Milli konsepsiyanın formalaşmasında milli fəlsəfənin dərki: problemlər və həll yolları (III yazı)
Oxunub: 1135
19 Mar 2019 | 14:56
Milli konsepsiyanın formalaşmasında milli fəlsəfənin dərki:  problemlər və həll yolları (III yazı)
Milli konsepsiyamızın dörd təməl ideyası vardır: Türk(lük), Azərbaycan(lılıq), İslam(lıq) və İnsan(lıq). Şübhəsiz, bu dörd ideyanın hər birinin milli konsepsiyada mühüm əhəmiyyəti vardır.  Sadəcə, burada önəmli olan həmin ideyaların həm ayrı-ayrılıqda, həm də bir yerdə oxşar və fərqli cəhətlərindən asılı olmayaraq bir bütün kimi dərk edilməsi ilə bağlıdır. Deməli, əsas problem bir tərəfdən anlayışların hərfi mənadan tutmuş siyasi-ideoloji yozumuna qədər müxtəlif bir-birinə zidd qütblərdə düyünlənməsindən, digər tərəfdən isə həmin “düyünlərin” fərqli prizmalardan açılmasından, yəni “kələfin ucu”nun tapılmasından ibarətdir. 

Son əsrlərdə “kələfin ucu”nu itirən ya da itirdilən Azərbaycan türkləri bu dörd ideyaya münasibətdə sözün həqiqi mənasında, yetərli ortaq bir məxrəcə hələlik, gələ bilməyiblər. Ancaq o da bir həqiqətdir ki, bu ideyalarla bağlı iki əsrə yaxındır ayrı-ayrılıqda, yaxud da onların üst-üstə düşən və düşməyən tərəfləri ilə əlaqədar xeyli dərəcə də ciddi elmi-fəlsəfi, siyasi-ideoloji mülahizələr irəli sürülmüş, bununla bağlı yüzlərlə məqalə və kitablar yazılmışdır və yazılmağa da davam edir. Bizcə, bu ideyaların ayrı-ayrılıqda və bir yerdə izahları ilə bağlı daha çox milli konsepsiyanın əsas hədəflərinə yaxınlaşan Azərbaycan türk aydınları Cəmaləddin Əfqani, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə və Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Əgər 19-cu əsrdə Əfqani və Zərdabi milli fəlsəfi təfəkkürün ifadəsində ön plana çıxmışdırlarsa, 20-ci əsrdə Hüseynzadə və Rəsulzadə onların milli konsepsiya ilə bağlı düşüncələrini daha da mükəmmələşdirməyə çalışmışlar. Məhz onların sayəsində də, milli konsepsiyamızın dörd təməl ideya üzrərində öz əksini tapmasının əsası qoyulmuşdur.

Bir az da dəqiqləşdirsək görərik ki, Əfqani ilə Zərdabi islamlıq, türklük, insanlıqla (burada sıralama da önəmlidir) bağlı düşüncələrini yeni milli təfəkkürə uyğun ortaya qoyduğu halda, Hüseynzadə və Rəsulzadə bunu bir az da irəli apararaq həm türklüyü digər ideyalardan önə keçirmiş, həm də ona milli fəlsəfi dərklə uzlaşan təriflərə verməyə çalışmışlar. Üstəlik, Hüseynzadə ümumi türklükdən xüsusi türklüyə inkişafın tərəfdarı olduğu halda, Rəsulzadə əksinə milli-məhəlli türklük ideyasından ümumi türklüyə doğru getməyi məqbul hesab etmişdir. Əslində bu cür milli fəlsəfənin əsasında islamlıqdan və insanlıqdan türklüyə dönüş dayanır ki, bu dönüşün də ilk mərhələsi ümumu türkçülüklə müşahidə olunur. Ancaq ümumidən xüsusiyə doğru nəzərdə tutulan İslam birliyi ideyası özünü doğrultmayıb ayrı-ayrı müsəlman xalqlarıın, o cümlədən Türk xalqlarında türklük ideyası olaraq ortaya çıxdığı kimi, ümum  Türk birliyi ideyası da özünü doğrultmadğı üçün, milli-məhəlli türklük ideyası daha real şəkildə özünü büruzə vermişdir.

Milli-məhəlli türklük ideyasının ən bariz örnəklərindən biri Azərbaycan türklüyü ideyasıdır ki, bunu bəlli bir dövrə qədər (xüsusilə də 1-ci Dünya müharibəsi dövrünə qədər) bir çoxları Qafqaz türklüyü kimi başa düşmüşlər. Təsadüfi deyil ki, Ə.Hüseynzadənin də  milli konsepsiyasında məhz dörd ideyadan biri Azərbaycan türklüyü deyil, Qafqaz türklüyü idi: 1) İslamız, 2) Türküz, 3) Qafqazlıyız, 4) İnsanız. Sadəcə, Hüseynzadənin milli fəlsəfəsində hər şey ümumidən xüsusiyə doğru hərəkət etdiyi üçün, türklük, islamlıq, insanlıq kimi Qafqazlılıq da bundan xali olmamışdır. Yəni Hüseynzadənin burada nəzərdə tutduğu “Qafqazlıyız” anlayışı yalnız Azərbaycan türklərini deyil, bütün Qafqaz türklərini öz içinə alırdı.

M.Ə.Rəsulzadə isə Ə.Hüseynzadədən fərqli olaraq xüsusidən ümumiyə doğru hərəkət etdiyi üçün Qafqaz türklüyünü deyil, ümumtürklük içində Azərbaycan türklüyünü müdafiə edir. Buradakı Azərbaycan türklüyü isə yalnız çar Rusiyasının işğalı altında olan Azərbaycan türklüyü ilə məhdudlaşmər və Qacarlar dövlətinin tərkibində olan Azərbaycan türklüyünü də özündə birləşdirir. Məhz Rəsulzadənin düşüncələrinin məhsulu olaraq da 1-ci Dünya müharibəsi dövründə (1914-1918) Qafqaz türklüyünün yerini Azərbaycan türklüyü tutmağa başlayır. Bununla da bir tərəfdən milli-məhəlli türklüyün inkişafənın vacibliyi, digər tərəfdən isə onun ən bariz örnəyi kimi Azərbaycan türklüyünün milli fəlsəfi dərki ortaya çıxır. Bizcə, buradakı milli-məhəlli türklüyün adının Azərbaycan türklüyü kimi ifadəsi, keçmişdəki (Kuti, Subar, Turukku, Manna, Midiya, Səlcuq, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar və b.) eyniliyin yenidən canlanmasından başqa bir şey deyildir. Bunu dəfələrlə ifadə edən Rəsulzadənin fəlsəfəsində də  4 ideya bu cür şəkillənməşdir: 1) Türklük, 2) İnsanlıq, 3) İslamlıq, 4) Azərbaycan. Bizcə, buradakı türklük əgər milli-məhəlli xarakter daşıyarsa – Azərbaycan türklüyü, ancaq ümumi xarakter daşıyarsa – turançılıq, Türk birliyi kimi ifadə olunmalıdır. Belə olduğu təqdirdə, milli konsepsiyamızın əsas mahiyyətini aşağldakı dördlük təşkil etməlidir: 1) Türklük (Azərbaycan), 2) Turançılıq-Türkçülük (Türk xalqlarının birliyi), 3) İslamlıq, 4) İnsanlıq. 

Beləliklə, biz türklüyü iki anlamda dərk etməliyik: Birincisi, Türklük milli-məhəlli xarakter daşıyır və Azərbaycan türklüyünü özündə ifadə edir. Bu halda türklük və azərbaycanlılıq bir-birinin eyniliyidir. 1918-ci ildə qurulan Türk Cümhuriyyətinə Azərbaycan adı verilərkən də məhz bu eynilikdən çıxış edilmişdir. Doğrudur, o zaman “Azərbaycan” sözü hərfi mənada daha çox “odlar yurdu” kimi başa düşülmüşdür. Ancaq çox maraqlıdır ki, bu zaman türklüklə üst-üst düşən əsas məsələ kimi “tarixi-çoğrafi Azərbaycan”da əsasən Oğuz, qismən də Qıpçaq türk boylarının vahid millət kimi eyni dilə, mədəniyyətə, ədəbiyyata, adət-ənənələrə, tarixə, fəlsəfəyə sahib olması mühüm rol oynamışdır. Bu baxımdan “Azərbaycan” anlayışının farsca “odlar yurdu” kimi uydurulmuş izahı belə, heç bir məna kəsb etməmişdir və bu gün də etmir. Çünki “Azərbaycan Cümhuriyyəti” adıyla yanaşı ortaya çıxan Oğuzustan adı da əslində bir-birinin eyniyyətdir. Bu zaman  “Azərbaycan” istilahı hərfi mənada da “odlar yurdu” deyil, elə Oğuzlar ölkəsi, Türklər ölkəsi deməkdir.

İkincisi, Türklük-Turançılıq anlamda ümum türklüyü ifadə edir və Türk xalqlarının, Türk dövlətlərinin  ittifaqına əsaslanır. Bu halda isə türklük Azərbaycan türklüyü  (azərbaycanlılıq) ilə yanaşı digər milli-məhəlli türk ideyalarını (Türkiyə türklüyü, Qazaxıstan türklüyü, Tatarıstan türklüyü, Uyğurustan türklüyü, Krım türklüyü, Özbəkistan türklüyü, Başqırdıstan türklüyü və b.) özündə ifadə edir. Bu prizmadan yanaşsaq, türklük ideyasının son əsrdə Türkiyə türklərinin boyununa biçilməsi, buna uyğun olaraq da Türk mədəniyyəti, Türk dili, Türk törəsi dedikdə, ancaq Türkiyə türklüyünü başa düşmək kökündən yanlışdır. Türkiyə türklüyü də milli-məhəlli türklük ideyalarından biri olub, ümum türklüyün sadəcə bir parçasıdır. Yəni Türkiyə türklüyü digər milli-məhəlli türüklük ideyalarından (Azərbaycan türklüyü, Qırığızıstan türklüyü, Uyğurustan türklüyü və b.) biri olub, sadəcə son əsrdə, xüsusilə Mustafa kamal Atatürkün sayəsində öz müstəqilliyini qoruyub saxlaması  və türklüyün ümid qalası kimi mövcudluğuna görə ön plana çıxmışdır. Ancaq bu heç də o anlama gəlmir ki, dünyada müstəqilliyini qoruyub saxlayan tək Türk dövləti kimi Türkiyə Cümhuriyyəti Atatürkün və Ziya Gögalpın (şübhəsiz, onların da ilham qaynağı digər Türk xalqların ziyalıları o cümlədən, Azərbaycan türk ziyalıları olublar) Türkiyə türkliyi ideyasını layiqincə davam etiriblər, ya da bu gün etidirirlər. Bu, başqa bir məsələnin mövzusudur.

Beləliklə, burada ifadə etmək istədiyimiz əsas məəslə odur ki, milli konsepsiyamızın təməl ideyalarını doğru-dürüst mənimsəmədikcə, daima problemlər içində yaşamalı olacağıq. Başqa sözlə, çar Rusiyası dövründə Azərbaycan türklərinin nədən “tatar”, Sovet Rusiyası dövründə  “azərbaycanlı”, Pəhləvilər dövründə, ya da  molla-iranlı rejimində “persiyalı”, “iranlı” və buna uyğun olaraq dilinin də “tatar dili”, “Azərbaycan dili”, “azəri dili” adlandırılmasının əsil mahiyyətini ortaya qoymadan milli konsepsiyadan danışmaq mənasızdır. Əslində fasiləsiz olaraq milli kimliyinin və milli dilinin “tatar”, “azərbaycanlı”, “iranlı”, “azəri”, “persiyalı” və sairə olmadığını müdafiə etməklə məşğul olmağın özü belə həmin milləti ölgünləşdirir, qut(ruh)suzlaşdırır.

Çox yazıqlar olsun ki, hazırda da əsasən Azərbaycan Türk aydınları olaraq bizlər cəsarətsilziyimidən, iradəsizliyimizdən, natamamlığımızdan dolayı ya müdafiə olunmaqla, ya da susmaqla kifayətlənirik. Halbuki milli konsepsiyamızın çox vacib olan ilk iki ideyasını, yəni türklüyümüzü və azərbaycanlığımızı heç olmasa müəyyən bir dərəcədə anlamış olsaq, o zaman daima müdafiə olunmağın millətin böyüməsi və inkişafı yolunda ciddi əngəl olduğunu daha dərindən dərk etmiş olarıq. Hesab edirəm ki, milli konsepsiyanın milli fəlsəfi dərki dedikdə də, ilk növbədə türklüyün və azərbaycanlılığın bütünlüyü məsələsinin hansı şəkildə təqdim olunması başa düşülməlidir. Burada da önəmli olan dövrün şərtlərinə uyğun olaraq milli konsepsiya ilə bağlı olan ideyaları zor-xoş praqmatikləşdirmək, ya da marginallaşdırmaq deyil, bəlkə də əksinə milli nüvə ətrafında daha da zənginləşdirməkdir. Şübhəsiz, burada “milli nüvə” kimi nəzərdə tutduğumuz Azərbaycan türklüyüdür ki, onu da əsassız olaraq irqçilik, şovinizm kimi başa düşmək kökündən yanlışdır. 

Ümumiyyətlə, son iki əsrdir ki, ümumi türklük, eyni zamanda onun milli-məhəlli ifadəsi olan türklük ideyaları (Azərbaycan türklüyü, Türkiyə türklüyü, Tatarıstan türklüyü və b.) məhz irqçilik, şovinizm, radikal millətçilik kimi qələmə verilmişdir və verilməyə də davam edir. Burada da əsas hədəf ilk növbədə, türklükdür! Əslində, türklüyü hədəf alanlar arasında dünyada bizə bəlli Türk düşmənləri ilə yanaşı, eyni zamanda Azərbaycançılıq, Türkiyəçilik, İrançılıq, Qazaxıstançılıq, Türkmənistançılıq və sairə adı altında pərdələnərək zahirən türklük tərəfdarı olub, ancaq mahiyyət etibarilə türklük əleyhdarı olanlar da olmuşdur. Başqa sözlə, milli-məhəlli türklük ideyaları (Qazaxıstan türklüyü, Türkmənistan türklüyü, “İran” türklüyü, Azərbaycan türklüyü, Türkiyə türklüyü, Tatarıstan türklüyü və b.) içində yer alıb, ancaq əslində mahiyyət etibarilə Türklük əleyhinə mübarizə aparanlar xarici düşmənlərdən heç də az təhlükəli olmamışlar.

Faiq ƏLƏKBƏRLİ (QƏZƏNFƏROĞLU),
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, 
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
Oxşar xəbərlər
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
14:10, Bu gün
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” – Şok təfərrüat
14:08, Bu gün
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:06, Bu gün
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür 
14:02, Bu gün
Rasim Balayevdən Baş nazirə MÜRACİƏT
13:58, Bu gün
Putin Ukrayna üçün and içdi, Qərbə danışıq əlini uzatdı - TƏHLİL
13:54, Bu gün
“Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər” - Kamaləddin Qafarov
13:51, Bu gün
Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basdı - VİDEO
13:48, Bu gün
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - FOTO
13:44, Bu gün
Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”
13:40, Bu gün
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
13:36, Bu gün
Renat Dadaşovun çıxış etdiyi klubun stadionu dövlət tərəfindən müsadirə olunub
13:35, Bu gün
Prezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”
13:30, Bu gün
Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
13:28, Bu gün
Prezident: “Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:26, Bu gün
İlham Əliyev: “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”
13:22, Bu gün
Sabah bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
13:17, Bu gün
Məhkəmə Anar Məmmədlinin vəsatətini təmin etmədi
13:13, Bu gün
Azərbaycanla Bolqarıstan arasında dörd sənəd imzalandı - YENİLƏNİB
13:08, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB
13:05, Bu gün
Vidadi İsayev Bərdənin Qurdlar kəndində səyyar qəbul-görüş keçirdi - FOTO
13:00, Bu gün
Pensiya alanların NƏZƏRİNƏ: Bakı, Sumqayıt və Abşeron üzrə ödənişlər edildi
12:57, Bu gün
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ
12:52, Bu gün
Taksi sürücüləri çarəsiz vəziyyətdə: Borclarını ödəyə bilmirlər - VİDEO
12:42, Bu gün
Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi
12:41, Bu gün
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından PERFORMANS - FOTOLAR
12:39, Bu gün
“AstraZeneca” peyvəndlərini geri alır, kimlər təhlükədə? - İnfeksionistdən açıqlama  
12:36, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
12:35, Bu gün
COP29-un prezidenti Rusiya Elmlər Akademiyasının nümayəndələri ilə görüşdü - FOTO
12:32, Bu gün
"Qarabağ" və "Neftçi" cərimələndi
12:30, Bu gün
Elçin Əmirbəyov İsrail XİN-in direktoru ilə görüşüb - FOTO
12:28, Bu gün
DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək
12:27, Bu gün
Anar Bağırov: "Naxçıvanda təqribən hər 20 min nəfərə bir vəkil düşür"
12:24, Bu gün
Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO
12:22, Bu gün
İcma İƏT sammitinin Qərbi Azərbaycanla bağlı qərarını alqışladı
12:18, Bu gün
Mehriban Əliyevanın Desislava Radeva ilə görüşü olub
12:15, Bu gün
Yerdə həyat belə yaranıb – Böyük sirr Qırmızı dənizin dibində açıldı
12:12, Bu gün
Bu məşhur dünya ulduzu əslən azərbaycanlı imiş
12:10, Bu gün
Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı
12:08, Bu gün
Qadın boksçulardan ibarət Azərbaycan millisi Almatıda hazırlıq keçəcək
12:05, Bu gün
Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanılıb
12:03, Bu gün
Bakı ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək
11:58, Bu gün
İstanbul aeroportunda qorxu dolu anlar: Təyyarə gövdəsi üzərinə eniş etdi - FOTO/VİDEO
11:55, Bu gün
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü olub - YENİLƏNİB + FOTO
11:52, Bu gün
"Mənim üçün utanmaq hissi yoxdur" - FOTO
11:48, Bu gün
Naxçıvanda vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilir
11:42, Bu gün
Ukraynada həyəcan: Rusiyanın raketdaşıyan gəmiləri Qara dənizə daxil olub
11:36, Bu gün
Üçüncü mikrorayon dairəsi yaxınlığında dəhşətli qəza: Üç maşın toqquşdu - VİDEO
11:30, Bu gün
Konfrans Liqasında ilk finalçı müəyyənləşir
11:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! Bu yolda diqqətli olun - FOTO
11:20, Bu gün
102 yaşlı veteran təltif edilib - FOTO
11:16, Bu gün
Paşinyan Rusiyaya getdi
11:14, Bu gün
Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir
11:00, Bu gün
Dövlət Komitəsi daha bir Beynəlxalq mükafata layiq görülüb - FOTOLAR
10:55, Bu gün
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
10:49, Bu gün
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
10:46, Bu gün
Bu xarici universitetlərin Bakı filiallarının diplomları tanınmır - ALDANMAYAQ
10:46, Bu gün
Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın daha bir tanınmış siyasətçisini axtarışa verdi - FOTO
10:34, Bu gün
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Mayın 9-dan... 
10:21, Bu gün
Bu şəxslərə ŞAD XƏBƏR: pensiyaya tez çıxacaqlar – Sabiq nazir izah edir 
10:17, Bu gün
Ölən dostlarla bağlı YENİ TƏFƏRRÜATLAR: Bakıda məşhur hoteldə nə baş verib? - VİDEO
10:12, Bu gün
Bu gün Şuşaya köç başlayır
09:44, Bu gün
Azərbaycanlı jurnalist Harvardın məzunu oldu - FOTO
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
09:37, Bu gün
Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
09:24, Bu gün
"Real" "Bavariya"nı qəbul edəcək - Çempionlar Liqası
09:11, Bu gün
Oğlanlar evlənmək istəmirlər -SƏBƏB 
08:59, Bu gün
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08:45, Bu gün
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08:25, Bu gün
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08:00, Bu gün
Şuşa Zəfərimizin rəmzi, tacıdır
07:32, Bu gün
Beyons ombasını nümayiş etdirdi
07:12, Bu gün
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
07:11, Bu gün
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
06:26, Bu gün
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
GÜNLÜK
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 15:25
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:28
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
07 May 2024 | 15:21
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 15:40
4 terrorçu zərərsizləşdirilib
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
AYLIQ
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 15:25
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:28
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
07 May 2024 | 15:21
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 15:40
4 terrorçu zərərsizləşdirilib