Eks-deputat: “Vaxtilə heç zaman ağlıma gəlməzdi ki, Heydər Əliyev hakimiyyətə gələcək"
Oxunub: 2123
31 Oct 2018 | 12:29
Eks-deputat: 
 “Vaxtilə heç zaman ağlıma gəlməzdi ki, Heydər Əliyev hakimiyyətə gələcək


1995-2000-ci illərdə Milli Məclisin deputatı olmuş,  hazırda Londonda yaşayan Rza İbadov bu yaxınlarda növbəti dəfə Bakıya gəlmişdi. Azərbaycana səfərini başa vuran eks-deputat yenidən İngiltərə paytaxtına qayıdıb.


O, 2005-ci ildən sonra Azərbaycanı tərk edib və İngiltərəyə köçüb. Rza İbadov  Londonda daşınmaz əmlak biznesi ilə məşğul olan özəl bir şirkət qurub.

Eks-deputat haqda 2006-cı ilin mayın 17-dən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə elan edilən axtarışa 27 oktyabr 2015-ci il tarixdə xitam verilib. Ondan sonra sabiq deputat bir neçə dəfə vətəni ziyarət edib.

Moderator.az xəbər verir ki, modern.az  Rza İbadovdan müsahibə alıb. 


Onunla söhbəti təqdim edirik:


- Rza müəllim, bu günlərdə Azərbaycana səfər etmişdiniz. Deyəsən səssiz gəlib, səssiz də getdiniz.

- İki həftədən artıq Azərbaycanda qaldım. Səssiz gəlib-getməyimin səbəbi o idi ki, gəlişimin ictimailəşməsini istəmədim. Hazırda Londondayam.

- Londondakı işləriniz necədir? Siyasi proseslərə də baş vurusunuz, yoxsa kənara çəkilmisiniz.

- Hər şey yaxşıdır (gülür). 

- Övladlarınız hazırda Londonda nə işlə məşğuldurlar?

- Bir qızım London Universitetini bitirib və Finans mərkəzində çalışır. İkinci qızım isə hazırda Londonda tələbədir. Hər iki qızım Azərbaycanı çox sevir və ürəkləri vətən ilə döyünür. 

- Bakıda olduğunuz müddətdə köhnə dostlarınızla əlaqə saxladınızmı?

- Düzü, ancaq ailə üzvlərimlə, qohumlarla bir arada oldum. Daha əvvəl, 2015-ci ildə də Azərbaycanda olmuşam. 

- Ölkəmizdəki dəyişiklikləri müşahidə edə bildinizmi?

- Əlbəttə. Azərbaycanda çox böyük dəyişikliklər var. Prezident İlham Əliyev çox böyük işlər görür. Görülən işlərə baxıb sevinirəm. Bilirsiniz, 1990-cı ildən mərhum prezidentimiz Heydər Əliyevin yanında olmuşam. Ardınca İlham Əliyevin hər zaman daxili və xarici siyasətini dəstəkləmişəm. O zamanlar yalnız haqqın və ədalətin bərpası üçün çalışırdım. Şükürlər olsun ki, haqq-ədalət bərpa olundu və Heydər Əliyev Azərbaycana qayıtdı. Ölkəmizi bəladan, ağır günlərdən qorudu. Azərbaycanı dünya xəritəsindən silinməkdən azad etdi. Açığını sizə deyim: əgər dünyanın siyasi mərkəzi Vaşinqtondursa, kültür mərkəzi Parisdirsə, maliyyə mərkəzi Londondur. 10 -15 il bundan qabaq Londonda Azərbaycan adı çəkiləndə kimsə tanımırdı. İndi  “Azərbaycandanam” deyən kimi hamı “Formula-1”, “Eurovision” mahnı yarışmasının Azərbaycanda keçirilməsindən danışır. Bundan başqa, ölkədəki inkişafdan da söhbət edirlər. 
Bu gün əgər AvroLiqada yarışan bir  ingilis komandası finala çıxsa, çox adam final oyununun keçirələcəyi Bakıya gəlmək istədiyini deyir. Hətta biletlərin alınmasında onlara kömək etməyimi də istəyənlər var. Bu cür hallar ölkəmizin dünya çapındakı mövqeyini ortaya qoyur. Bakını Avropa stilində olan bir şəhər kimi təqdim edirlər.

- Azərbaycanı sevən biri kimi növbəti illərdə Rza İbadovu yenidən Milli Məclisdə, yaxud da hansısa sahədə vəzifə başında görə bilərikmi?

- Belə bir atalar sözü var: “Həyat sürprizlərlə doludur”. Dünyanın işlərini bilmək olmaz. Yəni bi alın yazısı da var. Bir neçə gün bundan qabaq burada (Londonda-red.) bir hadisə baş verdi. Belə ki, İngiltərə çempionatında çıxış edən “Lester Siti” adlı futbol komandası var. Onun sahibi taylandlı biri idi. Məşhur “Forbes” jurnalının açıqlamasına görə, onun 5 milyard pulu vardı. “Lester Siti”nin matç bitəndən sonra helikopterlə göyə qalxan zaman yanğın baş verdi. Özü və 2 nəfər də yandı. Baxmayaraq ki, 5 milyard pulu vardı, futbol klubunun sahibi idi, amma həyat ona pis sürpriz etdi.  
Məsələn, vaxtilə heç zaman ağlıma gəlməzdi ki, Heydər Əliyev hakimiyyətə gələcək. Çünki o zaman ölkədə elə bir vəziyyət  yaranmışdı ki,  gedişatın  necə olacağını bilmirdik. Amma Heydər Əliyev gəldi və ölkə işıqlı günə çıxdı. 
Lomonosov adına Moskva Dövlət Universitetində oxuduğum zamanlarda kimsə Heydər Əliyev haqqında nəsə deyəndə dərhal ulu öndəri dəstəkləyirdim. “Haqsız danışmayın” deyirdim.  
Heydər Əliyevin general formasında olan bir şəkli vardı. O şəkli özümlə Naxçıvandan Moskvaya aparıb otağımdan asmışdım. Söhbət 1989-1990-cı illərdən gedir. Heydər Əliyevin bir sözü heç vaxt yadımdan çıxmaz:  “Bu dünyanın quyruğu uzundur”. Mən də elə düşünürəm. Nəyin necə olacağını biz bilmərik. Alın yazısı deyilən bir şey var.


Londonda heç bir siyasi fəaliyyətlə məşğul deyiləm və məşğul olmaq fikrim də yoxdur. Çünki  kimsə siyasətlə məşğul olmaq istəyirsə, gərək Azərbaycana gəlsin. Bir fikrim var: Azərbaycanımın hər zaman ancaq uğurlara imza atmasını arzulayıram. Biz də kənardan baxıb sevinək. Şükürlər olsun ki, cənab prezidentin rəhbərliyi altında bunlar həyata keçirilir. Ümid edirəm ki bundan sonra da yaxşı olacaq. İstər xarici istər regional siyasətində aparılan işləri izləyirəm. Hər bir addımının zərgər dəqiqliyi ilə edildiyini görürəm. Kənardan bunları daha yaxşı görmək olur. 


- Son günlər Avropa mediası Azərbaycanla bağlı bir xəbərə önəm verir: Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Londonun məhşur dükanı “Harrods”da 21 milyon dollar xərcləyib. Onun istifadə etdiyi çantaların, ayaqqabıların bahalı qiymətindən də yazırlar. Londonda bu qadın barədə nələr eşitmisiniz?

- Bəlkə də inanmazsınız. Nə qədər insan buna görə mənə zəng edir. Dünən də bahalı iti ilə evdən çıxarkən şəkli çəkilib və mediada yayımlanıb. Sizinlə danışmamışdan qabaq bir ingilis  dostum mənə zəng etdi ki, sizin həmyerliniz ən bahalı alış-veriş mərkəzi olan “Harrods” univermağında 16 milyon funt sterlinq xərcləyib.  Burada vəkillər məsələni uzatdılar. Guya ki, pulları halal yolla qazandığı  araşdırılacaq. Hamımız bilirik ki, bu pullar halal yolla qazanılmayıb. Zamirə Hacıyevanın  bədxərcliyinin əziyyətini bütün Azərbaycan xalqı çəkir. Təqaüdçülər,  müəllimlər çəkir. Azərbaycan iqtisadiyyatına ən böyük zərbəni  Beynəlxalq Bankın rəhbərliyi etdi. Neftin pullarını havaya sovurdular. Devalyasiyaya səbəb də bu cür hallar oldu. İngiltərədə o cür hallara çox pis baxırlar. Zamirə Hacıyevanın alış-veriş etdiyi dükana yaxın yerdə yaşayıram. Başqa yerdə satılan əşyalar 5 puandırsa,  orada 15 puandır. Orada qiymətlər çox yüksəkdir. 

- Belə fikirlər var ki, Yeni Azərbaycan Partiyasının  üzvlüyündən çıxarılmısınız?

- Yalan söhbətlərdir. İndi də YAP-ın üzvüyəm. Yeni Azərbaycan Partiyası gözlərimin önündə yaranıb. Düzdü, Siyasi Şuranın üzvü olmadım. O vaxt Heydər Əliyev özü məni yanına çağırdı. Belə məsləhətləşdik ki, Əli Həsənov Siyasi Şuranın üzvü olsun. Əli müəllim dostumuzdur. Harada yaşamağımdan asılı olmayaraq, YAP-ın üzvüyəm. Hər zaman da bu partiyanı dəstəkləyəcəm. 

- Azərbaycandakı dostlarınızla münasibətləriniz qalırmı?

- Əlbəttə qalır. Ad çəkmək istəməzdim. Əlaqə saxladığım və saxlamadığım şəxslər var. Azərbaycanda çalışdığım dönəmlərdə ətrafımdakı insanlarla yaxşı ünsiyyətdə olmağa cəhd etmişəm. 

- 2018-ci ildə Azərbaycanda qaynar siyasi ab-hava yaşandı. Öncə prezident seçkiləri keçirildi. Daha sonra isə köklü kadr dəyişiklikləri  baş verdi. Prezident İlham Əliyevin budəfəki təyinatları, bəzi köhnə nazirləri işdən uzaqlaşdırması  hər kəs tərəfindən bəyənildi. İndi günki gənc kadrlar üstünlük təşkil edir. Bu barədə nə deyə bilərsiniz?

- Sizə açığını deyim ki, budəfəki kadr dəyişikliklərinə çox sevindim. Məsələn, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tələbə yoldaşım olub. Çox layiqli kadrdır. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin atası Rafiq müəllim dostum olub. Kənd təsərrüfatı naziri İnam Kərimov, Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və adını çəkmədiklərimin hamısı layiqli kadrlardır. Sevinirəm ki, bu insanlar sistem qururlar. Vergi, ekologiya, sosial təminat sistemi qurulduqdan sonra hər şey uğurlu olacaq. Bilirsiniz, kiminsə nazir, deputat, baş nazir olmasının əhəmiyyəti yoxdur. Çünki ölkədə sistem işləyir. Azərbaycanda uğurlu sistemin qurulmasına sevinirəm. İnanıram ki, bunların hamısı yaxın gələcəkdə öz bəhrəsini verəcək. 

- Hazırda Cənubi Qafqazda dəyişik siyasi ab-hava hökm sürür. Ötən həftə Gürcüstanda prezident seçkiləri keçirildi.  Saakaşvilinin  Gürcüstana  gələcəyi gözlənilir. Prosesləri necə analiz edə bilərsiniz?

- Namizədlərin topladıqları səs faizləri 38-37 arasında dəyişir. Müstəqil namizəd Salome Zurabişvili ilə müxalifətdən olan namizəd Qriqol Vaşadze arasında səs fərqi çox azdır.  Saakaşvili təlatümləri sevən insandır. Düşünürəm ki, seçkilərin II turuna kimi o, Gürcüstana gələcək. II tura çıxan namizədlərin hər ikisi Qərb yönümlüdürlər. Bunlardan hansı birininsə seçilməsinin Qərb üçün əhəmiyyəti yoxdur. Belə düşünürəm ki, Saakaşvilinin və partiyasının dəstəklədiyi namizəd namizəd qalib gələcək. Bu, şəxsi fikrimdir.

- Dekabrda Ermənistanda da növbədənkənar parlament seçkilərinin olacağı gözlənilir. Ermənistanın keçmiş rəhbərləri ilə hazırki baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında gərginlik yaşanmaqdadır. Ermənistandakı vəziyyət Qarabağ münaqişəsinə necə təsir edə bilər?

- Ermənistanda hazırda köhnə sistem qalır. Yeni sistem yoxdur. Ona görə də Ermənistanda böyük xaos yarana bilər. Ermənistan Rusiyanın forpostudur. Paşinyan Amerika ilə işlədiyindən bu da Rusiyanın xoşuna gəlmir. Düşünürəm ki, Azərbaycan Qarabağ məsələsində hələ ki gözləyir. Rusiya ilə Ermənistanın ciddi problemləri olacaq. Balans ciddi surətdə Azərbaycanın xeyrinə dəyişib və dəyişməkdə də davam edəcək. Bizim bilmədiyimiz nüanslar çoxdur. Amma Rusiya, Amerika, Avropa ilə aparılan işlər düzgün işlərdir. Avropa Azərbaycanla əlaqə qurmaqda maraqlıdır. Rusiyadan  qaz  asılılıqlarına son vermək istəyirlər. Bunun da yeganə yolu Azərbaycandır. Ona görə də Azərbaycan Avropaya daha çox lazımdır, nəinki Ermənistan. Ortada İran faktoru da var. Amerika istəyir ki, Ermənistan İranla olan münasibətlərini zəiflətsin. Bu proseslərin hamısı Azərbaycanın xeyrinə işləyir. Ona görə də Ermənistanda keçiriləcək növbədənkənar seçkiləri gözləməliyik. Düşünürəm ki, seçkilərdən sonra Azərbaycan rəhbərliyi ən düzgün addım atacaq.


Oxşar xəbərlər
21:15, Bu gün
“Hər dərdə, təhqirə dözərəm, amma boyuma sataşanın cavabını verərəm”
21:12, Bu gün
İsDB-nin illik toplantısı çərçivəsində "COP29-a doğru" dəyirmi masada müzakirələr aparılıb
21:09, Bu gün
Əməkdar artist dayanacaqlardan şikayət etdi: “Maaşımızın yarısı gedir” - VİDEO
21:06, Bu gün
"İsrail yaxın zamanlarda Rafahda əməliyyata başlayacaq" - Mahmud Abbas
21:01, Bu gün
Qarabağın koloritini yazan yazıçı İsi Məlikzadə - FOTO
20:50, Bu gün
“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
20:49, Bu gün
Tiflisdə müxalifət yenidən mitinq keçirir
20:38, Bu gün
Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan sürücü saxlanılıb
20:33, Bu gün
"Kimsənin Krım körpüsündə şəkil çəkdirmək imkanı olmayıbsa, indi bunun əsl zamanıdır..."
20:30, Bu gün
Paşinyan Blinkenlə delimitasiyanı müzakirə etdi
20:29, Bu gün
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
20:25, Bu gün
Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var 
20:03, Bu gün
Ermənistanda etirazçılar İrana gedən magistral yolu bağlayıblar - VİDEO
19:57, Bu gün
Roma Papası gəncləri mobil telefondan istifadəni məhdudlaşdırmağa çağırıb
19:56, Bu gün
İsrail Baş Qərargah rəisi Qəzzada müharibənin davam etdirilməsi planlarını təsdiqləyib
19:54, Bu gün
"Böyük Britaniya Qəzza bölgəsinə qoşun göndərə bilər" - "The Guardian"
19:52, Bu gün
Neftçalada 46 yaşlı kişi süni göldə batıb - VİDEO
19:51, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
19:50, Bu gün
Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər
18:55, Bu gün
Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
18:49, Bu gün
Ermənistanda delimitasiyaya etiraz edən polkovnik saxlanılıb - YENİLƏNİB
18:44, Bu gün
Ermənistanın Aİ-dəki səfiri: Rusiyanın Qafqazdakı maraqlarını pozmaq intihardır
18:42, Bu gün
"Netanyahunu öldürmək, İsraili yox etmək lazımdır!.."
18:29, Bu gün
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
18:05, Bu gün
"Putin fevralın 16-da Navalnının qətlinə əmr verməyib" - "The Wall Street Journal"
17:50, Bu gün
Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirib
17:49, Bu gün
Putinin sözçüsü: Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək
17:43, Bu gün
Azərbaycanda partlayış: 2 nəfər öldü - SON DƏQİQƏ
17:41, Bu gün
“Yuventus”un yeni baş məşqçisi bəlli oldu
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
GÜNLÜK
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib