Hüseyn Cavid insan haqda...
Oxunub: 1304
20 Oct 2018 | 13:14
Hüseyn Cavid insan haqda...
II YAZI

Hüseyn Cavid cəmiyyətə layiq insan tərbiyə edib böyüdən müəllimlərin özləri qarşısında  böyük tələblər qoyur və göstərir ki, əgər tərbiyəçi—müəllim özü şəraiti fərqləndirə bilmirsə, bildiyini təlim edə və öyrədə bilmirsə, müəllimlik məharətinə qadir deyilsə, bir sözlə, istedadsızdrsa, onun nəzəriyyəsi heç bir fayda verməz.

O, ailə tərbiyəsi ilə məktəb tərbiyəsini vəhdətdə götürür. Qeyd edir ki, hər iki tərbiyə eyni qayə daşımalı, biri o birini möhkəmləndirməlidir.  Tərbiyənin müxtəlifliyi uşaqların xarakterini dəyişdirir, onları yarımçıq adam edir.  Burada söhbət məktəb tərbiyəsi ilə ailə tərbiyəsinin eyniliyindən gedir. Yenə də şair bütün məsuliyyəti müəllimin üzərinə qoyur.  Bacarıqlı, işinin həqiqi ustası olan müəllim bu uyğunsuzluğu da aradan qaldıra  bilər.

Hüseyn Cavid bu münasibətlə belə yazır: “ Lakin bir çox həriflər də var ki, məzkur şəraiti öyrənir də tətbiq edə bilmir, yenə zəhmətləri nəticəsiz qalır,çünki hər məsləkdə olduğu kimi, təlim və tərbiyə üçün də hər müəllimdə azacıq istedad bulunmalıdır. Yoxsa çox da fayda verməz. Ev tərbiyəsi ilə məktəb tərbiyəsinin hər ikisi çocuqlarda  dürlü-dürlü təsirlər bağışlar, bir çocuq evdə ata-ana tərbiyəsi sayəsində xəluq, çalışqan, mütəşəbbis bir qəhrəman olduğu halda, məktəbə davam edər-etməz əxlaqı, təbiəti büsbütün dəyişir, fəna, uyğunsuz bir hal kəsb etmiş olur.

Bu halı törədən xassə isə yoldaşlarından, arkadaşlarından  aldığı əxlaqlar, müəllimlərdə, mürəbbilərdə  gördüyü əhəmiyyətsizliklərdir və bu təsirlərin  ən əhəmiyyətlisi də yenə müəllimlərə race edir.  Müəllimlər tərbiyədən anlayanlar olsalar, şübhəsiz, nə məktəbdə, nə də məktəblilərdə müzürr əxlaq, fəna təbiətlər bulunmaz.

Hüseyn Cavid ailə və məktəb tərbiyəsi haqqında  mülahizələrini bitirərək, insanı alçaldan, onu ölümə, rüsvayçılığa sürükləyən, mənlik və heysiyyətinin ayaqlar altına düşməsinə səbəb olan  bir cəhətdən də uzaq olmağa çağırır ki, o da  nəfsdir—ağla, düşüncəy , iradəyə üstün gələn ifrat arzu, həvəs və tamahdır.  Nəfs tərbiyə olunmağa qabildir, lakin onun sahibi fövqəladə mətanətə, iradəyə malik olmalıdır.  Nəfs barəsində Hüseyn Cavid  belə deyir: “ Yalnız mühiti-ümumi  təsirindən yaxanı qurtaracaq  bir müyəssər var ki, ona da nəfs deyilir.  Nəfs əksəriyyət ilərki tərbiyələrə  tabe olmaqdan varəstə ola bilməz, lakin mətanəti-fövqəladəyə  malik olan insanlarda isə daima qabili-təhəvvül, daima qabili-islahdır”.

Hüseyn Cavid xristianlarda mövcud olan  təlim və tərbiyə üsulunu müsəlmanlardakı təlim və tərbiyə üsulu ilə müqayisə edir. Birinciləri təqdir, ikinsiləri tənqid edir.Göstərir ki, xristianların tərbiyə və təlim sistemi ilə  yetişən hər bir insan dövrünün həm sağlam, həm də elmli, bilikli, zirək və bacarıqlı, bir sözlə, hərtərəfli inkişaf etmiş, yetkin bir şəxsiyyətinə çevrilir.

Müsəlman ailələrində tərbiyə almış gənclər isə qorxaq, sadəlövh, hər hansı bir təşəbbüsdən uzaq, adamaqovuşmaz, dar düşüncəli, iradəsiz və zəif olurlar. Ona gərə də tərbiyə sisteminin özü təkmilləşdirilməli, mütərəqqi xarakter daşımalıdır. Dünyada baş verənlərlə maraqlanmaq lazımdır. Öz varlığına qapanıb qalmaq heç bir fayda verməz. Xeyirli, əhəmiyyətli cəhətləri, düşməndən də olsa, əxz etmək, öyrənmək lazımdır. Hüseyn cavid əfəndi bu münasibətlə yazır: 

“ Biçarə çöcuq iki-üç yaşından başlayaraq məktəb otağına girincəyə qədər xurafat uçurumlarına  yuvarlanır gedir. Bir otaqdan digər otağa girəcək olsa, “damdabacalar” ilə qarxudulur. Başı açıq dişarı çıxacaq olsa, göydən başına adamcıl qurd dərisi düşər. Qaranlıq bir yerə getsə, cinlər, divlə təhdid edilir. Hasili ənva mövhumat ilə  zavallanan mənəviyyatı  alt-üst olur.  Otuz yaşına gəlsə belə  o qorxunc kölgələri bir dürlü başından çıxarmaz olur.  Ev tərbiyəsinin doğurduğu  “ən gözəl tərbiyə”, “ən xoş əxlaq”—yalancılıq, kindarlıq, bədnəfslik, arsızlıq, itaətsizlik, qorxaqlıq kimi bir para rəzil, murdar  əxlaqsızlardan ibarətdir”.

Hüseyn Cavidə görə, belə vəhşi tərbiyədən, həyatdan heç bir xeyir götürmək olmaz. Bundan sonra Cavid xristianlarda mövcud olan ailə mühitini, ailə şəraitini təsvir edir: “  Bir gavur çocuğu  ana qucağında hənuz bir yaşında ikən yediyi qaletlərdən əlifbanı öyrənməyə başlar, ev divarına baxsa, hesab cədvəlləri görür, əmalı-ərbəəni  üç-dörd yaşında gülə-gülə , sevə-sevə öyrənir. Beş-altı yaşına varar-varmaz məktəb həvəsi ilə əl-ayaq vurmağa , çırpınmağa başlar.  Məktəbə girdiyi zaman  əxlaqı, dərsi, zəkası , həvəsi yerində olub, fəal mütəşəbbis, qəyur bir insan olmağa çalışır. Bir azdan sonra qarşınızda  iyirmi yaşında universitetdən məzun bir əfəndi bulursunuz, bir çox heyrətamiz baxışlar  ilə süzdükdən sonra o bəyənmədiyiniz gavuru alqışlamağa məcbur olursunuz.

İndi o istedad, o fövqəladəlik ona haradan gəldi? Yaxud allah-taala o zəka və istedadı onlaramı münhəsir etmişdir? Təbii, bunların heç birisi deyil. Yalnız qələbə və müvəffəqiyyət çalışanlarındır və çalışmaq yolunu bilənlərindir.”

Dünyanı dəyişdirmək qabiliyyətinə malik olan insanın qarşısında Hüseyn Cavid çox böyük tələblər qoyur. İnsan öz mənəviyyatını, özünü, vicdanını saflaşdırmalı, islah etməlidir ki, onun dediyi hər bir söz, verdiyi nəsihət gözəl səmərə, mühüm nəticə verə bilsin. İnsanın xarici aləmi də, daxili aləmi də gözəl olmalıdır. Onun sözü əvvəlcə ruhu ilə uzlaşmalıdır

Hüseyn Cavid insanın sözlərinin də  qiymətli, təsirli olmasını vacib sayır. “ Sözün təsirbəxş olması üçün, söz söyləyənin eyi qəlbə, parlaq bir vicdana, gözəl bir əxlaqa, həqiqi bir məlumata malik olması icab edir” O göstərir ki, insanı ali məqamlara qaldıran, onu kəramət, ədalət və fəzilət sahibi edən, ona şan-şöhrət gətirən elmdir. Elmsiz adam heyvan mislindədir. Vəzifə elmə,  biliyə yiyələnməkdən, ondan faydalanmaqdan  və cəmiyyəti də bəhrələndirməkdən ibarətdir:

                          O kəs kim elmdən məhrum, cəhliyə ” fanatik”dir,
                           Demə insan o nadanə ki, bir heyvani-natiqdir.
                           Təkəllümdən səva bielm  insanın tərcihi
                            Ki, hər halətdə heyvan ilə hər halı  müvafiqdir 

Cavid əfəndi insanı gözü-könlü tox, kiçik hisslərdən, insana nöqsan gətirən tamahdan uzaq görmək istəyir.  “Hübuti-Adəm” əsərində  mütəfəkkir belə bir ibrətamiz nəticə çıxarır:Adəm öz nəfsini saxlaya bilmədiyi, tamah hissini cilovlamaqda acizlik göstərdiyi üçün cənnətdən qovuldu:

                               Əmin ol, nerdə nəfs olmuşsa hakim, 
                                Həqiqi eşqi məhv etmiş məzalim.
                                 Kimin ülviysə ruhu, söz onundur, 
                                 Əsiri-nəfs olan daim zəbundur.

Dünyanın ən qiymətli varlığı olan insan var-dövlətə, eyş-işrətə uymamalı, ömrünü, həyatını insanlar üçün, gələcək nəsil üçün xeyirxah işlər görməyə, insan adına layiq ali məqamda dayanmağa sərf etməlidir.  İnsan bir-birinin qanını sormamalı, onun bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurmağa səy göstərməməlidir. Axı o, bu işlər üçün yaranmamışdır. İnsanın dünyaya gəlişinin mənası da qurmaq, yaratmaqdan ibarət olmalıdır.. İnsan mehriban, qayğıkeş, həlim təbiətli və səbirli olmalı, zəiflərə qarşı zalım olmamalıdır.

Şair  “Öksüz Ənvər” əsərində qayğısız, rəhmdən uzaq bir qəlbə, zalım təbiətə malik olan  müəllim obrazı yaradılmışdır. Anası öldüyü üçün bir həftə dərs buraxan kimsəsiz Ənvər dərs başlanan kimi müəllimin qəzəbinə düçar olur.Dərs buraxmasının səbəbini öyrənmək istəməyən müəllim bu yetim uşağı təpik altına salır.Sinifdə oturanların hamısının qəlbini titrədən sillə səsi müəllimə ləzzət verir.
Şair belələrinə qarşı nifrət bəsləyir və təəssüf hissi ilə qeyd edir ki, çocuqların taleyi belə müəllimlərə həvalə olunubdur:

 --- Ey!Çocuq, mənə bax!
     Sən iştə hankı cəhənnəmdə, söylə, nerdə idin?
      Düşünmə, söylə!
      Ah, dəni, yaramaz!
       Nasıl da bax, dalıyor, sanki tülküdür qırnaz!
      Sükuta qarşı müəllim qəzəblə bir, iki, üç
      Tokatlayınca, çöcuq bircə kərə hıqqırdı, 
     “Aman, vay annəciyim!”..sonra qəşş olub getdi.
       Bu səs sinifdə olan cümlə qəlbi titrətdi.

Müəllifə görə, insan hər cür şəraitdə şərəfini, mənliyini gösləməlidir, zülmə, haqsızlığa etiraz səsini qaldırrmalıdır. İnsan adı çox ulu və müqəddəsdir.Bu ada ləkə, nöqsan gətirməmək  üçün  onu   qiymətləndirməyi bacarmalısan.

İzzəti-nəfs sahibi keçmişini  xəyalına gətirməli, sabahı üçün yaşamalıdır.  Şair göstərir ki, insan yalnız cəmiyyət daxilində insandır. Onun gücü də, qüdrəti də, mənliyi və şərəfi də cəmiyyət içərisində, insanlar arasında öz mənasını saxlayır, cəmiyyətdən kənar insan heç şeyə qadir deyil, olduqca zəif və gərəksiz bir şeydir:

                  Arxadaş, yoldaş! Ey vətəndaş, oyan!
                  Yatma artıq, yetər...Dəyişdi zaman, 
                   Sıyrılır, bax, yavaş-yavaş zülmət
                   Barı dan yıldızından al ibrət!
                   Azacıq varsa hissü vicdanın,
                    Qalx, oyan!Sönməmişsə imanın.
                    Qalx, oyan! Gör nə fikrə xadimsən?
                     Kimlərin oğlusan? Nəsən?  Kimsən?
                     Sürülüb durma böylə, bir yüksəl!
                     Əcəba yoxmu səndə izzəti-nəfs?          
                      Nə idin? İmdi nerdəsən? Bu nə yəs?
                      Bax da bir an təsəvvür et yarını, 
                      Daha sürətlə at addımlarını!
                      Kim baxıb dursa bil ki, qeyb edəcək, 
                      Ayaq altında məhv olub gedəcək.
                       Sürüsündən kənar olan quzunu
                       Canavar parçalar görüb də bunu.

Hüseyn Cavid qeyd edir ki, ümumiyyətlə, insan böyük idrak sahibi olmalıdır. İnsanın qiyməti hansı ideala xidmət göstərməsindən asılıdır. İnsan həmişə böyük olmalıdır, idealı da müqəddəs, ali və yüksək olmalıdır:

                          Çox əzildin, yetər, ər oğlu ər ol!
                           Çırpınıb çareyi-xilas ara, bul!
                           Qoşaraq nura , cəhli et pamal.
                           Həp sənindir şərəf, ümid, iqbal.
                           Şaşdırıb durma böylə...aydın
                            İdeal arxasınca qoş, çırpın!
                             İdealsız nicat ümidi-məhal.

İnsanı yaşadan idealdır. Böyük, ulu ideal fəqət kamil insanda, özünüdərk səviyyəsinə yüksəlmiş insanda təzahür edər. İdeal ən ülvi, yüksək və ali məqsəddir. Məqsədin aliliyi, ülviliyi də insana xidmət etməsindədir. İnsan beynində yaranan idealın  qiyməti yenə də insanın özünə münasibətinin dərəcəsindən asılıdır. İdealı olmayan insan həyatda nicat tapa bilməz.

Yaşamaq bütün canlılara xasdır. İdeal isə ancaq  insana məxsus keyfiyyətdir.  Ona görə də şair varlıqlar içərisində  insana xüsusi yer verir və onu yüksək ideallar uğrunda mübarizəyə səsləyir.

Hüseyn Cavid qeyd edir ki, paxıllıq, təkəbbürlülük insan adına layiq olan əlamətlər deyil, əksinə, insanı alçaldan, ona zərər gətirən cəhətlərdir. İnsan belə kiçik  və cılız hisslərdən həmişə yüksəkdə durmalıdır. Başqasının fəlakətinə, bədbəxtliyinə sevinmək insanı uca adından məhrum edən əlamətdir:

                                  Sevinmə, gülmə, quzum, kimsənin fəlakətinə, 
                                  Bu hal, əvət, eyi bir şey deyil, sevinmə, saqın!
                                   Sevinmə başqasının  hali-pürsəfalətinə, 
                                   Toxunma qəlbinə bikəslərin, zavallıların.

İnsan zəiflərə, fəlakətə düçar olanlara, kimsəsizlərə gülməməlidir, əksinə, onlara yardım əli uzadıb belələrinə əl tutmalıdır, qayğı göstərməlidir. Kimsəsizlərə, köməksizlərə rəhm etmək, küskün və məhzun bir qəlbi sevindirmək hər bir adamın insanlıq borcudur. 

Böyük mütəfəkkir təəssüf və nifrətlə bildirir ki, iyirminci əsrin  istedadlı, alim oğulları, eyni zamanda, zalım və despotdurlar. Bu keyfiyyətlər bir-birinin tam əksini təşkil edirlər. Alimlik ilə zalımlıq bir adamda cəmləşə bilməz. Bunlardan hər biri ayrılıqda götürülmüş bir adamda mövcud ola bilər.Hər iki cəhəti özündə birləşdirən insan yalnız ikiüzlü, hiyləgər, alçaq bir varlıqdır. İnsana alilik və alimlik xasdır. Ən uca varlıq olan mələk insana baş əymədiyi, ona səcdə etmədiyi üçün haqqın dərgahından qovularaq “şeytan”adını aldı.Bütün zalım və alçaq adamlar  həmin şeytanın törəmələri, onun çirkin əməllərinin məhsuludur Şair də demək istəyir ki, yüksək mənsəbə malik olan insan alçalıb həmin şeytana qul olmamalıdır:

Bütün yirminci əsrin müstəbid övladı həp alim...
Bütün yirminci əsrin müstəbid övladı həp zalim..
Əyilməzkən mələk insanə, olmuş aqibət şeytan.
Nədən şeytanə əbd olsun bu gün ali nijad insan?
                             
Müstəqil  Ağayev
AMEA Fəlsəfə İnstitutu Azərbaycan fəlsəfə
tarixi şöbəsinin aparıcı elmi işçisi, f.ü.fəlsəfə
doktoru, Qabaqcıl Maarif Xadimi
Oxşar xəbərlər
21:44, Bu gün
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
21:34, Bu gün
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
21:13, Bu gün
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
21:12, Bu gün
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
21:05, Bu gün
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
20:53, Bu gün
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
20:52, Bu gün
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
20:50, Bu gün
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
20:48, Bu gün
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
20:46, Bu gün
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
20:43, Bu gün
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
20:36, Bu gün
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
20:35, Bu gün
Mayın 5-6-da maqnit qasırğası olacaq
20:34, Bu gün
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
20:33, Bu gün
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
20:31, Bu gün
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
19:54, Bu gün
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
19:36, Bu gün
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
19:22, Bu gün
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
19:20, Bu gün
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
19:20, Bu gün
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
19:09, Bu gün
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
19:06, Bu gün
Dördüncü kurs tələbəsi vəfat etdi
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
GÜNLÜK
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı