Sabiq rəisin baldızından növbəti tükürpədici açıqlamalar -"Arif müəllim qorxuya düşüb"
Oxunub: 1749
01 Dec 2018 | 10:42
Sabiq rəisin baldızından növbəti tükürpədici açıqlamalar -
Zeynalovun arvadı səs-küy salandan sonra Arif müəllim qorxuya düşüb, pulları qaytarmağa başladı”...
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış Arif Əsgərovun oğlu Elnar Əsgərov xalası Lətifə Hüseynovadan polisə şikayət edib. Bu və başlarına gələn digər hadisələr haqda Hüseynovlar ailəsi - Lətifə və İsmayıl Hüseynovlar “Yeni Müsavat”a danışıblar.

Vaxtilə böyük maddi imkanları olan İsmayıl Hüseynov hazırda müflis durumdadır. Bakıdakı evləri, mal-mülkləri əllərindən çıxıb. Bir oğlu Emin Hüseynov 9 il həbs cəzasına məhkum edilib. 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Digər oğlu Rahib Hüseynov isə noyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinə getmək üçün evdən çıxıb və bu günə qədər harada olduğu bilinmir.

Rahib Hüseynov Arif Əsgərov Dəmiryol İdarəsinin rəisi olduğu dövrdə orada marketinq və satış idarəsinin müdiri işləyib. İndi isə müxtəlif adamlardan biznes qurmaq adıyla milyonlarla pul alıb aldatmaqda suçlanır. İttihama görə, R.Hüseynov pulunu aldığı zərərçəkmişlərə “Azərbaycan Dəmir Yolları” QSC üçün xaricdən yataq dəstləri gətiriləcəyini, qazancın 20 faizinin onlara veriləcəyini vəd edib.

Məhkəmədə Rahib Hüseynov zərərçəkmişlərdən alınan pulları xalası oğlu Elnara verdiyini deyib. Əlindəki qeydiyyat kitablarını, səs yazılarını təqdim edib

Bununla belə Elnar Əsgərov məhkəmədə şahid, o isə təqsirləndirilən şəxsdir. Artıq dövlət ittihamçısı Rahib Hüseynovun 10 il azadlıqdan məhrum edilməsi ilə bağlı çıxış da edib. 1 həftədir ki, Rahib Hüseynovun harada olduğu bilinmir. Onun anası Lətifə Hüseynova oğlunu bacısı Xatından, onun həyat yoldaşı Arif Əsgərovdan, onların oğlu Elnar Əsgərovdan xəbər almaq istəyib. Binəqədidə yan-yana inşa olunan Əsgərovlara məxsus villaların qapılarına gedib. Onu qəbul etməyiblər, üstəlik, polisə də barəsində şikayət olunub.

Lətifə Hüseynova deyir ki, Arif Əsgərov vəzifədən çıxarıldıqdan sonra problemləri yaranıb. Elnar Əsgərovun pullarını aldığı şəxslər onları narahat etməyə başlayıblar, pulları geri tələb ediblər. Həmin günlərdə Əsgərovlar ailəsinin təkidi ilə onun oğlu Rahib Hüseynov Türkiyəyə göndərilib, orada ailəsi ilə birgə 2 nəfərin nəzarəti altında saxlanıb. Daim Elnar Əsgərov Rahiblə telefonla danışıb.

“İyul ayında (2015-ci il) bacım Xatın oğlum Rahibə dedi ki, a bala, çıx get Türkiyəyə. Söhbət onun bağında oldu. Arif Əsgərov o söhbətdə iştirak eləmədi. Qudam, yeznəm iştirak etdilər, qardaşım, yoldaşım, mən, Rahib, Elnar, ortancıl oğlu Urfan da orada idi. Bacım dedi ki, Rahibin orada obyektləri var, gedib satıb qayıtsın. Biz də qaça-qaça kənddən gəlmişdik. Rahib 3-4 gün Türkiyəyə getmirdi. Ona dedim ki, axı sənə xalan tapşırdı ki, tez get, sən də təsdiq elədin. Rahib dedi ki, bəli, təsdiq elədim. Yoldaşı, 2 uşağı və özü üçün bilet aldım, aeroporta getdik.

Yoldaşı, 2 uşağı keçib getdi, Rahib geri qayıtdı. Soruşdum ki, nə olub? Dedi ki, ana, mən Türkiyəyə yalandan gedirəm, xalam o sözləri mənə əvvəldən öyrətmişdi. Demişdi ki, yanındakılara elə deyərsən. Mənim Türkiyədə nə obyektim, nə bir yerim, nə də satılası bir şeyim yoxdur. Elə-belə gedirəm. Onun bu sözlərindən sonra çox narahat oldum. Aeroportdan birbaşa bağa getdim. O gündən bacımın qapısı üzümə bağlıdır. Orada bacıma dedim ki, ay Xatun, sən belə deyirsən, da mənə belə deyir, bu nə məsuşaq ələdir? Qapı o gündən üzümə bağlanıb. Oğlumu iyulun ortalarından avqustun axırına qədər orada saxladılar. Məqsədləri nə idi, bilmirəm. Təhlükəsizliyini qorumaq idi, nə idi, bilmirəm.


Mən də ora getdim. Rahib orada mənə bir siyahı verdi. Dedi ki, Elnarın əli ilə bu adamlardan pul almışam, bu adamlara biz pul borcluyuq, adı bu, verdiyi pul bu, faizi də bu. Həmin siyahını alıb gətirib verdim Arif(Əsgərova) müəllimə. Arif(Əsgərov) müəllim siyahını götürdü ki, camaatın pulunu ödəsin.

Siyahı bu kitabdakı adamların siyahısıydı. Siyahını Rahib mənə verəndə demişdi ki, Elnarın göstərişi ilə bu pulları almışam. Arif(Əsgərov) müəllimə siyahını çatdırdım. Arif(Əsgərov) müəllim dedi ki, yığışaq, kimin nəyi var, sataq, borcları qaytaraq. Bizim də heyvanımız vardı, yataq vardı, nəyimiz vardı satdıq. Verdik ki, camaat sakitləşsin. Bilmirəm o pullar hara gedib, hara xərclənib. Dedilər ki, Elnarın “Azəriqazbank”a güclü borcları olub".

“Arif müəllim dedi ki, Rahibin arvad-uşağı orada nə işə qalıb, qayıdıb gəlsinlər”

Lətifə Hüseynovanın sözlərinə görə gəlini uşaqları ilə birgə Arif Əsgərovun təklifi əsasında Türkiyədən Azərbaycana qaytarılıb. Həmin vaxt gəlini ona deyib ki, oğlunu tək buraxmasın: 

“Elnar pulları ora ödəyib. Atası bilməsin deyə, banka ödənişləri gizlin edib. Rahib Türkiyədə olanda Elnar onunla telefonla danışırdı. Onda eşitdim. Rahib Türkiyədə olanda mən onu tək buraxmadım, getdim-gəldim. Sonra Arif müəllim dedi ki, Rahibin arvad-uşağı orada nə işə qalıb, qayıdıb gəlsinlər. 5 gün Bakıda qalanda, 15 gün Türkiyədə onun yanında qalırdım. Axırıncı dəfə gedəndə səhər saat 11 olardı ora çatdım. Elnar Rahibə zəng elədi. Rahib kənara çəkilmək istədi. Onun yanında 2 türk də qalırdı. Birinin adı Səməd, o birinin adı Ercan idi. Həmin adamları Rahibin yanına Elnar qoymuşdu. Onları qoymuşdu Rahib qaçarmı, yoxsa onu gedib öldürərlərmi, bilə-bilmədim. Həmin telefon danışığını mən eşitdim. Elnar bilmirdi ki, mən Rahibin yanındayam. Elnar Rahibə deyirdi ki, gəlirsən Gürcüstana, atam əmimin yanındadır. O vaxtlar Arif müəllimin qardaşı Ayaz müəllim Qaxazın icra hakimi idi. Dedi ki, atam əmimin yanındadır, gəl ora, mənim sözlərimin çoxuna atam inanmır. Sən deyəndə, lap təsdiqlənəcək. Sən gəl ”Krasnı most"dan bəri keçən kimi atamla görüş və geri qayıt".

“Arif müəllim o pulları verirdi ki, camaat onun üstünə gəlirdi, oğlunun yığdığı borclar idi”

Xalası Elnar Əsgərovun onun oğlunu aldadaraq həbsə aldırdığını deyir. Bildirir ki, oğlu Rahib Hüseynov həbs ediləndən sonra 4-5 ay ərzində Arif Əsgərov 21 milyon manat pulu onların vasitəsi ilə zərərçəkənlərə ödəyib və oğlunu azad ediblər:

“Rahibə dedim ki, mən də səninlə gedirəm. Elnar razı olmadı, dedi ki, sən tək gəl, anan səninlə gəlməsin. Mən təyyarə ilə Bakıya gəldim. Rahibin əl telefonu, pul kisəsi onu gətirən taksidə qalmışdı. Sonradan bildik ki, Elnar oyun qurub ki, gömrükdən keçəndə Rahibi saxlayacaqlar. Avqustun 28-də mənə polisdən zəng gəldi. Rahib danışdı, dedi ki, məni tutdular, bilmirəm hara aparırlar. Həmin gün bilmədik Rahibi hara aparıblar.

def60255-2fa6-4ae0-bcc3-5dc30c3fe7fd.jpg
Səhəri bildik ki, Elnar sürücüsünə bir ərizə yazdırıb ki, guya oğlum ondan pul alıb qaytarmayıb. Araşdırma apardılar. Arif müəllim pul verdi, biz də aparıb zərərçəkənlərə verdik. 11 ay ərzində Rahib həbsdə qaldı. Hər dəfə Arif müəllim 2 milyon, 3 milyon verirdi, biz də aparıb verirdik. Onlar da protokol verirdilər. Pulu biz aparıb verirdik deyə, protokolları da bizim adımıza yazıb verirdilər. Biz həmin vaxt başa düşmədik ki, həmin protokolları adımıza nahaq yazdırmışıq. Bu gün Elnar deyir ki, xalamla, xalamın yoldaşı pulları aparıb orada ödəniş etdilər. Guya pullar bizim olub. Bunu quraşdırıb danışır. Mən pulu verdikcə, müstəntiq ziyançəkəni çağırıb pulu təhvil verirdi, protokollaşdırıb bizə verirdi. Biz də həmin protokolları aparıb Arif (Əsgərov) müəllimə verirdik. Arif müəllim o pulları verirdi ki, camaat onun üstünə gəlirdi, oğlunun yığdığı borclar idi”.

3_n.jpg
“Biz nə etməli idik? Pulu verdilər, biz də aparıb verdik ziyançəkənlərə”

Lətifə Hüseynova Arif Əsgərovun oğlunun borc aldığı pulları zərərçəkənlərdən birinə əlbəəl qaytarıb: “Adil Zeynalovun anası (mərhum deputat Zakir Zeynalovun həyat yoldaşı-red.) mətbuata çıxandan sonra pullar verilməyə başladı. Onun pullarını əlbəəl verdilər. Zakir müəllimin oğlunun pulları verildi. Qorxuya düşüb pulları verdilər.


4_n.jpg
Rahibi 11 ay orada saxladılar, başına maska keçirib incitmişdilər. Ad çəkməmişdi. Biz də dedik ki, Elnarın, Arif Əsgərovun karyerasını korlamayaq. Biz nə etməli idik? Pulu verdilər, biz də aparıb verdik ziyançəkənlərə. Ziyançəkənlər hamısı Elnar deyirdi orada. Miqafar Seyidov necə araşdırdı? Ziyançəkənləri dindirdi, hərəsi də pulu harada, kimə verdiyini dedi. Filan gün, filan saatda verildi.  Sonra eşitdik ki, işi xitama hazırlayırlar. Eşidirdim ki, Arif bacımı incidir, döyür, söyür. Yoldaşım İsmayıl öz xətti ilə məktub yazdı, Rahibə göndərdi. Rahib də həmin məktubu öz xətti ilə yazıb köçürdü. Həmin məktubu bacıma göndərdik".

Esgerovun
“Elnar İngiltərədə institutdan ona görə qovulmuşdu ki...”

Lətifə Hüseynova deyir ki, indi Elnar həmin məktubu əlinə alıb gah mətbuata, gah hakimə, gah da Daxili İşlər Nazirliyində aparıb verib. Bəlkə də 10 yerə paylayıb. Ay Elnar, o məktubu payladığına, vicdanını qabağına qoy, yaxşı-yaxşı fikirləş, sən institutdan qovulanda ay Elnar, biz nə əziyyətlər çəkdik? Atana bildirmədik onu. Həmin həngaməni gətirib mənim balalarımın başına gətirdin. Elnar İngiltərədə institutdan ona görə qovulmuşdu ki, yerinə bir ərəbi imtahana salmışdı. Ərəbi tutmuşdular. Elnarı da tutmuşdular. Orada onu da, ərəbi də zaminə götürdülər, bura gətirdilər. “Meşok”la pul apardılar verdilər, qurtardılar. Mən ailənin içində idim, hər şeyi gördüm".
“Elnar, Emindən, Rahibdən əl çək!”

Lətifə Hüseynova deyir ki, həmin vaxt Elnar Əsgərovun ərəb tələbənin başına açdığı oyunları sonradan onun övladlarına qarşı da edib: “Həmin oyunları bir də mənim balalarımın üstünə açdın, ay Elnar. Sən İngiltərədən qovulub gəldin. Elnar, Emindən, Rahibdən əl çək! Evimin xalçasını, palazını, əşyasını da ver, evimi də ver. Ancaq Emindən, Rahibdən əl çək, ay Elnar! Qoy köçsün getsin dağa. Bakıda, Qovlarda yaşamasınlar. Daşkəsənə, Gədəbəyə gedib yaşasınlar. Ancaq əl çək onlardan!”(musavat.com)
Oxşar xəbərlər
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO