik insan fikrinin son və ən böyük sözüdür. Bu, insanın ifadə edə biləcəyi ən acı kinayədir… …insan dühasının yaratdığı bütün əsərlər içərisində ən böyük və ən kədərli kitabdır”. Bu fikirləri Dostoyevski “Don Kixot” əsəri barədə deyirdi…

– Dostoyevski “Don Kixot”u ona görə sevirdi ki, hər ikisi – həm Don Kixot, həm də Dostoyevski dünyada baş verənlərin tənqidlə düzələcəyinə inanmırdı. Onlar bu baxımdan eyni bədii-fəlsəfi yolun yolçularıdır. Servantes yox ha, Don Kixotla Dostoyevski.

– Rejissorlardan bəziləri “Don Kixot”da azadlıq məsələsini qabardır, digərləri insanın reallıq hissini itirməsi məsələsini. Siz bu əsərin ekran və səhnə həyatında hansı rakursun qabardılmasını vacib hesab edirsiniz?

– “Don Kixot” haqqında çəkilən filmlərin arasında və gördüyüm tamaşalarda “mənim Don Kixotum” olmayıb.

– Yazıçı olaraq Don Kixotun yaradıcılığınıza təsirini hiss etmisinizmi?

– Bunu konkret olaraq deyə bilmərəm ki, “Don Kixot”dan təsirlənib nəsə yazmışam, ancaq təhtəlşüurumda, yəqin ki, hansısa təsiri var. Xüsusən “Baş” romanımda və son hekayələrimdə “Don Kixot”la yaxınlıq hiss edirəm.

– Don Kixotun romantik məhəbbət etiraflarına Dulsineya alma zərbələri ilə cavab verir. Sizcə, müəllif niyə alma simvolundan istifadə edir?

– Bu çox maraqlı sualdır. Mən bu əsəri tez-tez vərəqləyirəm, amma 2-3 ildən bir yenidən oxuyuram. Sonuncu dəfə – 4-5 il əvvəl “Don Kixot”u yenidən oxuyanda fikrimdən keçdi ki, Həvva Adəmi alma ilə aldadıb. Servantes, bəlkə də, alma məsələsini düşünərək yazmayıb, təhtəlşüurun gücü ilə yazıb, istedadı, fəhmi onu həmin məqama aparıb çıxarıb.

– Servantes zamanında İspaniyada zadəganlar üç əsas təbəqəyə bölünürdülər. Yuxarı təbəqə – senyorlar, orta təbəqələr kabalyerolar və aşağı təbəqələr – hidalqolar. Sizcə, müəllif niyə qəhrəmanını hidalqolar arasından seçib?

– Ola bilər ki, türməyə düşməsi, qolunun kəsilməsi, hətta casusluq da etməsi bunda müəyyən rol oynayıb. Servantes macərapərəst bir adam olub və ona görə də əsas qəhrəmanı özünə bab sinifdən seçib.

– Sizcə, “Don Kixot” əsərinin meydana çıxması ilə, intibahın sevgi, qəhrəmanlıq ideyalarının süquta uğraması arasında əlaqə varmı?

– “Don Kixot” renessansa da yüksəkdən baxan bir əsərdir. Don Kixotun nəzərləri ilə renessansa baxanda, o da illüziyadan başqa bir şey deyil. İnsanın ən üst mərtəbəyə qalxması, yaxud ən gözəl dövrdə yaşaması hələ hər şey demək deyil. İnsan o aldanışların fövqündə dayana bilmir, ona görə də qədim zamanlardan insanın sevinci həmin sevinc, kədəri həmin kədərdir və bütün zamanlarda belə olub. Yəni nə dünən bu gündən yaxşı idi, nə sabah bu gündən yaxşı olacaq, nə də bu gün dünəndən və sabahdan gözəldir.

– Siz “Şekspir” pyesində yazırsınız ki, yalanla həqiqətin, dəliliklə ağlın qəti sərhədini çəkmək mümkün deyil, bunu müəyyən edən meyar, ölçü yoxdur. Bu əsərinizi Don Kixot ideyalarının davamı kimi başa düşmək olarmı?

– Mən “Şekspir”ə “Don Kixot”un davamı deməzdim. “Şekspir”ə “mənim Don Kixotum”un dünyagörüşünə uyğun ideyaların daşıyıcısı demək daha düzgün olar.

– İkibaşlılıq, qeyri-müəyyənlik daha çox postmodernist düşüncəyə məxsusdur, “Don Kixot” romanındakı ikibaşlılıq və qeyri-müəyyənlik onu postmodernist bir əsər saymağa əsas verirmi?

– Bütün “izm”lərin, mənim aləmimdə, məhdud dövrü yoxdur. Həmin “izm”lərin izini klassik ədəbiyyatda görmək olar. Bu mənada, postmodernizm, bəlkə də, özünü “Don Kixot”da daha çox ifadə edir, nəinki müasir postmodernist əsərlərdə.
Oxşar xəbərlər
21:27, Bu gün
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
21:25, Bu gün
Təhsil İdarəsində yeni TƏYİNATLAR
21:24, Bu gün
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
21:23, Bu gün
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
21:21, Bu gün
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
20:55, Bu gün
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
20:15, Bu gün
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
19:48, Bu gün
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
19:23, Bu gün
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
19:11, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
19:05, Bu gün
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
18:59, Bu gün
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
18:55, Bu gün
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
18:25, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
18:20, Bu gün
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
18:16, Bu gün
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
18:12, Bu gün
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
18:08, Bu gün
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
18:05, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:03, Bu gün
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
18:00, Bu gün
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
17:59, Bu gün
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
17:55, Bu gün
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
17:50, Bu gün
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
17:45, Bu gün
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
17:40, Bu gün
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
17:35, Bu gün
27 yaşlı oğlan qəfil öldü - FOTO
17:30, Bu gün
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
17:26, Bu gün
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
17:23, Bu gün
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
17:20, Bu gün
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
17:15, Bu gün
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
17:12, Bu gün
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
17:10, Bu gün
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
17:05, Bu gün
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
17:00, Bu gün
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
16:55, Bu gün
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
16:50, Bu gün
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
16:45, Bu gün
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
16:40, Bu gün
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
16:35, Bu gün
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
16:30, Bu gün
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
16:27, Bu gün
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
16:25, Bu gün
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
16:22, Bu gün
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
16:20, Bu gün
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
16:16, Bu gün
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
16:12, Bu gün
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
16:09, Bu gün
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:09, Bu gün
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
16:05, Bu gün
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
16:03, Bu gün
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:00, Bu gün
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
15:57, Bu gün
Keçmiş baş nazir vəzifəsindən azad edildi
15:56, Bu gün
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
15:50, Bu gün
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
15:45, Bu gün
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
15:41, Bu gün
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
15:40, Bu gün
4 terrorçu zərərsizləşdirilib
15:36, Bu gün
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
15:32, Bu gün
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
15:28, Bu gün
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
15:25, Bu gün
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:21, Bu gün
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
15:19, Bu gün
UNEC-in professoru vəfat etdi - FOTO
15:15, Bu gün
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
15:12, Bu gün
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
15:10, Bu gün
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
15:08, Bu gün
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
15:05, Bu gün
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
15:04, Bu gün
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
14:59, Bu gün
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
14:55, Bu gün
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
14:53, Bu gün
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
14:52, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
14:50, Bu gün
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
14:47, Bu gün
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
14:45, Bu gün
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
14:43, Bu gün
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
14:40, Bu gün
Slovakiyanın Baş naziri: “Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq”
14:38, Bu gün
Azərbaycan COP29-un timsalında dünyaya yeni əxlaqi-siyasi mədəniyyət təqdim etdi
14:37, Bu gün
İlham Əliyev: “Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir”
14:34, Bu gün
Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI
14:31, Bu gün
Prezident: “Slovakiya və Azərbaycan suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur”
14:28, Bu gün
İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib
14:26, Bu gün
Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağını bəyan etdi
14:24, Bu gün
Slovakiya Qərvənd kəndinin yenidən qurulmasında iştirak edəcək
14:20, Bu gün
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin ediləcək - FOTO
14:17, Bu gün
Tarixdə bu gün: 7 May Nasist Almaniyası təslim olur
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
14:15, Bu gün
"Rusiyalılar Putinin Ukraynadakı müharibəsi ilə barışıb" - "Bloomberg"
14:11, Bu gün
Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı AÇIQLANDI
14:08, Bu gün
Xərçəng xəstəsi olan Kral Çarlzın sağlamlıq vəziyyəti ilə bağlı yeni açıqlama
14:07, Bu gün
Azay Quliyev: "Dünyadakı həqiqəti söyləyən, cəsarətli dostlarımızı müdafiə etməliyik"
14:05, Bu gün
Türkiyə Rusiyadan aldığı “S-400” raketlərini harada yerləşdirəcək?
14:03, Bu gün
Prezident Slovakiyaya səfərə dəvət olundu
13:59, Bu gün
Bakıda daha bir qəza: Mərkəz istiqamətində sıxlıq yaranıb - YENİLƏNİB + FOTO
13:51, Bu gün
Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTO
13:48, Bu gün
Ailə zəminində başlanmış münaqişə ittihamla başa çatdı - “Formula 1”də MƏNİMSƏMƏ İŞİ
13:45, Bu gün
Şəhid Rauf Əliyevin qardaşı: “Düşündüm ki, bəlkə sağdır” - FOTO
GÜNLÜK
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen