Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirildi -FOTOLAR
Oxunub: 1007
10 Dec 2018 | 21:49
Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirildi  -FOTOLAR
Dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti və qarşıda duran vəzifələr haqqında” müşavirə keçirilib.

Moderator.az-ın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, sağlam cəmiyyət quruculuğunda və gənclərlə işin düzgün təşkilində bədən tərbiyəsi və idmanın mühüm rolu vardır. Muxtar respublikada idman sahəsi hər zaman diqqətdə saxlanılır, gənclərin idmana və təhsilə cəlbi istiqamətində ardıcıl tədbirlər görülür, hər il bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı müşavirə keçirilir, vəzifələr müəyyənləşdirilir. Bu sahədə görülən işlərin nəticəsidir ki, muxtar respublikada sağlam gənc nəsil yetişir. Gənclər zərərli vərdişlərdən uzaqdır. İdman sahəsində uğurlar qazanılır.


Ali Məclisin Sədri sağlam gənc nəslin hazırlanmasında əməyi olanlara təşəkkür edib.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bədən tərbiyəsi və idmanın inkişafı sahəsində görülən işlər barədə məlumat verərək deyib: “Naxçıvan Muxtar Respublikasında müasir idman infrastrukturu formalaşdırılıb, uşaq və gənclərin idmanla məşğul olmasına, onların müxtəlif səviyyəli çempionat, turnir və yarışlarda iştirak etməsinə hərtərəfli şərait yaradılıb. 2002-ci ildə boks, güləş, karate-do, şahmat, futbol, voleybol, basketbol, yüngül atletika, 2006-cı ildə paralimpiya, 2013-cü ildə atıcılıq, hava və ekstremal idman növləri, 2018-ci ildə kikboksinq federasiyaları yaradılıb. Həmçinin bu il muxtar respublikada bir sıra beynəlxalq turnirlər, Azərbaycan çempionatları keçirilib, eləcə də idmançılarımızın Azərbaycanda və dünyanın müxtəlif ölkələrində keçirilən yarışlarda iştirakı təmin edilib. Məşqçilərə təlimlər, treninqlər, gənc idmançılara nümunəvi dərslərin keçirilməsi diqqətdə saxlanılıb, bütün idman növləri və federasiyalar üzrə peşəkar və təcrübəli məşqçilər muxtar respublikaya dəvət edilib, komandaların təlim-məşq toplanışları keçirilib”.

Qeyd olunub ki, “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin komandası Xaçmaz rayonunda keçirilən respublika çempionatının final mərhələsində muxtar respublikanı təmsil edərək birinci yerin sahibi olub. Həm böyüklər, həm gənclər, həm də yeniyetmələr arasında keçirilən bütün yarışlarda nailiyyətlər qazanılıb. 2018-ci ildə muxtar respublika idmançıları Dünya çempionatlarında 2, Avropa çempionatlarında 3, Yeniyetmələrin III Yay Olimpiadasında 1, Beynəlxalq turnirlərdə 84, Azərbaycan birinciliklərində 99 medal qazanıblar.

Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının idmançısı Nizami Novruzov çıxış edərək deyib ki, muxtar respublikada müasir idman infrastrukturunun yaradılması gənclərin sağlamlığının qorunmasında, onların asudə vaxtlarının səmərəli təşkilində və istedadlı gənclərin üzə çıxarılmasında mühüm rol oynayır. Yaradılan şərait, göstərilən diqqət və qayğı nəticəsində hazırda muxtar respublikada bütün yaş qrupları üzrə bədən tərbiyəsi və idmanla məşğul olan yeniyetmə və gənclərin sayı günü-gündən artmaqdadır. Olimpiadalarda, digər mötəbər yarışlarda qələbələr qazanan, dünyanın nüfuzlu arenalarında Azərbaycan bayrağının qaldırılmasına, himnimizin səsləndirilməsinə nail olan idmançılar böyük qayğı və diqqətlə əhatə olunurlar. Bu gün idman muxtar respublikamızda dövlət tərəfindən ən çox qayğı ilə əhatə olunmuş sahələrdəndir. Göstərilən diqqətin nəticəsidir ki, idmançılar cəmiyyətin sayılıb-seçilən üzvlərinə çevriliblər. Nizami Novruzov idmanın inkişafı sahəsində həyata keçirilən tədbirlərə görə muxtar respublika idmançıları adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: “Naxçıvan Muxtar Respublikasında da əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın roluna böyük əhəmiyyət verilir. Yaradılmış şərait idmanın kütləviliyinə öz təsirini göstərmiş, muxtar respublikamızda müxtəlif beynəlxalq və ölkə səviyyəli yarışlar keçirilmiş, idmançılarımız nüfuzlu beynəlxalq yarışlarda nailiyyətlər qazanmışlar. Bununla yanaşı uşaq və gənclərin idmana cəlbi istiqamətində də əsaslı işlər görülməkdədir. Hazırda muxtar respublikada idmanla 27 mindən çox uşaq və gənc məşğul olur. Onların 21 min 397-si oğlan, 6002-si isə qızdır. Sağlamlıq imkanları məhdud olan uşaq və gənclərdən də 361-i idmanla məşğul olur. Bədən tərbiyəsi və idmanla məşğul olmaq təkcə yarışlarda iştirak etmək və yüksək nailiyyət əldə etmək məqsədi daşımır, eyni zamanda zərərli vərdişlərin qarşısının alınmasında, əhali sağlamlığının təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Bu xüsusatı əsas götürərək ona nail olmalıyıq ki, muxtar respublikada bədən tərbiyəsi və idman sahəsində yaradılanlardan bütün vətəndaşlar, o cümlədən gənclər səmərəli istifadə edə bilsinlər”.

Ali Məclisin Sədri aidiyyatı üzrə tapşırıqlar verərək deyib ki, Gənclər və İdman Nazirliyi və idman federasiyaları muxtar respublikada idman növlərinin inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, idman yarışlarının kütləviliyinin artırılması sahəsində fəaliyyətlərini gücləndirməli, idmanın müxtəlif növləri üzrə Naxçıvan Muxtar Respublikası birinciliklərinin keçirilməsi davam etdirilməlidir. Muxtar respublikada keçirilən idman yarışları, xüsusən də ölkə və beynəlxalq səviyyəli yarışlar gənc idmançıların təcrübəsinin artırılmasında mühüm rol oynayır. Gənclər və İdman Nazirliyi, idman federasiyaları bu cür idman yarışlarının keçirilməsini davam etdirməlidirlər. Gənclər və İdman Nazirliyi və idman federasiyaları Azərbaycanın iştirak etdiyi beynəlxalq yarışlarda muxtar respublika idmançılarının da iştirakını təmin etməlidir.

Ali Məclisin Sədri deyib: “İdman federasiyaları bölmələrin fəaliyyətlərini gücləndirməli, federasiyadaxili idman yarışları keçirilməlidir. Rayon icra hakimiyyətləri də bu məsələyə diqqəti artırmalı, idman federasiyaları ilə birlikdə rayondaxili və rayonlararası idman yarışlarının keçirilməsi təmin edilməlidir. Peşəkar məşqçilərin hazırlanması və idmançılara məşğələlərin keçirilməsi 2019-cu ildə də Gənclər və İdman Nazirliyi, eləcə də idman federasiyaları tərəfindən davam etdirilməli, muxtar respublikaya təcrübəli məşqçilər dəvət olunmalı, məşqçilərə təlimlərin, idmançılara nümunəvi dərslərin keçirilməsi təmin edilməlidir”.

Gənclər və İdman Nazirliyi və idman federasiyaları idmançı gənclərin və məşqçi müəllimlərin sosial problemlərinin həlli üçün zəruri tədbirlər görməlidir. Gənclər və İdman Nazirliyi federasiyalarda olan istedadlı gəncləri hamiliyə götürməlidir. Keçirilən birincilik və yarışlarda yeni istedadlı idmançılar üzə çıxır. İdman federasiyaları federasiya daxilində istedadlı gənclərin məlumat bankının yaradılmasını və hər yarışdan sonra yenilənməsini təmin etməli, Gənclər və İdman Nazirliyi gənc idmançıların elektron məlumat bankının yaradılmasını əlaqələndirməli və Nazirliyin saytında yerləşdirməlidir. Gənclər və İdman Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə məhdud fiziki imkanlı gənclərin muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyası sahəsində tədbirləri davam etdirməli, bədən tərbiyəsi və idmanın bu kateqoriyadan olan şəxslərin reabilitasiyasına təsiri ilə bağlı təbliğat işini gücləndirməlidir.

Müşavirədə mövcud stadionlardan səmərəli istifadə, eyni zamanda yerlərdə stadionların yenidənqurulması işinin davam etdirilməsi şəhər və rayon icra hakimiyyətləri ilə Gənclər və İdman Nazirliyinə tapşırılıb. Qeyd olunub ki, muxtar respublikada yaradılan idman infrastrukturunun, o cümlədən idman obyekt və qurğularının qorunması və onlardan səmərəli istifadə üçün Gənclər və idman Nazirliyi, Təhsil Nazirliyi, idman federasiyaları, şəhər və rayon icra hakimiyyətləri birgə fəaliyyət göstərməlidirlər. Təhsil Nazirliyi böyüməkdə olan nəslin fiziki inkişafına, onların sağlamlığına qayğı ilə yanaşmalıdır. Ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisinə nəzarət və uşaq-gənclər şahmat və idman məktəblərinin fəaliyyəti gücləndirilməli, idman yarışları və spartakiadalar müvafiq idman federasiyaları ilə birlikdə təşkil edilməlidir.

Ali Məclisin Sədri tapşırıb ki, işində nöqsanlara yol verən idman federasiyaları qarşıdakı dövrdə öz fəaliyyətlərində dönüş yaratmalı, idmanın kütləviliyini təmin etmək üçün təbliğat mexanizmi düzgün qurulmalı, muxtar respublikanın kütləvi informasiya vasitələri bununla bağlı tematik materiallar hazırlamalı, bədən tərbiyəsi və idmanın həyat tərzinə çevrilməsinə çalışmalıdırlar. İdman federasiyaları, Gənclər və İdman Nazirliyi, şəhər və rayon icra hakimiyyətləri 2019-cu ildə hər bir şəhər və rayon ərazisində keçiriləcək idman tədbirlərinin planını təsdiq edib, icrasını təmin etsinlər. Bədən tərbiyəsi və idman gənc nəslin yetişdirilməsi sahəsində qarşıda duran vəzifələrin mühüm tərkib hissəsidir. Ona görə də bütün aid təşkilatlar üzərlərinə düşən vəzifələrin məsuliyyətini dərk edərək bədən tərbiyəsi və idmanın hərtərəfli inkişafına nail olmalıdırlar.

Ali Məclisin Sədri qeyd olunan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri 2018-ci ildə ölkə və beynəlxalq yarışlarda uğurlu nəticələrə görə 7 idmançıya və 4 məşqçi müəllimə mükafat təqdim edib.

Mükafatlandırılanlardan Şəfi Hüseynov, Şəhriyar Məmmədov və Yasin İbrahimov əməklərinə verilən qiymətə görə minnətdarlıq ediblər.
Oxşar xəbərlər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
GÜNLÜK
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 11:31
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
04 May 2024 | 11:36
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
04 May 2024 | 11:25
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
04 May 2024 | 11:47
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
04 May 2024 | 11:42
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
04 May 2024 | 11:35
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
04 May 2024 | 11:38
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
04 May 2024 | 11:39
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 11:31
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
04 May 2024 | 11:36
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
04 May 2024 | 11:25
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
04 May 2024 | 11:47
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
04 May 2024 | 11:42
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
04 May 2024 | 11:35
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
04 May 2024 | 11:38
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
04 May 2024 | 11:39
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”