“Rusiya tərəfindən işğala qədər türk xalqları arasında anlaşma problemi olmamışdır”
Oxunub: 3094
25 Nov 2018 | 14:13
“Rusiya tərəfindən işğala qədər türk xalqları arasında anlaşma problemi olmamışdır”
Ortaq türk dili ideyası xeyli vaxtdır gündəmdədir. Bu ideyanı dəstəkləyənlərdən biri də mərhum akademik Tofiq Hacıyev olub. 

Moderator.az AZƏRTAC - a istinadən bununla bağlı filologiya üzrə elmlər doktoru Sərdar Zeynalın qeydlərini təqdim edir.

Bəzən insan özünü milyonların içərisində tənha, kimsəsiz hiss edir. Bəzən də insan cəmiyyətdən uzaq bir dağ başında, dərə döşündə qəlbinə yatan, onu anlayan, bir sözlə, insanlığa qiymət verən bir kəslə üz–üzə olanda özünü qaynar bir cəmiyyətin içində hiss edir, qəlbini fəxarət hissi bürüyür.

Qarşında duran şəxsin məqsədi, eşqi, amalı Vətən, dil, millət, haqq-ədalət olanda isə ona inam, etibar, güvən daha da çoxalır, bu cür insanları böyüdüb boya–başa çatdırdığı üçün sənə əbədi məkan olan yurdunla, məkanınla fəxr etməyə bilmirsən.

Yurduna, elminə layiqincə xidmət edən, otuzdan çox elmlər namizədi, ona yaxın elmlər doktoru-alim yetişdirən, “Mirzə Kazım bəyi 215 ildən sonra öz ana dilində” danışdırmağa ilk təşəbbüs göstərən, üç il əvvəl dünyadan köçən akademik Tofiq İsmayıl oğlu Hacıyev belələrindən idi, başqa cür desək, belələrinin mogikanı sayıla bilərdi.

Qarşılaşdığı gənclərin ilk gündən elminə, dünyagörüşünə, dilinə, millətinə sevgisinə, bacarığına xüsusi önəm verən bu millət fədaisi öz arzusuna çatmağa can atanlara kömək göstərməyi heç zaman unutmadı, bunu öz amalına, əqidəsinə, əxlaq kodeksinə çevirdi. Onun qayğısı sayəsində öz əlçatmaz arzusuna qovuşanlardan da biri mənəm. Otuzdan çox elmi kitabın, ondan çox tərcümə kitabının, xarici ölkələrdə nəşr olunan 40 əsərin, yüzlərlə məqalənin müəllifi olan akademik Tofiq Hacıyevin elmi yaradıcılığının əsasını türk dilinə, onun problemlərinə həsr olunmuş əsərləri təşkil edir.

Akademikin türkologiya, türk dilləri, ortaq ünsiyyət dili ilə bağlı məqalələrindən birincisi “Azərbaycan gəncləri” qəzetinin 1970–ci il 12 fevral nömrəsində dərc olunan “İstedadlı türkoloq” məqaləsidir. Məqalədən də görünür ki, o hələ gənc yaşlarından türkologiya ilə dərin maraqlanmış, bu sahədə çalışan alimlərin yaradıcılığına xüsusi diqqət yetirirdi. Bunun ardınca akademik türkologiya məsələləri ilə dərindən və mütəmadi məşğul olur, bir–birinin ardınca “Biz Mirzə Kazım bəyi yaxşı tanıyırıqmı?” (“Ədəbiyyat və incəsənət”, 27 noyabr 1987), “Dilimizin tarixi: onu yaxşı bilirikmi?” (“Azərbaycan gəncləri”, 20 aprel 1989), “Bugünkü türk kitabları” (“Ədəbiyyat” qəzeti, 10 may 1991), “Türkoloji qurultay: gündəliyi və problemlərinin taleyi” (“Ədəbiyyat qəzeti”, 18 noyabr 1996), “Birinci Türkoloji Qurultayda ədəbi dil məsələsi (“Ədəbiyyat” qəzeti, 16 dekabr 2015), “Türk dilində sözün morfoloji inkişafı (Türk dillərinin leksik–morfoloji inkişafı)” (ADU nəşri, 1981, səh 15–25) və digər məqalə və kitablarını çap etdirib. Bütün əsərlərində türkdilli xalqlar üçün ortaq türk dili məsələsini qabardan akademik fikirlərinə “Türklər üçün ortaq ünsiyyət dili” əsərində sanki yekun vurub, öz fikirlərini bu kitabda əks etdirib. Bu əsərin əsas mövzusu dünyada yaşayan türklərin bir–birilərini aydın başa düşmələri, eyni zamanda, onları həm də qırılmaz tellərlə bir–birinə bağlayan ortaq ünsiyyət dili olan türk dili məsələsidir.

Kitabın “Ön söz yerinə” adlanan giriş bölməsi ümummilli lider, görkəmli siyasi xadim Heydər Əliyevin bu cümlələri ilə başlayır: “Müasir türk dünyası yeni yüksəliş mərhələsini yaşayır. Bu gün suverenlik əldə etmiş gənc türk cümhuriyyətlərinin bir sırada inamlı addımları türk dünyasının xoşbəxt sabahından xəbər verir”.

Müəllif qeyd edir ki, “Türk ölkələrinin Rusiya tərəfindən işğalına qədər türk xalqları arasında anlaşma problemi olmamışdır”. Lakin türkdilli ölkələrin rus imperiyası tərəfindən işğalından sonra bu qardaş, dili bir, dini bir millətlər arasında süni uçurumlar yaranmağa, onlar arasındakı sıx əlaqələr zəifləməyə başlamışdır.

Akademik bu məsələ ilə bağlı Engelsin Marksa yazdığı məktubunda öz əksini tapan fikirləri nümunə göstərir: “Engels fikrinə belə şərh verir ki, məsələn, Almaniyada, İngiltərədə, Fransada hər millət öz etnik atributları ilə yaşayır, ancaq Rusiyada hamı rus kimi yaşamalıdır. Və bu ruslaşdırma siyasəti əksəriyyəti rus imperiyasında yaşayan türklərin anlaşma rahatlığını pozdu”.

Görkəmli alimin özü türk xalqlarının başına gətirilən müsibətlər, onların anlaşma rahatlığının nə zamandan pozulduğunu çox gözəl bilirdi. Lakin bu həqiqəti öz dili ilə özü ifadə etmək istəmirdi. Çünki bu fikrin öz yurdunu və dilini sevən bir türkoloq tərəfindən söyləndiyi üçün onun yanlış yozulacağından ehtiyat edirdi. Ona görə də öz fikrini və münasibətini Marksın fikirləri ilə ifadə edir, yüz illərlə yaşadığımız bu müstəmləkə acısı və həsrət hissinin haradan və nə vaxtdan başlandığını dolayısı ilə olsa da, gələcək nəsillərə çatdırırdı.

Akademik bu məsələdə XIX əsrin 80–ci illərində Krım–tatar ideoloqu İsmayıl bəy Qaspıralının türk birliyi üçün “İşdə, fikirdə, dildə bir” ideyasını rəhbər tutaraq, türk xalqları arasında digər əlaqələrin başlanğıcının da bu ideyadan qaynaqlandığını ilk dəfə olaraq irəli sürdü. Alim bir olmağın, birləşməyin, böyük bir xalqın (eyni zamanda, bütün türk xalqlarının) taleyinin gələcəkdə yalnız bu birlikdən asılı olduğunu dəlillərlə sübut edir. Müəllif bununla bağlı yazır: “XX əsrin əvvəllərində Azərbaycanda Əli bəy Hüseynzadə (Turan), Türkiyədə Ziya Göyalp bu ideyanı yaşatdılar və inkişaf etdirdilər. Əlbəttə bir olmaq, bir məsləkə qulluq etmək yolunda bir dildə ünsiyyət saxlamağın, həqiqətən, böyük əhəmiyyəti var. Bu birlik ideyası ortaq türk dili ideyasını yaratdı. Bu məsələ müzakirə oluna–oluna, çözülə-çözülə sovetlərə qədər uzandı. 1926–cı il Bakı Türkoloji qurultayında gündəliyə düşdü, 1937–ci il repressiyasından sonra qəti olaraq dayandı. Bir də Sovet İttifaqı dağılandan sonra, müstəqil türk dövlətlərinin yaranması ilə Türkiyədə Uluslararası türk dili qurultaylarında bu mövzu yenidən qaldırıldı”.

Tofiq Hacıyev illərdən bəri öz dilinin, xalqının, yurdunun böyüklüyünü bütün dünyaya bəyan etmək, göstərmək və sübut etmək istəyib. Mahmud Kaşğari, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı və Ziya Göyalp kimi şəxsiyyətlərin arzularının davamçısı, vərəsəsi kimi çıxış edir, bu işi başa çatdırmağı özünün bir vətəndaş, türklük borcu sayırdı. Bu ideyanı həyata keçirməyi özünün şərəfli vəzifəsi hesab edir, müxtəlif türk xalqlarının nümayəndələri ilə türk dili ilə deyil, başqa bir xarici dillə ünsiyyət qurmağı hər bir türk üçün həqarət sayırdı. O, Mahmud Kaşğarinin “Türkün ürəyinə girmək üçün onunla onun dilində danışmaqdan başqa yol yoxdur” fikrini əsas tutaraq yazırdı: “Müxtəlif coğrafiyalardan olan türkün türkcə danışmasında xüsusi bir mənəvi–psixoloji hissiyyat, doğmalıq duyulur”.

Görkəmli türkoloq yaşadığımız dövrdə türk xalqlarının inkişafi, dil birliyi üçün hər cür şəraitin yarandığını söyləyir, bu işin həyata keçirilməsində dövlətimizin başçısı İlham Əliyevin də böyük səylər göstərdiyini vurğulayaraq, onun aşağıdakı fikirlərini sitat gətirir: “Türkün dünyası böyük dünyadır. Biz elə etməliyik ki, türk dünyası daha da sıx birləşsin. Bunu etmək üçün bütün imkanlar vardır”.

Böyük türkoloq ortaq türk dilinin yaranması, türk dünyasının inkişafı və çiçəklənməsinə göstərilən dövlət qayğısının genişlənməsindən qürurlanır və bundan böyük fəxarət hissi duyaraq yazırdı: “Türk dövlət başçılarının sammitlərində hamının anlayacağı bir türk dili işlənsə, gözəl olar, ürəkaçan bir atmosfer olar”.

Akademik ulu öndər Heydər Əliyevin riyazi dəqiqliklə düsturlaşdırdığı “Biz bir millət, iki dövlətik” ifadəsinə böyük qiymət verərək bu cür birliyi təkcə Türkiyə və Azərbaycan arasında deyil, digər altı müstəqil türk dövlətinin – Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan və Türkiyə arasında olmasını arzulayırdı. Müəllif adları qeyd olunan türk dövlətləri arasında birliyin, möhkəmliyin, dostluğun əbədi olmasını türklər üçün ümumi ünsiyyət dilinin yaranmasında görürdü. Ömrünü, fəaliyyətini türk dillərinin tarixi köklərinin inkişafının araşdırılmasına həsr edən türkoloq ortaq türk dili tərəfdarlarının digər türkdilli respublikalarda da olduğunu qeyd edir və məsələ ilə bağlı 2000-ci il aprelin 8-də “Dədə Qorqud” kitabının 1300 illik yubileyinə gələn Qırğızıstanın məsul dövlət adamının “Biz bir millət, altı dövlətik” ifadəsini yüksək dəyərləndirirdi.

Tofiq Hacıyev ortaq ünsiyyət dili olan türk dilinin digər türk dillərinin sıradan çıxması əsasında yaranmasının əleyhinə idi. O, hər bir türk xalqının öz dilini inkişaf etdirməklə yanaşı, ortaq türk dili yaradıb, digər xarici dillərin köməyi olmadan həmin ortaq ünsiyyət dilindən – türk dilindən yararlanmasını arzulayırdı. Mahmud Kaşğaridən başlanan, İsmayıl bəy Qaşpıralı və Əli bəy Hüseynzadə yaradıcılığında çiçəklənən bu ideyanın qarşısında duran məqsədin səhv başa düşülməsini istəməyən bu Vətən sevdalı alim 2001–ci ildə mətbuata müsahibəsində belə deyirdi: “Ümumi türk dili formalaşa bilməz. Kimsə ana dilindən əl çəkib təzə dil yaratmaz. Sadəcə, müasir türk dillərindən birini ümumi ünsiyyət dili kimi qəbul etmək olar. Bu ümumi ünsiyyət dili sənin həmişə işlətdiyin ana dilinin yerinə gəlmir. Sən ailədə, işdə dostlarınla həmişə işlətdiyin ana dilində danışacaqsan. Ümumi ünsiyyət dilini başqa türkcələrin nümayəndələri ilə ünsiyyətdə, beynəlxalq tədbirlərdə işlətməlisən, o, sənin dil açdığın dili, beşik dilini sıxışdırmamalıdır, yoxsa bütün türklər tərəfindən sevilməz, ana dilinə şərik sayılar. Ana dili Tanrı gücündə varlıqdır. Tanrı da ki, bildiyimiz kimi, şərik sevməz”.

Bu cavabda alimin təkcə öz dilinə, ortaq ünsiyyət dili olacaq türk dilindən əlavə digər türk dillərinə – qazax, qırğız, özbək, türkmən dillərinə də olan sevgisi özünü büruzə verir. O bilir ki, öz kökündən üzülən ağac nə qədər nəhəng olsa da, son anda məhvə məhkumdur. O, türklər üçün ortaq ünsiyyət dili olan “Türk dili”nin daha da inkişaf etmiş, şaxələnmiş müxtəlif türk dilləri əsasında qurulması arzusunda olduğunu qabardır.

Azərbaycanın yurdsevər oğulları həmişə öz doğma dilinin qayğısına qalmış, onun gələcək taleyi ilə bağlı narahatlıqlar yaşamışlar. Dilimizə olan yad təsirlərin, təzyiqlərin nəticəsində onun təsir dairəsinin nə vaxtsa daralması qorxusu onları rahat buraxmırdı. Onlar türk xalqlarının get–gedə bir–birindən uzaq düşməsinin son nəticədə uçurumlar yaradacağından qorxaraq, həmişə bu fikri yaradıcılıqlarının əsas mövzusuna çevirmişlər. Bu ayrılmaların son nəticəsindən qorxan böyük Azərbaycan şairi Almas İldırım

“Türk elləri bir–birinə yadlanır,

Qazax, qırğız, özbək, türkmən adlanır”

- deyə haray çəkirdi. O, sanki böyük türkcəmizin bölünə-bölünə öz böyüklüyünü itirəcəyindən ehtiyat edirdi.

Türkiyə türkcəsinin ortaq ünsiyyət dili səviyyəsinə keçməsi uğrunda mübarizə aparan akademik Tofiq Hacıyev isə Almas İldırımın bu narahatlığını onun şairliyindən irəli gələn emosional bir narahatlıq adlandırır və bununla bağlı yazırdı: “Bir ana dili əsasında dil ailəsinin yaranması və onun tərkibindəki dillərin getdikcə ana dildən və eləcə də tədricən törəyən başqa qohum dillərdən fərqlərinin artması ictimai–tarixi təbii hadisədir, elmin qəbul və təsdiq etdiyi faktdır. Dillərin ayrılması və getdikcə uzaqlaşması dilin inkişaf qanunudur. Zərərli, ziyanverici hadisə deyil”.

Beynəlxalq tədbirlərdə əcnəbi dillərin hegemon rola malik olduğunu, bu dillərin işlək olduğunu görən böyük alim özünün bəxtinə yazılmış, şirin türk dilinin bu səviyyədə inkişaf etməməsini, bəlkə də, qüruruna sığışdırmırdı. Ədəbiyyatı, incəsənəti, tarixi, ədəbi nümunələri cəhətdən daha zəngin olan bir xalqın, heç olmasa, türkdilli xalqlar arasında özlərinə yaraşan bir dildə ünsiyyət qurmaq arzusunu ürəyində bir dərd kimi yaşadırdı. Yüz illər boyu vətənpərvər övladlar tərəfindən ürəklərdə yaşayan bu dərd, bəlkə də, nə vaxtsa öz dərmanını tapacaq və yad dillərin yardımına ehtiyac duyulmayacaq. Onda təkcə akademik Tofiq Hacıyevin yox, eyni zamanda, ulu Mahmud Kaşğari, Krım tatarı İsmayıl bəy Qaspıralı, Azərbaycanın yurdsevər övladı Əli bəy Hüseynzadə (Turan) və Türkiyə ziyalısı Ziya Göyalpın ruhları şad olacaq.
Oxşar xəbərlər
19:49, Bu gün
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
19:35, Bu gün
Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT
19:29, Bu gün
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
19:25, Bu gün
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
19:09, Bu gün
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
19:09, Bu gün
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi - VİDEO
19:07, Bu gün
Nəzakət Teymurovanın qızı evlənir?
19:00, Bu gün
Mirzoyan: “Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır”
18:59, Bu gün
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
18:59, Bu gün
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər”  - İDDİA
18:53, Bu gün
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
18:51, Bu gün
Tələbə saqqalı universitetə gələ bilərmi?
18:06, Bu gün
“Dronlar Rusiyanı dağıda bilməz..."
18:04, Bu gün
Azərbaycan ordusuna xidmət etmək istəyən psixoloqların NƏZƏRİNƏ
18:02, Bu gün
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanıldı - VİDEO
17:58, Bu gün
İlham Əliyev qəbul keçirdi - FOTO
17:55, Bu gün
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA
17:50, Bu gün
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO
17:47, Bu gün
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
17:43, Bu gün
Emin Əmrullayev “Maarifçi”lərlə görüşdü - FOTO
17:39, Bu gün
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
17:36, Bu gün
Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
17:33, Bu gün
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
17:30, Bu gün
İlham Əliyev fərman imzaladı
17:27, Bu gün
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar - FOTO/VİDEO
17:24, Bu gün
Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU
17:20, Bu gün
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı
17:16, Bu gün
Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib
17:12, Bu gün
Azərbaycanın dünya mədəniyyətinə töhfəsi: növbəti Mədəniyyətlərarası Dialoq Forumu - ANALİZ + FOTO
17:08, Bu gün
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
17:05, Bu gün
Bakıda COP29-a həsr olunan Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək
17:02, Bu gün
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
16:58, Bu gün
Ceyhun Bayramov Əhməd Attafla görüşdü
16:54, Bu gün
KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır
16:50, Bu gün
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
16:49, Bu gün
Şuşaya DÖNÜŞ başladı
16:44, Bu gün
Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO
16:38, Bu gün
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
16:26, Bu gün
"Süni intellekt" dərsliyi 4 dildə
16:22, Bu gün
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
16:18, Bu gün
Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
16:14, Bu gün
Bakının mərkəz küçəsinin bir hissəsində təmir yekunlaşdı - FOTO/VİDEO
16:09, Bu gün
Fransız səfir geri qayıtdı, münasibətlər normallaşacaq, yoxsa?..
16:06, Bu gün
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
16:02, Bu gün
Fransa daxili işlər nazirinin Azərbaycana qarşı iddiaları əsassızdır - XİN
15:59, Bu gün
Bu ərazilərdə yeni məktəb tikiləcək
15:55, Bu gün
"Azərbaycanın enerji siyasəti bir çox ölkə üçün örnək təşkil edir" - Tamam Cəfərova
15:50, Bu gün
Bakıda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb
15:45, Bu gün
May ayında hava necə olacaq?
15:42, Bu gün
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
15:40, Bu gün
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
15:37, Bu gün
Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb” - VİDEO
15:35, Bu gün
Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ
15:30, Bu gün
Tanınmış xanəndə vəfat etdi - VİDEO
15:25, Bu gün
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
15:22, Bu gün
Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI
15:20, Bu gün
Ceyhun Bayramov livanlı həmkarı ilə görüşdü - FOTO
15:15, Bu gün
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
15:10, Bu gün
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
15:05, Bu gün
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
15:00, Bu gün
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
14:55, Bu gün
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
14:50, Bu gün
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
14:45, Bu gün
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
14:40, Bu gün
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
14:35, Bu gün
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
14:30, Bu gün
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
14:26, Bu gün
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
14:24, Bu gün
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
14:19, Bu gün
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
14:17, Bu gün
ADNSU-da 30 aprel faciəsinin ildönümü münasibətilə ağacəkmə aksiyası keçrildi - FOTOLAR
14:14, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
14:10, Bu gün
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
14:05, Bu gün
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
14:02, Bu gün
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
14:00, Bu gün
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
13:56, Bu gün
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
13:52, Bu gün
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
13:50, Bu gün
Azərbaycana gələn turistlər Bakıdan sonra buraya gedir- STATİSTİKA
13:46, Bu gün
“Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirildi
13:42, Bu gün
Məhkəmə Elnarə Qasımova barədə qərar verib
13:38, Bu gün
Azərbaycanlı model koreyalıya ƏRƏ GETDİ - FOTO/VİDEO
13:33, Bu gün
Hava ilə bağlı xəbərdarlıq: Güclü külək əsəcək
13:32, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlandı - SİYAHI
13:30, Bu gün
“Ermənistanda hadisələrin bu cür inkişafı Azərbaycan üçün iki təhlükə doğurur...”
13:25, Bu gün
Daha bir Vətən müharibəsi qazisi “Azəriqaz” İB-də işlə təmin olundu - VİDEO
13:21, Bu gün
Əhməd İsmayılov Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüşüb
13:17, Bu gün
AMEA-da doktorantura və dissertanturaya ayrılan yerlərin sayı açıqlanıb
13:13, Bu gün
Azərbaycan ABŞ-də keçirilən multikultural festivalda təmsil olunub - FOTO
13:10, Bu gün
“İtkin düşmüş şəxslərlə əlaqədar ekspertiza yalnız ölkə daxilində aparılır” - Baş Prokurorluq
13:06, Bu gün
Dövlət Komissiyası: “Ermənistan itkinlərlə bağlı məlumat vermir”
13:02, Bu gün
Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı - FOTO
13:00, Bu gün
Fransa səfiri Azərbaycana QAYITDI
12:58, Bu gün
“WhatsApp”dan vacib ÇAĞIRIŞ: Bu versiyanı silin! - ƏKS HALDA…
12:54, Bu gün
Avropa Şurasının Baş katibi delimitasiya prosesini ALQIŞLADI
12:50, Bu gün
Mayın ilk gününün havası AÇIQLANDI
12:47, Bu gün
Azad edilmiş ərazilərdə 18 kütləvi məzarlıq aşkarlanıb
12:43, Bu gün
Bu il 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb
12:38, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüş keçirilib - FOTO
12:33, Bu gün
Mayın 1-dən katalizatorsuz avtomobillər cərimə olunacaq? - RƏSMİ AÇIQLAMA + FOTO
GÜNLÜK
29 Apr 2024 | 21:07
Qüdrət Həsənquliyev: "Vəziyyəti dəyişmək isə birbaşa hakim partiyadan asılıdır"
29 Apr 2024 | 20:22
Türkiyədə “TikTok” qadağan oluna bilər
29 Apr 2024 | 20:41
"ABŞ-ın Ukraynaya yardımı və Rusiyanın dondurulmuş aktivləri 2028-ci ilədək yetərli olacaq" - "Reuters"
29 Apr 2024 | 20:04
Vüqar Əhmədov Qazaxda vətəndaşları qəbul edib
29 Apr 2024 | 20:33
Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
29 Apr 2024 | 20:36
“Türk Hava Yolları” “Airbus” və “Boeing”dən 235 təyyarə alacaq
29 Apr 2024 | 20:13
Azərbaycanda körpə ölümlərinin əsas səbəbi nədir?
29 Apr 2024 | 20:18
Hindistanda aeroport bomba xəbərinə görə döyüş hazırlığı vəziyyətinə gətirilib
29 Apr 2024 | 20:39
NATO müdafiə nazirləri Ukraynaya dəstək məsələsini müzakirə edəcək
29 Apr 2024 | 22:40
Göyçay sakini qətlə yetirilib, şübhəli şəxs qismində oğlu saxlanılıb
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
AYLIQ
29 Apr 2024 | 21:07
Qüdrət Həsənquliyev: "Vəziyyəti dəyişmək isə birbaşa hakim partiyadan asılıdır"
29 Apr 2024 | 20:22
Türkiyədə “TikTok” qadağan oluna bilər
29 Apr 2024 | 20:41
"ABŞ-ın Ukraynaya yardımı və Rusiyanın dondurulmuş aktivləri 2028-ci ilədək yetərli olacaq" - "Reuters"
29 Apr 2024 | 20:04
Vüqar Əhmədov Qazaxda vətəndaşları qəbul edib
29 Apr 2024 | 20:33
Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
29 Apr 2024 | 20:36
“Türk Hava Yolları” “Airbus” və “Boeing”dən 235 təyyarə alacaq
29 Apr 2024 | 20:13
Azərbaycanda körpə ölümlərinin əsas səbəbi nədir?
29 Apr 2024 | 20:18
Hindistanda aeroport bomba xəbərinə görə döyüş hazırlığı vəziyyətinə gətirilib
29 Apr 2024 | 20:39
NATO müdafiə nazirləri Ukraynaya dəstək məsələsini müzakirə edəcək
29 Apr 2024 | 22:40
Göyçay sakini qətlə yetirilib, şübhəli şəxs qismində oğlu saxlanılıb