“Amerikada insan hüquqları təkcə qanun deyil, həm də bir mədəniyyətdir”
Müsahibə
Oxunub: 2116
18 Nov 2018 | 21:05

“Amerikada  insan hüquqları təkcə  qanun deyil, həm də bir mədəniyyətdir”

 


"Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birlyinin icraçı direktoru Günel Səfərova Amerikaya 10 günlük səfəri başa vuraraq vətənə dönüb. 

Amerikada rəsmilər və senatorlarla görüşlər keçirən, Senata  seçkilərdə müşahidəçi kimi iştirak edən, Nebraska ştatının fəxri vətəndaşı adını alan G. Səfərova “Yeni Müsavat”a müsahibəsində səfər təəssüratlarını bölüşüb.

- Günel xanım, Amerika səfərindən yeni dönmüsünüz. Orada çox vacib görüşləriniz  və uğurlarınız olub. Əvvəlcə, ondan başlayaq ki, bu səfər necə baş tutdu? ABŞ-a ilk səfəriniz idimi?

Amerika tərəfindən bütün dünyada həyata keçirilən bir “Açıq dünya” proqramı var. Ölkəmizdə də bu proqramı ABŞ səfirliyi həyata keçirir. Səfərimiz bu proqram çərçivəsində idi və ictimai –siyasi həyatda fəal olan qadınların Amerikadakı təcrübəni öyənməsi məqsədilə təşkil olunmuşdu. Biz 6 nəfər idik, 1 nəfər isə səfirliyin nümayəndəsi, yəni səfərin təşkilatçılığı ilə məşğul olan şəxs idi. Mən "Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birlyinin icraçı direktoru olaraq iştirak edirdim. İki gün Vaşinqtonda olduq, rəsmi görüşlər keçirdik. Görüşlərimiz əsasən fondlarla, bir neçə dövlət rəsmisi ilə və “Açıq dünya” proqramının rəhbərliyi ilə oldu. Daha sonra 8 gün Nebraska ştatında olduq. Orada isə senatorlarla görüşlər keçirdik. Bizim səfərimiz ABŞ-da Senata seçkilərin keçirildiyi bir ərəfəyə düşmüşdü. Orada seçki sistemi tamamilə fərqlidir, federal və yerli senatorlar var. Müsbət bir haldır ki, federal senatorlardan 100 nəfəri qadın  oldu. Onların arasında miqrantlar da, müsəlmanlar da təmsil olundu. Halbuki biz bu qədər qadının senata seçiləcəyini gözləmirdik. Çünki Trampın verdiyi mesajlar bunun əksini proqnoz etməyə əsas verirdi.

- Seçki prosesini yaxından izləmək imkanınız oldumu?

Biz bu seçkidə müşahidəçi qismində iştirak etdik. ABŞ-da istənilən şəxs gəlib müraciət edərək müşahidəçi kimi seçki məntəqələrində iştirak edə bilər. Nebraskada bizim Dairə Seçki Komissiyaları adlandırdığımız, onlar da isə Mərkəzi Seçki Komissiyaları adlanan qurumda da olduq və müşahidə etdik ki, seçki necə şəffaf gedir.

- Bütün dünyada təbliğ olunan ABŞ demokratiyasını bu seçkilərdə müşahidə edə bildinizmi?

Ümumiyyətlə, Amerika nəinki başqa bir materik, sanki başqa bir dünyadır. Bu ölkədə demokratiyaya və insan hüquqlarına riayət olunan çox gözəl bir sistem var. Fərq ondadır ki, ölkəmizdə insan hüquqları qanun-qaydadırsa, Amerikada bu bir mədəniyyətdir. Bu illərlə formalaşmış bir sistemdir ki, insanlar qanunları pozmamağı hüquqi  bir vəzifə, borc kimi yox, bir mədəniyyət kimi qəbul ediblər. Ümumilikdə isə, seçki prosesi tamamilə fərqli olduğundan müqayisə bir qədər doğru olmazdı. Amerikada hətta internet üzərindən onlayn səsvermə imkanı var. ABŞ vətəndaşları seçki hüquqlarından istifadə etməyə meyllidirlər, onlar bunu özünüifadə azadlığının bir hissəsi kimi qəbul edirlər.

Mənim üçün ən vacib olan görüşlərdən biri də senatorlarla görüş idi ki, ABŞ xarici siyasətində Azərbaycanın mühüm bir geosiyasi məkanda yerləşdiyini nəzərə alsın. Çünki burada Rusiya və İran faktoru var. ABŞ sanki xarici siyasətində Qafqazdan çəkilmiş kimi görünür. Mən ictimai-siyasi proseslərdə iştirak edən bir insan kimi bunu istəmirəm. Çünki Amerika təşkilatları, beynəlxalq institutları demokratiya, insan haqları və sairlə bağlı təcrübələrini Azərbaycanla bölüşməyə çalışır. Mən fəaliyyətim boyunca Amerika təşkilatında işləmişəm, yalnız bir müddət Avropa təşkilatı ilə çalışmışam. Onların bu sahəyə verdiyi önəmin şahidi olmuşam. Bu təşkilatlar Azərbaycanda qanunvericiliyin daha da təkmilləşməsinə çox dəstək veriblər. Bizim marağımız o idi ki, Amerika Azərbaycanı bölgədə öz tərəfdaşı kimi görsün. Rəsmilərə çatdırmaq istədiyimiz də məhz bu idi.
- Rəsmilərlə, fondlarla keçirdiyiniz görüşlərdə nələr müzakirə olundu?

- ABŞ rəsmilərinin Azərbaycan haqqında təəssüratları, düşüncələri necə idi?

Rəsmilər sözsüz ki, Azərbaycanı tanıyırlar. Bu problem əsasən əhali arasındadır. Bizim görüşdüyümüz fondlar da vaxtilə Azərbaycanda fəaliyyət göstəriblər. Lakin 2014-cü ildə qanunvericilikdə dəyişiklik edildikdən sonra beynəlxalq təşkilatların və fondların fəaliyyətinə müəyyən məhdudiyyətlər gətirildi. Bundan sonra, həmin fondlar ölkəni tərk etdilər və bəziləri Gürcüstanda yerləşdi. Bu mənada rəsmilər üçün Azərbaycan yad ölkə deyil. Lakin Trampın siyasətinə uyğun olaraq ABŞ-da hazırda diqqət daha çox ölkənin daxili siyasətinə yönəldilib. Ancaq Amerikada sistem elə qurulub ki, ölkə bir nəfərin qərarları ilə idarə edilmir. Burada senatorların da mövqeyi önəmli rol oynayır. Biz də bu baxımdan daha çox senatorla görüşməyə çalışırdıq ki,  Azərbaycan onlar üçün münasibət quracaqları prioritet ölkələrdən olsun. Azərbaycanın bu regionda qarşısında gördüyü ölkə əsasən Rusiya və İrandır, çünki coğrafi baxımdan bu iki ölkə ilə yaxındır. Hər iki dövlətin ölkəmizə təsirləri də var.

- ABŞ fondlarının hazırki şəraitdə Azərbaycanın vətəndaş cəmiyyəti ilə əməkdaşlıq imkanları da müzakirə olundumu?  

ABŞ senatorları ilə bu mövzuda da müzakirələr apardıq və ortaq yollar axtardıq ki, beynəlxalq fondlar, təşkilatlar bir bölgə olaraq Azərbaycanı tərk etməsinlər. Fondlarla müzakirəmizin əsas mövzusu isə o idi ki, yeni qanunvericilik çərçivəsində hansı fəaliyyəti həyata keçirmək mümkündürsə onu edək. Söhbət təkcə hansısa qrantların alınmasından və ölkəyə gətirilməsindən getmir, yanlış anlaşılmasın. Bu beynəlxalq maliyyədir,  xarici fondların əvəzsiz verdiyi qrantdır. Burada edilən hər şey Azərbaycan üçündür. 

Beynəlxalq iqtisadi layihələrdə də hər bir dövlət üzərinə öhdəlik götürərkən, insan hüquqları, vətəndaş cəmiyyətinin vəziyyətinin düzəlməsini də öhdəsinə götürür. Bu mənada qanunvericiliklə bağlı hansı dəyişiklik edə bilərik, nə edə bilərik, hansı yollar deyə müzakirə apardıq. Azərbaycanda bu qanun qəbul olunduqdan sonra bütün fondlar Qafqazın digər ölkələrinə , Ermənistana və Gürcüstana getdi. Bu da vətəndaş cəmiyyəti üçün böyük bir maliyyə itkisidir. Bu qanunun məqsədi mənbəyi bəlli olmayan maliyyə axınının qarşısını almaq idi. Lakin etiraf etməliyik ki, həmin insanlar yenə də maliyyələşirlər və buna nəzarət mexanizmi də yoxdur. Bu məsələlər müzakirə olundu.

- Optimal bir yol tapıldımı? Müzakirələrin nəticəsi necə oldu?

Optimal yol odur ki, burada hər iki tərəf müəyyən qədər güzəştə getməlidir. Beynəlxalq təşkilatların da öz qaydaları və əsasnamələri olur. Orada haraya qədər icazə verilirsə, biz o çərçivədə fəaliyyət göstərə bilərik. Elə fondlar var ki, onlar yenə də Azərbaycanda fəaliyyət göstərirlər, lakin qrant müqaviləsi ilə deyil,  xidməti müqavilə ilə. Çünki qrant müqaviləsi ilə işləmək mümkün deyil. Lakin bu yol vətəndaş cəmiyyətinin inkişafın aparmır. Xidməti müqavilə ilə həyata keçirdiyimiz layihələr bizim təşkilatın tarixçəsinə yazılmır və böyük layihələri icra etmə potensialımızı sonra sübut edə bimirik. Gələcəkdə biz Avropa Birliyi kimi böyük  təşkilatlara müraciət etdikdə iri maliyyə vəsaitlərini idarə etməkdə təcrübəsiz olduğumuz əsas gətirilə bilər. Halbuki biz bu layihələri həyata keçirmişik.

Mənim üçün Azərbaycan vətəndaşı olmaq olduqca qürurvericidir. Dəfələrlə imkanım olsa da, heç zaman ölkəmdən getmək, xaricdə yaşamaq haqda düşünməmişəm. “Fəxri vətəndaş” adının verilməsi Nebraskanın meri tərəfindən bizə edilən çox gözəl bir jest idi. Bu ad bizə vətəndaşlıq hüququ vermir, ancaq müəyyən üstünlüklər tanıyır. Yəni, nə zamansa vətəndaşlıq almaq istəsən, bu sənə müəyyən üstünlüklər verir.  Ancaq mənim belə bir fikrim yoxdur. Bu sadəcə orada Azərbaycana münasibətin necə gözəl olduğunu göstərdi. Biz orada Azərbaycan gecəsi də keçirdik və ölkəmizi çox gözəl təmsil etdik.
- Günel xanım, siz bu səfərdə Nebraska ştatının fəxri vətəndaşı adına layiq görülmüsünüz. Bu münasibətlə sizi təbrik edirik. Bu ad sizə Amerikada hansı hüquqlar tanıyır?

- Bu müzakirələrdə, tanıtım prosesində Dağlıq Qarabağ mövzusu da gündəmə gəldimi?

Bəli, tanıtımda Qarabağdan da bəhs etdik və bildirdik ki,  Azərbaycanın bu qədər ərazisi işğal olunub. Tarixi də yada saldıq ki, o zaman ölkəmiz yeni müstəqillik əldə etmişdi. Həmçinin Rusiyanın dəstəyi olmasaydı, Ermənistan bunu edə bilməzdi. Biz bu münaqişəyə təkcə ərazi baxımından yox, həm də insan hüquqları baxımından yanaşdıq. Yəni, orada yaşayan soydaşlarımızın mülkiyyət hüququ, yaşamaq hüququ pozulub. Xocalı adlı şəhərin əhalisi isə tamamən soyqırıma məruz qalıb. Ancaq çox təəssüf ki, bu cür hadisələr dünyada adiləşib. Suriyada, İraqda, Əfqanıstanda baş verənlər belə beynəlxalq reaksiya doğurmur, insanlar buna adi hal kimi baxır. Biz bu hadisələri daha çox beynəlxalq hüquq aspektindən izah etdik.

- Amerika ilə bağlı təəssüratlarınız necə oldu?

Mən Avropanın demək olar ki, əksər ölkələrində olmuşam. Ancaq mənim üçün  Bakının ən adi, küləkli, tozlu küçəsi belə xaricdəki ən gözəl şəhərdən daha doğma və əzizdir. Sadəcə istərdim ki, Amerikadakı kimi insan hüquqlarına hörmət bizdə də bir mədəniyyət olaraq formalaşsın, bunu nədənsə qorxduğumuz üçün etməyək. Biz millətimizin də o cür sosial rifahda yaşamasını arzu edirəm. ABŞ-da var olan hər şey insana xidmət prinsipi ilə qurulub. Uşaqlar üçün, küçədə yaşayanlar üçün, imkansızlar üçün hər cür dövlət proqramları həyata keçirilir, bütün ehtiyacları ödənilir. İcma fondları qurulur, insanlar oraya maliyyə ayırır , daha sonra həmin vəsaitlə icmanın problemləri həll olunur. Orada yaşlı insanlar könüllülük işi ilə məşğuldurlar. Elə bir mexanizm qurulub ki, gələn gəlir də ünvanlı gedir. Sistem düzgün qurulmalıdır, vətəndaşlıq hissi güclü olmalıdır. Mən bu sistemin Azərbaycanda qurulmasını çox arzu edirəm.

- Günel xanım, bir qadın marağı ilə ticarət mərkəzlərinə, dükan-bazara baş çəkməmiş olmazsınız. Qiymətlər necədir?

Bunun üçün çox az  zamanım oldu. Ancaq belə qənaətə gəldim ki, çox ucuzluqdur. Amerika vətəndaşlarının maaş və pensiyalarının, minimum əmək haqqının qat-qat yüksək olduğunu da nəzərə alsaq, qiymətlər elə də yüksək deyil. Brend mağazalarla  yanaşı, hər təbəqədən olan insanın ən vacib ehtiyaclarını ödəməsi üçün çox ucuz mağazalar da var. Hətta hər şeyin, geyimlərin belə 1 dollara satıldığı çox böyük mağazalar var. Bu məhsullar çox keyfiyyətli olmasa da, insanların vacib ehtiyacları qarşılanır. Bundan başqa,  çox ciddi endirim kampaniyaları həyata keçirilir. Bayramlarda, kampaniyalar zamanı 400 dollarlıq bir əşyanı 40 dollara almaq mümkündür.

Oxşar xəbərlər
14:14, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
14:10, Bu gün
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
14:05, Bu gün
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
14:02, Bu gün
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
14:00, Bu gün
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
13:56, Bu gün
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
13:52, Bu gün
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
13:50, Bu gün
Azərbaycana gələn turistlər Bakıdan sonra buraya gedir- STATİSTİKA
13:46, Bu gün
“Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirildi
13:42, Bu gün
Məhkəmə Elnarə Qasımova barədə qərar verib
13:38, Bu gün
Azərbaycanlı model koreyalıya ƏRƏ GETDİ - FOTO/VİDEO
13:33, Bu gün
Hava ilə bağlı xəbərdarlıq: Güclü külək əsəcək
13:32, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlandı - SİYAHI
13:30, Bu gün
“Ermənistanda hadisələrin bu cür inkişafı Azərbaycan üçün iki təhlükə doğurur...”
13:25, Bu gün
Daha bir Vətən müharibəsi qazisi “Azəriqaz” İB-də işlə təmin olundu - VİDEO
13:21, Bu gün
Əhməd İsmayılov Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüşüb
13:17, Bu gün
AMEA-da doktorantura və dissertanturaya ayrılan yerlərin sayı açıqlanıb
13:13, Bu gün
Azərbaycan ABŞ-də keçirilən multikultural festivalda təmsil olunub - FOTO
13:10, Bu gün
“İtkin düşmüş şəxslərlə əlaqədar ekspertiza yalnız ölkə daxilində aparılır” - Baş Prokurorluq
13:06, Bu gün
Dövlət Komissiyası: “Ermənistan itkinlərlə bağlı məlumat vermir”
13:02, Bu gün
Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı - FOTO
13:00, Bu gün
Fransa səfiri Azərbaycana QAYITDI
12:58, Bu gün
“WhatsApp”dan vacib ÇAĞIRIŞ: Bu versiyanı silin! - ƏKS HALDA…
12:54, Bu gün
Avropa Şurasının Baş katibi delimitasiya prosesini ALQIŞLADI
12:50, Bu gün
Mayın ilk gününün havası AÇIQLANDI
12:47, Bu gün
Azad edilmiş ərazilərdə 18 kütləvi məzarlıq aşkarlanıb
12:43, Bu gün
Bu il 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb
12:38, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüş keçirilib - FOTO
12:33, Bu gün
Mayın 1-dən katalizatorsuz avtomobillər cərimə olunacaq? - RƏSMİ AÇIQLAMA + FOTO
12:29, Bu gün
Şimal bölgəsində hərbi çağırışçıların müayinəsi regional tibb müəssisəsində aparılacaq - FOTO
12:25, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşən 73 nəfərin taleyinə aydınlıq gətirilib - FOTO/VİDEO
12:23, Bu gün
Bakıda 2 milyon ədədə yaxın aksiz markasız tütün məmulatı aşkar edildi - FOTO
12:19, Bu gün
"Prezident Kubokunda 12 medal qazanmaq sevindirici haldır" - Məmməd Abdullayev
12:15, Bu gün
Havanı çirkləndirən müəssisələr cəzalandırıldı
12:10, Bu gün
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq - SİYAHI
12:05, Bu gün
Bakıda 206 minlik dələduzluq edən şirkət direktoru ilə bağlı QƏRAR
12:01, Bu gün
Afət Əkbərovaya vəzifə verildi
11:57, Bu gün
Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı - ANBAAN VİDEO
11:54, Bu gün
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
11:52, Bu gün
Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görüldü - FOTO
11:51, Bu gün
Nizami Gəncəvi məqbərəsi: ot, zibil basıb? - Foto
11:48, Bu gün
Ordubadın Nüsnüs hamamı turist yox, mütəxəssis yolunu gözləyir - REPORTAJ + FOTO
11:44, Bu gün
Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın öldü
11:40, Bu gün
Parisdə “IEA-COP29” formatında yüksək səviyyəli ilk dialoq keçiriləcək
11:35, Bu gün
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranma günüdür
11:31, Bu gün
"Nisə Qasımovaya halallıq vermirəm" - VİDEO
11:25, Bu gün
İTV “söyüşlü serial”la bağlı qərar verdi: Bundan sonra...
11:22, Bu gün
Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının növbəti iclası keçirilib - FOTO
11:20, Bu gün
Qazaxla sərhəd kəndin sakinləri şoka düşüblər: Paşinyanla görüşdə onlara nə deyiblər?
11:15, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunmuş Karyera Festivalı başlayır
11:10, Bu gün
Əfqanıstanda məscidə hücum - Ölənlər var
11:05, Bu gün
20-dən çox insanın ölümünə səbəb olan “fironun lənəti”nin sirri AÇILDI - FOTO
11:00, Bu gün
Vəfa İsgəndərovaya yüksək vəzifə verildi
10:56, Bu gün
Azərbaycan kürüsü BU QİYMƏTƏ satılır  - VİDEO
10:52, Bu gün
Rubl və avro ucuzlaşaraq GÖRÜN NEÇƏYƏ OLDU
10:49, Bu gün
Natiq Həsənov YÜKSƏK VƏZİFƏYƏ TƏYİN OLUNDU - Nazir ƏMR İMZALADI
10:42, Bu gün
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul edib
10:36, Bu gün
DİN məlumat yaydı
10:30, Bu gün
Çaykənd əməliyyatından 33 il ötür
10:21, Bu gün
Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı
10:15, Bu gün
Kreml Azərbaycan siyasətini niyə qəfildən dəyişdi? – Putinin Əliyevlə bağlı ilginc rəftarı 
10:04, Bu gün
Mayda bizi hansı sınaqlar gözləyir? Bütün bürclər üçün ulduz falı
09:59, Bu gün
Bu istintaqda Paşinyanın xanımı da dindiriləcək...
09:48, Bu gün
Bu həftə 6 gün işləyəcəyik?
09:44, Bu gün
Neftin bu günə olan qiyməti
09:39, Bu gün
Gənc qadın konservləşdirilmiş sup yedi və iflic oldu...
09:35, Bu gün
Bu ərazilərdə qaz olmayacaq
09:30, Bu gün
İşıqpuluna görə qardaşını öldürdü, BƏRAƏT ALDI - ŞOK TƏFƏRRÜATLAR
09:21, Bu gün
Keçmiş daxili işlər naziri saxlanıldı
09:13, Bu gün
Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR
09:04, Bu gün
Nizami Kino Mərkəzi və "Azərbaycanfilm" AKİ-yə verilir?
09:02, Bu gün
DÜNYABu ölkədə homoseksuallar həbs ediləcəklər
08:19, Bu gün
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
08:07, Bu gün
Laçına növbəti köç karvanı yola düşdü - FOTO
08:01, Bu gün
“Polis tərəfindən insan hüquqlarının pozulması halları 20 faiz artıb...”- “Johovurd”
07:22, Bu gün
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
07:17, Bu gün
Xarabalığı xatırladan sağlamlıq mərkəzi:  10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
06:55, Bu gün
Qeyri-qanuni nikahlar niyə artır? - VİDEO
06:36, Bu gün
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
06:35, Bu gün
Telefonsuz qalmaq qorxusu...
06:14, Bu gün
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
05:00, Bu gün
“Selfie” çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı
00:33, Bu gün
Peruda avtobus uçuruma düşüb, 20-dən çox adam ölüb
00:10, Bu gün
ADNA terrorundan 15 il ötür
29 Apr 2024 | 23:51
Evlilik sevgini öldürür? - Arxa pəncərədən görünənlər
29 Apr 2024 | 23:46
Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib
29 Apr 2024 | 23:42
"Bizim vətəndaşlarımız  Rusiyada döyülür": Tacikistan XİN Rusiya səfirinə etiraz notası təqdim edib
29 Apr 2024 | 23:30
İmişlidə yol qəzası olub, 4 nəfər yaralanıb
29 Apr 2024 | 23:28
Elmar Baxşıyev: “Rəşad Sadıqovla heç bir prinsip yoxdur”
29 Apr 2024 | 22:40
Göyçay sakini qətlə yetirilib, şübhəli şəxs qismində oğlu saxlanılıb
29 Apr 2024 | 22:08
Oğlundan xəbər ala bilməyən atanın boş məzar təsəllisi - FOTO
29 Apr 2024 | 22:02
İrana uçuşlar həyata keçirən yeganə Qərb aviaşirkəti reyslərin ləğvi müddətini uzadıb
29 Apr 2024 | 21:07
Qüdrət Həsənquliyev: "Vəziyyəti dəyişmək isə birbaşa hakim partiyadan asılıdır"
29 Apr 2024 | 21:04
Türkiyədə “Threads” sosial şəbəkəsinə giriş bağlandı
29 Apr 2024 | 21:03
Səudiyyə Ərəbistanı ABŞ ilə müdafiə paktı bağlamağa yaxındır
29 Apr 2024 | 20:41
"ABŞ-ın Ukraynaya yardımı və Rusiyanın dondurulmuş aktivləri 2028-ci ilədək yetərli olacaq" - "Reuters"
29 Apr 2024 | 20:39
NATO müdafiə nazirləri Ukraynaya dəstək məsələsini müzakirə edəcək
29 Apr 2024 | 20:36
“Türk Hava Yolları” “Airbus” və “Boeing”dən 235 təyyarə alacaq
29 Apr 2024 | 20:33
Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
29 Apr 2024 | 20:22
Türkiyədə “TikTok” qadağan oluna bilər
GÜNLÜK
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
29 Apr 2024 | 14:38
Günel Zeynalova: "Qorxaq kişi sevməyin" - FOTO
29 Apr 2024 | 14:47
“Volkswagen” brendinin Yenilənmiş Touareg avtomobili təqdim olundu - FOTOLAR
29 Apr 2024 | 18:10
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
29 Apr 2024 | 15:12
"Cəbhədə vəziyyət ağırdır, lakin hələlik nəzarət altındadır" - Sırski
29 Apr 2024 | 19:21
Xarabalığı xatırladan sağlamlıq mərkəzi: 10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
29 Apr 2024 | 14:43
Blinkendən Əliyevə edilən zəngin “səsi” - TƏHLİL
29 Apr 2024 | 15:38
Lənkəranda kollecdə 17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi həbs edildi
29 Apr 2024 | 19:45
Kəlbəcərdə usta dördüncü mərtəbədən yıxılıb
29 Apr 2024 | 17:12
Narkomanların yuvası nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunanlar var - YENİLƏNİB + FOTOREPORTAJ
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
AYLIQ
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
29 Apr 2024 | 14:38
Günel Zeynalova: "Qorxaq kişi sevməyin" - FOTO
29 Apr 2024 | 14:47
“Volkswagen” brendinin Yenilənmiş Touareg avtomobili təqdim olundu - FOTOLAR
29 Apr 2024 | 18:10
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
29 Apr 2024 | 15:12
"Cəbhədə vəziyyət ağırdır, lakin hələlik nəzarət altındadır" - Sırski
29 Apr 2024 | 19:21
Xarabalığı xatırladan sağlamlıq mərkəzi: 10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
29 Apr 2024 | 14:43
Blinkendən Əliyevə edilən zəngin “səsi” - TƏHLİL
29 Apr 2024 | 15:38
Lənkəranda kollecdə 17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi həbs edildi
29 Apr 2024 | 19:45
Kəlbəcərdə usta dördüncü mərtəbədən yıxılıb
29 Apr 2024 | 17:12
Narkomanların yuvası nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunanlar var - YENİLƏNİB + FOTOREPORTAJ