Fikrət Qoca: “Demokratiya budursa, mən bunu istəmirəm”
Oxunub: 1498
14 Jan 2019 | 10:19
Fikrət Qoca:
  “Demokratiya budursa, mən bunu istəmirəm”
“Torpaqlarımızın geri qayıtmasını, Şuşanı yenidən görmək istəyirəm”

“Yeni Müsavat”ın budəfəki müsahibi Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qocadır. 84 yaşlı Xalq şairi ilə çalışdığı AYB-də görüşüb, söhbətləşdik:

- Fikrət müəllim, necəsiz? Bundan əvvəl bir neçə dəfə sizinlə əlaqə saxlayanda ABŞ-da səfərdə  olduğunuzu, orada müalicə aldığınızı bildirirdiz? Hazırda vəziyyətiniz nə yerdədir?

- Babatam. Bu yaşda adam necə olar, ay qızım? Xəstəlik-zad, bunların hamısı boş söhbətdir, bəhanədir. Çünki artıq 84 yaşım var, 85-ə keçəcəm.

- Bəzən kimlərsə Amerikanı insanların daha xoşbəxt yaşaya biləcəyi ən münasib, ideal ölkə hesab edir, oradakı həyatı arzulayır. Dəfələrlə Amerikada səfərdə olan bir azərbaycanlı kimi, oradakı yaşayış tərzini, ab-havanı necə tərənnüm edərdiz?

- Həyatım boyu səfərlərdə olmuşam, gəzmişəm. Əvvəlcə müqayisə üçün, daha sonra isə mövzu dalınca gəzmişəm. Zamanında ölkəmiz müstəmləkə altında olanda xarici ölkələrə gedib qəhrəmanları axtarırdım - hansı ki, onlar öz ölkələrini müstəmləkədən qurtarmışdılar. Daha sonra isə dillərin batmasını araşdırırdım. Məsələn, iki dildən yaranmış tayfalar var idi. O zaman Portuqaliyada belə bir qərar verilmişdi ki, keçmiş dustaqları artıq “yemləməsinlər”. Bunun üçün də dustaqların qarşısına belə bir şərt qoyurdular ki, “səni Afrikaya göndəririk, get orda azad yaşa, işlə, özünə həyat qur. Sən orada da cinayət törədəcəksənsə, cəzan ölüm olacaq”. Əgər dustaq kişi idisə, afrikalı qadınla, qadın idisə oradan olan kişi ilə evlənirdi. Həmin izdivacdan olan uşaqları Portuqaliyaya gətirib oxutdurur, təhsil verir, qayğısına qalırdılar. Beləliklə, həmin uşaqlar Portuqaliya dilində tərbiyə alır, öz ana dillərini bilmir və yaxud pis bilirdilər. Onlar sonradan böyüyəndə hər iki ölkənin uşağı olduğu üçün Portiqaliyaya xəyanət etmirdi. Bununla belə ilk inqilab elə Qvineyada oldu. Portuqaliyada böyüyüb təhsil alan uşaqlar öz ölkələrini müstəmləkədən xilas etdilər. Lakin onların arasında öz ölkəsinə qəddar yanaşanlar da var idi. Yəni bu cür faktları yaxından öyrənməyə çalışırdım. Çünki öyrənəcəyimiz çox şey var idi.

İndi də bu çağımda, xəstə vaxtımda Amerikaya səfərlərə gedirəm. Əvvəla, orada qızım yaşayır, bəhanəylə gedib onu görürəm. Həm də oradakı dünyanı, insanları müşahidə edirəm. Bəzən burada Amerikadakı yaşayış haqqında elə tərifli sözlər danışırlar ki, deyirəm bəlkə mən yaxşı görməmişəm. Bir daha gedib görəndə daha yaxşı müşahidə etməyə çalışıram, yenə də qərara gəlirəm ki, yox əşi, mən Amerikada yaşaya bilmərəm. Çünki orada həyətindəki ot belə sənin ixtiyarında deyil. Əgər otu yaxşı biçməsən, sənə çox ağır cərimə cəzası verə bilərlər.

Bir dəfə Anarla orada səfərdə idik. Yolun kənarında gedəndə gördük ki, bir nəfər tələsik evindən çıxıb, bağçasındakı qırmızı güllərin arasında bitən bir ağ gülü kəsib atdı. Bunu nədən etdiyini soruşanda dedi ki, “bütün güllər eyni olmalıdır, təsadüfən aralarında başqa rəngdə gül olarsa, cərimələnə bilərəm”. Yəni sən öz həyətindəki gülün, hətta araşdıranda məlum olur ki, evinin də sahibi deyilsən. Əgər səhəri gün işini itirsən,  o evi də saxlaya bilməyəcəksən.

“Məhkəmə çox haqsız qərar verdi”
Deyirlər orada maaş yüksəkdir, bəli, bu doğrudur. Məsələn, kürəkənim orada aylıq olaraq 10 min dollar təqaüd alır. Lakin xərcləri elə burdakı kimi olur, yəni ayın sonuna bəzən görürsən ki, maaşın çatmır. Yəni bəzən kənardan görünən işıltını, pərdənin arxasını yaxşı görə bilmirik. Bunun üçün ehtiyatlı olmalıyıq. Uzaqdan yaşıl görünən dağlar bizi həmişə özünə cəlb edir, elə bilirsən ki, orada olsan yaşıllığın içərisində yumarlanıb, aşağı düşə bilərsən. Lakin yaxın gəldikdə görürsən ki, bu yaşıllıq heç də hamar deyil, onun arasında daş da, tikan da var, rahatca yumarlana, yumarlanıb aşağı düşə bilməzsən. Həyat tərzi də belədir. Bunun üçün də yüz kitab oxuyunca, get, gör.

Bəzən insanlar öz gözündəki tiri görmür, başqasının gözündə qıl, səhv axtarır, halbuki özü nə haldadır. Fransa bizə demokratiya öyrədir, amma 2-3 həftədir insanları küçələrdədir. Qadınlar da bu aksiyalar qoşulur, düşünür ki, onlara əl qaldırmazlar, lakin onları da döyür, saçından tutub sürüyürlər. Demokratiya budursa, mən bunu istəmirəm. İnsanlar öz hüquqlarını tələb edirlər. Əvvəlcə səs verib Makronu seçdilər, hətta cinsi azlıqlar da onun öz adamı olduğunu deyib, əl çalırdılar, sonra isə etiraz etdilər. Bir adamın ki, uşağı yoxdur, o necə rəhbər olub, uşaqları, gələcəyi düşünə bilər? Əgər düşünsəydi, uşaq sahibi olardı. Uşaq təkcə nəsil deyil, həm də evdə adamdır. İndi evdə it saxlayırlar, nəinki uşaq.

- Yəqin ki, şeir yazmaqdan da geri qalmırsız?

- İlham gəldikcə, olduqca yazıram.

- Bir neçə ay öncə saytların birində belə bir şeirinizlə qarşılaşmışdım:

“Ey mənim göyçək yarım,

Ömrümüz sonbahardı

Mənim ağbirçək yarım.

Dəlisov gəncliyimi

Bu gün yada salmışam.

Sənin üçün bir dəstə

Qızılgüllər almışam”.

Şeirin sonu isə belədir:

“Sənə gül aldım ki,

mən Gül görüb üzün gülər...

Sən elə sözlər dedin,

Əlimdə soldu güllər”. Maraqlıdır, şeirdəkini özünüz yaşamısızmı, yoxsa?..

- (gülümsəyir). Yaşamışam, əlbəttə. Mən xoşlayıram yoldaşıma gül almağı. Bir dəfə ona gül aldım, əvəzində dedi ki, “bu qaça-qaçda gülü neynirsən, nəyə lazımdır?”. Düzü, bu mənə toxundu, gülü həvəslə almışdım ki, qarıma verəcəm. Əslində o da gülü xoşlayır, indi bəlkə də ikimiz də yaşlanmışıq... Həm də yoldaşım bəzən özünə pul xərcləməyi qıymır, xəsislik edir.

- Bəstəkarlar yeni şeirlərinizə də müraciət edir, maraqlanırlarmı?

- Keçən il yazıçılar qrupu ilə Cocuq Mərcanlıya getmişdik. Həmin gün 8 şeir yazdım, halbuki bəzən heç bir yazı da yazmıram. Həmin şeirlərin 4-nə bəstəkar Ruhəngiz Qasımova mahnı yazdı. Cocuq Mərcanlıda sanki mənim üçün yeni mənzərə açılmışdı. Çox fərəhlənirdim ki, bayrağımız Lələ təpədə dalğalanır, Şuşa məscidinin eynisi orada tikilib. Bütün bunlar insana təsir edir, tərpədir. 

- Həm də ümid verir ki, işğal altındakı digər torpaqlarımız da geri qayıdacaq...

- Ümid yox, həyat verir. Mən yaşda adam yaşamaq istəyir ki, torpaqlarımızın geri qayıtmasını, Şuşanı yenidən görüm. Dünyanı gəzmişəm, amma vaxtında nəsə unutdum ki, Kəlbəcərə də gedim. Onun nisgili ürəyimdə qalıb.

- Bir müddət əvvəl şadlıq evlərində səslənən mahnılara görə müəlliflərə qonorar ödənilməsi ilə bağlı qərar çıxarıldı. Sizin də şeirlərinizə yazılmış saysız-hesabsız mahnılar mütəmadi olaraq səsləndirilir. Bəs bu qərardan sonra qonorar ala bilmisizmi?

- Sovet dövründə şeirlərimiz çıxan qəzetlərdən, jurnallardan hətta çıxışlarımıza görə televiziya və radiodan da qonorar alıb, dolanırdıq. Lakin müstəqillik qazandıqdan sonra bu sistem pozuldu, bilmədim bunlara nə azar dəydi.

İndi rusca danışanımız artıb. Küçələrdə, ticarət və xidmət obyektlərində reklam lövhələrinin əksəriyyəti xarici dildə təqdim edilir. Halbuki dövlətin qərarı var ki, elan, reklamlar ilk növbədə Azərbaycan dilində olmalıdır. Bunu nə qədər deyirsən, yenə də fikir verən yoxdur. Axı nə qədər olar, bu sənin öz ana dilindir. Belə çıxır ki, sən öz ana dilinə hörmət etmirsən. Onda necə deyə bilərsən ki, mən anamı sevirəm? İndi yalançı patriotlar çıxıb ortalığa, harada dik yer görür, ayağını qoyub çıxır tribunaya, qışqırır “Vətən!”. Amma vətən üçün iki iş görməyib.

- Elə bu məsələdən söz düşmüşkən, son vaxtlar ekspertlər də həyəcan siqnalı verib bildirirlər ki, uşaqlarını rus bölməsində təhsil almasına çalışan valideynlərin sayı durmadan artmaqdadır, hansı ki, əksəriyyəti rus dilində heç bir cümlə qura bilmir. Əsasları da budur ki, rus bölümündə təhsil verən müəllimlər daha intellektual, mədəni, bilgilidirlər.

- Sovet dövründə elə düşünürdük ki, yaxşı dərzi ancaq erməni ola  və yaxud evi yaxşı erməni ustası tikə, başı yaxşı erməni bərbəri qırxa bilər, yəni, başımızı da erməniyə etibar edirdik. Beləliklə, pul ermənilərdə olurdu. Həmin vaxt Azərbaycanda ən varlı adamlar, ən yaxşı evlərdə yaşayanlar ermənilər idi. Onlar bizim pulumuzla varlı olmuşdular. Nazirlərimizin köməkçilərindən biri mütləq erməni idi və ya heç nə olmasa da, katibəsi erməni olurdu. Əgər müstəqillik dövründən sonra torpaqlar özəlləşdirilib satılanda ermənilər yenə bizimlə birgə olsaydı, həmin torpaqların hamısını alardılar və biz lüt qalardıq. Qarabağ məsələsində onlar qudurdular, Allah onların iç üzünü göstərdi, güclə torpaqlarımızı işğal etdilər. Amma biz o torpaqlarımızı geri alacağıq. Əgər o torpaqları hiyləgərcəsinə bizdən alsaydılar, biz bir də ora qayıda bilməzdik.

Müstəqillikdən sonra bu gözəl binaları kim tikdi? Əlbəttə ki, özümüzünkülər. Hətta yaxşı tikməyə çalışırlar ki, sabah orada onun uşağı, qohumu yaşaya bilər, bina uçmasın. Və yaxud indi çox gözəl dərzilərimiz, bərbərlərimiz var, demək ki, özümüzdən də yaxşı sənətkarlar ola bilər. Beləliklə, indi də düşünürük ki, bizdən heç də yaxşı müəllim çıxa bilməz. Niyə olmasın? Sən əgər yaxşı uşaq yetişdirsən, yaxşı müəllimin, professorun, akademikin olacaq, yetişəcək.

- Bir az öncə özünüz də qeyd etdiz ki, sovet dövründə şair və yazıçılar yazdıqlarından dolana, kifayət qədər qazanc əldə edə bilirdi. İndi bunu demək çətindir. Bəs nə etməli?

- Müəllif hüquqlarına görə ildə bir dəfə gətirib 200 manat pul verirlər. Bu axı heç nədir. Hamı bilir ki, hər zaman toylarda mənim şeirlərimə yazılmış mahnılar səsləndirilir. Bir cild kitabım ancaq mahnılar yazılmış şeirlərdir. Hansı ki, həmin kitab 400 səhifədən ibarətdir, deməli 400-dən çox nəğməli şeirim var. Əgər mən başqa ölkədə yaşasaydım, əlbəttə ki, milyoner olardım. Amma onu da qeyd edim ki, dövlət həmişə mənim qayğıma qalıb, zəhmətimə qiymət verib, xəstələnəndə iki dəfə ölümdən qurtarıb, əməliyyatlara göndərib.

- İndi bəzi yazıçılarımız açıq-saçıq ədəbiyyata daha çox üstünlük verməyə çalışır. Buna görə tənqid olunanda isə müasirliyi əsas gətirirlər.

- Onlar başqalarını təqlid etməyə çalışırlar, buna görə onlarda alınmır. Hər bir insanın öz barmaq izi olur, başqasının barmaq izi ilə getməyə çalışanda nəticə olmur.

- Bəs son zamanlar sizi təəccübləndirə bilən gənc yazıçı və ya şair olubmu?

- Onlar həmişə məni təəcübləndirir, ta ki, təsir altına düşüb, kimisə yamsılayana qədər.

- İndi verəcəyim sual bilirəm ki, sizi narahat edəcək, lakin bu sual ağlımda qaldığı üçün vermək istərdim. Ötən il yeganə oğlunuzu döyərək öldürməkdə günahlandırılan şəxslərdən biri məhkəmənin qərarı ilə 5 il, digər iki nəfər isə 2 il 6 ay, 2 il həbs cəzası aldı. Bu qərarla razılaşa bildinizmi?

- Mən oğlumu itirmişəm, bir oğlum var idi, onu da öldürdülər. İndi etiraz etməklə nəyi dəyişə bilərəm, oğlumu geri qaytara biləcəm? Prokurorluq oğlumu öldürən şəxsə 19 il həbs cəzası istəsə də, hakim 5 il iş kəsdi. Belə çıxır ki, ya prokuror çox savadsızdır, ya da hakim. Amma 19 və 5 rəqəminin arasında çox böyük fərq var və onu göstərir ki, məhkəmə çox haqsız qərar verib, bu haqsızlıqdır...
Oxşar xəbərlər
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
06 May 2024 | 13:52
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər