ABŞ-ın Azərbaycan və Ermənistana silah satışı ilə bağlı təkliflə çıxış etməsi hər iki ölkədə ciddi müzakirə mövzusuna çevrilməkdədir.
Bu günə qədər münaaişə tərəflərinə silah satmaqdan imtina edən Amerikanın indi belə bir istəklə çıxış etməsi nə ilə bağlıdır? Əgər ABŞ Ermənistaan silah satarsa, o zaman Azərbaycan hansı mövqeyi ortaya qoymalıdır?
Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov Amerikanın bu gedişlə bir sıra məqsədi hədəflədiyini vurğuladı:
“Amerika bazar mövqelərini gücləndirməyə çalışır. ABŞ daha çox o dövlətlərlə bu cür təkliflə çıxış edir ki, onlar Rusiaydan, Fransadan, Çindən və s. ölkələrdən silah alırlar. ABŞ silah istehsalı və satışına görə onsuz da birinci yerdədir. İndi isə bu cür gedişlə 2-3 hədəfi bir güllə ilə vurmaq istəyir. Yəni həm satış bazarını ələ keçirmək, həm Rusiya və digər rəqiblərin ixrac ikanlarını zəiflətmək, həm də silah ixrac etdiyi ölkələrdə öz maraqlarını daha dərindən müdafiə etməyə cəhd edir. Yəni Amerikanın bu məsələdə çeşidli maraqları mövcuddur.
Əgər ABŞ Ermənistana silah satarsa, o zaman Azərbaycan da Amerika ilə münasibətləri yeni müstəvidə qura, ondan yeni texnologiyalar ala bilər. Çünki biz heç bir halda Ermənistandan geri qala, bu məsələyə biganəlik göstərə bilmərik”.
Seymur ƏLİYEV