“Fərqlənmək hissim olmayıb..." - İlkə imza atan deputat
Oxunub: 1688
24 Sep 2018 | 15:18
“Fərqlənmək hissim olmayıb...

Bu yaxınlarda o, Azərbaycanda maraqlı bir ilkə imza atdı. Milli Məclisin deputatı Tahir Mirkişilinin az bol toplayaraq universitetə daxil olan bir qrup tələbəylə görüşmək ideyası cəmiyyətdə maraqla qarşılandı. Deputat inanır ki, məhz onlar  gələcəkdə iqtisadiyyatın bir sıra sahələrinin inkişafına töhvə verəcəklər və onları daha yaxşı təhsil almağa təşviq etmək lazımdır. 

Bu ideyası onunla müsahibə almaq istəyimizi bir qədər tezləşdirdi. Görüşümüzdə sözügedən ideyanın necə yaranmasından, aldığı təhsildən, ailəsindən, hobbilərindən, köhnə Bakıyla bağlı xatirələrindən, yeni dönəmdə iqtisadi sahədə qanun layihələrinə ediləcək dəyişikliklərdən və sairə məsələlər ətrafında söhbət etdik.  

Moderator.az saytı parlamentin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin sədr müavini deputat Tahir Mirkişilinin “Qafqazinfo”ya müsahibəsini təqdim edir:

 

- Bakıda 15 sentyabrda möhtəşəm parad keçirildi. Siz də həmin paradı canlı izləyirdiniz. Biz bir anlıq 100 il əvvəlki dönəmə qayıtdıq. Keçmişi izləmək sizdə hansı hissləri oyatdı? 

 

- 15 sentyabr tarixi çox şərəfli bir tarixdir. İlk hissim ondan ibarət oldu ki, yaxşıdır vaxtilə babalarımız, əcdadlarımız bu şəhəri azad ediblər. Onlar o zaman qəhrəmancasına döyüşməsəydilər, bu gün nə Bakı şəhəri, nə də Azərbaycan olmazdı. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Burada çox böyük tarixi hadisələr olub. Paradda da o dövrün hərbi geyimlərində həm bizim, həm də Türkiyənin əsgərlərini gördük. Eyni zamanda iki dövlətin birliyinin və bağlılığının şahidi olduq. Müasir silah-sursatlar nümayiş etdirildi. Artıq heç bir qüvvə Bakını  işğal edə bilməz. Dövlətimiz çox güclüdür. Ordumuz kifayət qədər güclüdür. Bu, insanda qürur yaradır. 

 

O gün həm də bir tarix yazılırdı. Çünki ilk dəfə idi ki, məhz Azərbaycan və Türkiyə orduları birlikdə Azadlıq meydanında addımlayırdı. 1918-cı ildə 15 sentyabrda Bakı işğaldan azad edildikdən sonra Azərbaycan milli ordusunun əsgərləri Osmanlı ordusunun əsgərləri  bir yerdə addımlayırdılar. İnsanlar onları sevinclə qarşılayırdılar. İndi də belə oldu. Azərbaycan və Türkiyə ordularının bir yerdə olması o deməkdir ki, 100 il ərzində Azərbaycan-Türkiyə dostluğunu heç kim poza bilməyib. Prezident İlham Əliyev də çıxışında dedi ki, 100 il bundan öncə də birlikdə idik, bu gün də. Keçən müddət ərzində azərbaycanlıların müstəqillik arzusunu da heç kim əlindən ala bilməyib. 100 il sonra bu xalq yenə ayaqüstədir. Bakı yenə də möhtəşəmdir. Gələcəyə baxıb planlar qururuq. Düşünürəm ki, məhz bu fikirlər paradı izləyənlərin hər birinin beynindən və  ürəyindən keçirdi. 
 

- 100 il əvvəlki köhnə Bakını görməsəniz də, 80-ci illərin Bakısı ilə tanışsınız. Köhnə Bakıdan unudulmayan xatirələriniz varmı? Hansı yerlərin dəyişilmədən qalmasını  istərdiniz?

 

- Bakı çox sürətlə dəyişir. Son 20 ildə köhnə Bakı ilə indiki Bakı arasında çox böyük fərq var. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Hər bir şəhəri yaşadan təkcə onun küçələri, tarixi yerləri deyil, həm də orada yaşayan insanlar və onların ənənələridir. Bakıda fərqli ənənə həmişə olub və həmişə beynəlmiləl şəhər olub. Nobel qardaşlarının, Rotşildlərin Bakıda biznesə başlaması təsadüfi deyildi. Bununla yanaşı Sovet İttifaqı illərində də Bakıda fərqli ənənələr formalaşmışdı. Bunların bəziləri getdikcə sıradan çıxmağa başlayır. Bunun da əsas səbəbi meqapolisləşmə, onun inkişafı və müasir texnologiyalarla bağlıdır. 

Məsələn, bizim uşaqlıq dövrümüzdə Bakıda çox güclü məhəllə ənənələri var idi.  Oxuduğum orta məktəb Yasamal rayonunda idi. “Sovetski” adlanan məhəllə ilə qonşu idik. Oranın tam fərqli, özünəməxsus ənənələri var idi. İndi yeni nəsil o ənənələrin bəzilərini görməyəcək. Ancaq artıq bu gün Bakıda yeni, fərqli ənənələr formalaşmaqdadır. Bakıda mədəniyyətə, musiqiyə, elmə, gəncliyin daha çox texnologiyalara olan həvəsi güclü yayılır. Bakı bu gün multikultural şəhərə çevrilib. Paytaxtın bugünkü şöhrəti bütün dünyaya yayılır, bu da Azərbaycanın inkişafının çox önəmli bir göstəricisidir.  

 

- Bu gün paytaxtda hündürmərtəbəli binalar daha çox ucaldılır. Amma bunların  demək olar ki, hər birinin astarı eyni rəngdədir. Bu mənzərə göz yorur. Niyə rəngarənglik yoxdur?

 

- Hər bir şəhərin öz tarix var. Binaların tikilməsinin də özünün tarixi kökləri var.  Bakıda Asiya və Avropa arxitekturasının qarışığı olan bir şəhər mədəniyyəti formalaşıb. Son zamanlar tikilən binalarda daha çox müxtəlifliyə, müasirliyə və harmoniyaya fikir verilir.  Bakı 1990-cı illərin əvvəlində çətin bir dönəm yaşamışdır. Ölkə ərazisinin 20 faizdən çoxunun işğal edilməsi və ağır müharibə şəraiti Bakıya da öz təsirini göstərmişdir.

Ancaq bir müddət əvvəl prezident İlham Əliyev şəhər arxitekturasında yeni standartların tətbiq olunması, yeni Baş Planın hazırlanması və müasir texnologiyaların tətbiqi ilə bağlı sərəncam verdi. Düşünürəm ki, Bakının arxitekturasında və binaların dizaynında gələcəkdə çox yeniliklər olacaq.  

 

- Siz uşaqlığınızın “Sovetski” də keçdiyini dediniz. İndi həmin yer sökülüb.  İnsanın uşaqlığının keçdiyi bir yerin artıq olmaması ona necə təsir edir?

 

- İnsan xaraktercə daha çox konservativ olur və yaşlaşdıqca uşaqlıq illərinin xatirələri onu cəlb edir, nostalji hisslər yaranır. Hətta siz bu gün yaranan və yaradılanın daha yaxşı və müasir olduğunu görsəniz belə. Ancaq sizin öyrəşdiyiniz, adət etdiyiniz, uşaqlıq dostlarınızla bir yerdə böyüdüyünüz bir mühit var. 

Amma gələcəyi fikirləşəndə anlayırsan ki, bu dəyişmə müasir şəraitin tələbidir. Bu insan hissi ilə müasir inkişaf arasında olan sərhəddir. Bu sərhədi keçmək həmişə çətin olur. Bu evlə də, əşyalarla da belədir. Uşaqlar vaxtilə oynadıqları oyuncaqlara baxanda da duyğulanır. Bir çoxları onları saxlayır. Baxmayaraq ki, yeni çıxan oyuncaqlar daha müasirdir. Ona görə də bu hissləri müasir dizaynla tamamlamaq üçün bərpa olunan və ya tikilən bir çix abidələr və ya binalar əvvəlki dizaynı xatırladan, amma daha müasir formadadır. Məsələn, Mehriban xanım Əliyevanın göstərişi ilə “Azneft” meydanında bərpa olunan “Qu quşları” kompozisiyası 1960-cı illərdə yaranmışdı. Bu gün bərpa olunan kompoziya da keçmişdəkini xatırladan, ancaq daha müasir və gözəl dizayndadır. 

 

- Necə bir ailədə böyümüsünüz? 

 

- Valideynlərim müəllim idi. Atam riyaziyyat, anam rəsmxətt müəllimi idi. Düzdür, atam sonra dövlət məmuru oldu. Mənim elmə və təhsilə olan həvəsim valideynlərimin nəzarəti və təşviqi əsasında olmuşdur. Riyaziyyatı daha çox sevməyim atamdan mənə keçən təlimin nəticəsi idi. Anamın rəsmxətt müəllimi olması, rəsmlər və modellər üzərində işləməsi mənim dəqiq elmlərə marağımının artmasına böyük təsir edib. 

 

- Elə bioqrafiyanızla da tanış olanda görürük ki, təhsil yolunuz maraqlıdır. Stanford və Oksfordda tədris proqlarımını bitirmisiniz. Amerika yolunuz necə başladı? 

 

- Əvvəlcə bildirim ki, mən fizika-riyaziyyat və informatika təmayüllü liseyi bitirmişəm. Əsas ixtisasımız riyaziyyat və informatika təhsili ilə bağlı idi. 1994-cü ildə orta məktəbi bitirəndə iqtisadi islahatlarla bağlı ölkədə ümummilli lider Heydər Əliyev tərəfindən ciddi islahatlar həyata keçirilməyə başladı. O zaman biz fikirləşdik ki, iqtisadi sahədə daha faydalı ola bilərik. Sənədlərimizi İqtisadiyyat Universitetinə verdik və ora daxil olduq. Beynəlxalq iqtisadi münasibətlər fakültəsində təhsil almışam. Bizim oxuduğumuz fakültə də yeni yaranmışdı. Azərbaycan dilində ədəbiyyatlarımız da yox idi. Universiteti bitirəndən sonra düşündüm ki, yenidən təhsil almaq insanın özünü inkişaf etdirməsi və uğuru üçün çox vacibdir. Qərar verdim ki, xaricdə təhsilimi davam etdirim. 

Azərbaycanda təhsilin səviyyəsi və keyfiyyəti oxumaq istəyən uşaqlar üçün həmişə yüksək olub. Biz istədiyimiz zaman istənilən informasiyanı tapa bilirdik. Müəllimlərimiz bizə kifayət qədər yaxşı dərslər keçirdi. Seminarlarda bir tələbə bəzən 80 dəqiqə danışırdı. İxtisasım iqtisadiyyat olsa da sonradan texnologiyaların inkişafı bizə böyük təsir bağışladı. 90-cı illərin ortalarından etibarən dünyada dördüncü sənaye inqilabı baş verdi. Qərara gəldim ki, informasiya kommunikasiya texnologiyları istiqamətində təhsilimi davam etdirmək mənə faydalı ola bilər. O zaman İKT-nın vətəni Amerika hesab olunurdu. Stanfordda əlavə xüsusi bir illik artırılmış iqtisadiyyat və İKT-nin idarəolunması ilə bağlı kurs keçdim. Bu, daha çox texnologiyaların və innovasiyaların idarə olunması bağlı idi.

 

2015-ci ildə Milli Məclisə deputat seçildikdən sonra ATƏT-in  Parlament Assambleyasının üzvü seçildim. Beynəlxaq diplomatiya sahəsində yüksək təhsilin vacibliyini o zaman daha çox hiss etdim. Buna görə də, 2017-ci ildə Oksforda Beynəlxalq iqtisadiyyat və beynəlxalq siyasət, qərarların verilməsində tarazlığın qorunması ilə bağlı xüsusi kursa göndərildim. Oksfordda keçdiyim bu kursda daha çox siyasi və iqtisadi qərarların uzlaşmasında dünyanın mövcud reallıqları və gələcək texnologiyalarının nəzərə alınması ilə bağlı idi.

 

- Siz Stanfordda təhsil alanda işləyirdiniz? Ona görə soruşuram ki, ailəniz sizə maddi cəhətdən dəstək veribmi? 

 

- 2000- ci ildə magistraturanı bitirdikdən sonra o zamankı Xarici İqtisadi Əlaqələr Nazirliyində bir müddət işləməyə başladım. Stanfordda aldığım təhsil çalışandan bir neçə il sonra olub. Ona görə də iş fəaliyyətimdəki qazancım hesabına təhsil alırdım. Amma təbii ki, həm təhsilin, həm də həyatın istənilən mərhələsində ailəmin maddi və mənəvi dəstəyi hər zaman yüksək olub.  

 

- Yəqin ki, siz də valideynləriniz kimi iki övladınızın təhsilinə önəm verirsiniz. Övladlarınız barədə danışa bilərik?

 

- Düşünürəm ki, valideynin öz övladlarına verə biləcəyi ən önəmli dəyər tərbiyə və təhsildir. Qızım 11-ci, oğlum isə 7-ci sinifdə oxuyur. Əsasən orta məktəbdə aldıqları təhsil müasir dünyagörüşü, texnologiyalar, eyni zamanda Azərbaycan tarixi, ədəbiyyatı və bununla bağlı olan istiqamətlərdir. Qızımın dizayna, oğlumun isə texnologiyalara marağı var. Gələcəkdə hansı universitetdə ali təhsil alacağı ilə bağlı ümumi fikirlərimiz var. Düşünürəm ki, müasir gənclik o qədər sürətlə inkişaf edir ki, onların seçimi daha çox aldıqları təhsilin, dünyagörüşünün və arzularının nəticəsi olmalıdır. Diplom almaq naminə oxumaq doğru deyil. Əvvəllər biz hər hansı ixtisas seçdiyimiz zaman daha çox zamanı əhatə edən sabitliyi planlaşdıra bilirdiksə, indi yaranan imkanlar, ixtisaslar tamamilə dinamikdirlər. Ali məktəb seçimi uşaqların gələcək həyatında əldə edə biləcəyi uğurlarla bağlı olmalıdır.

 

- Övladlarınızın  yaxşı təshil almasında hər valideyn kimi maraqlısınız. Amma təhsillə yanaşı, tərbiyə də mühümdür. Bu işlə daha çox anaları məşğul olur yəqin.  Bəs, sizin övladlarınızın insan kimi formalaşması üçün hansı tövsiyələriniz olub? 

 

- Uşaqların tərbiyəsində ailədə olan mühit, münasibətlər, ata və ananın rolu kifayət qədər böyükdür. Mənim həyat yoldaşım İqtisadiyat Universitetində müəllimədir. Düşünürəm ki, onun da verdiyi istiqamətlər uşaqlar üçün böyük bir dəyərdir. Mənim üçün uşaqların müstəqil və məntiqli düşüncə tərzinə sahib olması çox önəmlidir. Ona görə də onlarla bütün təmaslarımda bu düşüncə tərzinin formalaşmasına çalışıram. Təbii ki, bu, bir məqsəddir, ancaq bunun alətləri müxtəlifdir. Çalışıram ki, onlar çox kitab oxusunlar, yaxşı təhsil alsınlar. Müasir texnologiyalara yiyələnsinlər. Musiqi mədəniyyətinə sahib olsunlar, multikultural olsunlar. Bir neçə dil bilsinlər. İdmanla məşğul olsunlar. Azərbaycan tarixi və mədəniyyətini yaxşı bilsinlər. Azərbaycanlı olsunlar, öz dövlətlərini sevsinlər. Yaradıcı və bölüşməyi bacaran olsunlar. 

 

- Bəs, özünüz musiqi və idmanla məşğul olursunuzmu? 

 

- Mən bəzi musiqi alətələrində ifa etməyi bacarıram. Fortepianoda və gitarada ifa edə bilirəm. Bu, mənim hobbimdir. Milli Məclisdəki həmkarlarımızla bir yerdə idmanla məşğul oluram. Ayrıca olaraq həftədə iki dəfə futbol oynayırıq. Milli Məclisin futbol komandasının üzvüyəm. Vaxt olanda üzgüçülüklə məşğul oluram. Təbiətdə gəzməyi çox xoşlayıram. Həm musiqi, həm də idmanla məşğul olmaq iş fəaliyyətimdə daha məhsuldar və yaradıcı olmağa kömək edir. 

 

- O zaman bu yay tətilində təbiətdə dincəlmisiniz. Necə keçdi istirahətiniz?

 

- Mənim Azərbaycanda ən çox dincəlməyi sevdiyim yerlər Böyük Qafqaz dağlarındakı bölgələrdir. Bu il də bu imkandan istifadə etdim. İstirahətim maraqlı keçdi. 

 

- Siz bu yaxınlarda maraqlı bir ilkə imza atıb az bal yığıb ali məktəblərə qəbul olan bir qrup tələbə ilə görüşdünüz. Ümumiyyətlə, bu ideya sizdə necə yarandı, həm də bunun altında fərqlənmək istəyiniz də var idimi?

 

- Fərqlənmək hissim olmayıb. Biz deputatlar sadəcə öz vəzifəmizi yerinə yetiririk. Keçən ildən belə bir fikrim var idi. Bunun səbəbləri müxtəlifidir. Mən iqtisadçıyam. Bizim üçün bu gün iqtisadiyyatın, sənayenin, kənd təsərrüfatının inkişafı ən vacib məsələlərdən biridir. Qeyri-neft sektorunda gedən islahatların da əsas məqsədi bu sahələrin inkişafına hesablanıb. Ümumilikdə Avropa təcrübəsi göstərir ki, iqtisadiyyatın inkişafına ən çox töhvə verənlər daha çox ali məktəbləri deyil, ixtisaslaşmış texniki məktəbləri qurtaranlardır. Bunun üçün təhsillə yanaşı, praktik təcrübələrə malik olmaq da önəmlidir. Məsələn, bu gün Almaniyada iqtisadiyyatda çalışanların 70 faizdən çoxunun ali təhsili yoxdur. Onlar daha çox peşə ixtisas məktəblərini bitirirlər. Keçən il Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı qanun qəbul olundu. Məqsəd onları konkret təhsilə yönəltməklə aldıqları təhsilin sonradan iqtisadiyyata yönəldilməsinə kömək etməkdir. Düzgün ixtisasların seçilməsi sonradan iş tapmağa böyük yardım edə bilir. Bu baxımdan iqtisadiyyat üçün lazım olan kadrların tələbələrin nə qədər bal toplamasından çox asılı olmadığına mən inanıram. Yüksək bal toplamaq böyük uğurdur. Bu abituriyentlərin öz hədəflərinə daha yüksək balla daxil olmağın göstəricisidir. Bunu həmişə qeyd edirik, onlara mükafatlar da təqdim edirik. Bununla yanaşı düşünürəm ki, orta və aşağı bal toplayan tələbələri də unutmaq olmaz. Əsas məsələlərdən biri universitetə hansı balla daxil olmaq yox, onu necə bitirməkdir. 

Ümumilikdə, xaricdə belə bir yanaşma var ki, universitetə girmək asan, onu bitirmək isə çətin olmalıdır. Bizdə Sovet İttifaqından qalma bir ənənə var ki universitetə daxil olmaq imkanları daha çətindir, bitirmək isə asandır. Düzdür, bu qaydalar yavaş-yavaş yumşalır. 

Ona görə hesab etdim ki, bu tələbərlə də görüşmək, onları universitetdə yaxşı oxumağa təşviq etmək lazımdır. Bu, onlarda böyük sevinc hiss yaratdı. 

 

- Tələbələr bunu necə qarşıladılar, sizə bu barədə nə dedilər?

 

- Məncə, bunu heç kim, o cümlədən tələbələrin özləri də gözləmirdi. İndiyə kimi bütün görüşlər daha çox yüksək bal toplayan tələbələrlə olub. Özüm də iki il bundan əvvəl yüksək bal toplayan tələbələrlə görüşmüşdüm. Onların bunu gözləməməkləri və gözlərindəki sevinc mənim üçün çox önəmli idi. Hesab edirəm ki, bu görüş onlara daha yaxşı təhsil almağa və gələcəkdə iqtisadiyyatımız üçün daha yaxşı kadr olmağa stimul yaratdı. 

 

- Yeni dönəmdə təmsil olunduğunuz İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsində hansısa mühüm qanun layihələrinə dəyişikliklərin edilməsi gözlənilirmi? 

 

- Bu gün Azərbaycanda sürətli iqtisadi inkişaf gedir. Eyni zamanda, həm iqtisadiyyatda, həm də idarəetmə sahəsində ölkədə sürətli və dərin islahatlar aparılır. Düşünürəm ki, yaxın vaxtlarda bizim komitənin müzakirə edəcəyi əsas dəyişikliklər və yeni qanunlar bu prossesləri daha çevik və səmərəli etməyə xidmət edəcək. Məsələn, gözlənilən yeniliklərdən biri Vergi Məcəlləsində ediləcək dəyişikliklərdir. Bu istiqamətdə müvafiq orqanlar çox ciddi təhlillər aparırlar. Dəyişiklik fiziki-hüquqi şəxslərin və ölkənin iqtisadi həyatında hiss olunacaq. 

 

Bununla yanaşı, banklar, maliyyə və sığorta sahələri ilə bağlı qanunlarda ediləcək yeni dəyişikliklər iqtisadiyyatın inkişafına töhvə verəcək.

Oxşar xəbərlər
20:04, Bu gün
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
GÜNLÜK
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq