Baş konsul: "Kaliforniyada “məsum erməni” obrazı tədricən dağılmağa başlayır" - MÜSAHİBƏ
Oxunub: 1257
19 Mar 2019 | 11:36
Baş konsul:
Moderator.az xəbər verir ki, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin ONA-nın ABŞ bürosuna müsahibəsini təqdim edir:

- Azərbaycanın ABŞ-da səfirliyi və Baş Konsulluğu fəaliyyət göstərir. Baş Konsulluğun məhz Los-Ancelesdə yaradılması zərurəti nədən irəli gəlib?

- Baş Konsulluğumuz Kaliforniya daxil olmaqla ABŞ-ın 13 mühüm qərb ştatını əhatə edir. Azərbaycan Baş Konsulluğunun Kaliforniyada təsis olunması təsadüfi olmayıb. Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsi idi. Belə ki, təkcə Kaliforniya 2,9 trilyon dollarlıq ÜDM-i ilə dünyanın 5-ci ən güclü iqtisadiyyatı adını qazanaraq, Böyük Britaniya, Fransa, Rusiya və İtaliya kimi dövlətləri belə geridə qoyub.

Digər vacib məsələ isə odur ki, təkcə Kaliforniyada təqribən 1 milyona yaxın erməni yaşayır. Bunun isə 500 mini Los-Anceles vilayətinin payına düşür. Azərbaycana qarşı dərin nifrətlə yoğrulmuş erməni lobbisi aramsız şəkildə ölkəmiz əleyhinə bütün səviyyələrdə məkrli fəaliyyət göstərməkdədir.

Bu amilləri nəzərə alaraq, Azərbaycanın bu məkanda mövcudluğu və maraqlarının təmsil və təmin olunması yüksək önəm daşıyır.

- Belə bir coğrafiyada Baş Konsulluq fəaliyyətini necə qurur?

- Bütün bu maneələrə baxmayaraq, Baş Konsulluq öz fəaliyyətini Azərbaycan Prezidentinin hücum diplomatiyası tapşırığına uyğun olaraq həyata keçirməkdədir. Baş Konsulluq fəaliyyət dairəsinə daxil olan ştatlarla ən müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə, ştat qanunvericiləri və konqresmenlərlə əlaqələrin gücləndirilməsinə, Azərbaycan həqiqətlərinin geniş şəkildə yayılmasına səylər göstərir. Bu gün artıq Kaliforniyada və ABŞ-ın digər qərb ştatlarında Azərbaycanın dostlarının sayı sürətlə artır, ölkəmizin strateji önəmi daha yaxşı dərk edilir. Xüsusilə, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə həqiqətlər yerli ictimaiyyət tərəfindən daha yaxşı anlaşılır.

Qeyd edim ki, Baş Konsulluğa həvalə olunmuş 13 qərb ştatından artıq 7 ştatın ali qanunverici orqanları və qubernatorları son yeddi ildə Xocalı faciəsi ilə bağlı rəsmi sənədlər qəbul ediblər. Bu səpkidə, Arizona, Aydaho, Havay, Montana, Nevada, Nyu Meksiko və Yuta ştatlarını qeyd etmək istərdim. Bundan əlavə, bir sıra Qərb ştatlarının qanunverici orqanları qətnamələr qəbul edərək, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasətini kəskin şəkildə pisləyiblər. Həmçinin, Alyaska, Vaşinqton, Yuta, Nevada, Oreqon, Kolorado və Nyu Meksiko kimi ştatların ali qanunverici orqanları Azərbaycanın strateji önəmini vurğulayan və ölkəmizdəki dinlərarası harmoniyanı və multikulturalizmi təqdir edən qətnamə və bəyannamələr qəbul ediblər.

- Erməni lobbisinin Azərbaycana qarşı fəaliyyətləri ilə mübarizədə nə kimi işlər görülür? Ümumiyyətlə, Azərbaycanın haqq səsinin çatdırılması və ölkəmizin təbliği baxımından ən güclü vasitələr hansılardır?

- Kaliforniyada uzun illərdən bəri mövcud olan erməni lobbisi “məsum erməni” obrazını uğurla yaradaraq, buradakı insanların müəyyən rəğbətini qazana bilib. Ancaq Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər barədə yerli ictimaiyyətin məlumatı artdıqca, bu obraz da tədricən dağılmağa başlayır. Dəfələrlə olub ki, Xocalı soyqırımı ilə bağlı tədbirlərimizdən sonra amerikalılar mənə yaxınlaşaraq, indiyədək həmişə ermənilərdən onların 100 il öncə böyük itkilərə məruz qalmaları barədə eşitdiklərini, ancaq Ermənistanın özünün cəmi 27 il əvvəl Azərbaycan xalqına qarşı belə dəhşətli cinayətlər törətməsindən hiddətləndiklərini bildiriblər.

Qeyd etmək istərdim ki, xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər nəticəsində Xocalı soyqırımının öyrənilməsinə ABŞ ictimaiyyəti bu gün daha böyük maraq göstərir. Son illərdə Xocalı soyqırımı haqda Kaliforniya və ABŞ-ın digər KİV-lərində amerikalı müəlliflər tərəfindən onlarla məqalə dərc olunub, eləcə də bir neçə kitab nəşr edilib və film çəkilib. Belə ki, tanınmış amerikalı jurnalist, Kaliforniyanın San Dieqo şəhərində fəaliyyət göstərən Raul Kontreras 2016-cı ildə Xocalı soyqırımına dair “Dağlarda qətl” adlı kitab yazıb. Xocalı faciəsinə dair ABŞ-da nəşr edilmiş ilk kitab olan “Dağlarda qətl” 2016-cı ildə siyasi mövzuda yazılmış ən yaxşı kitab nominasiyası üzrə ABŞ-ın məşhur Latino Kitab Mükafatına layiq görülüb. Bu mövzuda ikinci kitab isə “Xocalı: İnsanlığa qarşı cinayət” başlığı ilə Los-Ancelesdə fəaliyyət göstərən yəhudi ravvin İsrael Barukun müəllifliyi ilə 2017-ci ildə nəşr olunub. Hər iki kitab Kaliforniyanın nüfuzlu Berkeley Press nəşriyyatı tərəfindən dərc edilərək, ABŞ-ın Amazon, Barnes & Noble və digər böyük kitab şəbəkələrində, eləcə də bir sıra məşhur universitetlərin kitabxanalarında yerləşdirilib.

Həmçinin, 2017-ci ildə Los-Ancelesdə fəaliyyət göstərən yəhudi kinematoqraflar Xocalı soyqırımı haqda ABŞ-da ilk sənədli film çəkiblər. “Zülmətdən qaçarkən” başlıqlı film elə həmin il Baş Konsulluq tərəfindən dünyanın ən nəhəng yəhudi təşkilatlarından olan, Los Ancelesdə yerləşən Simon Vizental Mərkəzinin Tolerantlıq Muzeyində (ən böyük yəhudi soyqırımı muzeylərindən biri) nümayiş etdirilib.

Azərbaycanın burada təbliği baxımından ən güclü vasitələrdən biri də zəngin mədəniyyətimizin təqdim olunmasıdır. Bu səpkidə son illərdə yalnız Kaliforniyada Baş Konsulluq tərəfindən 50-dək mədəniyyət tədbiri keçirilib. Bunların sırasında xüsusilə 2013-cü ildə Los Ancelesdə “Arşın Mal Alan” operettasının, 2014-cü ildə San Dieqoda “Yeddi Gözəl” baletinin, 2015-ci ildə “Arşın Mal Alan” filminin Hollivudda təqdimatını, 2017-ci ildə isə Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş Los-Anceles və San Dieqoda keçirilən konsertləri qeyd etmək olar. Bu tədbirlərin hər birində minlərlə amerikalı tamaşaçı iştirak edərək, ölkəmizin zəngin musiqisi və mədəniyyəti ilə yaxından tanış olublar.

- Bunların fonunda Azərbaycan diasporunun fəaliyyəti nə yerdədir?

- Erməni icması artıq 170 ilə yaxındır ki, Kaliforniyada mövcuddur. Azərbaycan icması isə əsasən son 30-40 il ərzində burada yerləşib və say etibarilə daha kiçikdir. Buna baxmayaraq, son illərdə yerli icmamızda müəyyən canlanma müşahidə olunmaqdadır. Misal üçün, 2017-ci ilin dekabr ayında Kaliforniyadakı bütün azərbaycanlıları birləşdirən Kaliforniya Azərbaycan Dostluq Assosiasiyası yaradılıb. Yeni təşkilat artıq bir neçə uğurlu tədbirlər həyata keçirib. Bundan başqa, 2018-ci ilin fevral ayında Kaliforniya Ştat Senatında erməni lobbisinin Sumqayıt hadisələrinə dair keçirtdiyi dinləmələrdə Şimali Kaliforniyada yaşayan icma fəallarımız iştirak edərək, Xocalı soyqırımı və Ermənistanın işğalçılıq siyasəti barədə həqiqətləri çatdırıb, erməni lobbisinin bu təxribatının böyük rüsvayçılıqla nəticələnməsinə səbəb olublar. Hətta dinləmələrdə iştirak edən radikal erməni lobbi təşkilatı Amerika Erməni Assambleyasının nümayəndəsi icma üzvlərimizin tutarlı çıxışları qarşısında özünü itirərək, Xocalı qətliamının məhz Ermənistan tərəfindən törədildiyini də etiraf etmişdi. Erməni lobbisinin maliyyə dəstəyilə Senata seçilmiş, bu dinləməni keçirən senatorlar da icmamızın bu güclü təpkisi fonunda rüsvay oldular.

Onu da qeyd edim ki, artıq yerli amerikalılar da Azərbaycanın Kaliforniyada haqq səsinin çatdırılmasında könüllü şəkildə fəallıq göstərirlər. Buna misal olaraq son illərdə yaradılmış San Diego-Bakı Dostluq Assosiasiyasını və Monterey-Lənkəran Dostluq Assosiasiyasını göstərmək olar. Amerikalı dostlarımızın rəhbərlik etdikləri bu təşkilatlar Qara Yanvar faciəsinə, Xocalı soyqırımına, eləcə də Azərbaycanın tanıdılmasına həsr olunmuş digər tədbirlər keçirirlər.

Buradakı dost yəhudi, türk, Pakistan, Koreya və latino icmaları ilə də sıx münasibətlər qurulub.

- Kaliforniya və digər Qərb ştatları ilə Azərbaycan arasında iqtisadi münasibətlər necədir?

- Son illərdə Kaliforniya və bir sıra Qərb ştatlarının Azərbaycan ilə ticarət dövriyyəsində artım müşahidə olunmaqdadır. Baş Konsulluğun əhatə etdiyi 13 ştatın Azərbaycan ilə ticarət dövriyyəsi Azərbaycan-ABŞ ümumi ticarət dövriyyəsinin 1/3 hissəsini təşkil edir. Müsbət məqam odur ki, son illərdə Azərbaycandan bu ştatlara ixracın da artmasını müşahidə edirik. Bəzi ştatlara, xüsusilə Kaliforniya, Alyaska və Arizona ştatlarına Azərbaycandan müxtəlif məhsulların ixracında üçqat, bəzən isə on qat artım baş verib. Ümumiyyətlə, ikitərəfli iqtisadi münasibətlərin daha da genişləndirilməsi üçün böyük potensial və maraq mövcuddur ki, bu istiqamətdə də işlər davam etdirilir.
Oxşar xəbərlər
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:41, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb - YENİLƏNİB + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Avropa çempionu olan həmyerlimizə mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur