"Xocalı qətliamı Sovet imperiyası tərəfindən törədilən 20 Yanvar faciəsinin davamı idi"
Oxunub: 2248
25 Feb 2019 | 19:58
Moderator.az millət vəkili Cavanşir Feyziyevin Xocalı soyqırımı ilə bağlı Monteneqro mətbuatında çap olunmuş məqaləsini təqdim edir:


"Bəşəriyyət tarixinə geniş bir zaman çərçivəsində nəzər saldıqda onun savaşsız, fəlakətsiz, iztirabsız günlərinin heyrətamiz dərəcədə az olduğunu görürük. BMT-nin statistikasına görə, bütün sivilizasiya tarixini əhatə edən beş min illik zaman kəsiyində 150 milyondan artıq insan müharibələrdə həlak olub. Həlak olanların da 73 faizi yalnız XX əsrdə baş vermiş müharibələrin payına düşür. Elə yaşadığımız üçüncü minilliyin bircə günü də savaşsız ötüşməyib.
Amma bütün müharibələrin içində öz qəddarlığı və insanlığa sığmayan əməlləri ilə fərqlənən elə cinayət aktları vardır ki, onlara heç cür haqq qazandırmaq mümkün deyil. 1992-ci ilin 26 fevralında Azərbaycanın Qarabağ regionunda yerləşən Xocalı şəhərində törədilmiş kütləvi qətliam da məhz həmin cinayət aktlarından biridir. Xocalı soyqırımı Qarabağ müharibəsinin ən qanlı səhifələrindən biridir. Lakin bu faciəyə təkcə Qarabağ ətrafında cərəyan edən hadisələrin tərkib hissəsi kimi yox, həm də Azərbaycanın yerləşdiyi geopolitik məkan və onun Qafqaz regionunda oynadığı rol kontekstində yanaşmaq onun əsl mahiyyətini və səbəblərini üzə çıxarmağa kömək edir.
Bütövlükdə Qafqazın dövlətçilik ənənəsinin əsas hissəsini məhz Azərbaycanın dövlətçilik ənənəsi təşkil etmişdir. Buna görə də rus imperiyası mövcud olduğu bütün zamanlarda Azərbaycan dövlətçiliyinin güclənməsini öz imperialist maraqlarına ciddi təhlükə hesab etmişdir. Çünki güclü Azərbaycan həm də güclü Qafqaz deməkdir. Tarixdən yaxşı məlumdur ki, Qafqazda dövlətçilik ənənələrinin formalaşmağa başladığı zamandan etibarən ən güclü və ən böyük dövlətlər məhz Azərbaycan dövlətçiliyinin tarixində yer almış Atabəylər, Şirvanşahlar, Səfəvilər kimi qüdrətli dövlətlər olmuşdur.
Azərbaycan dövlətçiliyi özünün ən yüksək zirvəsinə Səfəvilər dövlətinin (1501-1736) mövcudluğu dövründə çatmışdı. Zamanında böyük bir coğrafi məkanı əhatə edən bu dövlətin zəifləməsi ilə Azərbaycan öz sərhədləri içərisində daralmağa başladı. Səfəvilər dövlətinin süqutu, Azərbaycanın pərakəndə şəkildə xanlıqlara parçalanması sonda bütün regionun rus imperiyasının nəzarəti altına keçməsi ilə nəticələndi. Beləliklə, Azərbaycan dövlətçiliyinin zəifləməsi bütövlükdə Qafqaz regionunun imperiya tərəfindən işğalına səbəb oldu. Həmin dövrdə həm Qarabağ xanlığı, həm də İrəvan xanlığı demək olar ki, 100% azərbaycanlılardan ibarət idi. 1813 və 1828-ci illərdə İranla Rusiya arasında bağlanmış Gülüstan və Türkmənçay sülh müqavilələrinə əsasən Azərbaycan iki hissəyə bölündü. Cənubda 65%-i İrana, şimalda - Qafqazda yerləşən 35%-i isə Rus imperiyasına birləşdirildi. Rus imperiyası Qafqazı işğal etdikdən sonra bu regionda möhkəmlənmək üçün yerli demoqrafik vəziyyəti dəyişmək qərarına gəldi. Bu məqsədlə 1825-ci ildən başlayaraq Rus çarının xüsusi fərmanı ilə İran və İraq sərhədləri boyunca məskunlaşmış və eləcə də Osmanlı ərazisində pərakəndə şəkildə məşkunlaşmış ermənilərin Qafqaza – Azərbaycan ərazilərinə köçürülməsinə başlandı. Burada məskunlaşan ermənilər həmin zamandan etibarən – son 200 il ərzində imperiya siyasətinin aləti kimi Qafqazda dağıdıcılıq missiyasını məharətlə yerinə yetirmiş və bu gün də separatizmi alovlandırmaqla bütövlükdə Qafqazın Rusiyanın təsiri altında qalmasına yardım edirlər.
XX əsrdə çarizm imperiyasını əvəzləyən sovet imperiyası da bu ənənəyə sadiq qalaraq Azərbaycanı parçalamaqda davam etdi. 1918-ci ildə Azərbaycanın müstəqilliyinin tanınması müqabilində İrəvan xanlığı ərazisində Ermənistan dövlətinin yaradılması üçün ermənilərə 9000 kv km həcmində torpaq verilməsi Azərbaycan qarşısında şərt qoyuldu. Nə qədər çətin olsa da, Azərbaycan bu güzəştə getdi və özünün dövlət müstəqilliyinin tanınması naminə öz ərazisində ilk erməni dövlətinin qurulması üçün həmin ərazini ermənilərə verdi. Nəticədə tarixdə ilk erməni dövləti Azərbaycan ərazisində 9.000 kv.km ərazidə quruldu. Lakin nə bolşevik Rusiyası, nə də ermənilər bununla kifayətlənmədilər. 1920-ci illərdə bolşeviklər Azərbaycanın Zəngəzur mahalını da ermənilərə təhvil verdi. Həmin illərdə Rusiya tərəfindən silahlandırılmış ermənilər onlara verilmiş torpaqların hüdudlarından kənarda yaşayan azərbaycanlılara fasiləsiz hücumlar edir və get-gedə öz ərazilərini genişləndirirdilər. Qəddarlığı ilə rus çarizmindən heç də geri qalmayan sovet imperiyası isə soydaşlarımızın böyük bir hissəsini – yüz minlərlə Azərbaycanlını Asiya çöllərinə - Qazaxstana sürgün etməklə erməniləşdirilən ərazilərin böyüməsini təmin edirdi.
Etnik təmizləmə prosesi sonrakı onilliklərdə də davam etdi. SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947- ci il tarixli “Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarına əsasən 1948-53-cü illər ərzində 150 midən çox azərbaycanlı öz torpaqlarından deportasiya olundu. Onların Qarabağ ərazisində yerləşdirilməsinə imkan verilmədi və çoxu Kür-Araz ovalığının iqliminə uyğunlaşa bilmədiyi üçün həlak oldu. Həmin əhalinin boş qalan evlərinə isə xaricdən gələn ermənilər yerləşdirildi. Beləliklə, Ermənistan sadəcə Azərbaycan torpaqlarını hissə-hissə ələ keçirməklə kifayətlənmədi və həm də bu ərazilərdə etnik təmizləmə prosesini həyata keçirdi.
Sovet dövrünün son 10 illiyində, ölkədə baş verən qarışıqlıqlardan istifadə edən ermənilər yenidən Rusiyanın köməyi ilə etnik təmizləmə siyasətini davam etdirməyə başladılar. 1988-ci ildə hələ də Ermənistan ərazisində yaşayan 300 minə yaxın azərbaycanlı silah gücünə Ermənistandan qovuldu. Ermənistan ərazisində Azərbaycanlıların yaşadıqları əraziləri tamamilə təmizlədikdən sonra daha da həvəslənən ermənilər Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana birləşdirilməsini tələb etməyə başladılar. Azərbaycan vətəndaşları bu tələbə qarşı paytaxt Bakıda etiraz nümayişləri keçirməyə başladılar.
1990-cı ilin 20 Yanvarında Sovet ittifaqının sonuncu rəhbəri Mixail Qorbaçov ermənilərin etnik təmizləmə siyasətinə qarşı Bakıda təşkil olunmuş dinc nümayişin iştirakçılarını gülləbaran etmək haqqında əmr verdi. Nəticədə 146 nəfər dinc nümayişçi rus hərbçiləri tərəfindən qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. 200-dən çox ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları, digər dövlət əmlakı və vətəndaşlara məxsus şəxsi əmlaklar məhv edildi. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və polis nəfərləri də vardı. Bu hadisənin nəticəsi olaraq Azərbaycanlılar Sovet İttifaqından çıxmaq tələbini irəli sürdülər və 1991-ci ilin 18 oktyabrında öz müstəqilliyini elan etdilər. Bununla da 70 illik sovet əsarətinə son qoyuldu. Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini bərpa etdi və dərhal Avropa ölkələri ilə tarixi siyasi-iqtisadi əlaqələrini bərpa etməyə başladı. Qafqazda ən böyük iqtisadiyyata malik olan Azərbaycanın öz müstəqilliyini elan etməsi və Avropaya meyllənməsi əslində Rusiya üçün bütün Qafqazın itirilməsi demək idi.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə birləşmiş rus-erməni silahlı qüvvələri Xocalıya hücum edərək Xocalı soyqırımını törətdi. Soyuq fevral gecəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 1275 nəfər əsir götürüldü, 150 nəfər isə itkin düşdü. Əsir və itkinlər haqqında bu günə qədər heç bir məlumat almaq mümkün olmamışdır. Öldürülən uşaqların, qocaların, qadınların cəsədləri tanınmaz hala salınmışdı. Bu soyqırımı aktı təkcə Azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə, beynəlxalq sülhə qarşı törədilmiş ən ağır cinayət idi.
Xocalı faciəsinə qədər Qarabağda baş verən bütün olaylar bu faciənin Azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən etnik təmizləmə siyasəti olduğunu göstərir. Xocalının mühasirəyə alınaraq mülki şəxslərin şəhəri tərk etməsinə imkan verilməməsi ermənilərin əsl niyyətini açıq şəkildə ortaya çıxarır. Faciənin törədilməsindən yalnız iki gün sonra hadisə yerinə çatmaq mümkün oldu. Şahidlərin qarşılaşdıqları tükürpərdici mənzərə sözlə ifadə edilə bilməyəcək qədər ağır və amansız idi.
Əslində, Xocalı qətliamı ondan bir il əvvəl Sovet imperiyası tərəfindən Azərbaycanın paytaxtı Bakıda törədilmiş Qanlı 20 Yanvar faciəsinin davamı idi. Qafqazın itirilməsini heç cür qəbul edə bilməyən rus imperiyası bir il sonra Xocalı qətliamının törədilməsinə və bütövlükdə Qarabağın işğalına göstərdiyi həm mənəvi, həm də hərbi –siyasi dəstəklə yenicə müstəqilliyini bərpa etmiş Azərbaycana öz gücünü nümayiş etdirdi.
Hal-hazırda da erməni terrorizmi, Rusiyanın dəstəyi ilə ermənilərin Qafqazda həyata keçirdiyi etnik təmizləmə və işğalçılıq siyasəti dünyada dayanıqlı sabitliyə və sülhə ən böyük təhdid mənbəyi kimi çıxış edir. Bununla, ermənilər təkcə Qafqaz regionunda deyil, bütün dünyada sabitliyin təmin olunmasına qarşı ən böyük maneə kimi çıxış edir və beynəlxalq humanizm siyasətinə ağır zərbələr vururlar. Ermənilər üçün müstəqillik heç zaman milli məqsəd olmayıb və bu gün də deyildir. Bu gün Ermənistanın bütün sahələrdə Rusiyadan asılı vəziyyətə düşməsi və həmişə olduğu kimi onun “vassalı” və “forpostu” rolunda çıxış etməsi bunu bir daha sübut edir.
Vaxtilə, əhalisinin əhəmiyyətli hissəsi Azərbaycanlılardan və digər millətlərdən ibarət olan Ermənistanda bu gün vəziyyət kritik həddə çatıb. Etnik təmizləmə nəticəsində digər millətlərin nümayəndələri zorla öz tarixi yurd-yuvalarından didərgin salınmış və qonşu dövlətlərdə məskunlaşmağa məcbur olmuşlar. Ermənistan mono-etnik dövlətə çevrilmişdir. Ölkə iqtisadi tənəzzül içərisində boğulur. Sadə ermənilər Ermənistanı tərk edərək minimum həyat şəraitinə nail olmaq üçün bütün dünyaya axışırlar.
Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Azərbaycan bütün tarixi boyu çoxsaylı millətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı, bütün dünyaya tolerantlıq örnəyi olan bir məkandır. Hətta Azərbaycan vətəndaşı olan çoxsaylı etnik ermənilər də heç-bir milli ayrı-seçkiliyə məruz qalmadan bu gün də Azərbaycanda yaşamaqda davam edirlər. Bu fakt bir daha Azərbaycan xalqının sülhpərvərliyini, dözümlülüyünü və birgəyaşayış ənənələrinə, multikulturalizm ideallarına sadiqliyini nümayiş etdirir.
Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesində Xocalı soyqırımının tanıdılması xüsusi yer tutur. Bu faciənin geniş miqyasda tanıdılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən dünyanın yüzdən artıq ölkəsində “Xocalıya ədalət” beynəlxalq kampaniyası həyata keçirilir. Kampaniya çərçivəsində dünyanın bir çox ölkələrində Xocalı faciəsinə həsr olunmuş tədbirlərin təşkil olunması, Ermənistan tərəfindən Azərbaycana qarşı yürüdülən işğalçılıq siyasəti haqqında əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır. Bu günə Xocalı faciəsinin Pakistan, Meksika, Peru, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina kimi dövlətlərin parlamentləri və ABŞ-ın 20-yə yaxın ştatı tərəfindən, eləcə də bir çox beynəlxalq təşkilatlar tərəfindən soyqırımı aktı kimi tanınması “Xocalıya ədalət” kampaniyasının böyük uğurudur. Kampaniyanın Xocalı faciəsini soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanımaq tələbini irəli sürən Müraciətini artıq bütün dünyada on minlərlə insan imzalayıb.
Bütün təzyiqlərə və təhdidlərə baxmayaraq Azərbaycan işğal olunmuş torpaqlar üzərində öz suverenliyini bütün qanuni vasitələrlə bərpa etməkdə israrlıdır. Bu məsələdə Azərbaycanın ən güclü silahı – onun haqlı mövqeyə malik olmasıdır. Azərbaycanın haqlı mövqeyinin arxasında beynəlxalq siyasətin ədalətli münasibətini və beynəlxalq hüquq normalarının yerinə yetirilməsini tələb etmək hüququmuz dayanır. Lakin təəssüflər olsun ki, bu gün Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüquq normalarının hələ də gerçəkləşmədiyinin şahidi oluruq. Bu isə onu göstərir ki, müasir dünya siyasətində hələ də qlobal güclərin və onlara xidmət edən ayrı-ayrı dairələrin maraqları beynəlxalq ədalət və beynəlxalq hüquq normalarından üstün tutulur.
Lakin Azərbaycan beynəlxalq hüquq prinsipləri çərçivəsində Qarabağ probleminin həll olunması, ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpa olunması məqsədlərində israrlıdır. Bu yolda Azərbaycan dövlətinin və onun vətəndaşının yekdil fikrə malik olması torpaqlarımızın erməni işğalından azad ediləcəyinə böyük inam yaradır. Ədalətin bərpa olunması, ölkənin 20%-ə yaxın işğal olunmuş ərazilərinin azad edilməsi və bir milyondan çox qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılması üçün Azərbaycan dünya xalqlarının və dövlətlərinin, eləcə də beynəlxalq qurumların – BMT-nin, Avropa Birliyinin, ATƏT-in Minsk qrupunun ədalətli münasibətinə ümid bəsləyir".

Cavanşir Feyziyev,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Oxşar xəbərlər
08:30, Bu gün
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
08:12, Bu gün
"Mançeser Yunayted"dən antirekord
08:00, Bu gün
İlk baxanda nə gördünüz? - Şəxsiyyət testi
07:45, Bu gün
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
07:30, Bu gün
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07:11, Bu gün
Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı  daha böyükdür
06:33, Bu gün
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
06 May 2024 | 09:30
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
06 May 2024 | 09:10
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
06 May 2024 | 10:40
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
06 May 2024 | 10:55
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
06 May 2024 | 08:53
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
06 May 2024 | 10:59
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
06 May 2024 | 09:30
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
06 May 2024 | 09:10
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
06 May 2024 | 10:40
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
06 May 2024 | 10:55
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
06 May 2024 | 08:53
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
06 May 2024 | 10:59
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ