“MTN hələ 1992-ci il fevralın 18-də Şuşa və Laçının işğal planı haqda məlumat vermişdi...”
Oxunub: 4665
28 Feb 2019 | 21:05
“MTN hələ 1992-ci il fevralın 18-də Şuşa və Laçının  işğal planı haqda məlumat vermişdi...”

Xocalı faciəsindən düz 8 il öncə, yəni 1984-cü ildə, el dilində desək, hələ “dünyanın guya düz vaxtında” ermənilər tərəfindən Azərbaycanın bir kəndi tamamilə yer üzündən silinib. Həmin kəndin adını yalnız  ömrünün yetkin illərini Dağlıq Qarabağ və ya Ağdam rayonunda yaşamış azərbaycanlılar bilər... 

 

Moderator.az əməkdaşı həmin kəndin adına Xocalı soyqırımıyla bağlı 26 il öncə yazılmış rəsmi bir sənəddə rast gəlib. Məhz bu diqqətəlayiq fakt bizi həmin sənədi bütövlükdə oxucularımızın müzakirəsinə buraxmaq qərarına gəlməyə vadar etdi. Söhbət   1993-cü il fevralında  Milli Məclisin iclasında qəbul ounmuş “Azərbaycan Respublikası Milli Məclisinin Dağlıq Qarabağda, o cümlədən Xocalıda törədilmiş soyqırımı hadisələrini aydınlaşdıran deputat istintaq komissiyasının RƏYİ”ndən gedir. Hələlik sənəd müəlliflərinin, komissiya üzvlərinin adlarını çəkməyəcəyik. Təbii ki, bilənlər biləcək. Ancaq ümumi oxucu kütləsi kimisə təbliğ etmək məqsədi güddüyümüzü düşünməsin deyə, həmin adları sonda açıqlayacağıq. Deyə bilmərik ki,  DEPUTAT-İSTİNTAQ KOMİSSİYASININ RƏYİndə Xocalı və 1988-1992-ci illərdə Qarabağda və  ümumiyyətlə, Azərbaycanda yaşanmış ictimai-siyasi və hərbi olaylar tam obyektiv əks etdirilib.  Lakin 26 il əvvəl  neçə-neçə insanın zəhməti sayəsində qəbul olunmuş və  bəhs edilən faciələr barədə ilk rəsmi sənədlərdən olan həmin sənədi yenidən ictimaiyyətin müzakirəsinə çıxarmaq hələ də bir sıra məqamları qaranlıq qalan Dağlıq Qarabağ hadisələrinin və xüsusən, bu günlərdə növbəti 27-ci ildönümünü yaşayacağımız Xocalı faciəsinin bəzi gizlinlərinin üzə çıxmasına səbəb ola bilər. Bu sənəd son iki onillikdə, demək olar ki, qəzet və saytlarda dərc edilməyib, ictimailəşdirilməyib. Mümkündür ki, 25-26 il öncə sözügedən rəylə tanış olmuş adamlar, o cümlədən tanınmış siyasət nümayəndələri, ziyalı,  hərbçi və qazilər, hətta sənəd müəlliflərinin özləri belə, bu gün həmin sənədi yenidən nəzərdən keçirdikdən sonra hansısa fakt, olay, məqam, proses barədə tamamilə fərqli şərhlər versin. Öncədən bildirək ki, oxucuların, həmçinin materialda adları çəkilən şəxslərin, o dövr olaylarının şahidi olmuş hər bir kəsin fikir və mülahizələrini də  təqdim etməyə hazırıq.

Beləliklə, sözügedən materialı müzakirənizə təqdim edirik:

 

 (Əvvəli bu linkdə://www.moderator.az/news/260805.html)

 

“Xocalı məsələsi ilə də Şahin Musayev məşğul olmalı idi...”

 

“...Milli Təhlükəsizlik Nazirliyinin xətti ilə 18 fevral 1992-ci ildə Gəncədən vurulan teleqramda deyilir(fraqmentlər):

“Erməni yaraqlılarının Xocalı şəhərinə hücumlarını dəf etmək üçün təxribat-kəşfiyyat dəstəsi yaratmaq və onu lazımi silahlarla təchiz etmək lazmdır. Lakin hazırda Xocalı müdafiəçilərində olan silahlar (1 BRDM və 1 “BTR”) hücumun qarşısını almaq üçün kifayət deyil... 

...Yaraqlıların hazırda əsas məqsədi şosse yolunun Şuşa-Laçın sahəsini tutmaqdır ki... sonrada əsas zərbəni Şuşa şəhərinə vura bilsinlər...  

 

...Şuşa-Laçın yolu ilə Gorus rayonu ərazisinə koridor açmaq barədə təbliğat aparılır..." 



Xahiş edirik, diqqət yetirin - fevralın 18-də MTN ermənilərin  Şuşa və Laçın  konkret  planı barədə  məlumat vermişdi... 

Telefonoqramın mabədi(fraqmentlər)

 

"...Bundan  əlavə, bu yaxınlarda silahlı  dəstələrin rəhbərliyin-də  dəyişiklik olub. Belə ki, müdafiə  naziri (bədnam “Dağlıq Qarabağ Respublikası” nəzərdə tutulur" -K.) Serjik Sərkisyan adlı birisi təyin  olunub - 36-38 yaşlarındadır, keçmiş komsomol işçisidir...

 

Stepanakertdə Ermənistandan hərbi və mülki  vertolyotlarda gələnlərin hesabına yaraqlıların sayı artır. 

 

Serjik Sərkisyanın dediyinə görə, onlar yaxın vaxtlarda Xocalı şəhərini tutmağı planlaşdırırlar... 

Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məlumat verilib". 

Bu sənədlərə  əməliyyat və agentura əməkdaşlarının verdikləri bir yığın  şəxslərin məlumatları,  faktları da, müxtəlif vəzifəli  şəxslərin, ayrı-ayrı  vətəndaşların müraciətini, məktublarını,  əsirlərin  dediklərini və s. və i.a.  əlavə edin. Nəticə birmənalıdır: respublikanın rəhbərliyi də, Müdafiə Nazirliyinin rəhbərliyi də borcları idi, dəqiq, incəliklərinə  qədər bilməliydilər - Xocalıdakı  vəziyyəti də, Xocalıya hazırlanan  hücumu da, hətta hücumun təxmini də olsa vaxtını da... 

 

Hətta hücum və Xocalı faciəsi ərəfəsində də Prezident bir teleqram və bir şifroqram almışdı. 

Birincisi, Xocalı İcra Hakimiyyətinin başçısı Elman Məmmədovdan və Xocalı prokuroru A. Atakişiyevdən gəlmişdi (söz yox ki, Ağdamdandır); surəti - baş 

prokuror M. Babayevə və "24 saat" teleproqramına. 

 

Onlar hələ də inanır və kömək gələcəyinə ümid edirdilər. Səciyyəvi haldır ki, bu anda da teleqram  iki ay ondan əvvəl vurulmuş teleqramın sözləri ilə başlanır: 

 

"Əziz rəhbərimiz, Xocalı artıq əldən gedir, bütün bu hadisələr Xocalının üstündədir: Xocalı gedərsə, DQMV ermənilərindir, biz Xocalını saxlasaq, DQMV bizimdir... Əgər siz bizə  bu gün kömək eləməsəniz, artıq 4 illik zəhmət hədər gedəcək. Biz sizdən təxirəsalınmaz kömək  gözləyirik. Xocalı Azərbaycanın taleyini həll edir"... 

Elə  həmin gün, fevralın 25-də prezidentə respublika Ali Sovetinin sədr müavini Tamerlan Qarayev də  Ağdamdan şifroqram göndərmişdi. 

 

Şifroqramdan fraqmentlər: 

 

"...Xocalıda və Umudluda qüvvə tamamilə tükənib. Yeni qüvvə gəlmədiyindən (iki gündən çoxdur 

vertolyotlar uçmur) erməni yaraqlılarına müqavimət göstərmək  ən aşağı  səviyyəyə enmişdir. Hər hansı 

ləngimə ağlagəlməz nəticəyə gətirib çıxara bilər.  Xocalı  şəhərini və Umudlu kəndini mühasirədən çıxarmaq üçün qəti tədbirlər görülməlidir. Bu məqsədlə Ağdama məsul və səriştəli şəxs göndərilsin və bu tədbirlərin bir sutka ərzində təşkili ona həvalə 

olunsun... 

...Yuxarıda qeyd olunanlar barədə dəfələrlə səlahiyyətli orqanlara və şəxslərə məlumat verilib. 

Sizin qərarınızı gözləyirəm". 

 

Bu şifroqramın üzərində  hətta Prezidentin dərkənarı da yoxdur. Buna cavab olaraq, təəssüf ki, Xocalıya  hücum başlanmışdı - fevralın 25-dən 26-na keçən gecə...

 

(Bundan sonra Xocalıya hücumda aparıcı hərbi qüvvə olmuş Rusiyanın 366-cı alayının soyqırımından öncə və sonrakı vəziyyəti barədə ətraflı arayış verilir. Həmin alay haqda mətbuatda və televiziyada çox məlumatlar verildiyindən Rəyin həmin hissəsini dərc etməyi lazım bilmədik)

 

 AĞDAM

 

Biz, rəyimizin bu bölməsində bəri başdan üzr istəyərək, məlum səbəblərə görə, bəzi hərbi formalaşmaların, onların yerləşdiyi məkan və komandirlərin soyadlarıyla  əlaqədar söhbətimizdə konkretlikdən qaçacağıq. Ağdam cəbhə xəttində yerləşən şəhərdir(söhbət 1992-ci ildən gedir-S.L.) və hərbi formalaşmaların bəziləri hələ də orada fəaliyyətdədir; biz isə onlara mane ola bilərik...

 

Müzakirə elədiyimiz dövrdə Qarabağ bölgəsində hadisələrin axarına təsir göstərə biləcək bütün təşkilatlar felən Ağdam şəhərində yerləşirdi. Qarabağ zonası üzrə Prezident Müvəkkilliyi, öz aparatı ilə birlikdə, Daxili İşlər İdarəsi, Müdafiə Nazirliyinin komandanlığının qərargahı, respublikanın bir sıra nazirliklərinin və idarələrinin müvəqqəti nümayəndəlikləri məhz burada mərkəzləşdirilmişdi. Bura Ağdam rayonunun özünün qurum bölmələrini,  rayonun komendaturasını, eləcə də Daxili İşlər, Müdafiə nazirliklərinin, habelə könüllülər xətti ilə yaradılmış hərbi qurumları da əlavə edin. Son dövrdə iki komandir həlak olmuşdur – Allahverdi Bağırov və Şirin Mirzəyev. Allah onlara rəhmət  eləsin!

 

Külli miqdarda materiallardan,  sənədlərdən, çoxsaylı şahidlərin ifadələrindən bizə aydın olduğu kimi, Ağdam(hər halda bu ilin fevral ayında) onun ictimai-siyasi vəziyyəti anlayışında özünü paytaxtımızın aynası timsalında təcəssüm etdirmişdi. Bura cəbhəyanı şəhərlərə xas olan xüsusiyyət – onun daimi gərginliyini, həyəcanlarını və hökm sürən ictimai-siyasi vəziyyəti əlavə etsəniz, məsələ aydın olar.

 

Bu ilin  fevral ayının 2-dən Qarabağ zonası üzrə prezident müvəkkili vəzifəsində Musa Məmmədov işləyirdi. Biz istəməzdik ki, heç kimi narahat edək, lakin müzakirə etdiyimiz məsələyə üstüörtülü, nəzakətlə yanaşmaq yaramaz. Bizə elə gəlir ki, M.Məmmədov, sadəcə olaraq,  gərək bu vəzifəni boynuna götürməyəydi, gərək ayıq başla öz imkanlarını götür-qoy edəydi. Hər şeydən əvvəl, özünün iradə impulslarını nəzərə alaydı. Biz daha demirik ki, onun əvvəlki fəaliyyətinin indiki təyinatıyla heç bir əlaqəsi yoxdur...

 

Onun ifadəsindəki bir fraqment bizim nəzərimizdə də rəmzi  məna kəsb edir:

“Ayın 17-də, ermənilər Qaradağlını alandan sonra gəldim Bakıya, Prezidentin qəbuluna ki, bizə kömək edən yoxdur. Mütəllibov heç kimə konkret söz deməyib, Müdafiə naziri yox idi. Hər şeyi Şahin Musayevə həvalə etmişdilər. Xocalı məsələsi ilə də Ş.Musayev məşğul olmalı idi... Getdim Musayevə dedim ki, camaat Xocalıda acından ölür,  vertolyot verin, ərzaq daşısın. Mənə kobud cavab verib dedi ki, mənim işimə qarışma, sən hərbi adam deyilsən. Musayev kömək eləmədi... Mütəllibova zəng elədim və Musayevin sözünü ona bildirdim... O dedi ki, yaxşı hərbçidir, bu saat ona tapşırıq verərəm. Getdim Musayevlə yenə görüşdüm, yenə kömək eləmədi. Halbuki, vertolyot var idi. Onda zəng etdim Mütəllibova...”

 

Və sairə və ilaxir.. Hamısı bu ruhdadır, izaha, bizcə,  ehtiyac yoxdur.  Qoy sizi Prezidentə yazılmış ətraflı, dəqiq arayış çaşdırmasın. Əvvəla, o arayış professional tərəfindən tərtib edilib. İkincisi, müşahidə eləməyi(düzgün müşahidə olsa da) bacarmaq azdır, gərək FƏALİYYƏT GÖSTƏRMƏYİ DƏ BACARASAN. Musa Məmmədovun düşdüyü vəziyyət qətiyyət,  güzəştə getməmək, sərlik tələb edirdi ondan. O, gərək qətiyyətlə həll edəydi məsələni. Amma onun əlindən gəlmirdi sərtlik, bacarmırdı. Biz bu məsələnin üzərində dayanmazdıq, əgər bu, respublika rəhbərliyinin kadr siyasətində yeganə hadisə olsaydı. Məsələ də burasındadır ki, bu, tipik hadisədir. Fevral ayında Ağdamda kadrların təyin olunması, dəyişdirilməsi barədə bütöv kitab yazmaq olar. Belə hallar olduqca çox idi(özü də bir qayda olaraq hər səviyyədə), özü də əsas etibarilə heç bir məntiqi əndazəyə sığmırdı, işlərin qaydaya salınmasına kömək etmirdi. Əksinə, işlərin korlanmasına aparıb çıxarırdı. Və yəqin ki, elə bu kadrlarla “məşq etmək” oyunu Xocalı faciəsini yaxınlaşdırdı, ona şərait yaratdı.

Özünüz mühakimə edin...”

 

(Davamı var)

 

Təqdim etdi: Sultan Laçın

 

 

Oxşar xəbərlər
23:30, Bu gün
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
23:20, Bu gün
“Fənərbaxça” növbəti dəfə xal itirib
23:19, Bu gün
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
23:17, Bu gün
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
23:17, Bu gün
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
22:39, Bu gün
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
22:31, Bu gün
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
22:05, Bu gün
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
22:04, Bu gün
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
22:03, Bu gün
Çində mutant Ebola virusu yaradıldı
22:02, Bu gün
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
21:38, Bu gün
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
21:23, Bu gün
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
21:18, Bu gün
HƏMAS İsraillə atəşkəsə razılaşdı
20:35, Bu gün
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
20:04, Bu gün
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
GÜNLÜK
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA