Qarabağın azadlığı üçün yetişən şərait - 2019-cu ildən gözləntilər var - ŞƏRH
Siyasət
Oxunub: 1570
14 Dec 2018 | 15:49
Qarabağın azadlığı üçün yetişən şərait -  2019-cu ildən gözləntilər var - ŞƏRH
Azərbaycan torpaqlarını işğaldan qurtarmaq üçün fəaliyyətini, mübarizəsini davam etdirir. Beynəlxalq vasitəçilərin də fəaliyyətinin müsbət nəticə verəcəyinə ümid edilir. Deməli, dekabrın 6-da ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı sülh yolu ilə həlli istiqamətində işlərin davam etdirilməsinə razılıq veriblər. Həmsədr ölkələr atəşkəsin pozulması hallarının xeyli azalmasını alqışlayıblar. Onlar sentyabrda Düşənbədə keçirilmiş MDB sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsini davam etdirmək və əhalini sülhə hazırlamaq üçün konkret tədbirlər görmək xahişi ilə müraciət ediblər. Həmsədrlər yaxın gələcəkdə Azərbaycan və Ermənistan liderləri arasında münaqişənin ədalətli və davamlı həlli üçün konkret nəticələrə yönəlmiş intensiv dialoqun bərpa olunacağına ümid etdiklərini bildiriblər.

Həmsədrlərin nikbin bəyanatından Azərbaycan və Ermənistanın xarici işlər nazirləri də razı qaldıqlarını vurğulamışdılar. Hər halda Ermənistanda Qarabağın işğalında və Xocalı kimi soyqırmın törədilməsində iştirak etmiş Robert Koçaryan-Serj Sarqsyan cütlüyünün hakimiyyətinin devrilməsi və iqtidara gələn yeni siyasi qüvvələrin məsələyə daha real yanaşacaqlarına ümidləri artırır. Çünki Koçaryan və Sarqsyan Ermənistanda hakimiyyətə Qarabağda tökdükləri qan üstündə gəlmişdilər. Bu, azmış kimi, sözügedən cütlük 2008-ci il martın 1-də Yerevanda öz millətinin qanını axıtmışdı. Başqa sözlə, onların prezidentliyi qanla sulanmışdı. Odur ki, yeni siyasi qüvvələrin baş vermişlərdən dərs çıxaracağı ehtimalı az deyil.

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı Ermənistanda baş verənlərlə bağlı danışarkən deyib: “Bildiyiniz kimi, bu il Ermənistanda çox ciddi dəyişikliklər baş vermişdir. İyirmi il ərzində hakimiyyəti qanunsuz olaraq zəbt etmiş kriminal xunta rejimi çökdü və bizim dediyimizi indi erməni xalqı deyir. Kriminal, rüşvətxor rejim 20 il ərzində öz xalqını istismar edirdi və bu rejimin acı sonu məntiqə tam uyğundur. Onu da deməliyəm ki, bizim ardıcıl, məqsədyönlü siyasətimiz kriminal xunta rejiminin çökməsində öz rolunu oynamışdır. Çünki bizim siyasətimiz dəyişməz olaraq qalır. Nə vaxta qədər ki, bizim torpaqlarımız işğal altındadır, biz bütün imkanlardan istifadə edib Ermənistanı təcrid vəziyyətində saxlayacağıq və buna nail olduq”. Prezident Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal enerji, nəqliyyat layihələrinin Ermənistandan yan keçdiyini vurğulayaraq bunun işğalçı dövlətə vurduğu ziyana da toxunub: “Bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi surətdə tərk edir, iqtisadi inkişaf üçün heç bir əsas yoxdur, xarici sərmayə qoyulmur, onların beynəlxalq bazarlara çıxışı çox çətinləşib. Beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf bizik. Yəni bütün bu və başqa amillər, əlbəttə, bizim hərbi qüdrətimiz Ermənistanı bu ağır vəziyyətə salmışdır”. Dövlət başçısı Ermənistanın ağır iqtisadi, sosial vəziyyətindən danışaraq bu ölkədə kriminal rejimin dayaqlarının sıradan çıxdığını söyləyib: “Yəni bu, bizim qonşuluğumuzda baş vermiş hadisələrdir. Əlbəttə, hesab edirəm ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb”.

Təbii ki, bunu təsdiqləyən amillər az deyil. Əlbəttə, ilk növbədə, Ermənistanda qanla sulanmış rejimin dəyişməsdir. 2016-cı il aprel döyüşlərində Azərbaycan tərəfi torpaqlarını döyüşərək azad etməyə qadir olduğunu, həm beynəlxalq vasitəçilərə, həm də Ermənistana sübut etdi. Ona görə də ehtimal etmək olar ki, Ermənistanda hakimiyyətə gələn yeni siyasi qüvvələr erməni hərbçisinin başqa bir dövlətin torpaqlarında işğalçı olaraq ölməsini istəməz. Bu zaman onlar üçün yeganə çıxış yolu işğal etdikləri torpaqlardan çıxmaqdır.

Hər halda ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, xüsusilə ABŞ və Rusiya da cari il məsələnin həllində diplomatik baxımdan fəal olublar. ABŞ-ın Yerevandakı keçmiş səfiri Riçard Millz bu vəzifəni icra edən zaman Ermənistanın işğal etdiyi torpaqlardan çıxmasının vacibliyini vurğulaması, Moskvanın Yerevana qarşı sərt bəyanatları gələn il torpaqların işğaldan azad ediləcəyi ilə bağlı yaranan optimizmi artırır. Şübhəsiz, Qarabağın işğalında əsas rolu Rusiyanın oynadığı sirr deyil. Bu baxımdan, onun işğaldan azad edilməsinin açarının da daha çox Kremldə olduğu məlumdur. Odur ki, Azərbaycanın Rusiya ilə indiki münasibəti diqqətçəkəndir. MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində Rusiyanın Azərbaycana münasibəti bəzi mətləblərə aydınlıq gətirib.

Deməli, dekabrın 14-də Prezident İlham Əliyevin Sergey Lavrovla görüşündə 2018-ci ilin iki dövlətin münasibətlərinin inkişafı baxımından çox məhsuldar il olduğu qeyd edilib. Görüşdə tərəflərin 2019-cu il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümidvar olduqları vurğulanıb. Bildirilib ki, Azərbaycan və Rusiya beynəlxalq strukturlarda fəal qarşılıqlı fəaliyyət göstərir. Yeri gəlmişkən, iki ölkə arasında münasibətlərin inkişafını təsdiqləyən faktlar da var. Son 5 ildə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana 4 dəfə səfər etməsi bundan xəbər verir. Qeyd edək ki, Prezident İlham Əliyevin Soçi səfərində tərəflər arasında bir çox sahəni əhatə edən 16 sənəd imzalanmışdı. Azərbaycanla Rusiya arasında ötən il əmtəə dövriyyəsi, təxminən, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Soçi danışıqlarının yekunlarına dair iqtisadi əməkdaşlığın müxtəlif sahələrinə aid təsdiqlənmiş 5 "yol xəritəsi" əmtəə dövriyyəsini daha da artırmağa, inteqrasiya əlaqələrini intensivləşdirməyə imkan verəcək. Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçib.

Beləliklə, 2019-cu ilin Qarabağ düyününün açılması baxımından uğurlu olacağına ümid edək. Azərbaycanın həmsədr dövlətlərlə ikitərəfli münsaibətləri inkişaf etdirməsi, dünyada baş verənlər, həmsədr ölkələrin mövqeləri Qarabağ düyünün çözülməsinə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə yardım edə bilər.
Sədrəddin Soltan
Oxşar xəbərlər
23:51, Bu gün
Qubada çörək sexində YANĞIN - FOTO
23:42, Bu gün
"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"
23:40, Bu gün
İsveç daxili sərhədində müvəqqəti sərhəd nəzarətini noyabr ayına qədər uzadıb
23:22, Bu gün
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTO
22:59, Bu gün
Gürcüstanda güclü yağışlar ağır fəsadlarla nəticələndi: Kəndlər su altında qaldı - FOTO
22:39, Bu gün
Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var
22:38, Bu gün
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
22:36, Bu gün
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
22:34, Bu gün
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
22:25, Bu gün
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
22:20, Bu gün
Tanınmış jurnalistə vəzifə verildi
22:00, Bu gün
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
21:59, Bu gün
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
21:56, Bu gün
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
21:34, Bu gün
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
21:31, Bu gün
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
21:29, Bu gün
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
21:24, Bu gün
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
21:22, Bu gün
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
21:22, Bu gün
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
21:16, Bu gün
Kim Çen In lideri kədər içindədir...
21:14, Bu gün
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
21:07, Bu gün
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
20:56, Bu gün
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
20:55, Bu gün
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
20:21, Bu gün
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
20:03, Bu gün
10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...
19:54, Bu gün
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
19:52, Bu gün
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
19:51, Bu gün
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
19:41, Bu gün
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
19:39, Bu gün
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
19:30, Bu gün
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
19:17, Bu gün
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
19:14, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
18:59, Bu gün
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
18:48, Bu gün
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
18:37, Bu gün
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
18:35, Bu gün
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
18:35, Bu gün
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
18:21, Bu gün
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
18:06, Bu gün
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
18:04, Bu gün
İstidən sərinləmək üçün suya girdi
17:59, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
17:56, Bu gün
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
17:56, Bu gün
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
17:53, Bu gün
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
17:49, Bu gün
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
17:45, Bu gün
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
17:43, Bu gün
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
17:40, Bu gün
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
17:36, Bu gün
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
17:33, Bu gün
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
17:28, Bu gün
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
17:24, Bu gün
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
17:23, Bu gün
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
17:19, Bu gün
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
17:13, Bu gün
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
17:10, Bu gün
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
17:07, Bu gün
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
17:05, Bu gün
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
17:00, Bu gün
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
16:56, Bu gün
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
16:55, Bu gün
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
16:51, Bu gün
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
16:46, Bu gün
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
16:43, Bu gün
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
16:40, Bu gün
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
16:37, Bu gün
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
16:35, Bu gün
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
16:32, Bu gün
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
16:26, Bu gün
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
16:21, Bu gün
Bu taksi şirkəti qiymətləri ARTIRDI
16:15, Bu gün
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
16:15, Bu gün
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
16:10, Bu gün
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
16:07, Bu gün
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:05, Bu gün
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
16:02, Bu gün
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
16:00, Bu gün
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
15:58, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:55, Bu gün
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
15:52, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
15:46, Bu gün
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
15:35, Bu gün
Peskov Putin və Paşinyanın görüşündən danışdı
15:31, Bu gün
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
15:25, Bu gün
Eddi İsrafilov “Neftçi”dən ayrılır
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:49, Bu gün
"Üçtərəfli bəyanat aktuallığını qoruyur" - Rusiya XİN-dən açıqlama
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
GÜNLÜK
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
08:59, Bu gün
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
06:26, Bu gün
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
07:32, Bu gün
Beyons ombasını nümayiş etdirdi
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
08:59, Bu gün
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
06:26, Bu gün
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
07:32, Bu gün
Beyons ombasını nümayiş etdirdi