Minilliklərin şahidi olan antik Efesdən reportaj… - FOTOLAR
Oxunub: 1279
07 Apr 2019 | 13:01
Minilliklərin şahidi olan antik Efesdən reportaj… -  FOTOLAR
"Məğrur Babilin üstündə döyüş arabaları üçün yol olan divarını, Zevsin heykəlini və Asma Bağları gördüm. Həmçinin Rodoslu Nəhəngi, Misir Piramidalarındakı möhtəşəm əməyi və Halikarnas məbədini... Amma Artemidanın buludlar üzərində qurulmuş evini görəndə digər tüm möhtəşəmlər parlaqlığını itirdi və dedim ki, "Budur! Olimpdən başqa günəş heç vaxt bu qədər böyük bir şeyə baxmayıb".

Sidonlu Antipaterin tərifindən doymadığı Efesli Artemida Məbədinin yerində indi demək olar ki, heç nə qalmayıb. Amma Efesin xarabalıqları hələ də durur və antik dövr sevənlər üçün, dünya mədəniyyət tarixi üçün önəmli yer statusunu saxlayır. Minillərə şahidlik edən bu yerə xarabalıq deməyə adamın dili gəlmir.

Görəsən, hansı xarabalıq tərifinə daha yaxındır? Xüsusi zövqlə tikilmiş antik şəhərlərdən qalma sənət əsərləri toplusu, yoxsa zövqsüz evlərlə bəzədiyimiz müasir şəhərlər?

Möhtəşəm tarix...

Efesin tarixi bizim eradan əvvəl 9-cu minilliyə qədər uzanır. Şəhərin tarixinə aid məşhur iddialardan biri onun qadın döyüşçülər olan amazonlar tərəfindən salındığıdır. Hətta bir ehtimal Efesin adının Apasastan, yəni Arzava (Ana Tanrıça Şəhəri) Krallığının şəhərindən gəldiyidir.

Antik şəhərin girişindəki Adrianus Məbədinin önündə Efesin tarixindən bəhs edilən lövhədə belə yazılıb: "Afina kralı Kodrosun cəsur oğlu Androklos Egeyin qarşı sahilini kəşf etmək istəyir. Əvvəlcə Delfi şəhərindəki Apollon məbədinin kahinlərindən məsləhət istəyir. Kahinlər ona balıq və donuzun işarə elədiyi yerdə bir şəhər quracağını söyləyirlər. Androklos bu sözlərin mənasını düşünüb Egeyin sularına yelkən açır. Kaystros çayının ağzındakı körfəzə gələndə sahilə çıxmağa qərar verirlər. Burada balıq bişirərkən otların arasından çıxan vəhşi bir donuz balığı qapıb qaçır. Beləliklə kəhanət gerçək olur və burada bir şəhər salmağa qərar verirlər".

E.ə 560-cı ildə şəhər Artemida məbədinin ətrafına köçürülüb. Bu dönəmdə Efes elmdə, sənətdə və mədəniyyətdə məşhur Miletlə bir sırada idi. Bu gün izləri qalan Efes isə Makedoniyalı İsgəndərin generallarından olan Lisimahos tərəfindən e.ə 300-cü illərdə qurulub.  129-cu ildə Berqama kralı Attolos bölgəni romalılara miras olaraq buraxır. Bu tarixdən sonra Efesin inkişafı daha da sürətlənir və Asiyadakı ən önəmli ticarət mərkəzi olur.

Xristianlığın yayılmasından sonra şəhər bu din üçün önəmli bir mərkəzə çevrilir. İsa peyğəmbərin həvarilərindən Pavelin şəhərdə  vəz verməsi, sonra Müqəddəs Məryəmin buraya gəlməsi Efesin nüfuzunu daha da artırır. Lakin bizim eranın IV əsrində limanın dolması ilə Efesdə ticarət zəifləyir, bundan sonra şəhərin önəmi azalır və get-gedə kiçilməyə başlayır. 1330-cu ildə türklər tərəfindən tutulur. İndi o Səlcuq bölgəsinə bağlıdır.

IMG-20190403-WA0024.jpg

Artemida məbədi, məhv olmuş möhtəşəmlik...

Efeslilərin Artemidası yunan mifologiyasında olan Artemida ilə eyni deyil və təxminlərə görə Anadolu tanrıçası Kibeledən gəlməkdədir. Efesdə Kibelenin yunan tanrısı Artemidaya necə çevrildiyi aydın deyil, çünki hər ikisi həm görünüşcə,həm də xaraktercə fərqlidirlər.

Məbədin tikintisi üç mərhələdən ibarətdir. Birincisi b.e.ə VII əsrdə tikilmiş bir qurbangah, ikincisi bunun üzərində tikilmiş bir məbəd, üçüncü isə məşhur yanğından sonra edilən restavrasiyadır. Məbədin tikintisi Lidya kralı Kroisos ilə başlayıb və 120 il davam edib. Dünya tarixində elədiyi əməllə iz buraxmış Herostatın törətdiyi yanğına və dağıntılara rəğmən məbəd bir neçə dəfə bərpa olunaraq efeslilər tərəfindən qorunmuşdu. Lakin 262-ci ildə qotların hücumundan və zəlzələdən sonra məbəd artıq bir də özünə gələ bilmir.  Bir əsr sonra Roma İmperatoru Konstantin şəhəri bərpa etsə də xristian olduğu üçün məbədə heç bir kömək etmir. Sonradan məbəd yavaş-yavaş yoxa çıxır, onun qalıqlarından yeni heykəl və bina tikintilərində istifadə olunur.

İndi Dünyanın Yeddi Möcüzəsindən biri olan bu məbədin yerində yalnızca bir sütun qalıb. Düşünəndə ki, Artemida Məbədi salamat qalsaydı necə qədim və ehtişamlı bir tarixi abidə olacaqdı, insan onun olduğu yerə daha da kədərlə baxır.

IMG-20190403-WA0013.jpg
Celsius kitabxanası...

Celsius kitabxanası bu antik şəhərdə gördüyüm ən gözəl yer oldu. Hərçənd o elə Efes xarabalıqlarının rəmzlərindən biridir, şəhərə aid fotolarda onu həmişə ilk sırada görürük. Kitabxana 106-cı ildə Efes valisi Celsiusun oğlu tərəfindən atasının xatirisinə tikilib.Güman olunur ki, Celsiusun oğlu Aquila atasının xatirəsinə bir ehtişamlı bir məzar abidəsi tikmək istəsə də şəhərin mərkəzində buna izin verilməyib.

Ona görə də Celsiusu burada dəfn edib üzərinə kitabxana tikiblər. Binanın özəlliyindən biri memarların aldadıcı bir perspektiv yaradaraq onu olduğundan geniş göstərmiş olmasıdır. Bina ön tərəfdən iki mərtəbəli görünsə də içəridən tək tavanlı böyük bir qalareyadan ibarətdir. Kitabxananın tikintisində istifadə olunmuş mərmərlər Efesin ətrafındakı qədim karxanalardan gətirilib. 262-ci ildə baş vermiş zəlzələdə bina dağıdılıb və heç vaxt təmir olunmayıb.  İndi onun xarici divarlarında orjinalları Avstriya muzeyində olan dörd qadın heykəli var.

Celsius kitabxanası İsgəndəriyyə və Berqamadan sonra antik dövrün ən böyük üçüncü kitabxanası hesab olunur.

IMG-20190403-WA0010.jpg

Böyük Teatr...

Fikirləşəndə ki, teatrın rəmzi olan ağlayan və gülən maskaların yarandığı yerdəsən, insan həqiqətən həyacanlanır. Ümumiyyətlə tarixin önəmli hadisələrinə şahidlik etmiş yerlər çox həyacanvericidir.

Böyük Teatr imperator Kladiusun zamanında tikilməyə başlandı və 117-ci ildə tikintisi tamamlandı. Bu açıq hava altındakı teatrın izləyici tutumu nə az nə çox düz 24 mindir. Antik dönəmlərdə bura həm konsert həm də qladiator döyüşləri üçün ev sahibliyi edib. Bura həm də Efeslilərin görüş yeri olub. Həvari Pavel də öz vəzini məhz burdan edib.

IMG-20190403-WA0018.jpg

Skolastika hamamı...

Efes qalıqları içərisindəki üç mərtəbəli bir bina. Miladdan sonra I əsrdə tikilmiş bu antik hamam IV əsrdə Efesdə yaşayan varlı romalı qadınlardan biri olan Skolastikanın sifarişi ilə təmir edilib. Teatr kimi hamam da efeslilərin görüşmək, söhbətlər aparmaq üçün istifadə elədiyi yer olub. Bu gördüyümüz bina qalıqları minillər əvvəlki söhbətlərə şahidlik ediblər. Möhtəşəmdir. Onu da öyrəndim ki, efeslilər yoxsullardan hamam üçün pul almayıblar. Girişlərdən birində Skolastikanın başsız heykəli var.

Bu şəhərdə abidələr say-say bitməz. Adrian məbədi, Bələdiyyə Binası, Domitian məbədi, Odeon və s. Gəzdikcə özünü zamanda səyahət edən biri kimi hiss edirsən.

Efesdə gəzəndə həmçinin bir çox vacib məsələləri də düşünürsən. Düşünürsən ki, insan sivilizasiyası minilliklər əvvəl elə bu cür inkişafa davam etsəydi, bəlkə də indi olduğumuzdan fərqli bir dünyada yaşayırdıq. Amma biz yaratdığımız, tikdiyimiz gözəl şeylərə rəğmən fərqli bir yol seçdik. İndi olduğu kimi, o dövrdə də hirsimiz, ehtiraslarımız, dağıdıcı tərəfimiz daha güclü oldu və bizi dağıtmağa, məhv etməyə, öldürməyə həvəsləndirdi. Efes kimi şəhərləri yerlə yeksan elədik, evləri dağıtdıq, mədəniyyət nümunələrini məhv etdik.

Mədəniyyət yaratmaq, mədəni bir şəhər qurmaq əslində çox asandır. Əsas məsələ qeyri zorakılığı təbliğ edən fəaliyyət növü tapmaqdır.  Məsələn elə efeslilərin etdiyi kimi, teatr, kitabxana, hamam inşa etmək. Həmçinin düşüncə azadlığını təmin etmək. Bəlkə ondan sonra bir-birini öldürməyə susamış insan oğlunun bu vəhşi arzusu zəifləyə.  

Mədəniyyət özünə minilliklər keçsə belə heyran buraxmağı bacarır. Önəmli olan odur ki, biz bizim üçün zərərli olan qaranlıqlarla onun üstünü örtməyə çalışmayaq.

Efesin minilliklərə şahidlik etmiş mərmərləri mənə məhz bunu dedi.(musavat.com)


Oxşar xəbərlər
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər