Bu gün Türkiyə-Azərbaycan qardaşlığınının daha bir "STAR"ı dünyaya açılır...
Hadisə
Oxunub: 2276
19 Oct 2018 | 09:17
Bu gün Türkiyə-Azərbaycan qardaşlığınının daha bir

Prezident İlham Əliyevin ideya müəllifi olduğu meqa-layihə işə düşür; iki ölkə başçısı neft emalı zavodunun açılışında bir araya gələcək

Bu gün Türkiyədə “Star” Neft Emalı Zavodunun açılış mərasimi keçirilir. Bu münasibətlə keçiriləcək mərasimdə Azərbaycan və Türkiyə prezidentlərinin də iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, zavod yüz faiz Azərbaycan kapitalı ilə inşa olunub və SOCAR-a məxsusdur. Azərbaycanın Türkiyədəki ən böyük yatırımı olan zavodun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulub. Beləliklə, prezident İlham Əliyevin daha bir meqa-layihəsi bu gün işə düşür.

 “STAR” Neft Emalı Zavodu Türkiyənin iqtisadi cəhətdən kifayət qədər güclü hesab olunan qərb hissəsində, İzmir şəhərinə yaxın olan Əliağa liman bölgəsində inşa edilməklə İzmir və İstanbul ərazilərində daxili bazarın tələbatını ödəməyə yönəlib. Zavodun iri neft-kimya kompleksi olan “Petkim”in yaxınlığında tikilməsi şaquli istiqamətdə inteqrasiya yaratmaqla yüksək səmərəliliyə səbəb olacaq.

Neft emalı zavodunun ümumi gücü 10 milyon ton təşkil edir.  Zavodun əsas xammal tədarükçüsü kimi SOCAR çıxış edəcək. Zavodun istehsal edəcəyi təqribən 1,6 milyon ton nafta Türkiyədə neft-kimya sənayesinin xarici ölkələrdən xammal asılılığını azaldacaq, dizel və aviasiya yanacağı cari hesab defisitinin azalmasına yardım edəcək və neft-kimya sənayesi məhsulları üçün xammal rolunu oynayacaq. Burada ildə 4,7 milyon ton dizel, 1,6 milyon ton təyyarə yanacağı, 320 min ton LPG, 1,6 milyon ton nafta, 690 min ton neft koksu, 159 min ton kükürd və digər məhsullar istehsal olunacaq. Müəssisədə əsasən “Ural”, “Azeri Light” və “Kərkük” neft növləri emal ediləcək.

Müəssisə artıq 2019-cu ildən etibarən tam gücü ilə fəaliyyətə başlamağı planlaşdırır. Zavodda 1100 nəfər daimi işlə təmin olunacaq.

SOCAR prezidenti Rövnəq Abdullayevin dediyinə görə, zavod istifadəyə verildikdən sonra ilk 5 il ərzində Azərbaycan iqtisadiyyatına hər il 850 milyon dollardan çox gəlir gətirəcək. Onun sözlərinə görə, növbəti 10 il ərzində isə müəssisə hər il 600 milyon dollardan çox gəlir gətirəcək.

Zavodun inşasını maliyyələşdirmək üçün SOCAR xarici maliyyələşmə konsorsiumundan 2,9 milyard dollar dəyərində kredit alıb. Bu maliyyələşmə müqaviləsi dəfələrlə dünyanın nüfuzlu mərkəzləri tərəfindən ən uğurlu belə sənəd adına layiq görülüb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirir ki, indiyədək Azərbaycan Türkiyəyə 20 milyard dollara yaxın investisiya yatırıb: “Ən çox investisiya qoyduğumuz qardaş ölkədir. ”Star" zavodu çox böyük bir layihədir. Bu layihədən hər iki dövlət böyük gəlirlər əldə edəcək. Türkiyə özünün nefti olmayan bir ölkədir. Müəyyən protokollar var ki, 2023-cü ilədək onlara riayət etməlidilər. Nefti əsasən xaricdən idxal edir, neft emalı sahəsində xeyli çatışmazlıqları var. Bu zavodun işə düşməsi bu problemlərin xeyli hissəsini həll edəcək".

Millət vəkilinin fikrincə, zavodun Azərbaycan üçün də əhəmiyyəti böyükdür: “Böyük, dünya səviyyəli bir müəssisədir və tam olaraq Azərbaycana məxsusdur. Digər tərəfdən, mən həmişə demişəm ki, Türkiyəyə yatırım, elə Azərbaycanın özünə yatırım deməkdir. Bu gün (dünən- red.) Dövlət Müstəqilliyi Günümüzdür. Türkiyə isə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkədir”.

“Star”

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov deyir ki, “Star” Azərbaycanın xaricdə, o cümlədən Türkiyədə ən böyük sərmayə qoyuluşlarından biridir: “Bu zavoda sərmayə Azərbaycanın ciddi iqtisadi gəlirlər əldə etməsinə gətirib çıxaracaq. Hətta lirənin ciddi dəyərsizləşməsi ehtimalında belə ”Star" zavodu gəlirliliyini saxlamaq imkanındadır. Əldə olunacaq gəlirlərdə valyuta riskini qorunacaq. Zavodun işə düşməsi SOCAR-ın və Azərbaycan dövlətinin gəlirini artıracaq. Bu gəlirlərdən səmərəli istifadə olunması, onların yenidən gəlirli sahələrə yatırılması ölkəmiz üçün böyük faydalar verəcək".

Vüqar

Ekspertin sözlərinə görə, Azərbaycan Türkiyəyə sərmayə qoyan ölkələr arasında 5-ci sıradadır: “Əgər əvvəllər Türkiyə Azərbaycan üçün aparıcı investorlardan biri idisə, bu gün Azərbaycan qardaş ölkə üçün eyni rolu oynayır. Bu baxımdan, Türkiyə iqtisadiyyatına investisiya həm də iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Tərəflərin strateji olaraq əməkdaşlığı daha əlverişli zəmində genişləndirməsinə imkan verir. ”Star" zavodunun istifadəyə verilməsi bu əməkdaşlığı daha da gücləndirəcək".

Ä°lham

Neft sahəsi üzrə mütəxəssis, “Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri İlham Şabanın sözlərinə görə, indiyədək Azərbaycan neft-qaz  sahəsində əsasən infrastruktur layihələr həyata keçirib: “Neft-qaz layihələrinə, Xəzərdən hasilat layihələrinə böyük xərclər çəkilib. Hasil olunan məhsulların nəqli üçün infrastrukturun yaradılmasına ehtiyac vardı. Ona görə də 700 milyon dollara Bakı-Supsa, təxminən 6 milyard dollara Bakı-Tiflis-Ceyhan, 8 milyard dollara TANAP, genişləndirilmə layihəsi ilə birlikdə 5 milyard dollara Cənubi Qafqaz Qaz Boru Kəməri inşa edildi. Azərbaycanın kənarda qeyri-infrastruktur xarakterli ən böyük investisiyasıdır ”Star" zavodu. Qiyməti 6,3 milyard dollardır. İndiyədək yalnız “Petkim”ə milyardla ifadə olunan yatırım edilmişdi, “Star” dəyərinə görə ondan üç dəfə böyükdür".

Ekspertin sözlərinə görə, bu layihə ilə bağlı Azərbaycan cəmiyyətində bir anlaşılmaz sual var ki, niyə belə bir dünya səviyyəli zavod öz ölkəmizdə deyil, Türkiyədə inşa edildi: “Azərbaycanın özündə belə bir zavoda ethiyac böyükdür. 2008-ci ildə Azərbaycanda neft email zavodu da daxil olmaqla, böyük  neft-kimya kompleksinin inşası ilə bağlı planlar irəri sürüldü. Amma məsələ uzandı-uzandı, axırda qərar gəldilər ki, köhnə zavodu 2021-ci ilədək modernləşdirsinlər. ”Star" kimi müasir tipli zavod Avropada hələ tikilməyib. Bizdə Heydər Əliyev adına zavod 1952-ci ildə tikilib, 1981-ci ildə modernləşdirilib. Qırx ilə yaxındır ki, zavodda ciddi modernləşdirmə olmayıb. Hesab edirəm ki, Azərbaycan hökuməti vaxtında uzaqgörən olsaydı, neft email zavodu özümüzdə də inşa edilərdi. Özü də onu “Star”dan tez başa çatdırmaq olardı".

Ekspertə görə, “Star”a qoyulan vəsaiti SOCAR uzağı 10 ilə geri qaytara biləcək: “Düzdür, burada qiymətlərin müəyyən təsiri olacaq. Amm ən aşağı hesablamalarla bu zavoddan ildə 500 milyon dollar mənfəət götürmək mümkün olacaq - kredit resurslarını da qaytarmaq şərtilə. Bu baxımdan, zavoda investisiya kifayət qədər uğurlu yatırımdır”.

İ.Şaban deyir ki, zavodun inşasına 2,9 milyard dollar kredit resursları cəlb edilib. Qalan vəsaitin 40 faizi - 1 milyard 392,8 milyon dolları Dövlət Neft Fondu tərəfindən təmin edilib. Zavod işə düşdükdən sonra fond divident əldə etməyə başlayacaq: “Bildiyiniz kimi, Bakı-Tiflis-Ceyhana da fond tərəfindən yatırım edilmişdi. Kəmər işə düşəndən sonra 2011-ci ilədək fond oradan divident əldə edirdi. Lakin 2011-ci ildən dvidentlərin SOCAR-a ödənməsi barədə qərar çıxarıldı. Əgər ”Star" zavodu ilə bağlı da belə edilməzsə, Neft Fondu bu layihədən yaxşı mənfəət əldə edə biləcək. Düşünürəm ki, fondun bu kimi investisiyalardan gəlir götürməsinə imkan verilməlidir. Çünki dünyada belə fondların hamısı analoji layihələrdən gəlirlər hesabına böyük qazanclar əldə edirlər". (musavat.com)

Oxşar xəbərlər
01:33, Bu gün
"Qiyamət günü buzlağı" nə zaman dağılacaq?" - Alimlərdən proqnoz
20 Sep 2024 | 23:39
“Şər bucağında qırılma” və ya Rusiyadan üz çevirənlər artır
20 Sep 2024 | 23:08
Südlü düyü sıyığı enerji bombasıdır
20 Sep 2024 | 23:00
Qazaxıstan Azərbaycana taxıl tədarükünü artırmaq istəyir
20 Sep 2024 | 22:55
“Elə bilirlər ki, mən bunu istəmirəm”- Fədayə Laçına niyə fəxri ad verilmir?-AÇIQLAMA
20 Sep 2024 | 22:55
Rusiyadan İsrailə xəbərdarlıq: Sizi bağışlamayacaqlar!
20 Sep 2024 | 22:51
MAQATE Konfransı Rusiyaya Zaporojye AES-i dərhal Ukraynanın nəzarətinə qaytarmağa çağırış edib
20 Sep 2024 | 22:50
“Red Bull” onu qovacaq? – Özü də bilir ki…
20 Sep 2024 | 22:45
İsraildən açıqlama: İstənilən ssenariyə hazırıq!
20 Sep 2024 | 22:40
"Neftçi"nin baş məşqçisi: Təəssüf ki, azarkeşləri sevindirə bilmədik
20 Sep 2024 | 22:32
Bakıdakı "lənətlənmiş bina" - Burada nikaha girənlər xoşbəxtlik tapmır?
20 Sep 2024 | 22:27
Rövşanə “artist”lərdən yazdı: Bunlar niyə ayrı peşə seçiblər axı...
20 Sep 2024 | 22:20
Qışda Ukraynada gündə 20 saata qədər rabitə kəsintisi gözlənilir
20 Sep 2024 | 22:16
“Küləkli havada qayıqla təhlükəli vəziyyətə düşmüşük, yaxşı balıqçı ona deyərəm ki..”- qızıl balıq tutub onu suya buraxan balıqçı-FOTO+ÖZƏL
20 Sep 2024 | 22:08
Polis rəisi hakimi öz otağında qətlə yetirdi
20 Sep 2024 | 22:00
Yuxu problemi nədən qaynaqlanır?
20 Sep 2024 | 21:43
“Onlar monitor arxasında şirə dönən səviyyəsiz adamlardır” - QALMAQAL
20 Sep 2024 | 21:35
"Qarabağ" "Neftçi"ni darmadağın edir - Canlı
20 Sep 2024 | 21:30
EBRD Biləsuvarda günəş elektrik stansiyasının tikintisinə 100 milyon dollar ayıracaq
20 Sep 2024 | 21:25
Sürücülərə XƏBƏRDARLIQ
20 Sep 2024 | 21:21
"Rusiya ordusu cinayətkarlar bandasına çevrilib" - Rusiya Dövlət Dimasında kommunist deputatdan etiraz
20 Sep 2024 | 21:20
“Putin zarafat edib” - Lavrov
20 Sep 2024 | 21:18
Şoyqunun Zəngəzurla bağlı Tehrana səfərinin GİZLİNLƏRİ ortaya çıxdı
20 Sep 2024 | 21:17
"Yüksəliş" müsabiqəsinin qalibinə İqtisadiyyat Nazirliyində vəzifə verildi
20 Sep 2024 | 21:13
İlk qar bu tarixdə yağacaq - Sinoptiklərdən xəbərdarlıq
20 Sep 2024 | 21:00
"Türkiyəli milyarderin gəlini" İtaliyada - FOTO
20 Sep 2024 | 20:50
Yeməyin xarab olmaması üçün soyuducuda belə saxlayın
20 Sep 2024 | 20:43
SOCAR BP ilə memorandum imzaladı
20 Sep 2024 | 20:35
Bu payızda çox xoşbəxt olacaq BÜRCLƏR
20 Sep 2024 | 20:27
Qaqauz lideri Rusiya səfərini yarımçıq qoydu
20 Sep 2024 | 20:19
Rusiya və Çinin bu addımı ABŞ-ı qorxuya saldı: Ordu hərəkətə keçdi
20 Sep 2024 | 20:12
Orduda silsilə tədbirlər keçirildi
20 Sep 2024 | 20:09
Kamala Harris Putini Batı xanla müqayisə edib
20 Sep 2024 | 20:05
Zelenski İrana sanksiya tətbiq etdi
20 Sep 2024 | 20:00
Hazal Kayanın toydakı geyimi tənqid olundu - VİDEO
20 Sep 2024 | 19:55
ABŞ və üç Avropa ölkəsi Rusiya xammalından asılıdır - KİV
20 Sep 2024 | 19:48
Ülviyyə çəkiliş meydançasında əsəbiləşdi! - VİDEO
20 Sep 2024 | 19:40
Axşam nə yeyək ki kökəlməyək?
20 Sep 2024 | 19:33
Xoşqədəmə itkin düşən Rasimin müzakirəsini aparmaq qadağan edildi - MƏHKƏMƏ
20 Sep 2024 | 19:25
30 il sonra nəşi tapılan şəhidimiz dəfn edildi - FOTO
20 Sep 2024 | 19:20
Hizbullahdan İsrailə cavab reaksiyası
20 Sep 2024 | 19:15
ABŞ Azərbaycana daha 2 minaaxtaran it göndərdi - FOTO
20 Sep 2024 | 19:08
Macar nazir: "Ukraynanın qaz tranzitini dayandırması bizi maraqlandırmır"
20 Sep 2024 | 19:00
İnsultdan qorunmaq üçün ağlagəlməz üsul
20 Sep 2024 | 18:55
Konqresdə ölkəmiz “hədəf”ə alındı
20 Sep 2024 | 18:48
Balın uşaqlar üçün təhlükəsi nədir?
20 Sep 2024 | 18:40
Pensiya alanlara ŞAD XƏBƏR
20 Sep 2024 | 18:33
Bərdədə kişi arı sancması nəticəsində öldü
20 Sep 2024 | 18:25
Bu Azərbaycan vətəndaşı ölkəmizə ekstradisiya olunacaq
20 Sep 2024 | 18:20
Məhkəmədə öpüş yolu ilə sevgilisinə narkotik vermək istədi
20 Sep 2024 | 18:13
Yunan-Roma güləşçilərimiz beynəlxalq turnirə qatılacaq
20 Sep 2024 | 18:05
Ən sağlam çay növü müəyyən edilib
20 Sep 2024 | 18:00
Şəhid qardaşının qisasını döyüş meydanında alan Vətən Müharibəsi Qəhrəmanı...
20 Sep 2024 | 17:55
İcma: "Bu ittihamlar azərbaycanlılara qarşı ayrı-seçkiliyin növbəti təzahürüdür"
20 Sep 2024 | 17:50
Ədalət təmsilçimizdən YÜKSƏK NƏTİCƏ: Azərbaycanın karate tarixində bir ilk – FOTOLAR
20 Sep 2024 | 17:45
“Ermənistan Zəngəzur dəhlizinə razı olmasa, sabitlik pozulacaq” – Cavanşir Feyziyevlə müsahibə
20 Sep 2024 | 17:43
Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - Fotolar
20 Sep 2024 | 17:39
"Biz tezliklə qaniçən və cinayətkar sionist rejiminin məhvinin şahidəri olacağıq " - SEPAH komandanı
20 Sep 2024 | 17:35
Bilal Qəhrəmanovun qalıqları Gədəbəydə dəfn edildi - FOTO
20 Sep 2024 | 17:32
“Mətbuatımız heç vaxt xalqa 44 günlük Vətən müharibəsindəki qədər yaxın olmayıb”
20 Sep 2024 | 17:30
Bu yolda avtomobillə hərəkət tam məhdudlaşdırılacaq
20 Sep 2024 | 17:26
Çin Sosial Elmlər Akademiyasının nümayəndələri BDU-da - FOTO
20 Sep 2024 | 17:21
Rövşanə “artist”lərdən yazdı: Bunlar niyə ayrı peşə seçiblər axı…
20 Sep 2024 | 17:17
Elgiz Polşada həyatının şokunu yaşadı – VİDEO
20 Sep 2024 | 17:12
Nura Suridən Almaxanıma DƏSTƏK: "Sənət əhli niyə kimdənsə qorxmalı, rüşvət verməlidir?" - FOTO
20 Sep 2024 | 17:07
İlham Əliyev onları təltif etdi - SİYAHI
20 Sep 2024 | 17:02
Prezident Azərbaycanın neft sənayesi işçilərini təbrik etdi
20 Sep 2024 | 16:59
“Pezeşkian məcburən Ermənistanla bağlı belə sözlər deyir... Bu, onun öz mövqeyi deyil...”
20 Sep 2024 | 16:56
ABŞ-ın Zəngəzur planı: Nəzarətlə bağlı fərqli yanaşma – İran və Rusiya kənarda qalır
20 Sep 2024 | 16:50
Pənahəli xanın ocağından görüntülər - VİDEO
20 Sep 2024 | 16:46
"Yeməyə görə Xalq artistlərini sıraya düzüb, üstlərinə qışqırdı... "- Almaxanımdan daha bir qalmaqallı AÇIQLAMA
20 Sep 2024 | 16:41
İlkin də bu yoldan şikayətçidir - FOTO
20 Sep 2024 | 16:37
Prezident Qarabağ Universitetində çıxış etdi - VİDEO
20 Sep 2024 | 16:33
"Livandakı partlayışlar terror aktının tamamilə yeni növüdür" - Zaxarova
20 Sep 2024 | 16:28
Köpək balığı qadını parçaladı - DƏHŞƏT!
20 Sep 2024 | 16:24
Səhiyyə Nazirliyi Zəngilanda tibbi baxışlar təşkil edib - FOTO
20 Sep 2024 | 16:20
Cavanşir Məmmədovun bloger nəvəsi özünə ev aldı
20 Sep 2024 | 16:16
19 saylı Yol İdarəsinin müdiri Nazim Eynallı ilə bağlı ŞOK iddia - Katibəsi ilə cinsi...
20 Sep 2024 | 16:10
"Neftçi" rəhbərliyi toplaşdı, olduqca VACİB QƏRAR verildi - SON DƏQİQƏ
20 Sep 2024 | 16:05
Milyonlarla manat pul, mindən çox bank kartı, 110 mobil nömrə - Azərbaycanda ŞOK ƏMƏLİYYAT - VİDEO
20 Sep 2024 | 16:00
Türk aktyor erməni sevgilisindən ayrıldı - FOTO
20 Sep 2024 | 15:55
Pərviz Bülbülənin oğlunun toyuna ən çox bu məşhur pul yazdırıb – FOTO
20 Sep 2024 | 15:50
"Bayden Putini ruhlandırır, Şolts kimi "əsəbi zəif olanları" qorxudur" - "The Economist"
20 Sep 2024 | 15:44
Bağçada azyaşlıya qarşı zorakılıq: Müəllim uşağın saçını yolub, döydü - ANBAAN VİDEO
20 Sep 2024 | 15:38
Bu kartof ki var... - Oxuyun, öyrənin, belə yeyin
20 Sep 2024 | 15:32
Maaş, pensiya, müavinət və təqaüdlərlə bağlı hamını SEVİNDİRƏCƏK XƏBƏR
20 Sep 2024 | 15:26
110 illiyi qeyd olunan Aşıq Nabata NAXÇIVANDA BİGANƏLİK – FOTOFAKT + VİDEO
20 Sep 2024 | 15:20
Bürclərə TÖVSİYƏ: Oktyabrın 5-dək həyatı dəyişdirən qərarlar verməyin
20 Sep 2024 | 15:15
Livanda “peycer terroru”nun sirli tərəfləri - Dünyanı gözləyən YENİ TƏHLÜKƏ - ŞOK FAKTLAR
20 Sep 2024 | 15:11
İlin sonunda “13-cü pensiya” veriləcək - Kimlər alacaq?
20 Sep 2024 | 15:06
Eminin xanımı lüks qarderobunu göstərdi - FOTOLAR
20 Sep 2024 | 15:00
Nazir xanım polkovniki buna görə vəzifədən azad etdi
20 Sep 2024 | 14:55
Xuramanın oğlunun səhhəti pisləşdi - FOTO/VİDEO
20 Sep 2024 | 14:50
Mətanət İsgəndərlinin keçmiş gəlininə bahalı maşını və lüks bağ evini KİM ALDI? - FOTO/VİDEO
20 Sep 2024 | 14:45
"Ukrayna elə indi NATO-ya qəbul edilməlidir" - Boris Conson
20 Sep 2024 | 14:40
“Prens”in yaradıcısı, azərbaycanlı biznesmenlə MÜSAHİBƏ - FOTOLAR
20 Sep 2024 | 14:36
Azərbaycan Müdafiə Nazirliyi antiterror əməliyyatından kadrları paylaşdı
20 Sep 2024 | 14:35
Azərbaycanlı aparıcı özünə bahalı avtomobil aldı - VİDEO
20 Sep 2024 | 14:31
Rayonlarda pensiya ödənişi niyə gecikir? - Rəsmi CAVAB
20 Sep 2024 | 14:27
Benzinin qiyməti qalxdı! - 2,03 AZN
GÜNLÜK
20 Sep 2024 | 14:16
"İstisu" müalicəvidir, yoxsa süfrə suyu? - Ekspertdən XƏBƏRDARLIQ
20 Sep 2024 | 08:42
“Kürəkənim maşın sürməyimə icazə vermir...”- İlk avtomobil sürən xanım sənətkar-ÖZƏL+FOTO
20 Sep 2024 | 12:23
Yol polisinin saxladığı maşından arvadı və məşuqu düşdü - VİDEO
20 Sep 2024 | 08:21
Ağızdan gələn pis qoxudan necə xilas olmaq olar? - Həkimdən məsləhətlər
20 Sep 2024 | 14:36
Azərbaycan Müdafiə Nazirliyi antiterror əməliyyatından kadrları paylaşdı
20 Sep 2024 | 08:26
Ermənistan elektrik şəbəkələrini Rusiyanın inhisarından çıxarmaq üçün hərəkətə keçdi...
20 Sep 2024 | 08:10
Yaddaşı gücləndirən ədviyyat növləri - Müntəzəm istifadə edin
20 Sep 2024 | 10:30
Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ - VİDEO
20 Sep 2024 | 10:27
“Ermənilərin Qarabağdan kütləvi köçünü Qərb kəşfiyyatı təşkil edib...”- Maraqlı iddia
20 Sep 2024 | 11:43
“Tramp “KQB” agentidir?.. Sui-qəsd cəhdlərini “FSB” təşkil edə bilərmi?..”- Ekspertdən cavab...
HƏFTƏLİK
15 Sep 2024 | 21:53
Azərbaycanda bəy atasını və açıq-saçıq geyinən müğənnini toydan qovdu
15 Sep 2024 | 20:14
Formula 1 həyəcanı başa çatdı - FOTOLENT
15 Sep 2024 | 00:05
“Babam deyirdi ki, məni öldürsə o öldürəcək” - nəvəsi Hacıbaba Hüseynovun düşmənlərindən danışdı-ÖZƏL
15 Sep 2024 | 23:12
Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi olub
20 Sep 2024 | 14:16
"İstisu" müalicəvidir, yoxsa süfrə suyu? - Ekspertdən XƏBƏRDARLIQ
18 Sep 2024 | 23:03
Dollar ucuzlaşa bilər: Vacib qərar açıqlandı
16 Sep 2024 | 16:16
COVID-in yeni versiyası dünyada sürətlə yayılır
18 Sep 2024 | 22:02
Livanda partlayışlar: Ölənlərin sayı 14-ə çatdı - VİDEO
18 Sep 2024 | 08:35
Yəhudi hərbi ekspert Livanda peycerlərin partladılmasının bəzi təfərrüatlarını açıqladı...
17 Sep 2024 | 17:10
Salyana başçı təyin olunan Rüstəm Xəlilov KİMDİR… – DOSYE
AYLIQ
20 Sep 2024 | 14:16
"İstisu" müalicəvidir, yoxsa süfrə suyu? - Ekspertdən XƏBƏRDARLIQ
20 Sep 2024 | 08:42
“Kürəkənim maşın sürməyimə icazə vermir...”- İlk avtomobil sürən xanım sənətkar-ÖZƏL+FOTO
20 Sep 2024 | 12:23
Yol polisinin saxladığı maşından arvadı və məşuqu düşdü - VİDEO
20 Sep 2024 | 08:21
Ağızdan gələn pis qoxudan necə xilas olmaq olar? - Həkimdən məsləhətlər
20 Sep 2024 | 14:36
Azərbaycan Müdafiə Nazirliyi antiterror əməliyyatından kadrları paylaşdı
20 Sep 2024 | 08:26
Ermənistan elektrik şəbəkələrini Rusiyanın inhisarından çıxarmaq üçün hərəkətə keçdi...
20 Sep 2024 | 08:10
Yaddaşı gücləndirən ədviyyat növləri - Müntəzəm istifadə edin
20 Sep 2024 | 10:30
Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ - VİDEO
20 Sep 2024 | 10:27
“Ermənilərin Qarabağdan kütləvi köçünü Qərb kəşfiyyatı təşkil edib...”- Maraqlı iddia
20 Sep 2024 | 11:43
“Tramp “KQB” agentidir?.. Sui-qəsd cəhdlərini “FSB” təşkil edə bilərmi?..”- Ekspertdən cavab...