Rotşildlərin Azərbaycana  qohumluğu varsa? - Qarabağın azadlığına dəstək versinlər...
Oxunub: 5895
16 Jan 2019 | 14:41
Rotşildlərin Azərbaycana  qohumluğu varsa? - Qarabağın azadlığına dəstək versinlər...

 

 

Yadınızdadırsa, 2016-cı ilin sonunda Moderator.az  planetin ən qüdrətli və məşhur transmilli super-klanlarından olan Rotşildlərin guya Azərbaycanı xaosdan qoruması iddia olunan yazı dərc etmişdi: “Azərbaycanı xaosdan Roşildlər qoruyur...”(bax: moderator.az/news/162980.html)...  

 

Təxminən 10 ay sonra - 2017-ci ilin oktyabrında bu dünya şöhrətli ailənin 7 nümayəndəsi Bakıda oldu, Əlyazmalar İnstitutunu ziyarət etdi, bir sıra qədim əlyazmalarla maraqlandı (moderator.az/news/195288.html)...

 

Bu gəliş sanki yuxarıdakı iddianın gerçəkliyinə bir işarə oldu. Doğrudan da belə bir milyarder yox, trilyoner sülaləsi üzvlərinin Azərbaycana səfəri təsadüf ola bilməz. Araşdırmalarımızdan bəlli oldu ki, Rotşidlərin Azərbaycana qədim bir qohumluğu olması haqda fərziyyələr mövcuddur...   

Onu da xatırladaq ki,  2018-ci il iyulun 20-də Fransada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev burada  Prezident Emmanuel Makron və digər siyasətçilərlə yanaşı, Fransız biznesinin elitası, böyük şirkətlərin rəhbərləri ilə də görüşlər keçirib. Dövlət başçısının görüşdüyü şəxslərdən biri «Rothschild and Co» şirkətinin Müşahidə Şurasının sədri Devid de Rotşild olub. Görüşdə Azərbaycan ilə “Rothschild and Co” şirkəti arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib, bu əməkdaşlığın bank sektorunda, özəlləşdirmə sahəsində genişləndirilməsinin zəruriliyi vurğulanıb. Devid de Rotşild babasının(Alfons Rotşild-S.L.) vaxtilə Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, onun da bu ənənəni davam etdirmək niyyətində olduğunu bildirib...

Əslində güclünün haqlı sayıldığı çağdaş dünyada Rotşildlərin Azərbaycana qohumluğu Vətənimiz üçün bir yandan çox müsbət amil olardı.

 

Bəs  fərz edilən həmin qohumluğun tarixi kökləri haralara gedib çıxır? Azərbaycanda Rotşildlərlə eyni nəslin genlərini daşıyanlar kimlərdir?

 

“Azərbaycan ərazisində yaşamış Aşkinaz adlanan yəhudilərin də əsilləri türk olub?..”

 

Rotşildlərin Azərbaycanla biznes  əlaqəsini təsdiqləyən ilk tarixi fakt kimi 1883-cü il mayın 16-da  Alfons Rotşild tərəfindən Bakıda «Xəzər –Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti» (qısaca«Xəzər – Qara dəniz cəmiyyəti») adlı yeni bir şirkət təsis olunmasını göstərmək olar.  O vaxtdan təxminən 1912-ci ilədək Rotşildlər Bakı neftinin xeyli hissəsinə nəzarət edə biliblər. 1897-1907-ci illərdə Bakı-Batum neft kəmərinin çəkilməsində də Rotşildlərin böyük rolu olub. Bu haqda Azərbaycan mediasında çox bəhs edilib...

 

Rotşildlərin Azərbaycan xalqı ilə bilavasitə tarixi qohumluğu iddia edilən həqiqətə yaxın fərziyələr əsasən VII - XI əsrlərdə  Xəzər dənizinin ətrafında, Van gölündən Qara dənizə və Kiyevə, Aral gölündən Macarıstana qədər olan torpaqlarda hökm sürmüş  türk dövləti hesab edilən Xəzər xaqanlığıyla bağlıdır. Tarixdən bəlli olduğu kimi, xaqanlıq əyanlarının hamısı din kimi İslamı qəbul etməyib, onların bir hissəsi yəhudi (iudaizm) dinini yaymağa başlayıblar. Xəzər xaqanı Obadi 790-cı ildə iudaizmi xaqanlığın rəsmi dini elan edib...

 

Bəzi mənbələrə görə, Xəzər xaqanlığında, deməli, həm də Azərbaycan ərazisində yaşayan Aşkinaz adlanan yəhudilərin də əsilləri türk olub. Yəni onlar sonradan iudaizmi qəbul etmiş türklərdir. Amma Xəzər xaqanlığının yıxılmasından sonra həmin yəhudilər Avropa ölkələrinə köç etmişlər. 60 mindən artıq Aşkinaz yəhudiləri Azərbaycana gəlmiş və burada onlar dağ yəhudiləri adı ilə yaşamaqdadırlar...

 

O da məlumdur ki, Xəzər xaqanlığının dağılmasının başlanğıcını  965-ci ildə Kiyev knyazı Svyatoslavın hücumu qoyub. Xəzərlərlə slavyanlar arasında bir çox müharibələr olduğundan bu mövzu Rusiya alimləri tərəfindən daim tədqiq edilib. Belə tədqiqatçılardan biri olan Rusiya Silahlı Qüvvələri Baş qərargahı hərbi akademiyasının kafedra müdiri, politoloq Tatyana Qraçovadır. O, bütövlükdə yəhudi-iudey dövləti hesab etdiyi Xəzər xaqanlığı barəsində “Görünməz Xəzəriyyə”, “Müqəddəs Rus Xəzəriyyəyə qarşı” adlı kitablar yazıb.   Məhz həmin əsərlərdə  T. Qraçova iddia edir ki, Rotşildlər nəsli Xəzər boyundan Avropaya qaçmış yəhudi inanclı xəzərlərin nəslindən törəyib. Və məlum olduğu kimi, Xəzər xaqanlığı  Azərbaycanın həm quzey, həm də güney hissəsini xeyli müddət nəzarətdə saxlayıb. Bəzi Azərbaycan tədqiqatçıları, o cümlədən Firudin Cəlilov isə təkidlə Azərbaycan türkləri ilə Xəzərlər arasında böyük bir soykök bağlılığını, Xəzər imperiyasının isə əslində hələ eramızdan əvvəl 1-ci minillikdən bəri mövcud olmuş bir Azərbaycan-türk dövləti olduğunu bildirirlər. Əgər Avropaya köçmüş  Aşkenazi yəhudilərinin mənşəcə türk olduğunu da hesab etsək, o halda Rotşildlərin Azərbaycan xalqına, ən azı, ölkəmizdə hazırda da yaşayan dağ yəhudilərinə qohumluğu və ehtimalı  güclənir.  Bu məntiqlə belə çıxır ki, hazırda da ölkəmizdə bu məşhur sülalə ilə eyni geni daşıyan nəsillər var...

 

...Azərbaycanı Marks və Rotşild kimi məşhur ailələrin vətəni saymağı mümkün edən məlumatlardan biri də 2014-cü ildə ortalığa çıxdı. Mənşəcə Polşa aristokratlarından olan Pavel Krupanın rəsmi saytında bildirildi ki, Avropa yəhudilərinin çox sayda məşhur ailələri, o cümlədən Marks və Rotşild kimi dünyanın tarixində böyük rol oynamış ailələr Aşina soyundan gələn xəzər türkləridir. Bu haqda Azərbaycan mediasında ilk informasiyanı  “ANS PRESS” nəşri yaydı...

 

“Polyak aristokrat öz fikirlərində əsas kimi həmin tanınmış ailələrin təmsilçilərinin Aşina türk soyu kimi “Q1b/M-378” genini daşımasını göstərir. 

 

Genetikaya görə, yəhudilər və onların əmisi oğlanları olan ərəblər “J1” geni daşımalıdır. Amma bir çox tanınmış Avropa yəhudilərinin əsasən Amerika hindularının daşıdığı “Q1b”  geninə sahib olması sual doğurur. Pavel Krupa öz ailəsinin də mənsub olduğu bu genin mənbəyini Aşina soyunda görür. 

 

Genetiklər belə düşünür ki, Amerika hindularının da daşıdığı “Q1” geni təxminən 20 min il qabaq Sibir və Ural tərəflərdə yaranıb. Daha sonra isə Berinq boğazından keçərək Amerikaya yerləşib. Türk ulusunun yaradıcısı olan Aşina soyunun da “Q1” genini daşıdığı güman edilir. Genetiklərin fikrincə, “Q1b” genini daşıyan Aşina soyu onlara qohum olan “R1b” və “R1a” genlərini daşıyanları özlərinə tabe edib və türk ulusunu yaradıb...

 

Zatən “R1” geni də “Q1” kimi eyni “P” geninin davamçılarıdır. Beləliklə, əsasən qırğızlarda və qazaxlarda, altay türklərində müşahidə edilən “R1a” genini və başqırdlarda, türkmənlərdə, türklərdə dominant olan “R1b” genini daşıyanlar Aşina soyunun danışdığı türk dilini qəbul ediblər... 

 

Aşina soyunun bir qolu olan xəzərlər 6-cı əsrdən İrandan gəlmiş yəhudi köçkünləri ilə rastlaşıblar. Bunun Azərbaycan, daha doğrusu Bakı ərazisində baş verdiyi güman edilir. Xəzərlərin ilk paytaxtları Saray və Bələncər hazırda Bakı ətrafında kiçik qəsəbələrdir...

 

Azərbaycanın orta əsrlərdə rast gəlinən “Xəzərbeycan” adının da xəzərlərlə bağlı olduğu güman edilir. Hazırda Azərbaycan türklərinin 5%-ə qədərinin “Q1” genini daşıması da bu ehtimalları gücləndirir.  Xəzər xaqanlarından əvvəllər tanrıçı olmuş Bulan yəhudi qızı ilə evlənir və yəhudiliyi bu iri türk imperiyasının rəsmi dininə çevirir. Daha sonra bütün xəzər aristokratiyası yəhudi dininə keçir... 

 

6-cı əsrdə İran şahı Xosrov Ənuşirəvanla xəzərlər arasında qanlı müharibələr gedib və Xosrov Pərviz Cənubi Azərbaycanda 50 min xəzər ailəsini oturaqlaşdırıb. Ərəblər Azərbaycana girəndə Dərbənddən Həmədana kimi, o cümlədən Tiflis xəzərlərin nəzarəti altında idi...

 

Ərəblərin güclü təzyiqi və Şimali Qafqazda Bulqar türk ulusunun çöküşü, bulqarların Balkan yarımadasına köçməsi xəzərlərin Şimali Qafqaza keçməsinə və böyük ulus yaratmasına imkan verir...

 

Xəzərlər tarixə daimi muzdlu ordu yaratmış ilk imperiya kimi düşüb. Lakin hakim elitanın tanrıçılıqdan imtina edərək yəhudiliyi qəbul eləməsi şimaldan Bulqar İslam dövləti, qərbdən xristian Kiyev, cənubdan isə xristian Bizans və müsəlman Ərəb xilafəti ilə müharibələrə səbəb olur. 10-cu əsrdə Rus vikinq knyazı Svyatoslav xəzərlərin paytaxtı Atili dağıdaraq Xəzər dövlətinin sonunu gətirir. Xəzər aristokartiyası isə Avropanın müxtəlif şəhərlərinə dağılaraq yəhudi icmalarına qarışır... 

Xəzər imperiyasının ata yurdu Azərbaycan olduğuna görə, ölkəmizi Marks və Rotşild kimi məşhur ailələrin vətəni saymaq olar...”

 

Göründüyü kimi, genetik baxımdan da Rotşildlərin Azərbaycana soykök bağlılığını təsdiqləyən mənbələr  var. Qalır Rotşildlərin özlərinin cavabı...

 

Təki, dünyanın iqtisadi-siyasi proseslərini idarə edənlərdən biri olan bir sülalə qohumluğumuz xeyirli-uğurlu olsun. Amma atalarımız yaxşı deyir, uzaq qohumdansa, yaxın qonşu yaxşıdır. Fəqət o da var ki, qonşuya ümid olan şamsız qalar...

 Rotşildlərin Azərbaycana qohumluğu varsa, dəstək versinlər, Qarabağı azad edək... Görək verirlərmi?

 Bunu qəti bilmək gərəkdir ki, Azərbaycanı daha böyük fəlakətlərdən, xaosdan öncə Allah qoruyur. Rotşildlər də, Rokfellerlər də, Baruxlar-filan da gəldi-gedərdi. Odur ki, öncə Allaha, sonra da özümüzə, dövlətçiliyimizə güvənməliyik... Gələcəyə nur saçacaq şamımızı, işığımızı özümüz yandırmalıyıq...

 

Sultan Laçın 

Oxşar xəbərlər
23:44, Bu gün
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
23:42, Bu gün
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
23:35, Bu gün
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
23:30, Bu gün
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
23:20, Bu gün
“Fənərbaxça” növbəti dəfə xal itirib
23:19, Bu gün
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
23:17, Bu gün
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
23:17, Bu gün
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
22:39, Bu gün
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
22:31, Bu gün
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
22:05, Bu gün
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
22:04, Bu gün
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
22:03, Bu gün
Çində mutant Ebola virusu yaradıldı
22:02, Bu gün
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
21:38, Bu gün
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
21:23, Bu gün
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
21:18, Bu gün
HƏMAS İsraillə atəşkəsə razılaşdı
20:35, Bu gün
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
20:04, Bu gün
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
GÜNLÜK
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA